• Abid Tahirli
~
106
~
m
ənimsənilməsi üçün qarşıda çox ciddi vəzifələrin olduğunu, ilk
növb
ədə isə məktəb probleminin həllinin, müəyyən islahatların
aparılmasının vacibliyini qeyd edir. Onun fikrincə, Kazan, Ufa,
Orenburq, H
əştərxan, Daşkənd, Bakı, Nuxa və Baxçasaray kimi
müs
əlman mərkəzlərindəki doqquz-on mədrəsədə kiçik dəyişikliklər
aparılması lazımdır. Bu zaman mədrəsələrin proqramlarına elmi
t
əhsil verən predmetlərin, o cümlədən coğrafiya, tarix, riyaziyyat,
hüquq v
ə s. fənlərin əlavə olunmasının zəruriliyini qeyd edən təhsil
islahatçısı, dərslərin tatar dilində keçirilməsinin vacibliyini də
xüsusi vurğulayırdı. Müəllimlərin seçilməsi, onların ehtiyaclarının
öd
ənilməsi problemlərinin həlli üçün də İ.Qaspiralı mütərəqqi
t
əkliflər irəli sürürdü. Təhsildə yerli dilin tədrisini çox vacib amil
hesab ed
ən İ.Qaspiralı öz fikrini əsaslandırmaq üçün «zəruri
bilgil
əri və hökumət qərarlarını tatar dilində xəbər verən» Tiflisdə
n
əşr olunan «Ziyayi Qafqaziyyə»ni misal çəkir və qeyd edir ki, bu
n
əşrin yerli xalqa böyük yararı olmaqdadır. «Hər hansı söylənti
yayıldığı təqdirdə bu qəzet onun təkzibi üçün ən yaxşı vasitə
olacaqdır» - yazan müəllif qəzetin faydasının açıq-aşkar
göründüyünün v
ə bu barədə artıq danışmağa ehtiyac olmadığını
bildirir.
İ.Qaspiralıya görə, müsəlmanların ruslarla yaxınlaşmasına
mane
ə olan səbəblər – məlumatsızlıq, bundan yaranan güvənsizlik,
müs
əlmanlar arasında elmin, biliyin yalnız rus dilində aparılması
siyas
əti, mədrəsələrdə elmi fənlərin tədris edilməməsi, türk dilində
q
əzetin olmaması, məhkəmələrdə tərcüməçilərin yoxluğu aradan
qaldırılarsa, faydalı olardı və bütün bunlar nə rus dilinə, nə də
Rusiya dövl
ətinin mənafeyinə zərər verməz.
İ.Qaspiralı bütün bunlardan sonra təhsilli türk gənclərinə
s
əslənir: «Qardaşlar, xalqın bilgi və mədəni səviyyəsinin
• Bütün türkl
ərin tərcümanı
~
107
~
yüks
əldilməsi işi ilə ciddi məşğul olun… Öz başını öyrənmək bir
l
əyaqətdir, amma bilməyənə öyrətmək daha böyük ləyaqətdir, yaxşı,
xeyirli, müq
əddəs bir işdir. Dinimiz insanlara üç şəkildə xeyir verilə
bil
əcəyini göstərir: əməklə, sözlə, sədəqə ilə. Bunların hər biri üçün
Allah yanında keçərlidir, savabdır. Fəqir öz yaxınına çalışması ilə,
alim öyr
ətməsi ilə, zəngin sədəqə verməsi ilə yardım edə bilər.
Öyr
ənmişsinizsə, elmin və yaxşılığın qaydalarını əldə etmişsinizsə,
onları özünüzdə saxlamayın, yaxınlarınıza, soydaşlarınıza verməyə
çalışın, …kitabları tatar dilinə çevirin, fağır, cahil tatarlar üçün
yazın, məktəblər açmağa, məktəbləri yaxşılaşdırmağa, sənət və
s
ənətkarlığı yaymağa çalışın». Beləliklə, əsərlə bağlı fikirlərimizi
yekunlaşdırsaq, İ.Qaspiralının 1886-cı ildə qələmə aldığı «Rus-Şərq
anlaşması» adlı məqaləsində yazdığı kimi, « Rusiya sərhədləri
iç
ərisində yaşayan müsəlmanların maariflənməsi və ruslarla daha
yaxın əlaqələrin qurulması üçün müəllif gərəkli tədbirlərdən söz
etmişdir və fikrimizcə, istəyinə tam nail olmuş, tarixin həmin
m
ərhələsində bir maarifçi-islahatçı-publisistin yerinə yetirə biləcəyi
ən böyük vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Rus-
Şərq anlaşması
Xeyli müdd
ət – 1871-1875-ci illər arasında özünün təbiri ilə
des
ək, «Qərb və Şərqdə yaşamış birisi» kimi şəxsi gözləm və
intibaları» (şəxsi müşahidə və təəssüratları – T.A.) nəticəsində
Rusiyanın xarici siyasəti, xüsusi ilə Şərq ölkələri ilə münasibəti və
bu kontekstd
ə Rusiya müsəlmanlarının vəziyyəti ilə bağlı
formalaşmış fikirləri İ.Qaspiralı «Rus-Şərq anlaşması» adlı əsərində
işıqlandırmışdır. Məqalə 1896-cı ildə «Tərcüman»ın rus variantının
20-ci nömr
əsində dərc edilmişdir. Əsər dövlətlərarası münasi-
• Abid Tahirli
~
108
~
b
ətlərə, Rusiyanın tarixinə və həmin dövrdə həmsərhəd olduğu
ölk
ələrlə əlaqələrinə və ilişgilərin mövcud durumu və perspek-
tivl
ərinə həsr edilsə də, yazını bütünlüklə rus-türk münasibətlərinin
s
əmimi, etibarlı, güvənli təməllər üzərində qurulması naminə edilən
t
əşəbbüs kimi də qəbul etmək olar. Bəziləri müəllifin mövcud şərait
üçün
ən məqbul sayıla biləcək bu addımına müxtəlif don
geyindirm
əyə cəhd göstərsələr də, həmin tarixdə cərəyan edən
ictimai-siyasi prosesl
ər, xüsusi ilə taleyinin çətin dövrünü yaşayan,
ətalət, cəhalət içində boğulan türkdilli xalqların mənafeyi
baxımından bəlkə də İ.Qaspiralının təklifləri yeganə xilas yolu kimi
d
əyərləndirilməyə layiqdir.
Bu yazıda, bundan əvvəlki əsərlərində, elə sonralar da
İ.Qaspiralının bu istiqamətdəki səy və təşəbbüslərinə qiymət
ver
ərkən məhdud, dar çərçivədən, yaxud hay-küyçü, yalançı
mill
ətpərvərlik hisslərindən yox, tarixi şəraiti, durumu, reallıqları
n
əzərə alaraq yanaşmalıyıq. XIX əsrin ortalarında isə Rusiyadakı
mövcud m
ənzərə bəlli idi: bir tərəfdə əsgəri, silahı ilə dünyaya
meydan sulayan – imperiya –
«Avropanın jandarması», digər
t
ərəfdən həmin imperiyanın sərhədləri içində – tarixi torpaqlarında
mövhumatın, nadanlığın, cəhalətin içində çapalayan fağır, kasıb
müs
əlmanlar. Belə düşüncə və həyat tərzinə mənsub toplumun
h
əmin vəziyyətdən çıxarılmasının yeganə yolu onun maariflənməsi,
elm, t
əhsil, tərəqqi ilə gözünün açılması ola bilərdi. Bu isə
İ.Qaspiralının da yazdığı kimi, müsəlmanların Rusiyada özlərini
yabançı hiss etməməsi, rus insanı ilə təmas qurması, yaxınlaşması,
eyni zamanda m
əktəb islahatı aparılması, xalqın maariflənməsi yolu
il
ə reallaşa bilərdi.
Əvvəlki yazılarında olduğu kimi, bu yazıda da İ.Qaspiralının
m
əqsədi «hələ də sayı az olan təhsilli Rusiya müsəlmanlarının, mü-
Dostları ilə paylaş: |