Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

60
çətinliklər və sıxıntılar, nəinki  onların  yaradıcılığına mane olmuş, əksinə onların
elmi və bədii fəhminin artmasına kömək etmişdir. Buna Azərbaycan  klassiklərinin
həyat və yaradıcılığından kifayət qədər misal gətirmək olar.
Güney Azərbaycanda hələ “Türkmənçay müqaviləsi”ndən sonra öz xalqının
düşmüş  olduğu faciə yollarına nəzər  salan və bunu  yaradıcılığında əks etdirən
Nəbati,  Heyran  xanım,  Şukuhi,  Xalxali,  Dilsuz,  Arif, Əndəbili, Sərraf, Ləli,
Heydəri, Pərvin xanım, Etisali və başqaları maddi və mənəvi sıxıntılar içində yazıb
yaratmışlar.  Xiyabaninin  müasiri Mirzə Əli  Möcüz Şəbüstəri mürtəcelər
tərəfindən  daim  haqsızlığa məruz  qalmasına  baxmayaraq zəngin  bir irs
yaratməşdı. Təsadüfü deyil ki, Xiyabaninin  rəhbərlik  etdiyi  demokrat  partiyasını
ürəkdən  alqışlayan  şair  “Payidar  olsun  cahan  içrə demokrat  firqəsi”-deyirdi.
Onu  da    qeyd    etmək    lazımdır  ki,    Möcüz    yaradıcılığının    tədqiqində
böyük  alim,  Azərbaycan ədəbiyyatşünaslığı  xəzinəsinə misilsiz  gövhərlər  bəxş
etmiş filologiya  elmləri  doktoru, professor  Mir Cəlal Paşayevin  böyük əməyi
olmuşdur.    O,  XX əsr    Azərbaycan ədəbiyyatı    tarixinə həsr    etdiyi əsərində
şairin    həyat    və yaradıcılığını    elmi    cəhətdən    təhlil    etmiş,    onu    XX əsr
şairlərimizlə birlikdə ədəbiyyat  tarixinə salmışdır.  Vətən  məhəbbəti  Möcüz
yaradıcılığında  öz  müasirlərindən  fərqli  olaraq  daha  konkret  şəkildə tərənnüm
olunurdu.  O,  daim  Azərbaycan  haqqında  öz  ürək  sözlərini  yazırdı.  Möcüz
şerlərinin birində deyir:
Niçin  ah  eylədin  ey  bülbüli-nalani  vətən,
Yadına  düşdü  məhər  ah,  pərişani-vətən
Nə yatıbsan,  ayıl  ey  milləti-biçarə ayıl!
Satır  axır vətənə düşmənə əyani-vətən
Balışi  nazə qoyub  başını  naz  eyləmə dur,
Sürünü  qurd  dağıdar,  yuxlasa  çubani-vətən.
Vətəniz  cismdi,  siz  vətənə can  kimisiz,
Razı  olmuş  qala  cansız  vətən,  ey  cani-vətən,
Olmayıb  şad,  üzü  gülməyib əfsus-əfsus,
O zamandan ki,  olub  Möcüzə İrani-vətən...


61
Xiyabani və din
Gənc  yaşlarından  İlahiyyat  təhsili  almış  və bir  çox  İlahiyyat  elmlərinə
yiyələnib    müctəid    dərəcəsinə yüksəlmiş Ş.M.Xiyabaninin ədəbi    fəaliyyəti
klassiklərdə və ədəbi    cərəyanlardan    bəhrələnməklə yanaşı,    öz    fəlsəfi
baxışlarını  Marksın  cəfəngiyyatı olan  materiyanın  şuura  olan  nisbəti  üzərində
yox,  Uca  Yaradanın müqəddəs  Qurani-Kərimdə bütün  bəşəriyyətə bəxş  etdiyi
yüksək      zirvədə mənəvi    vəhdət    və bütövlük    üzərində qururdu.  Məsələ
burasındadır ki,  Şeyx  Məhəmməd  Xiyabani  haqqında   yazılan  bütün  tədqiqat
və bədii əsərlər,  onun  nə həyatını,  nə də ədəbi  fəaliyyətini  bir  müctəid  kimi
yox, ən  çox  Qərb  və rus ədəbiyyatından  bəhrələnmiş  bir  alim  kimi  qələmə
verirlər.  Bu  isə Xiyabanini  tamamilə xarakterizə etmir. Bu  onu ənənəvi  “ideal
sovet  adamı” na  bənzədir. Əlbəttə Xiyabani İran təbəəsi  idi,  sovet  vətəndaşı
deyildi.  Lakin  sosializmin  iti  baltası  altında  tədqiqat  aparan  publisistlər onu
az  qala  ateist,  eyni  zamanda  materialist  adlandırmaqdan  belə çəkinmirdilər.
Lakin  Xiyabani  yuxarıda  qeyd  olunduğu  kimi  ali  dini  təhsil  görmüş  alim  idi
və onun ədəbi  fəaliyyətinin əsası da  elə burdan  gəlirdi.
Yetmiş    illik    sovetlər    dönəmində İslam    dininin əleyhədarları    ateizmi
təbliğ  etməklə İslam   dininə qarşı  təxribat  törədirdilər.  İmperialist  dairələr
ateizm    təbliğaında    İslam    dinini    gözdən    salmaq    üçün    dəridən-qabıqdan
çıxırdılar.  Bu  onunla  izah olunur ki,  milli-azadlıq  hərəkatları  bütün  Şərqdə
daim İslamın  daha  çox  yayıldığı  bölgələrdə baş  verirdi.  Yaxın  və Orta  Şərq
ölkələrinin  siyasətində vətənpərvər  qüvvələr  milli  şüarlarla  çıxış  edirdilər.  XX
əsrin əvvəllərində Şərq  ölkələrinin  ictimai-siyasi  həyatına  İslam  ideologiyasının
güclü  təsir  göstərməsi  müşahidə olunurdu.  İslam  amilinin  canlanması  Yaxın
və Orta    Şərq    ölkələrində canlanmasının    səbəbi    həmin    ölkələrdə sosial,
iqtisadi  və siyasi  sahədə baş  verən  proseslərlə sıx  bağlı  idi.  Lakin  sosialzm
ideoloqları  İslama  ləkə yaxaraq,  onu  milli-azadlıq  hərəkatlarına  mane  olan,


62
insanları    zülmətlərə qərq    edən,    zəncirləyən,    zehnini    inkişafdan    saxlayan
“mövhumat”  kimi  qələmə verirdilər.  Bu  adamlar istər  elmi-tədqiqat,  istərsə də
bədii əsərlərdə,  elə yerli-yersiz  İslamı  təhqir  edir,  Uca  Yaradanın  yoxluğunu
məntiqsiz  və mənasız  bəhanələrlə subut  eləməyə çalışır,  kainatın əfəndisi
sevgili    peyqəmbərimiz    Həzrəti    Məhəmmədi (s.ə.v.) “yalançı”    adlandırır,
müqəddəs    Qurani-Kərimi    yunan əsatirlərindən,    eyni    zamanda    bütpərəst
ərəblərin  folklorundan  bəhrələnən ədəbiyyat  nümunəsi  kimi  qələmə verirdilər.
Bu    zaman    belə bir  sual    meydana    çıxır?    Nizami,    Nəsimi,  Hafiz, Ömər
Xəyyam,  Xaqani,    Füzuli,    Xətai,    Yunus Əmrə,    Cəlaləddin    Rumi,    Şəms
Təbrizi,  Şeyx  Sədi  Şirazi,  Rudəki və sair  dahi  sənətkarlar  məgər  Marksın
cəfəngiyyatlarını  və yaxud  Leninin    cızmaqaralarını    oxuyub ədəbi    fəaliyyət
göstərmişdilər?  Bütün  şuurlu  insanlara  məlumdir ki,  bu dahilər  İslamın  böyük
peyqəmbərinin ədəbi  mirası  olan  müqəddəs  Qurani-Kərimdən  faydalanmışlar.
Məhz  Quranın  nuru  onların  zehinlərini  işıqlandırmış  və onlara  fitri  istedad
bəxş  etmişdir. Bu baxımdan  güclü  İlahiyyat  dərsləri  almış,  müctəid  dərəcəsinə
yüksəlmiş    Xiyabaninin,    peyqəmbərin ədəbi    mirasından,    müqəddəs    Qurani-
Kərimdən  nə qədər  bəhrələndiyi    zatən    görünür.    İslam    dinindən    bir    balaca
xəbəri  olan  adamlar  bilirlər ki,  müctəid  rütbəsinə yüksəlmək  üçün  səksən
dənə ilahiyyat    elmini    bilməklə yanaşı,    hafiz    olmaq    lazımdır.    Hafiz    isə
müqəddəs    Qurani-Kərimi əzbərdən    oxuyan    adama    deyirlər.    Bundan əlavə
Qurani-Kərimi  təfsir  etməyi  İslam  aləmində yalnız  müctəidlərə icazə verilir.
Bu  təfsirçi  isə bu  elmləri  bilməklə yanaşı, Əli ibn Əbu Talib,  Abdullah  ibn
Abbas,  Mücahid,    Qətadə,    Müqatil,    İbn    Cübeyr    kimi    İlahiyyat    alimlərinin
təfsirlərini    oxuyub  mənimsəməlidirlər.    Həzrət Əli əleyhəssalamın    “Nəchul-
bəlağə”si  Qurani-Kərimi  anlamaq,  ilkin  İslamdakı  ictimai-iqtisadi  məsələləri
öyrənmək  üçün əvəzsiz  qaynaqdır.. Bütün  bunları  qeyd  etməkdə məqsəd  odur
ki,  bu    tədqiqat əsərini    oxuyan    şəxs    Xiyabaninin    öz    fəlsəfi    görüşlərini  və
ümumiyyətlə bədii  yaradacılığını, təkcə Qərb  və rus ədəbiyyatı  üzərində deyil,
bütün    dahilər    kimi    məhz    Qurani-Kərimdən    aldığı    elmi    fəhm əsasında
müəyyənləşdirdiyini  bilsin.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə