Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

48
etməklə demokratların  rəğbətini  qazanmış  bolşeviklərin)  rəsmi  bəyənatlarının
tam əksinə olaraq    1920-ci    il    mayın    18-də yenidən-onun    Xəzər    dənizi
sahilində yerləşən liman  şəhəri Ənzəliyə hərbi  hissələr  çıxarması  və sonrakı
hadisələr    Xiyabanidə bolşeviklərə olan    inamı    tamamilə qırdı.    Bu    aylar
ərzində “On birinci  qırmızı  ordu”nun  Quzey  Azərbaycanı  işğal  etməsi,  Bakıda
və Gəncədə müsəlman əhaliyə qarşı    qırğınlar    törətməsi,    bir    sözlə
azərbaycanlılara    divan    tutması,    eyni    zamanda    Gilandakı    sovetlərin
dəstəklədiyi    ifrat    solçu    kommunistlərin    mənfur    siyasətinin əsil    mahiyyəti
Xiyabaniyə çox  şeyləri  aydınlaşdırdı.  Yalnız  indi  Leninin  və bolşeviklərin  iç
üzünü    tanıyan    Xiyabani    avqust    ayının    7-də “Yuq    Rossiyi”    qəzetinin
müxbirinə verdiyi  müsahibədə öz  fikrini  bolşevizmi  “Çarizmin  o  biri  üzü”
adlandırmışdı.
İranın Əsas  Qanununa  uyğun Əyalət Əncüməni  yaradılması  haqqında
Tehrana  müraciətinə cavab  almayan  üsyan  rəhbərliyi,  yerlərdə hakimiyyətin
demokratlar əlinə keçməsinə istinadən    iyunun    24-də Konustutsiyadakından
daha  yüksək  müxbir  huquqlara  və silahlı  qüvvələrə malik  Milli  Hökumət
(MH)  yaratdı.  Xiyabaninin  sədr  seçildiyi  “MH”  iyunun  24-də “Təcəddüd”
qəzeti    redaksiyası    binasından,    üsyandan əvvəl    mərkəzi    dövlət    idarələrinin
yerləşdiyi  və vəliəhdin  iqamətgahı  olan  binaya-Ala  Qapıya  köçürüldü. Milli
Hökumətin  tələbiylə vəliəhdin  hərəmxanası  və xidmətçiləri,  eləcə də üsyan
zamanı  Təbrizə göndərilmiş  vali  Eynüddövlə Təbrizi  tərk  etdilər.  Beləliklə
Təbrizdə mərkəzdən  göndərilmiş  bir  nəfər də məmur  qalmadı.
Bundan  sonra  irticaçılar   yenə üsyanı   yatırmaq,   daha  doğrusu  Milli
Hökuməti  yıxmaqdan  ötrü  yenə Təbrizə hucuma  keçdilər. Hər  dəfə də Milli
azadlıq    hərəkatının əsgərləri    irticaçılara    layiqli    cavab    verərək,    onları    geri
çıkilməyə məcbur  etdi.  Nəhayət, Xiyabani  Azərbaycanı  müstəqil  Dövlət  elan
edərək  adını   “Azadstan”  qoydu.  Lakin   “Azadstan”  Dövlətinin ömrü   uzun
sürmədi.    Müstəqiilk    elan    olunandan    altı    ay    sonra    1920-ci    il    sentyabrın
əvvəllərində,  yenicə Azərbaycan  valisi  təyin  olunmuş  Hidayət  Müxbirsəltənə
böyük    bir    ordu    ilə Təbrizə doğru    hərəkət    etdi.    O,    Təbrizə hucuma


49
keçməmişdən əvvəl  ingilis  və Amerikan  konsulluqlarına  xəbər  verdi,  sonra
isə kazak  dəstələri  ilə birləşərək  Təbrizə daxil  oldu.  Demokratlar  bu  səfər
dinc əhali  ayaq  altında  qalmasın  deyə,  Müxbirsəltənənin  ordusuna  heç  bir
müqavimət  göstərmədilər.  Təbrizdə Müxbirsəltənə ilə Xiyabani  arasında  bir
sıra  danışıqlar oldu.  Lakin  bu  danışıqlar  heç  bir  şeyi  həll  etmədi.  Xiyabani
Müxbirsəltənəyə sərt  cavablar  verib,  onun  istefasını  tələb  etdi.  Müxbirsəltənə
fırıldaqlarının    baş    tutmadığını    görüb,    gizli    surətdə Azadstan    Dövlətini
yıxmaqdan  ötrü  fəaliyyətə başladı.  O, Milli  hökumətin  jandarm  dəstəsini  öz
tərəfinə çəkə bildi.    Onların    başçısı    Hüseyn    xan    Majorla    birləşib    plan
hazırladı.  Onlar  jandarm  polkundan  bir  neçə dəstəni ətraf  kəndləri  və yolları
tutmaq üçün  göndərdilər.
Bundan  bir  neçə gün keçəndən  sonra  yollarda  quldurlar  olduğu  barədə
söz  yayıldı.  Mirzə Hüseyn  Major “quldurlarla  mübarizə aparmaq”  bəhanəsilə
800    nəfərlik    jandarm    dəstəsini  özü  ilə bərabər    Basminc    tərəfə apardı.
Beləliklə Milli  Hökumətin  son  silahlı  dəstəsi də mərkəzdən  çıxarıldı.  Təbrizdə
yalnız  İran  kazak  briqadası  qaldı.  Həmin  briqada  isə Tehran  hökumətinə
sadiq  idi.
Müxbirsəltənə
ilə Xiyabani    arasındakı    münasibətin
ən    gərgin
günlərində,  yəni  sentyabr  ayının 7-də Cəlil  Məmmədquluzadə Təbrizə gəldi.
O,    tək    gəlməmişdi,    özüylə “Molla    Nəsrəddin”    məcmuəsini  də gətirmişdi.
Xiyabani  Mirzə Cəlillə görüşdü  və uzun  sürən  səmimi  müsahibədən  sonra,
“Molla    Nəsrəddin”i    Təbrizdə çap    etmək    işində əlindən    gələn    köməyi
əsirgəməyəcəyini    söylədi.    Lakin    Azərbaycan    xalqının    azadlıq    və səadəti
uğrunda  bu  iki  simanın  dostluğu  çox  sürmədi.  Bu  görüş  birinci  və sonuncu
oldu.    Çünki    Müxbirsəltənənin əmriylə hərbi    qüvvələr    üç  yüzdən    çox
demokrat  ailəsini dağıdıb  qarət  edəndən  sonra,  Milli  Hökumətin  yerləşdiyi
Ala-Qapını    tutdular.    Xiyabani    isə Həsən    Miyanəçinin    evində olduğundan,
sentyabrın    14-də kazaklar    bura    hucum    çəkdilər.    Xiyabani    ilə kazaklar
arasında  atışma  başladı.  Xiyabani  bir  neçə düşməni  məhv  edəndən  sonra,


50
onların əlinə keçməsin    deyə son    gülləsi  ilə özünü    vurdu.    Bununla  da
Azadstan  Dövlətinin  mövcudluğuna  son  qoyuldu.
Onu da  qeyd  etmək  lazımdır ki,  Xiyabani  bir  siyasi  və ictimai  xadim
kimi  bir  sıra  müsbət  keyfiyyətlərə malik  olsa da,  öz  siyasi  fəaliyyətində bir
sıra  xətalara  yol  vermişdi.  Belə ki, o,  Okyabr  inqilabının  yaradıcısı  Leninə və
Qırmızı Orduya  dərin  məhəbbət  bəsləmişdi.  Quzey  Azərbaycanı  qana  boyayan
Leninə və Qırmızı    Orduya    məhəbbət    bəsləyən    Xiyabani,    “Azərbaycan
Demokratik    Cumhuriyyəti”nə və onun    qurucularına  o    qədər  də hüsn-rəğbət
bəsləmirdi.    Tarixi    mənbələr    göstərir  ki,    Xiyabaninin    “Azərbaycan”    adını
“Azadstan”a  çevirməsinin səbəbi  məhz bu olmuşdur. Onun  Quzey Azərbaycanın
1918-ci il  may  ayının 28-də elan olunan müstəqilliyinə qeyri-səmimi  münasibəti,
onun Quzey Azərbaycanı “XI qızıl ordu” işğal edənə qədər, Quzey Azərbaycanla
bütün əlaqələrinin  kəsilməsinə səbəb olmuşdu. Xiyabanin “Turançılıq ideyası”na
da  münasibəti  müsbət  olmamışdır. Lakin Nəriman Nərimanov kimi, Xiyabani də
sonradan  Leninin  və bolşeviklərin  riyakarlığını görüb peşmançılıq  çəkmişdir.
Bəlkə bu da onun  siyasi  karyerasının  zəifləməsinə, müəyyən qədər bədbinliyə
qapılmasına və ümumiyyətlə, hər kəsə qarşı  inamının  itməsinə səbəb olmuşdur.
Əlbəttə, bütün    bu    qeydlər    Xiyabanini    tənqid    etməkdən    ötrü    deyildir.
Xiyabani    quzeyli-güneyli    Azərbaycan    xalqının    qəhrəman    oğludur.    Lakin
həyatda  peyqəmbərlərdən  və övliyalardan  başqa  ideal  insan  olmayıb  və heç
zaman da  olmayacaq.  Çox  təəsüflər  olsun ki,  istər  Xiyabaninin  tədqiqatçıları,
istərsə də onun  haqqında  bədii əsərlər  yazan ədiblər,  onun  yalnız  müsbət
keyfiyyətlərini  göstərməklə kifayətlənmiş,  səhvlərini  isə nəzərə çatdırmamışlar.
ƏDƏBI  FƏALIYYƏTI...
Alovlu natiq, istedadlı publisist jurnalist-mühərrir
Xiyabaninin ədəbi    fəaliyyətini əsasən    daxili    istibad    və xarici
müstəmləkəçilərlə mübarizə,    Azərbaycan    cəmiyyətinin    islahı    üçün    yeni


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə