Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

63
Xiyabani    çıxışlarının    birində deyirdi: “Allah-təalanın    İslamın    bizim
üçün    istədiyini    yenidən əldə etmək,    müasir    dünyada    yeni    mədəniyyət
yaratmaq,  ya  heç  olmasa  istər-istəməz  meydana  gələcək  bir  mədəniyyətin
yaranmasında  fəal  iştirak  etməkdə öz  layiqli  borcunu  yerinə yetirmək  üçün
biz  müsəlmanların  iki əsas  işdə səy  göstərməsi  zəruridir: bunlardan  biri  ağıl
və təfəkkür,  digəri  isə səbat  və həmrəylikdir.  Bu  iki  qiymətli  gövhəri əldə
etmək  üçünsə müqəddəs  Qurani-Kərimdən  faydalanmaqdan  daha qənaətbəxş
bir  iş  ola  bilərmi?  Quran  kimi  hansı  bir  kitabda  varlıqda,  dünyada  elmə,
səbrə,    təfəkkürə və tədbirə,    millətlərin,    xalqların    taleyindən    nəsihətamiz
məsələlərə bu    qədər    diqqət    verilmişdir?    Bütün    irqi,    milli,    dil    və hətta
məzhəb    ixtilaflarının    mövcud    olmasına    baxmayaraq,    Quran    bizim    vəhdət
amilimiz,    bizi    bir-birimizə bağlayan ən    möhkəm    kəndirimiz-vasitəmizdir.
Əgər    onun    qədrini    bilsək,    bir    tərəfdən    durğunluqdan    və adətpərəstlikdən,
digər  tərəfdən  başqalarının  qarşısında  özümüzü  itirməkdən  uzaq  olsaq,  ağılla
ona    müraciət   etsək,    bugünki   həyatımızı    və gələcəyimizin    üfüqlərini    onun
nuru  ilə işıqlandıra  bilərik”.
Xiyabani    başqa    bir    çıxışında    deyir:  “Bizim    dərdimiz budur  ki,    bir
zamanlar    elm,    hikmət  və mədəniyyət    bayraqdarı    olan    İslam    ümməti    son
əsrlərdə zəifləmiş  və geri  qalmışdır.  Zamanın  qalib,  böyük  nüfuza  malik
mədəniyyəti    qarçısında    kədərdoğurucu    bir ətalət    üzündən    hətta    bu
mədəniyyətin də əldə etdiyi  nəaliyyətlərdən  bəhrələnmək  fürsəti  və imkanı
tapmamışdır.  Bzim  bu  zəifliyimiz, bir  zaman  bəşər  taleyinin  başı  üzərində
parlaq  bir  ulduz  kimi  işıq  saçmış,  dövrün  qalib  mədəniyyətinin də borclu
olduğu  və indinin  özündə də bir  sıra əsərləri və təsirləri  həmin  pərəstişin
yadigarı  olaraq  qalmış  bir  mədəniyyətin  sona  çatmasının  nəticəsidir”.
Göründüyü  kimi   Xiyabani  İslami  dəyərlərə,   müqəddəs Qurani-Kərimə
xüsusi əhəmiyyət  verir,  demokratiyanı,  azadlığı və ümumiyyətlə hürr yaşamağı
bunsuz    təsəvvürnə gətirmirdi.    Eyni    zamanda    insanların    İslam    ehkamlarına
riayət  etmədikləri  halda,  onların  mənsub  olduğu  cəmiyyətin  mədəniyyətinin
tənəzzülə uğramasını  dilə gətirirdi.


64
Hər  bir  publisistin  özünəməxsus  üslubu,  metodu,  öz  dəsti-xətti  olur.
Xiyabani  heç  vaxt  planlı,  tərtibli  çıxışlar  etmirdi,  lakin  buna  baxmayaraq
oxucunun    və dinləyicinin    diqqətini    vacib    bir    mətləbə,    daha doğrusu
problemlərə
yönəltməyi    bacarırdı. Onun
ədəbi-nəzəri-siyasi    söhbətləri
sislsiləsində ədəbi    fəaliyyətinin    idrak    və inikas    xususiyyəti,    obrazlılıq
spesifikası    idi.    Xiyabani   heç    bir   həyat    məsələsini,   heç   bir    temanı ədəbi
cərəyana  yabançı  hesab  eləmirdi. Ona  görə də,  onun  hər  bir  sözündə,  hər  birt
kəlamında,  hikmətdən  başqa,  bir  poetiklik,  bədiilik  vardı.  O,  siyasi  aktuallıq
xatirinə heç  zaman  bədiiliyin  üstündən  xətt  çəkmirdi.  Məhz  buna  görədə
onun  publisistikasında  bədii  ifadələr  daha  çox  öz əksini  tapırdı.  Məsələn,
onun  tez-tez  işlətdiyi “Haqqı  verməzlər,  haqqı  almaq  lazımdır”  ifadəsi uzun
illərdir ki,  bütün  Azərbaycan  xalqı  arasında  aforizm kimi  işlənir. Xiyabani öz
çıxışlarında  müstəmləkəçiləri,  mürtəceləri,  zorakılığı  ifşa  eləyərkən  heç  zaman
şüar-çağırışa, “Yavan”  təbliğata  yol  vermirdi,  sadəcə olaraq  xalqına  bəslədiyi
eşqin,    ehtiramın    naminə öz    ideyalarını    olduğu    kimi    oxuyuculara    və
dinləyicilərə çatdırırdı.    Xiyabani    nəzəriyyəçi    deyildi.    Amma    nəzəri    biliyə,
sənət  və həyat  məsələlərinə dair  geniş  məlumata  malik  idi.  Düzdür  onun
həyat  və sənət  məsələlərinə həsr  edilmiş ayrıca  bir əsəri  yoxdur,  lakin  onun
ədəbi  cərəyanın  mətləbinə,  həyata  münasibətinə münasibəti  publisistikasında
əsas  və əhəmiyyətli  yerlərdən  birini  tuturdu.  Hər  şeydən əvvəl  isə yuxarıda
qeyd  olunduğu  kimi  müqəddəs  Qurani-Kərimdən  faydalanma,  eyni  zamanda
qoca  Şərqin  qədim mədəniyyəti,  Azərbayzan, ərəb,  fars  klassikləri,  fəlsəfi
təfəkkürlə onun  yüksək  poetik  ifadəsi,  şübhəsiz ki,  bu  təsir  mənbələrindən
biridir.
Yetmiş  il  sovetlər  dönəmində yeddi  arxa  dönəmimizin  istifadə etdikləri,
eyni    zamanda    dahi    sənətkarlarımızın,    daha    doğrusu    klassiklərimizin    yazıb
yaratdıqları əski əlfba,  yəni ərəb  hərfləri  məsxərəyə qoyulur,  quruluşunun
“namütanasib  və eybəcər”    olduğu,    bu   cəhətdən   bütün    Avropa   ölkələırində
işlədilən    hərflərə qətiyyən    uyğun    gəlmədiyi    söylənilirdi.    Hətta    belə bir
əhvalat  da  nəql    edilirdi  ki,    bir    dəfə qulluqdan    evə gec    qayıdan


65
M.F.Axundzadə yorğunluq əlaməti  olaraq  dərindən  köksünü  ötürərkən,  arvadı
ondan  bunun  səbəbini  soruşanda,,  Mirzə dərindən  bir  ah  çəkib  arvadına  deyir
ki,  yazdığı  bir  məktubda  pəncşənbə sözünün  nöqtələrini  qoyurmuş...
Bu əhvalatın    döğru    ya    uydurma    olduğunu  indiki    zamanda    kimsə
söyləyə bilməz..    Lakin    məsələ burasındadır  ki,  belə gerçək  və ya    yalan
əhvalatların  hamısı  babalarımızın  min  illərlə işlətdiyi  Quran əlifbasına  qarşı
hucum  idi və belə haqsız  hucumları  sosializm  ideoloqları  özlərinə şərəf  hesab
edirdilər. Əslində gecə-gündüz    dəyərsiz    kiril əlifbasını    tərifləyib,    ruslara
yaltaqlanan  bu  adamlar  nəinki  öz  keçmişlərinə təpik  atır,  elə rus  millətinin
də gözünndən    düşürdülər.  Fəqət    çox    gözəl    bir    zərb-misal    var; “Əgər    biz
keçmişimizə təpik  atsaq,  gələcəyimiz  bizi  topa  tutacaqdır”...
Mənfur  sovetlər  birliyi  dagılandan  sonra  bizə məlum  oldu ki,  bizim
klassiklərin  zəngin  bir irsi,  məhz  bu  problem  ucbatından  itib  batmış,  ya da
arxivlərdə çürümüşlər.  Çox    şükürlər    olsun  ki,    dahi    Füzulinin    təsəvvüv
mövzusunda  yazdığı  bir  sıra əsərlər  Azərbaycan  suveren  bir  dövlət  olandan
sonra  oxuculara  çatdırıldı  və Mövlanə Füzulinin  sovetlər  dönəmində tədqiq
və təbliğ  olunduğu  kimi   ateist  yox,   iman  gətirən və yaxud  təqva  sahibi
olduğu  aşkarlandı.  Buna  misal  tək  Füzulini  yox,  Mirzə Fətəli  Axundzadəni
çıxmaq  şərtilə bütün  klassiklərimizi misal  gətirmək  olar.  Onu da  qeyd  etmək
lazımdır  ki,    hətta    M.F.Axundzadənin  da    ateist    olduğunu    hələ kimsə subut
eləyə bilməz. Özü də yuxarıda  qeyd  olunduğu  kimi  bu ədib  özü də bütün
əsərlərini   kiril əlifbası  ilə deyil,    məhz ərəb əlifbası   ilə yazmışdır.  Məsələ
burasındar ki, M.F.Axundzadə müasir  müsəlman əlifbasını  dəyişmək  məqsədilə
də əsər    yazmışdır.    O,    bu əsəri  hicri-qəməri  1274(1857)-cü    ildə bitirmişdir.
Mirzə Fətəli (1863-1867)-ci  illərdə müasir  müsəlman əlifbasının  tarixi,  onun
nöqsanları    və yeni    düzəltdiyi əlifbanın    üstünlüyü    haqqında    türk    və fars
dillərində iki əsər  yazmışdır. İkinci əsərin  başlanğıcında  belə deyilir: “Mən
birinci əsərimdə göstərdiyim  müsəlman əlifbası  nöqsanlarını  nəzərə alaraq,
keçmiş  yazı  sistemi əsasında əlifba  düzəltdim. O, əlifbada  bütün  nöqtələri
atmış,  samitlərlə saitlərin  yanaşı  yazılmasını  göstərmişəm.  “Mən  bu əlifbanı


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə