Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

• Abid  Tahirli
 

72
 ~ 
 
zamanla  «kiçik  şeylərin böyüyəcəyi, çətin  işlərin  asanlaşacağı  və 
uzaq  şeylərin  yaxınlaşacağına  dair  sarsılmaz  inancın  sürüklədiyi 
Qaspiralı və «Tərcüman» üçün belə deyildi. 
…Zamanla «T
ərcüman» modernizmin simvoluna çevrildi. 
Bu etiba
rla  da  adı  Rusiya  müsəlmanlarına  özləri və  digər bir 
çoxlarının keçən yüz il və sonrasında ardınca düşdükləri bu abidəvi 
əməli  xatırladır»  («İsmayıl  bəy  Qaspiralının  «Perevodçik»  - 
«T
ərcüman»ı:  modernizmin  bir  tribunası»  məqaləsindən, çevirəni 
Bül
ənt Tanatar). 
 
 
Dr. Brian G.Villiams:  «1914-cü ild
ə  vəfat edən 
İ.Qaspiralıya münasibət Sovet dövrünün ilk on ilində müsbət olmuş
sovet n
əşrlərində  onun fəaliyyəti təqdir  edilmiş,  sovet  qəhrəmanı 
s
əviyyəsinədək  qaldırılmış,  Baxçasaraydakı  evi  muzey  edilmişdir. 
1930-cu ill
ərdə  Stalinin «millətçi  damğası»nın  işə  düşməsi ilə  bir 
anda  Qaspiralının  «sosialist  ikona»  rolu  sona  çatdı,  adı,  əməlləri 
t
əzyiqə  məruz  qaldı,  ev  muzeyi  bağlandı,  sümürücü  burjua 
nümay
əndəsi kimi tənqidlərə məruz qaldı. Sovet islam tədqiqatçısı 
Lyu
tsiyan  Klimoviç  «Çarlıq  Rusiyasında  islam»  adlı  əsərində 
Qaspiralını  burjua  sümürücülərinin «ən  şaşaalı»  adlandırdığı 
Qaspiralıya qarşı borda atəşini başlatdı… 
…Müs
əlman fanatizminə  qarşı  mücadiləsində  və  milləti 
birl
əşdirmək və dünyəviləşdirmək istiqamətindəki fəaliyyətinə görə 
gerç
əkdən «Krımlı bir Atatürk» adını qazandırmışdır. 
…Qaspiralını  Krım  tatar  millətçilərinin  atası  adlandırmaq 
olar».  («İsmayıl  Qaspiralının  mirasını  yenidən  şərh etmək:  Krımlı 
Atatürkmü,  rus  işbirlikçisimi,  yoxsa  Rusiya  imperatorluğuna  pan-
türkçü bir t
əhdit» məqaləsindən. Çevirəni Bülənt Tanatar). 


• Bütün türkl
ərin tərcümanı 

73
 ~ 
 
İbrahim 
Dilmaç: 
«Modern zamanlarda türk 
milliyy
ətçiliyinin  ən önəmli  düsturunu  İsmayıl  Qaspiralı,  qaynağı 
da onun çıxardığı «Tərcüman» qəzetidir… Qaspiralı ən əvvəl təhsil 
olmaq üzr
ə  çeşidli sahələrdə  gətirdiyi yeniliklərlə  türk 
modernl
əşməsinin  önünü  açan  adamdır…  «Tərcüman» qəzetinin 
şüarı  olan  «Dildə, fikirdə,  işdə  birlik» bu gün belə  mənasını 
qorumaqda v
ə  yol göstəricisi  olmaqdadır.  Bir  Krım  tatarı  olan 
İsmayıl Qaspiralıdan sonra Kazan tatarlarından olan Yusif Akçura 
modern türkçülük c
ərəyanının  ən önəmli ikinci ideoloqudur». 
(«Modern  türk  düşüncəsinə  «cədidçi»  ənənəsinin təsiri» 
m
əqaləsindən). 
 
 
Safter Nağayev: «Millət atasının vəfatı haqqında ilk olaraq 
Az
ərbaycanın  sevilən  övladı  Nəriman Nərimanov,  türkistanlı 
c
ədidçilərin öndəri Mahmudxoca Behbudi, özbək  ədəbiyyatının 
görk
əmli nümayəndəsi Həmzə  və  ardınca  digərləri  duyğularını 
b
əyan etdilər. M.Behbudi «Ayna» dərgisinin 1914-cü il 49-cu 
nömr
əsindəki «İsmayıl bəy həzrətləri ilə söhbət» adlı məqaləsində 
Qaspiralı  ilə  İstanbuldakı  görüşlərindən bəhs edərək onun xatirəsi 
önünd
ə  baş  əydiyini  yazır  və  qeyd  edirdi:  «Ah,  ustadımızı  itirdik, 
kim bilir, b
əlkə də o yuxuya getmişdir, röya dünyasındadır. Bundan 
sonra  ustadımızın  ruhu  ilə  söhbət edərik». Həmzənin «Fərqanə 
s
ədası» qəzetinin 22 və 28 sentyabr 1914-cü il tarixli nömrələrində 
t
əziyə və mərsiyəsi dərc olunmuşdur… 
Qaspiralının  Türkistandakı  fəaliyyətlərini ilk dəfə 
araşdıranlardan  özbək alimləri  Salih  Qasımov,  Bəyalı  Qasımov, 
Şirəli Turdiyev və  digərlərinin  adını  hörmətlə  çəkirik». («Dildə, 


• Abid  Tahirli
 

74
 ~ 
 
fikird
ə, işdə birlik: Qaspiralı və Türkistan» məqaləsindən. «Qardaş 
ədəbiyyatlar» dərgisi, № 26, yanvar-mart 1994). 
 
 
Tarixçi, türkoloq, Başqırd istiqlal hərəkatının öndəri Zeki 
Velidi  Toğan:  «O, bu əsərdə  («Rusiya müsəlmanları»  nəzərdə 
tutulur  –  T.A.) rus idar
əsi altındakı türk-tatarların bir soya mənsub 
xalq  olduğu  və  ruslarla dil tapmaqla Qərb mədəniyyətlərinə 
yiy
ələnə  biləcəkləri fikrini irəli sürdü. Türkcə  buraxdığı 
kitabçalarında o, işarət edirdi ki, əgər türk-tatarlar ayrı-ayrı qruplar 
halında  dağınıq  qalarsa,  sonluq  fəlakətli  olacaqdır.  Qurtuluşun  tək 
yolu yeni Q
ərb mədəniyyətinə  qatılmaq  üçün  birlikdə  hərəkət 
etm
ələri gərəkliyini onlara öz dilləri vasitəsi ilə  çatdırmağa  cəhd 
göst
ərdi («Qaspiralı İsmayıl» məqaləsindən. «The encyclopaedia of 
islam»,  New  Edition,  V.II.1965,  Leiden.  «Qardaş  ədəbiyyatlar» 
d
ərgisi, № 26, 1994. Tərcümə edəni prof.dr. Ə.Y.Akpinar). 
 
 
Krım  Milli  məclisinin sədri,  qaspiralışünas  alim  Mustafa 
Əbdülcəmil  Kırımoğlu:  «İsmayıl  bəy  Qaspiralı  xalqımızın,  türk 
dünyasının  ən  böyük  insanlarından  biridir.  …O  bizim  xalqımız 
üçün 
ən mühüm insandır. Onun fikirləri ilə Krımdakı problemləri də 
aşmaq  bizim  üçün  daha  asan  olacaqdır.  Çünki  heç  bir  türk  xalqı 
t
əkbaşına  problemlərini həll edə  bilməz. Bu problemlərin həll 
olunmasının tək yolu bərabər olmaqdır». (M.Ə.Kırımoğlu ilə Kamal 
Çaprazın  müsahibəsindən. «Tarih ve medeniyyet» dergisi, ocaq, 
1995). 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə