Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

• Bütün türkl
ərin tərcümanı 

97
 ~ 
 
Sudan,  Əlcəzair, Tunis) səfərlərinin nəticəsi kimi «Firəngistan 
m
əktubları»,  «Darrürrahat müsəlmanları»,  «Sudan  məktubları», 
«Qadınlar  ölkəsi» və  s. kimi bədii  əsərləri  –  roman və  hekayələri 
q
ələmə alan İ.Qaspiralı Şərq ölkələrinə səyahətindən sonra «Bir-iki 
gün  İstanbulda»,  «Qafqazda  üç-beş  gün»,  «Zaqafqaziya  boyu», 
«Baxçasaraydan 
Daşkəndə  səyahət»,  «İslam  ölkələrinin məişəti», 
«Buxarada n
ə  gördüm», «Misirdən məktub», «Maarif yolunda», 
«Hind yolundan», «Hindd
ən dönərkən» və  s. bədii-publisistik 
əsərləri – səyahət oçerklərini yazmışdır. 
Heç şübhəsiz ki, İ.Qaspiralının səyahət oçerklərində hər bir 
ölk
ə, bölgənin tarix, mədəniyyət abidələri,  xalqların  məişəti, 
m
əşğuliyyəti,  ayrı-ayrı  insan  obrazları,  xarakterlər, təbiət 
lövh
ələri… ilə bağlı maraqlı, yaddaqalan məqamlar çox, lap çoxdur. 
Lakin ölk
ədən, şəhərdən asılı olmayaraq, bütün oçerkləri birləşdirən 
v
ə İ.Qaspiralının səyahətlərinin  əsas məqsədini əks etdirən başlıca 
x
ətt islam, o cümlədən və xüsusi ilə türk xalqlarının mədəniyyətləri, 
maarifi, elmi, t
əhsili ilə  tanışlıq,  Şərq  xalqlarını  bürümüş  qatı 
c
əhalət  dumanından  xilas  yollarını,  nadanlıq  mərəzinin çarəsini 
axtarmaqdır. 
Qeyd etmişdik ki, İ.Qaspiralı yaradıcılığında Azərbaycan və 
Az
ərbaycan türkləri  mövzusu  aparıcı  yerlərdən birini tutur. Bu, 

əllifin səyahət oçerklərində də öz əksini tapmışdır. Maraqlıdır ki, 
dig
ər ölkələrə  səfərlərindən bəhs edərkən də,  yeri  düşdükcə 
İ.Qaspiralı Qafqazı, Azərbaycan türklərini xatırlayır, xatırladır. 
Türkl
ərin  kitab  mağazalarına,  nəşriyyat  işlərinə  biganə 
münasib
ətini  düşünə-düşünə, pərişan  halda  İstanbul  küçələrində 
müşahidə etdiyi acı mənzərədən bəhs edərkən İ.Qaspiralı yazır: «Bu 
s
əhnələr Qafqaza səyahətimi  xatırlatdı,  o  zaman  bir  məclisdə 
içimd
ən qopan sualları təkrar qışqırmaq istəyirdim: ey türklər, nədir 


• Abid  Tahirli
 

98
 ~ 
 
bizd
ə  bu hallar? Tiflisdə  «Elmi-hal» nəşr  edirik  Qaraqaşyan 
m
ətbəəsində, 
Bakıda 
«Koroğlu» 
buraxırıq 
«Adamyan» 
m
ətbəəsində,  Qarabağda  şeir,  ya  mərsiyə  çap  edirik  Vanlıyan 
m
ətbəəsində… Belə  ki,  Qaraqaşyan,  Vanlıyan  cənabları  bizim 
gör
əcəyimiz  işi  həyata keçirməsəydilər,  o  bizim  «Koroğlu»  dünya 
üzünü görm
əyəcəkdimi? Eləmi? Bizlər  haradayıq,  hara  baxırıq  – 
dem
əyə haqqım yoxdumu?» (İslam ölkəsinin məişəti, «Tərcüman» 
№ 29, 6 avqust 1895). 
«Baxçasaraydan Daşkəndə səyahət» oçerkində də İ.Qaspiralı 
qürur hissi il
ə  «hüquq elmində  və  siyasətdə  mahir  Əhməd bəy 
Ağaoğlu», doktor Məhəmməd, mühəndis Səlim, hərbi məktəb zabiti 
Əli, təhsil və tərbiyə işləri üzrə tanınmış mütəxəssis Həsən bəylə bir 
mahalda, bir m
əclisdə  görüşməyi, söhbət etməyi özü üçün böyük 
l
əzzət olduğunu yazır. Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov, 
şeyxülislam Mirzə Həsən Tahirovun Tiflisdəki müsəlman həyatına 
bir  parlaqlıq,  rövnəqlik verdiyini qeyd edir və  göstərir    ki,  bakılı 
qardaşlarımız  bir  çox  sahələrdə  Rusiyanın  digər müsəlmanlarına 
nisb
ətən irəli  getmişlər, bu mənada  H.Tağıyev  (H.Tağıyevin 
mesenat f
əaliyyətindən ayrıca, geniş bəhs edir – T.A.), M.Nağıyev 
v
ə Ş.Əsədullayev xüsusi örnəkdirlər. Bakının xeyli tərəqqi etdiyini
m
əktəblərin,  şagirdlərin  sayının  artdığını  məhəbbətlə  qeyd edir. 
Oçerkd
ə müəllif onunla birgə səyahət etmək üçün Orta Asiyaya – 
S
əmərqəndə  gələn  «Bakılı  dostlarından  müəllim Məcid  əfəndi 
Q
ənizadənin» adını böyük ehtiramla çəkir. 
«Buxarada n
ə gördüm» (27 iyun 1908, № 47, 8 iyul 1908, 
№ 50, 1 avqust 1908, № 57, 5 avqust 1908, № 58, 12 avqust 1908, 
№ 60, 22 avqust 1908, № 63, 26 avqust 1908, № 64, 22 sentyabr 
1908, 
№ 68, 5 dekabr 1908, № 78) adlı oçerkində də Azərbaycan 
türkl
ərinin həyatına xeyli yer ayrılmışdır, müəllif Bakıdan keçərkən 


• Bütün türkl
ərin tərcümanı 

99
 ~ 
 
Əli Mərdan bəy Topçubaşovu xatırlayır, bir şamaxılı ilə həmsöhbət 
olur,  Buxaradakı  pambıq  emalı  fabrikinin  Bakıda  H.Z.Tağıyevin 

əssisəsi qədər böyük olduğunu qeyd edir. 
«S
ərgidə  mən nə  gördüm» səyahət oçerkində  Nijni-
Novqoroda s
əfərindən, orada təşkil  olunan  Ümumrusiya 
s
ərgisindən,  onun  eksponatlarından  bəhs edərkən  «Qarabağdan, 
Şəkidən, Şirvandan» da bir xeyli əşyanın nümayiş etdirildiyini yazır 
«Misird
ən məktub»da da (23 oktyabr 1907, № 69, 2 noyabr 1907, 
№ 70, 6 noyabr 1907, № 71, 13 noyabr 1907,       № 73, 20 noyabr  
1907, № 75, 23 noyabr 1907, № 76, 4 dekabr 1907, № 79, 8 yanvar 
1908,  №  1,  28  mart  1908,  №  24,  18  aprel  1908,  №  29). 
İ.Qaspiralının yadından Azərbaycan türkləri çıxmır. O, Qahirədə bir 
görüşü zamanı söylədiyi xütbədə Rusiya müsəlmanlarının fəaliyyəti 
il
ə  bağlı  danışanda  H.Z.Tağıyevin  xidmətlərini  ayrıca  vurğulayır. 
Bundan t
əsirlənən məclis  iştirakçılarının  H.Z.Tağıyevin  ünvanına 
h
ər tərəfdən yüksələn  «sağ  olsun,  yaşasın»,  «yaşasın,  yaşasın» 
s
ədaları, duaları «salonu titrətdi». 
Qafqaza Az
ərbaycanla  bağlı  səyahətlərinə  dair  İ.Qaspiralı 
ayrıca məqalələr də həsr etmişdir. «Ədəbi məclis» (10 avqust 1886, 
№ 37), «Qafqazda üç-beş gün» (26 oktyabr 1886, № 44), «Yolda 
rastlaşma» (20 yanvar 1895, № 3), «Zaqafqaziya boyu» (23 dekabr 
1901, № 47) kimi oçerklər bu qəbildədir. 
Qeyd etdiyimiz kimi, bütün s
əfərlərində  və  bunun nəticəsi 
kimi bütün s
əyahət oçerklərində  mədəniyyət, maarif, təhsil və 
t
ərəqqi problemləri ilə  maraqlanan,  onları  ön  plana  çəkən 
İ.Qaspiralının  Qafqaza  səyahətləri üçün də  bu cəhət xarakterikdir. 
Yerli ictimaiyy
ət,  ziyalılar,  mətbuat da öz növbəsində  İ.Qaspiralı 
şəxsiyyətinə,  ideallarına  böyük  maraq,  diqqət göstərir, onunla 
görüşə  can  atırdılar.  Rus  dilində  Tiflisdə  çıxan  məşhur  «Kafkaz» 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə