Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

39
Anadoluda    və Qafqazda    yaşayan    dinc    türk əhalinin  (Osmanlı  və azəri
türklərinin)    üzərinə qəfil    hucuma    keçərək    dəhşətli    bir    soyqırım    törətdi.
Erməni  quldurları  türk  çağalarını  süngüyə keçirir,  qadınların  döşünü  kəsir,
qoca  kişilərin  kürəyinə isti  samavar   bağlayır,   yeniyetmələrin  başını  kəsir,
yaşlı  qadınların  gözləırini  çıxarırdılar. Osmanlı  dövləti  bunun  qarşısını  almaq
üçün  müvafiq  tədbirlər  gördü və Güney  Azərbaycanda  yerləşən  alaylarını da
geri  çağırmağa  məcbur  oldu. Osmanlı əsgərləri  Təbrizi,  o  cümlədən  Güney
Azərbaycananın    bütün    bölgələrini    tərk    etdikləri    üçün,    Rusiya    öz
müttəfiqlərinin    köməyi  ilə yenidən    Güney    azərbaycana    soxuldu.    Osmanlı
ordusu    isə aprel    ayında    Anadolunun    Van    vilayətində Andronikin    erməni
daşnaklardan  ibarət  olan  yüz  minlik  ordusunu  acı məğlubiyyətə uğratdı.  Bu
qanlı  savaşda  on  minlərlə əsgər  və zabitini  itirmiş  ermənilər əyinlərinə yas
libası  geyinərək,  osmanlı  türklərinin  onlara  qarşı  soyqırım  törətdiklərini  bütün
dünyaya  car  çəkməyə başladılar.
Təbriz    şəhəri    isə yenidən    Rusiyanın    tabeliyinə keçdi    və rus    hərbi
hissələri  1918-ci  ilin əvvəlinədək  burda  qaldı.  Bütün  bu  dövr ərzində Güney
Azərbaycan    rus    qoşununun    başlıca ərzaq    təhcizatı    mərkəzlərindən    biri
olmuşdu.
Vətənin  xilası  uğrunda  gizli də olsa  mübarizə aparan  İDP  Azərbaycan
əyalət  təşkilatına,  onun  Təbriz  komitəsinə Mirzə Əli  Çayçı,  Mirzə Əli xan
Postxana,    Hacı    Məhəmmədəli    Badamçı    başçılıq    edirdi.    Məşrutə inqilabı
yatırılandan  sonra  şahın  və irticanın əlinə düşməmək  üçün ölkəni  müvəqqəti
tərk    etmiş    Xiyabaninin    vətənə qayıdışı    və azadlıq    hərəkatı    rəhbərliyində
coşqun  fəaliyyətə başlaması  Azərbaycan  xalq  hərəkatına  yeni  nəfəs  verdi.
Xiyabani  1914-cü  ildə Təbrizə qayıtdı. Bu  dövrdə Təbriz  “Şücaiddövlə”
ləqəbi  daşıyan  Səməd  xanın əlində idi.  Şücaiddövlə Güney  Azərbaycanda
özbaşına  bir  idarəçilik  qurmuşdu. Əhməd  şah  digər  Qacar  şahlarından  fərqli
olaraq  məşrutəyə,  yəni   “Gələcəyə açılan cığıra”  isti  münasibət  bəsləyirdi.
Odur ki, o, Məclisin  açılması  barədə fərman  verdi.  Güney  Azərbaycanda  seçki
yeli əsməyə başladı.    Demokratlarla    liberallar    arasında    rəqabət    qızışdı.


40
Demokrat    Partiyasının    uğur    qazanacağına    şübhə eləməyən    Şücaiddövlə
Azərbaycanda    seçkilərin    keçirilməsinə icazə vermədi,    rusların    köməyinə
arxalanaraq      Təbrizdə seçkiləri əngəllədi.  III    çağırış    Məclisdə Güney
Azərbaycandan  millət  vəkili  olmadı.
1917-ci    ildə baş    verən    inqilab    İranın    siyasi    həyatında    bir    sıra
dəyişikliklərə səbəb  oldu.  Rusiya əvvəlki  bütün  anlaşmaları  ləğv  etdi.  Rus
inqilabından    sonra    Güney    Azərbaycan    yenidən hərəkətə gəldi.    Urmiyada
ermənilərlə bir    kökdən    olan    assuriyalılar    şəhəri    yandırıb    qarət    etdilər.
Qaradağ  bölgəsi  şahsevənlər  tərəfindən  yağmalandı. Ərdəbili  çar  ordusundan
qalmış əsgərlər  yandırıb  talan  etdilər.  Bütün  yollarda quldurlar  dolaşmağa
başladı.    Onlar    zülm əlindən    qaçmış    didərginləri    soyub    talayır    və
öldürürdülər.
Belə bir    ictimai,    siyasi    və iqtisadi    vəziyyətdə Xiyabani    Demokrat
Partiyasının    Azərbaycan    şöbəsini    qurdu    və partiyanın    adını    Azərbayzan
Demokrat  Partiyası (ADP)  qoydu.  Partiya  Tehrandan  asılı  olmayaraq  müstəqil
şəkildə çalışmağa  başladı.  ADP  tərəfindən  Mirzə Tağı xan  Rəfətin  rəhbərliyi
ilə “Təcəddüd”  qəzeti  nəşr  olunmağa  başladı. “Təcəddüd” qəzeti  İranda  və
Azərbaycanda    baş    verən    hadisələri    işıqlandırır,    Xiyabaninin    publisistik
çıxışlarını  çap  edirdi.
ADP 450  nümayəndənin  iştirakı ilə keçirdiyi  qurultayında  bir  qətnamə
qəbul  edərək,  Tehrana  dörd  tələb  irəli  sürdü. a)Demokratik  dəyişikliklər,  o
cümlədən    torpaq    islahatı  b)Tehranda  Milli    Məclisin    yenidən    qurulması,
v)Əyalət əncümələrinin  təsis  edilməsi, d)Məşrutənin  bütün  qurumları  ilə birgə
qüvvəyə minməsi...
ADP  həmin    qətnamədən    sonra    Azərbaycanın    bütün    vilayətlərində
təşkilatlanmağa    başladı.    Xiyabani    nitqləri    və məqalələri    ilə Azərbaycan
xalqını  milli  mücadiləyə ruhlandırırdı.  O  hesab  edirdi ki,  Azərbaycana  Tehran
tərəfindən    haqsızlıq    edilmişdir.    Tehran    bu    haqsızlığa    və ədalətsizliyə son
qoymalıdır.    Xiyabani    Azərbaycanın    problemlərinin,    Konstutsiyanın    qüvvəyə
minməsi  və əyalət əncümələrinin  qurulması  ilə çözüləcəyinə inanırdı.  ADP


41
Tehrandan  cavab  gözləmədən,  Azərbaycanın  vəziyyətini  yaxşılaşdırmaq  üçün
tədbirlər  görməyə başladı.  İlk  növbədə başıpozuqluq,  möhtəkirlik  və aclıqla
mübarizə məqsədilə bəzi  qurumlar  yarandı.  Bunlar  aşağıdakılar  idi.
1. Ərzaq  komissiyası - Bu  komissiya  imkanlı  adamlardan  taxıl  alıb çörək
bişitdirir  və həmin    çörəyi    çox    ucuz    qiymətə əhaliyə satırdı.  2.Məhəllə
komissiyası - Bu    komissiya    yaşlı    insanlardan    təşkil    olunmuşdu  və
məhəllələrdəki  yoxsul  ailələri  müəyyənləşdirib,  onlara  çörək  çatdırılmasında
Ərzaq    komissiyasına    yardım    edirdi.  3.Yoxsullar    evi-Bu    komissiya  yoxsul,
kimsəsiz  və qoca  adamları  bu  evdə yerləşdirirdi. 4.Yardım (İanə)  komissiyası-
Bu  komissiya  yoxsullar  üçün  yardım  toplamağla  məşğul  olur,  bu  məqsədlə
varlılardan  böyük  məbləğdə pul  alırdı.
Xiyabani  bu  qurumların  işinə şəxsən  özü  nəzarət  edir  və vəzifəsini  pis
yerinə yetirən    şəxslərin    adlarını    “Təcəddüd”    qəzetində qeyd etdirir,    eyni
zamanda  ADP-nin    iclaslarında    onları    ifşa    edirdi.  “Təcəddüd”    qəzetində
həmçinin    bütün    qurumların    statistik    hesabatları    dərc    olunurdu.    Xiyabani
rəsmən  iqtidarda  deyildi, amma  Güney  Azərbaycanda  hər nəsələni  nəzarətdə
saxlayırdı.
1918-ci  ilin  martında bolşeviklərin  köməyi ilə Quzey  Azərbaycanın əksər
bölgələrini    işğal    edərək,    Azərbaycan    xalqına    qarşı    tarixdə görünməmiş
soyqırım  tətbiq  edən  erməni-daşnak  ordusu,  eyni  zamanda  Təbrizi  və Güney
Azərbaycanın  bir  çox  bölgələrini də işğal  edərək  qırğınlar  törətdi.  Az  bir
müddət  içində silahsız  insanlara  divan  tutan  ermənilər,  Güney  Azərbaycanda
da  on  minlərlə insanı  vəhşicəsinə qətlə yetirdilər. Belə bir  zamanda  Osmanlı
ordusunun    komandanları    Quzey    Azərbaycanı    xilas    etməkdən    ötrü    Qafqaz
İslam  Ordusunun  bir  neçə korpusunu  göndərdiyi  kimi,  Güney  Azərbaycanı da
daşnak  işğalından  xilas  etmək  üçün bir  neçə alay  göndərdi.  Osmanlı  ordusu
tez  bir  zaman  içərisində daşnakları  acı  məğlubiyyətə uğradaraq, Təbrizi  və
başqa  bölgələri  işğaldan  azad etdi.
Yeri    gəlmişkən    onu    da    qeyd    etmək    yerinə düşür  ki,  Qulam
Məmmədlinin 1949-cu  ildə “ Azərbaycan  xalqının  milli  azadlıq  mübarizəsi


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə