Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

72
möhkəmləndirsin    Bu    arzunun    düşmənləri    bizim    düşmənlərimizdir.    Bizim
yeganə vəzifəmiz  düşmənlərin əlini  azadlıq  rejiminə münasibət  və rabitəsi
olan  işlərdən  kəsməkdir.  Uca  və gur  səslə deyirik:  Ey müstəbid,  ey  mürtəce!
Hamınız  bilin  ki,  sizin  namusunuz,  mal  və canınız  amandadır.  Lakin  bundan
sonra  demokratiyanın  müqəddəratı  sizin  kirli əllərinizə verilməyəcəkdir.  Bu
sözlər bir    şəxsin,    bir    vahid    fərdin,    bir    müəyyən    natiqin,    bir    nəfər
Xiyabaninin  dili  ilə deyilmir.  Bu  sözləri  deyən  demokratizmin  ruhudur.  Ey
azadxahlar!    Ümidvar    olun,    çünki    siz    bir    müəyyən    iradə ilə,    bilərəkdən,
anlayaraqdan  qiyam etmisiz.  Qələbə və müvəffəqiyyət  sizinlədir”.
5 may  1920
Ölkənin  azadlıq  və istiqlalı  yolunda  həvəslə çalışılmalıdır.  Bu  günkü
cəşnimiz    qurtardı.    Bu    cəşi    azadlıq    yolunda    şəhid    olmuş    qəhrəmanları
xatırlamaq,    onların əziz    adlarını əbədiləşdirmək    üçün    təşkil    edilmiş    və
Təbrizin    azadxahları    bura    toplaşmışlar.    Bir    mühüm    məsələni    hörmətli
məsləkdaşlarıma    xatırlamaqla,    onları    təbrik    etməliyəm.    Bu    neçə gününüz
şadlıq    və bəşaşətlə keçdi.    Azadlıq    üçün qurban    getmiş    adlı-sanlı
gənclərimizin    və qəhrəman    sərdarlarımızın    adları    hər   saat    və hər    dəqiqə
dillərdə deyilməkdə idi.  Onların  xatirəsi  bütün  ürəkləri ən  mehriban  hisslərlə
həyəcana  gətirirdi.  Onları  yad  edirik.  Lakin  bu yadəvərlik  müzəffəriyyətə
doğru  gedən  bir əsgərin  xatirəsi  kimidir.  Çəhidlərimizin  qəbri  üzərində kimsə
aşlamadı,      kimsə yazıqcasına    nalə və fəryad    etmədi.    Biz,    hörmətli
çəhidlərimizin   qəbirləri    üzərində açıq   üz    və çadlıqla   diz çökdük.    Onlara
baxdıq  və bu  şəhidləri  özümüz  kimi  diri  hiss  etdik.  Bu  o  deməkdir ki,  biz
tərəddüd  etmədən  öz  həyatımızı  onların  ölməz  ruhu  ilə əvəz  etməyə hazır
idik.  Həmişə bi  iradəyə malik  olmalıyıq.  Ölkənin  azadlıq  və istiqlalı  üçün
həmişə şad  və şənliklə çalışılmalıdır.  Məhzunluq  tozuna  bürünmüş  qəm  və
qüssə həmişə ümidsizlik    gətirər.    Yaşasın    bəşşaş    ruhlar!    Yaşasın    həyat
səhnəsinə açıq  baxan,  qorxu  bilməyən  və uzaq  görən  gözlər!  Məhv  olsun
indiyə kimi  acizlik,  yas  və biçarəlik  təsirləri  altında  saxlamış  qəm  və qüssə..


73
Xalqımızın  böyük  bir  qüvvəsi  bu ətalət  və ixtiyarsızlıq  kabusu  altında
məhv    olmuşdur.    Bindan    sonra    həyatı    şən    və gülərüzlə keçirməli,    həyat
mübarizəsinə bəçatət  və şadlıqla  girişməlidir.  Varlıq  gülşəninə acizlik,  nalə
və miskinliklə deyil, ümid  və şərəf  gülüşləri  ilə girək.  Dəfələrlə dediyim
kimi,  fərd  ilə cəmiyyətin əhvali-ruhiyyəsində böyük  fərq  vardır.  Cəmiyyətin
əhvali-ruhiyyəsi    fərdlərin əhvali-ruhiyyəsinin    yekunudur.    Lakin    bu əhvali-
ruhiyyə həmin  cüz  olan əhvali-ruhiyyədən  tamamilə fərqlənir.  Fərdin əhvali-
ruhiyyəsi  fərdin əhvali-ruhiyyəsinə tabe  olmalıdır.  Şox nadir  hallarda  elə bir
əhvali-ruhiyyə tapıla  bilər ki, özünü  bu  tabelikdən  xilas  edə bilsin.  Dəfələrlə
elə olmuşdur ki,  alim  və ya  bilikli  bir  adam  cəmiyyətin əhvali-ruhiyyəsinin
təsiri  altında  öz  hikmət  və biliyini əldən  vermişdir.  Qarətçiliklə məşğul  olan
bir  cəmiyyətin  sırasında  talançılıq  süfrəsinə əl  uzatmış,  cəmiyyətin ən  alçaq
fərdləri    kimi    rəftar    etmişdir.    Habelə bunun əksinə olan    hallar  da    vardır.
Cəmiyyət  həmişə fəsad  və xarabaçılığa  bais olmur.  Fikirləri  zəlalət  və pisliyə
tərəf  yönəltmir.  Biz  görürük ki,  bir  oğru  dəstəsi  ictimai  bir  təşkilata  tabe
olmaq  vasitəsilə,  düzgün  bir  həyat  tərzinə nail  olur.
İran    xalqı    bu    günədək    özbaşına    həyat    sürmüş və alağ    otu    kimi
təbiətin    sinəsində böyümüş    və artmışdır.    Bu    təəsüflü    vəziyyətin    inkişaf
etməsi  üçün  daxili  nüfuzların  varlığı da  müəyyən  rol  oynamışdır.  Çuç  və
yaramaz  nəzəriyyə və əqidələrə malik  olan  bir  dəstə,  xalqı  uzun  müddət
boş-boşuna  və təklifsizlik  çöllərində dolandırmışdır.  İran  xalqı  möhkəm əqidə
olmadan,  təcrübə və imtahanlardan  sayıqlıqla  istifadə etmədən,  təşkilat  və
tərtibatsız  şəkildə uzun  müddət  özbaşına  və təbii  yol  getmişdir. O,  bu  günki
günə kortəbii    surətdə yaşayıb    gəlmişdir.    Bu    özbaşına    göyərmiş    ağaca
peyvənd  vurmalıdır.  Yeni,  sağlam  və düzgün  nəzəriyyəni  bu  camaata  təlqin
etməklə,  onun  mühütündə bir  təcəddüd-təkamül  yaranmasına  nail  olmalıdır.
Xalqın    iradəsi    nəzəriyyəcə bütün    bəşər    kütlələrinin    fövqündədir.    Xalqın
iradəsinin  istədiyi  şey  müqəddəs  və möhtərəmdir.  Lakin  bu  iradə müstəqil
yaşamaq  üçün  vicdana  malik  olmalıdır. O,  nəzərlərdə saf,  səmimi  və parlaq
şəkildə aydın  olmalı  və öz  varlığını  subut  etməlidir.  Cəmiyyəti  təşkil  edən


74
fərdlərdən  hər  biri  bir  bəşşaş  ruh  ilə müstəqil  vicdan  ilə silahlanıb,  bu
ruhiyyənini  qüvvəsini  dünya  qarşısınds  nümayiş  etdirməlidir.  İran əhalisi  bu
günədək dağınıq  fikirlərin  təsirinə əsir  olum,  öz  möhkəm,  mətin  və vahid
iradəsini  göstərə bilməmişdir.  Lakin  indi  özünü  toplayıb  vicdani  imtahana
hazır  olmalıdır.  O,  öz  hazırkı  vəziyyətini  nəzərdən  keçirməlidir,  gələcəyini
qabaqcadan görməlidir.  Aydın  və müəyyən  vəzifə qarşısında  silahlanıb  şərafət
mübarizəsinə girişməlidir.  Buna  görə də biz  bütün  varlığımızı  sərf  edirik ki,
xalq  öz  nöqsan  və eyiblərini  anlasın,  başa  düşsün,  Biz  tərəqqi  və təkamül
yolunu ona  nişan  veririk.  Batil  təsəvvür  və xəyalları  onu  şuurundan  çıxarıb,
bunların    yerinə həyat    bəxş    edən    eni    fikirləri    yerləşdirməyə çalışırıq.    Bu
məqsədə çatmaq  üçün  deyirik: Bu  cəmiyyəti  təşkil  edən  fərdlərdən  hər  birisi
xalqa olan    böyük    ruh    yüksəkliyi    ilə silahlanıb,    öz    varlığında    saxladığı
azadlıq  və istiqlal  ruhunu  başaqalarına da  təlqin  etsin.
Ey    azadlıq    şəhidləri!    Ey    fədakarlıqları    ilə bizə şərafət    qazandırmış
əzizlərimiz!  Ey  ölümləri  ilə bizi  dirildən,  torpağımızın  namuslu  övladları!
Qəbirlərinizdə rahat    yatın.    Sizin    zəhmətləriniz    hədər    olmamışdır,    axıdılan
qanlarınız  nəticəsiz  qalmamışdır.  Bu  gün  bizim  başımız  uca  və qəlbimiz
şaddır.    Bu gün    sizi    iftixar    və xoşbəxtliklə yad    edirik.    Sizin    xatirəniz
ürəyimizdə mətin  iradə və sarsılmaz  varlıq  yaradır,  sizin  başladığınız  yolu
biz    davam    etdiririk.    Ey,    hələdə qəhrəman    övladlarının    qarasını əynindən
çıxarmamış  ana  və bacılarımız!  Bu  kədərləri  üzərinizdən  rədd  edin.  Sizin
adamlarınız əbəs    ölməmişlər.    Sizin    şəhidləriniz    bu    xalqın    sırasındadır.
Görürsüzmü,    onların    ruhu,    bizim    ürəklərimizdə ən    yüksək    və əziz  yer
tutmaqdadır.  Bu  ruh  həmişə yaşayacaqdır.  Şəhidlərimizin  övladlarını  şadlıq
və başı  ucalıq  hissi  ilə tərbiyə edin.  Onlara  mərdlik  tərbiyəsi  verin.  Onları da
azadxah  və qəhrəman  kimi  böyüdün.  Qoy  onlar da  bu  şərafət  meydanında
can  və baş  qoysunlar.  Ey  hüzn və qəm  kabusu,  bu  pak  mühitdən  uzaq  ol!
Ey    acizlik    və gücsüzlük    naləsi,    öz    göz    yaşlarının    qara    pərdəsini    xalqın
üzündən  çək!  Qoy  onlar  həyatı  saf,  sadə,  sağlam,  pak  və parlaq  şəkildə


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə