Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

30
etməyə imkan  tapmışdır. Əvvəldə qeyd etdiyimiz kimi Tiflisdən  Mahaçqalaya,
atası  Hacı Əbdülhəmidin  yanına  gələn  Məhəmməd,  burda  ticarətlə məşğul
olmağla  yanaşı,  boş  vaxtlarını  Qərb ədəbiyyatını  mütaliyəyə sərf  etmişdir.
Nəhayət  o, Təbrizə qayıdıb,  arzuladığı “Qalibiyyə”  mədrəsəsinə daxil  olmuş,
burda  Hacı  Mirzə Həsəndən fiqh-üsul  elmini, Hacı  Mirzə Əbdüləli  Təbrizidən
nücum  elmini  öyrənmişdir. Bir daha xatırladaq ki, Məhəmməd  eyni  zamanda  o
dövrün  böyük  ilahiyyatçı  alimi  olan Əngəcidən  qiraət  və bəlağət  elmlərini əxz
etmişdir.  Məhəmməd    islam    fəlsəfəsini  və tarixini  də gözəl    bilmiş,    odur  ki,
müctəid    dərəcəsinə qədər    yüksəlmişdir.  Ümumiyyətlə, yüksək    intellektə və
işıqlı  zəkaya  malik  olan  Məhəmməd Azərbaycan  və fars  dilləriylə yanaşı,
ərəb,    rus  və fransız    dillərində də sərbəst    danışmışdır.  Bu  da    onun  ictimai
xadim    kimi    yetişməsinə təkan    vermişdir... Siyasi    fəaliyyətinə isə Xiyabani
artıq 1905-ci ildən – Səttarxan  hərəkatı  başlayan  zamandan  başlamışdı...
Güney    Azərbaycanda      məşrutə hərəkatı    başlanan    gündən,    hərəkatın
lideri  Səttarxanın ən  yaxın  silahdaşı  və məsləkdaşına  çevrilən  Məhəmməd,
camilərdə və məscidlərdə, şah-üsul  idarəsinə qarşı məntiqli  və mənalı  çıxışlar
və cihada    çağırışlar  eləməklə yanaşı,
əlində silah,    azadlıq    uğrunda
savaşmışdır.
İnsan  arzularına  açılan  bir  cığır-məşrutə,  Xiyabaninin  taleyində,  ömür-
gün    kitabında  da    bir    cığır    olmuşdur.  Bu  da    onun    gələcəkdə milli-azadlıq
hərəkatının    rəhbəri    kimi,    istiqlaliyyət    bayrağı    qaldırmasına    güşlü    təkan
vermişdir.
1905-ci  ilin burjua-demokratik inqilabı,  bütün  Şərq  ölkələrində, İranda,
Türkiyədə,  Çində və başqa  yerlərdə demokratik  hərəkatın  güclənməsinə səbəb
olmuşdu. Yüz milyonlarla  məzlum  insan,  yeni  həyata  və insan  üçün ən ibtidai
huquqlar  uğrunda mübarizəyə qoşulmuşdular. İranın əyalət və şəhərlərini bürüyən
demokratik  hərəkatın qorxusundan, şah məclis çağırıb, azadlıq  haqqında  manifest
verməyə məcbur olmuşdu.
Məşrutə hərəkatına  vaxtilə Bakıda  fəhləlik  etmiş  və bakılı  soydaşlarının
inqilabi  coşqunlyq əzminin  şahidi  olmuş  Səttarxan  başçılıq  edirdi. Onun ən


31
yaxın  köməkçisi isə Bağırxan  idi. İranda  Məştutə hərəkatı  başlayan  gündən,
Şimali  Azərbaycanın  və Tiflisin  demək  olar ki,  bütün  mətbuat  nümayəndələri,
o  cümlədən  tərəqqipətvər  və vətənpərvər  insanları nəinki  hər  gün,  nər  saat,
hər  dəqiqə,  hər  saniyə buna  münasibətini  bildirmiş,  başda  Hacı  Zeynalabidin
olmaqla, Əlibəy  Hüseynzadə,  Məmmədəmin  Rəsulzadə, C.Məmmədquluzadə,
M.S.Ordubadi  və başqaları Məşrutə hərəkatının  qələbəsi  üçün əllərindən  gələni
əsirgəməmişlər. N.Nərimanov isə əvvəlcə Odessada, sonra  isə Tiflisdə publisistik
çıxışlar  edir,  Tiflisdə olarkən  Məşrutə hərəkatına  kömək  məqsədilə Qafqaz
mücahidlərinin Cənubi Azərbaycana getməsində xüsusi xidmətlər  göstərirdi.
Hacı  Zeynalabidin  Tağıyev  Məşrutə hərəkatının mücahidlərinə hər  cür
maddi yardım göstərmiş, M.Ə.Rəsulzadə İrana səfər edərək bilavasitə özü  Məşrutə
hərəkatında  iştirak    etmiş, eyni  zamanda  “Yeni    İran”  adlı  qəzetin  nəşrinə
başlamış, 1910-cu  ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyun” adlı, 1911-ci ildə
isə “Səadəti-bəşər”    adlı    kitabını    nəşr    etdirmişdi.    M.Ə.Rəsulzadə bundan
əlavə,    Bakıda Əhmədbəy    Ağayevin    redaktoru    olduğu    “Tərəqqi”    qəzeti  ilə
əməkdaşlıq  edirdi  və Səttarxanın  başçılığı  altında  gedən  xalq  hərəkatına  aid
yazıları  “İran  məktubları”  rublikası  altında  “Tərəqqi”  qəzetində dərc  olunmaq
üçün Əhmədbəy  Ağayevə göndərirdi.  1909-cı  il  mayın əvvəllərində Təbrizdə
(Osmanlı    konsulluğunda)    Səttarxanla    M.Ə.Rəsulzadə şəxsən    görüşmüşdülər.
Bu  vaxt  inqilab  sərkərdəsi  Sərdari-milli  Səttarxanın  42,  M.Ə.Rəsulzadənin  isə
25  yaşı  var  idi. Milli  istiqlal  hərəkatının  iki böyük  şəxsiyyətinin bilavasitə
görüşü hər iki  tərəf  üçün  unudulmaz  və əlamətdar  olmuşdur. M.Ə.Rəsulzadə
Səttarxanın ən  yaxın  silahdaşları Bağırxan, Əli Müsyo, Heydər Əmioğlu, Mehdi
Kuzekarani,  Hüseyn Bağban, Baxşəli xan Yekanlı, Hacı Əli Davaçı, Mirzə Kərim
Bəzzaz,  Üsgülü  Məşdi  Məhəmməd Əmioğlu,  Səid  Səlmasi  və bir  çoxları  ilə də
görüşmüş,  onlardan  müsahibə alaraq,  bu  müsahibələri də “Tərəqqi”  qəzetinə
göndərmişdi.
İran  inqilabını dövründə, Məşrutə hərəkatı “Molla Nəsrəddin” jurnalının
səhifələrində də müntəzəm surətdə əks etdirilirdi.  Mollanəsrəddinçilərin görkəmli
nümayəndələrindən  olan M.S.Ordubadi də İran  inqilabında  iştirak edirdi və öz


32
müşahidəsi əsasında  yazdığı əsərləri  Tiflisə, “Molla  Nəsrəddin” redaksiyasına
göndərirdi.  M.S.Ordubadinin    İran    inqilabının    düşmənlərini    ifşa  edən yüzlərlə
feleytonu  və şeiri  vardır. Onun İran  inqilabına  və Səttarxana  həsr etdiyi əsəri,
ən məhşur  romanlarından  biri  olan “Dumanlı Təbriz” romanında inqilabi  komitə
təşkilatınınm  Təbriz  camaatına  müraciətlə buraxmış olduğu    intibahnamələrin
birində deyilir:
“1907-ci  ildən  başlayaraq  1911-ci  ilə qədər  Təbriz  xalqının  göstərdiyi
qəhrəmanlığı  İran  inqilabının  tarixi  heç  bir  vaxt  unutmayacaqdır.
Azərbaycan    xalqı    daima    İran    inqilabına    təkan    vermişdir.    İnqilab
duyğularını  heç  bir  qüvvət  sizin  zehninizdən  çıxara  bilməmişdir.
Siz  Nəsrəddin  şah,  Müzəfərəddin  şah  və onun  oğlu  Məmmədəli  şah
dövründə də mərkəzi    hökumətə təsir    yetirməklə də öz    fikrinizi    həyata
keçirmişsiniz...
Hazırda  çar  istilası  sizi  qorxutmasın,  siz  bütün  mübarizədə müvəfəqqiyyət
qazandığınız kimi, bu mübarizədə də müvəffəqiyyət qazanacaqsız”.
M.S.Ordubadinin  Cənubi  Azərbaycandakı inqilabı  təsvir  edən  “Dumanlı
Təbriz”  pyesi də Səttarxan  və Bağırxanın  qəhrəmanlığından,  eyni  zamanda
Cənubi  Azərbaycan  inqilabçılarının  öz  ölkələrini  İran  mürtəceləri və xarici
imperialistlərinin    zülmündən    qurtarmaq    üçün    apardıqları    mübarizədən    bəhs
edir.
Cənubi  Azərbaycanda  ilk  dəfə ana  dilində nəşr  olunan “Azərbaycan”
adlı ədəbi-bədii  məcmuə (1906-1907) də Səttarxanın  adı  ilə bağlıdır.  Sərdari-
milli  inqilabi  fəaliyyətə rəhbərlik  etdiyi zaman milli  mətbuatın  yaranması və
ana  dilinin  inkişafı  uğrunda  bir  sıra  tədbirlər  görür,  bu  sahədə ciddi  fəaliyyət
göstərənləri  təltif  edirdi.
1907-ci  ildə silahlı  xalq  hərəkatını  yatırmaq  üçün şah,  qaradağlı  məhşur
quldur Rəhim xanı və Maku xanı Təbriz üzərinə göndərdi. Rəhim xanın və Maku
xanın quldur  dəstələrindən Təbrizin müdafiə olunmasıİran inqilabının unudulmaz
qəhrəmanlıq səhifələrindən  biridir.  Təbriz  quldur dəstələrinin  hucumuna    məruz
qalarkən,  xalq Səttarxanın  yanına nümayəndə göndərib,  ondan  kömək  istədi.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə