Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

54
dilində çıxmasının  başqa  bir  səbəbi də var idi. Hamıya məlumdur ki, İranda
yaşayan azərbaycanlıların əksəriyyəti fars dilində sərbəst danışa, eynu  zamanda
oxuya-yaza  bilir. Lakin  İranda  yaşayan  farsların böyük    bir    qismi Azərbaycan
dilində bir kəlmə söz də bilmirlər. Şübhəsiz  ki, “Təcəddüd”ün  fars dilində
çıxmasının səbəblərindən də biri  bu  idi  ki,  farslar  da  bu qəzeti oxuyub
maariflənsinlər.
Xiyabani  siyasi  mübarizənin  məqsəd  və amalı  haqqında “Təcəddüd”ün
səhifələrində dərin    və bariz    məqalələr    yazırdı.    24-cü    səhifədə Xiyabani
tərəfindən  yazılmış  “Azərbaycan”  adlı  məqalə diqqəti  xüsusilə cəlb  edir.  O,
bu    məqaləsində Azərbaycanın    müqəddəratı,    azadlığı,    istiqlaliyyət    və milli
varlığı  məsələsini  fəlsəfi  baxışlarla  vermişdir.  Ümumiyyətlə, hər  cümləsində
dərinliklərə varan Xiyabani  heç  vaxt  boş-boşuna  söz  işlətməmiş,  dahi  şairimiz
Nizami    Gəncəvinin    təbirincə desək, hər    sözü    az,    daha    xoş    və yerində
işlətmişdir.  Xiyabani    bu    məqalədə öz    ürək    sözlərini    belə ifadə edir:
“Azərbaycan!  Bəhanə axtaran  özgələr  və kin-küdurətli  özününkülər  qarşısında
vurdu,  vuruldu,  öldü,  öldürüldü.  Həyatın  çətinliklər  və çəkçevirləri  içərisində
inqilab  və təkamül  yolunu  keçib  yaşadı.  Ucdan  tutma  qırğınlar,  soyğunlar,
zülm    və işgəncələr    Azərbaycandakı    istiqlaliyyət    hərəkatını    və azadlıq
tələblərini  məhv  edə bilməyəcəkdir.
Özgələr  və “özümüzünkülər”  ürəklərində saxladıqları yaramaz  fikirlərini
həyata  keçirmək  məqsədilə bu  torpağın  yaralı  sinəsi  üzərində dar  ağacları
qurdular.  Zülm  və vicdansızlığın  qara  kölgəsini  bu  qana  boyanmış  totpağın
üzərinə saldılar.  Lakin  bu  ölkənin  qeyrətli  cavanları  və qəhrəman  qocaları
başlarını  rəşadət  səmalarında  uca  tutub,  zülm  və ədalətsizlik  dünyasını  öz
ayaqları  altında  gördülər.  Öz  gənc  həyatlarını  həqiqət  və azadlıq  yolunda
mərdliklə fəda    edən    Azərbaycan    övladları    içərisində elə məsum    balalara
təsadüf  eləmək  olurdu ki,  dar  ağacı  belə onların  zəif  vücudu  qarşısında  tir-tir
titrəyirdi. Onların  hədəqədən  çıxmış  gözləri,  göyərmiş  dodaqları  və söxölmöş
boğazları  cəlladları  qorxudur,  rənglərini  qaçırırdı.


55
Müharibə əleyhinə olan  qüvvələr,  daxili  və xarici  düşmənlər  soxulmuş
bu  varlı əyaləti  öz  məcaraları  üçün  meydan  təyin  etdilər.  Təcavüz  və zülmün
qanlı  pəncəsi  bu  vətənin  nazənin  vücudunu  parçaladı,  qalib  və məğlubların
yandırdığı  atəşlər  abad   yerləri   yaxıb  külə döndərdi.  Duz-çörək  qanmayan
ünsürlərin  qanlı    xəncəri    Azərbaycanın    hörmətdən    salınmış    qözlarının
vücudunda    elə yaralar    açdı  ki,    onların    qanlı dodaqları    bir    daha    yumula
bilməyəcəkdir.
Hələ də azərbaycanlıların  qanı  axıdılmaqdadır.  Bu  gün  Tehranın  gözü
Azərbaycanın    parçalanmış    vücuduna    dikilmişdir.    Dodaqlardan    eşidilən
kəlmələrdə,    qələmlərin    yazdığı    sözlərdə təqdir    səsləri    və təhsin    nəvaları
eşidilməkdədir.    Lakin    ey    qeyrətli    Azərbaycan!    Ey    vətən    məftunlarının
istiqamətli  övladları,  ey  azadlığın  qorxu  bilməyən  qəhrəmanı!  Ey  təriflərə
ehtiyacı  olmayan  Azərbaycan!  Bütün  bu  təqdir  və təqdislər  sənin  verdiyin
şəhidlərin    qanı    bahasınadır.    Bunlar    sənin    həqiqətən    ölməmiş    cavanlarının,
cavanmərd  qocalarının,  təsəlli  tapmamış  qadınlarının  və qızlarının  səsidir ki,
təqdir    və təqdisləri  İran    səmalarında    tərənnüm    edir.    Bu    eşitdiyin    onların
səsidir.  Dinlə və ayıl!  Ey  Azərbaycan!  Ey  demokratik  Azərbaycan  başını
qaldır!
Tutalım  ki,    bu    gün    fəlakət    və səfalət    girdabında    boğaza    qədər
müsibətlərə batmış,    vücudun əziyyətlərə düçar    olmuş, ən    ağır    ehtiyaclar
içərisində gücsüz  və qüvvətsiz əl-ayaq  çalmaqdasan.  Tutalım ki,  qışın  bu
şaxtası    lüt    vücuduna    qorxunc    neştərlərini    sancmaqdadır.    Tutalım  ki,    çox
bədbəxtsən.    Tutalım  ki,    müharibədə iştirak    edən    ölkələr    sənin    qədər    xar
olmamışlar.    Təqsirli    millətlər    sənin    qədər əzab    və işgəncələrə düçar
olmamışlar.
Dünyanın ən    günahkar    ailələri    hamısı    xilas    ildular.    Sən    isə hələ
giriftarsan”.
1
1
Ş.M.Xiyabani. Azərbaycan və Azərbaycan demokratik qüvvələri. Bakı, 1961, “Azərbaycan” ruznaməsinin
nəşriyyəsi, səh.14-15.


56
Zavallı    xalqının    taleyinə
acıyan    Xiyabani,    Qərb    dövlətlərinin
azərbaycanlılara  qarşı  olduqca  biganə bir  mövqeydə olduğunu  qeyd  etməklə
yanaşı,  “Özgələr  və özününkülər”  deyəndə isə fars  şovinistlərini  və onlara
satılmış  bir  sıra əqidəsiz  adamları  nəzərdə tuturdu.
İstər    bu    məqaləsində,    istərsə də digər    məqalələrində və publisistik
çıxışlarında  Xiyabani  tez-tez  Azərbaycan  və azərbaycanlılar  sözlərini  təkrar
edirdi.
Məlum məsələdir ki,  XX əsrin əvvəllərinə qədər  azərbaycanlıların  necə
adlandırılması,  Azərbaycan  ziyalıları  tərəfindən  dəfələrlə düşünülsə də,  qəti bir
nəticə əldə edilməmişdi.  Odur ki, azərbaycanlılar  sadəcə olaraq  “müsəlman”
adlanırdılar. Hətta əcdadlarımızın  böyük  bir  qismi  özlərinin  türk  olduğunu
belə bilmir,    özlərinin    yalnız    İslam    dininə qail    olduğunu    anlayaraq,    “Biz
müsəlmanıq” deyirdilər. 1892-ci  ildə Kamal Ünsüzadə “Azərbaycan”  adlı  qəzet
çıxarmağa  təşəbbüs  göstərmişdi,  ancaq  çar  hökuməti  bunun  qarşısını  almışdı.
1909-cu    il    mayın    1-də Məhəmmədağa    Şahtaxtlı  “Kaspi”    qəzetində
“Zaqafqaziya    müsəlmanları    necə adlandırılmalı”  məqaləsində bu türkdilli
xalqın    azərbaycanlı    olduğunu    bildirmişdi.    1903-cü    ildə
görkəmli
ədəbiyyatşünas    Firidun    bəy    Köçərlinin    “Azərbaycan ədəbiyyatı”    kitabı
çıxmışdı. “Ancaq  bunu  siyasi  doktrina  halında  həyat  və siyasət  səhnəsinə
atan  M.Ə.Rəsulzadə olmuşdur”.
1
1911-ci    ildə M.Ə.Rəsulzadə çar    qoşunlarının    İrana    daxil    olması    ilə
əlaqədar  Türkiyəyə getmiş  və orada  “İran  türkləri”  adlı  məqalə yazmışdır.
Bu    məqaləsindən    başlayaraq,    o    müstəqil    Azəybaycan    ideyasını    işləyib
hazırlamağla    məşğul    olmuşdur.    Şübhəsiz  ki,    bu  da    Güney    Azərbaycandakı
milli-demokratik  qüvvələrin  şuuruna  müəyyən  təsir  göstərmiş  və gələcəkdə
Xiyabani  publisistikasında  mərkəzi  yer  tutan  konsepsiyaya  çevrilmişdi.
Xiyabani  eyni  zamanda  “Təcəddüd”  qəzetində çap  etdirdiyi  məqalərində
mürtəce  qüvvələrin  dayağı  olan  şah üsul-idarəsini  kəskin  tənqid  edirdi.  O
göstərirdi ki,  mütləqiyyətin  zülmü  və insafsız  qayda-qanunlar hamını  cana
1
M.Əliyev.  M.Ə.Rəsulzadə, “Elm” qəzeti, 1988 oktyabr, səh.7.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə