Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

57
gətirmişdir.  Xiyabani  torpağı  “öz əlləri  ilə işləyənlərin  ixtiyarına”  verməyi,
vergiləri  azaltmağı, ən  zəruri ərzaq məhsullarını  ucuzlaşdırmağı  və rəiyyətdən
seçilmiş  adamların  ixtiyarına  verməyi  yazaraq,  zəhmətkeş  kütlələri  həmrəy
olmağa  səsləyirdi. O  inqilabın  milli-azadlıq  mübarizəsinə təsir  göstərəcəyinə
inanırdı.    Çünki    inqilabi    hərəkat    meşşan    insanların    zəhmətkeşlərə olan
münasibətdə riyakarlıq    pərdəsini    parçalayıb    atmışdı.    Xiyabani    görürdü  ki,
inqilabi  hərəkat  baş  verəndən  sonra  möhürlü  ağızlar  açıldı,  neçə illər  bir-
birinin  üstünə toplaşmış  dərdlər  aşkar  olmağa  başladı.
Bütün  bunlar  xalqı  yüzillər  boyu  zülm  və əsarətdə saxlayan  şah  üsul-
idarəsinin    sarsıldığını    göstərirdi.    Hamıya    məlumdur  ki,    o    dövrlər    Güney
Azərbaycanda  tək  şah  üsul-idarəsi  deyil,  çar  üsul-idarəsi,  eyni  zamanda  onun
müttəfiqləri  ağalıq  edirdilər.
Xiyabaninin  publisistikasında  bu  mövzu  da  vaxtaşırı  yer  alırdı.
Hətta    1917-ci    ildə çar    üsul-idarəsi    devriləndən    sonra,    cəlladlıqda
onlardan  geri  qalmayan,  bəlkə beş  dəfə də artıq  olan  bolşeviklər  tərəfindən
devriləndən    sonra  da    Güney    Azərbaycandan    çar    üsul-idarəsinin    kazak
süvariləri  ayaq  götürmədilər.  Lakin  bunlar  artıq suquta  uğramış  çar  üsul-
idarəsinə deyil,  riyakarlıqda  və alçaqlıqda  tayı-bərabəri  olmayan  şah  üsul-
idarəsinə tabe  idilər.  Xiyabani  “Təcəddüd”ün  səhifələrində bu  barədə söhbət
açır  və bunu  İranın  köksündə,  bir  yerindən  qopub,  o biri  tərəfinə rışa  atmış
irinli  bir  çibana  bənzədirdi.
Xiyabaninin  siyasi  görüşləri  həm də Məşrutə hərəkatı  ilə bağlı  idi.  Bu
hərəkatla    bağlı    olan    Demokratik    Partiyanın    tərkibində mübarizə edərkən
Xiyabani    bir    İran    təbəəsi    kimi    vahid    İranın    imperialist    boyunduruğundan
qurtulmasına  çağırırdı.
1919-cu    ildə ingilis-İran    müqaviləsi    nəticəsində İranın    suverenliyinə
növbəti  zərbə dəyəndə,  Xiyabani  bu  müqaviləyə qarşı  çıxaraq  vətənpərvər
qüvvələrdən    ibarət    məclis    çağırmağa    səsləyirdi.    Lakin    1920-ci    ilin
əvvəllərində Cənubda  xalq  hərəkatının  qüvvətlənməsi  Xiyabaninin  müstəqil
Azərbaycan  şüarına  tərəfdarlıq mövqeyinə gətirib  çıxardı.  Lakin  bu  məslədə


58
müəyyən    tarixi    səbəblərdən  onun    mövqeyi    ziddiyətli    idi.    Bir    tərəfdən    o,
məqalə və nitqlərində İranı  “vətən”  adlandırır, İmkan  düşən  kimi  bu  ölkənin
bütıvlüyünə tərəfdar  olduğunu  göstərirdi,  təkidlə bildirirdi ki, bütün  İran  üçün
azadlıq    arzulayır    və mübarizəsinin    ali    məqsədi  də budur.    Lakin    ikinci
tərəfdən o,  İran  tərkibində Azərbaycanın  muxtariyyətinə can  atır,  bu  məqsədlə
1917-ci  ilin  avqustunda  başqa  İran  xalqlarından  ayrı  Azərbayca  Demokrat
Partiyasını    müstəqilləşdirmək    üçün əyalət    konfransı    çağırırdı  ki,  bu    da
perspektivdə İranın    vahid    vətən    olması    konsepyasına    zidd    idi.    Ümumən
məqalə və nitqlərində Azərbaycan    xalqını    alovlu    tərənnüm    etməsi,    onu
demokratiyanın əsas    dayağı    adlandırması    doğru  və uzaqgörənlik    idi.  Lakin
belə görüşlər  İranın  demokratik  hərəkatının  ideyasına  tam  uyuşmurdu.  Onun
işlətdiyi    “Azərbaycandakı    istiqlaliyyət    məfhumu    vahid    İranın    azadlığı,
demokratiyaya    gəlməsi    fikrinə zidd    idi.  İranda    vahid    hərəkatın    fotmalaşa
bilməməsi,  millətlər  arasında  birliyin  yoxluğu,  bütün  İran  inqilablarının  və
hərəkatlarının  məqlubiyyətinin əsas  səbəblərindən  biri  idi.  Yalnız  1978-1979-
cu illərdə İmam  Xomeyninin  rəhbərliyi  ilə alovlanan  İslam  inqilabı  zamanı,
Şəriət  Mədarinin  müdrikliyi  sayəsində Azərbaycan  xalqı  milli  şüarları  ortaya
atmadı  və nəhayət ki, İranda inqilab  qalib  gəldi.
Xiyabaninin  siyasi  publisistikası  Azərbaycan  xalqının  milli  suverenlik
uğrunda  mübarizələri    tarixində mühüm    yer    tutdu.    O,    vahid    İran    azadlıq
hərəkatının  deyil,  məhz  Azərbaycan  istiqlalı  hərəkatının  böyük  hadisəsi  oldu.,
özündən  sonra  məhz  bu  yöndə ciddi əhəmiyyət  kəsb  etdi..  Təsadüfü  deyil ki,
sonrakı  demokratik  hərəkatlarda  onun  adı  məhz  azərbaycanlı  bir  lider  kimi
qaldı.  Çünki  onun  siyasi-publisist  irsinin  mərkəzi  məsələsi  məhz  Azərbaycan
xalqının  taleyidir.
1
Bizə məlumdur ki,  Güney  Azərbaycanda  ilk  dəfə ana  dilində nəşr  olunan
ədəbi-bədii    məcmuə “Azərbaycan”  (1906-1907)    idi.    Bu    məcmuəninm    adı
bilavasitə Səttarxanın  adı  ilə bağlıdır.  Sərdari-milli  inqilaba  rəhbərlik  etdiyi
zaman  milli  mətbuatın  yaranması  və ana  dilinin  inkişafı  uğrunda  bir  sıra
1
Rəhim Əliyev. Taleyin  sözü. Bakı, “MBM”  nəşriyyatı, 2008, səh 426.


59
tədbirlər    görür,    bu    sahədə ciddi    fəaliyyət    göstərənləri    təltif    edirdi.
“Azərbaycan” məcmuəsinin  birinci  nömrəsini  gördükdə Səttarxanın  sevincdən
ağladığı  qeyd  edilir.
“Azərbaycan”  məcmuəsindən əlavə,  Məşrutə hərəkatının  təsiri  altında
Təbrizdə “Əncümən”,  “Azad”,  “Maarif”,   “Təməddün”,  “Sübhi-Sadiq”  kimi
qəzet    və məcmuələr    çıxırdı.    Xiyabani    imkanı    daxilində bu    dərgiləri    və
ruznamələri    mütaliə edir,    yeri    gələndə dövri    mətbuatda    bu    mətbuat
vasitələrindəki  yazılara,  məqalələrə öz   münasibətini  bildirirdi.  Lakin Xiyabani
tək    bununla    kifayətlənmirdi.    Ümumiyyətlə, mütaliəni    çox    sevən    inqilabçı
Quzey    Azərbaycanda    çıxan    “Molla    Nəsrəddin”,  “Fyuzat”,    “Yeni    Fyuzat”,
“Həyat”, “Tərəqqi”,  “Babayi-Əmir”  və s. qəzet  və jurnalları da  zaman-zaman
mütaliə edirdi.  “Molla  Nəsrəddin” ənənələrini  davam  etrdirən  “Azərbaycan”
məcmuəsinin  qiymətli  cəhətlərindən  biri də müasir  mövzularda,  yerli  şərait
üçün  aktual  məsələlərdən  yazması  idi.
Şübhəsiz ki, bütün bunlar Xiyabaniyə lazım  olan məlumatları  çatdırmaqla
yanaşı,  onun gələcək ədəbi fəaliyyətinə də öz təsirini göstərirdi. Tarixdən
məlumdur ki, hər bir ədəbi məktəb, ədəbi cərəyan, özündən əvvəlki ədəbi irsə öz
münasibətini  bildidrir. Yəni mütərəqqi ədəbi məktəb, ədəbi cərəyan xalqın
həyatını,  onun  qabaqcıl  arzu və meyllərini əks etdirməyi  özünün bacib
vəzifələrindən  hesab  edir. Beləliklə də o,  xalqın  yaratdığı ən  yaxşı mənəvi
sərvətlərdən  qida  alaraq,  onu  inkişaf  etdirib  yeni  pilləyə qaldırır.  Azərbaycan
ədəbi  məktəbindən, ədəbi  cərəyanından  kifayət  qədər  bəhrələnmiş  Xiyabani,
Həsən bəy  Zərdabi, Mirzə Fətəli  Axundzadə,  Məhəmməd  Şahtaxtlı,  Firidun
bəy    Köçərli,    Cəlil    Məmmədquluzadə,  M.Ə.Sabir,  M.Ə.Rəsulzadə, Əli  bəy
Hüseynzadə, Əhməd bəy  Ağaoğlu,  eyni  zamanda  Bayraməli  Abbaszadə, Səid
Səlmasi, Əşrəfəddin  Gilani  və başqa  sənətkarların  davamçısı  kimi,  yaşadığı
dövrün  real  hadisələrini, ən  vacib  məsələlərini,  eyni  zamanda  xalqın  arzu  və
istəklərini  dünya  ictimayyətinə çatdırmaq üçün  fəaliyyət  göstərirdi.
Tarixdən  bu  da məlumdur  ki,  böyük sənətkarlar  daima  maddi çətinliklər,
mənəvi sıxıntılar, hətta bəzi hallarda fiziki təzyiqlər altında yazıb yaratmışlar.  Bu


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə