Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

• Bütün türkl
ərin tərcümanı 

103
 ~ 
 
bunu hiss ed
ən,  duyan  bir  sıra  rus  şovinistləri ilk vaxtlardan 
İ.Qaspiralını  düşmən kimi hədəfə  almış,  ona  «panislamist, 
pantürkist» adları ilə hücum etməyə başlamışdılar.  
 
 
Rusiya müs
əlmanları 
 
D
ərin zəka və  iti  düşüncə  sahibi  olan  İ.Qaspiralı  irsini 
araşdıran zaman  onun fəaliyyəti, fitri istedadı, yaradıcılığının əhatə 
dair
əsi, məhsuldarlığı,  uzaqgörənliyi,  əqidə  və məsləkinə  sədaqəti, 
yeniy
ə,  novatorluğa  tükənməz  meyli,  marağı,  polad  iradəsi, 
inanılmaz  cəsarəti  insanı  məftun  edir.  Bu  yazıdan  əvvəl  – 
«Baxçasaray m
əktubları»ndan  bəhs edərkən  yazmışdıq  ki, 
İ.Qaspiralı  Rusiyadakı  türk  xalqlarının  həyatından,  xüsusi  ilə  rus-
türk münasib
ətlərindən  danışarkən bir qədər  ehtiyatlı  mövqe  tutur 
v
ə  bu da təbiidir. «Rusiya müsəlmanları»nda  isə  bu  ehtiyatlılıq 
yerini t
ədricən tələbkar və  sərt mövqeyə  verir. Rus-türk 
münasib
ətlərinin tarixinə nəzər salan publisist yazır ki, indiyə kimi 
(Kulikova döyüşündən sonra) tatarların üzərində rus hökmranlığı bu 
şəkildə  olmuşdur:  «hakim  mənəm, vergimi ödə, necə  istəyirsən 
yaşa». 
İ.Qaspiralıya görə, «bu çox bəsit, lakin son dərəcə mənasız» 
siyas
ətdir.  Əslində  tatarlarla  rus  iqtidarı  arasında  münasibət necə 
olmalıdır,  ruslar  müsəlmanlara  qarşı  necə  davranmalıdır, 
müs
əlmanların ruslarla əlaqələri necə olmalıdır, rus hökuməti başqa 
soydan olan müs
əlmanlar üçün nə etməli və ondan nə istəməlidir? 
Ruslar müs
əlmanlarla eyni torpaqda, eyni qanun altında təsadüfi yol 
yoldaşı kimi, qonşu kimi yaşamalıdırmı, yoxsa onlar arasında yaxın 
əlaqələr  qurulmalıdırmı?  –  kimi tarixi və  taleyüklü suallara cavab 


• Abid  Tahirli
 

104
 ~ 
 
axtaran Qaspiralı bu qənaətdədir ki, naibləri pristavlarla, bəylikləri 
oblastlar, yaxud quberniyalarla, ip
ək  cübbələri  rus  paltarları  ilə 
əvəzləməklə irəliləmək olmaz. 
Rusların  Asiyanı  işğalından  sonra  Rus  iqtidarının  geniş 
zaman v
ə fəaliyyət dairəsində yalnız köləliyə son qoyduğunu təqdir 
ed
ən müəllif müsəlmanların sosial durumunun, yetişmə və yaşayış 
t
ərzinin yaxşılaşması istiqamətində heç bir iş görülmədiyini, ölkənin 
daxili siyas
ətinə yaxınlaşma imkanı verilmədiyini vurğulayır. Bu isə 
yurddaşlarımızın kütləvi şəkildə köçünə, müdhiş cəhalətə, ölümcül 
h
ərəkətsizliyə,  yoxsullaşmaya  səbəb  olur.  Qaspiralı  bu  mövzuya 
dair heç bir m
ətbu orqanda materiala rast gəlmədiyini, halbuki 
bunun çox vacib m
əqam olduğunu qeyd edir. 
«Yarı-yarıya yıxılmış, xarab olmuş abidələr, kitabələr, toz və 
kir içind
ə  olan  kitablar»  İ.Qaspiralının  yazdığı  kimi,  rus 
hökmranlığından  əvvəl tatarların  da  yaza  bildiklərindən, müxtəlif 
elm sah
ələrində 
yüks
ək səviyyədə 
zehni f
əaliyyət 
göst
ərdiklərindən… xəbər verir. Bu gün isə  Rusiya  tatarları  cəsəd 
kimidir.  Rus  iqtidarının  müsəlmanların  tərəqqi və  mədəniyyətinə 
qayğı  göstərməməsini,  Rusiya  tatarlarının  «cəsəd» kimi olan 
b
ədəninə  yeni həyat, yeni fikir, yeni bir həvəs verərək, onu 
canlandırmaqda  gücsüz  olmasını  üzüntüverici  amil  kimi 
d
əyərləndirən  İ.Qaspiralı  yazır  ki,  «mən hələ  «maddi cəhətdən 
işlənmiş  çürümələrdən» bəhs  etmirəm. Müsəlman cəmiyyətinə 
hakim olan c
əhalətin  anatomiyasını  açan  İ.Qaspiralı  öz 
soydaşlarının biganəliyini, laqeydliyini və fanatizmini qınasa da, bu 
b
əladan xilas olmaq üçün hökumətin də  heç  bir  addım  atmadığını 
xüsusi vurğulayır və üzünü iqtidara tutur: «Bəli, mənim sevgili rus 
yurddaşlarım,  bizə  elm və  işıq  gərəkdir,  bu  işə  ciddi  bir  şəkildə 
başlayın,  bizə  işıq  və  elm  verin,  işıq  və  elm.  Əks  təqdirdə,  sırf 


• Bütün türkl
ərin tərcümanı 

105
 ~ 
 
hakimiyy
əti qorumaq üçün olan hökmranlığınız, Çininkindən daha 
aşağı olacaqdır». Əlbəttə, bir rus təəbəsi olan ziyalıdan bundan daha 
k
əskin, daha sərt və  məntiqli  xitabın  mümkünlüyünü  təsəvvür 
etm
ək o qədər də çətin deyil… 
Əslində,  İ.Qaspiralı  rus  iqtidarını  onun  sadiq  vətəndaşları 
olan müs
əlman-tatarlarla bağlı siyasətini açıq-aşkar tənqid edir. O, 
yazır  ki,  ümumiyyətlə, Rusiya müsəlmanları  ilə  bağlı  hökumətin 
proqramı,  iş  prinsipi  yoxdur.  Krım  tatarlarının  kütləvi köçünün 
qarşısının  alınması  üçün  heç  bir  tədbir görülmədiyini qeyd edən 
İ.Qaspiralı müsəlmanların təhsili üçün də aydın məqsədli siyasətin, 
s
ənədin  olmadığını  göstərir.  O,  yazır:  «Müsəlmanlar üçün məktəb 
açılır, lakin şumlanmamış torpağa pis şəkildə səpilən toxumlar kimi 
bu m
əktəblər də meyvə vermir və zaman keçdikcə iz buraxmadan 
yox olub gedirl
ər. Digər dövlətlərin və  xalqların  da  tarixindən və 
tabeliyind
ən çoxsaylı  misallar  gətirərək hakim millətin digərini 
assimilyasiya etm
əsinin perspektivsiz olduğunu bildirən İ.Qaspiralı 
bu q
ənaətə  gəlir: Necə  ki,  qarşılıqlı  hörmət, bir-birinin  haqqına 
riay
ətetmə, eyni məqsəd ətrafında birləşmə ayrı-ayrı şəxslərə daha 
rahat v
ə daha asan bir yaşama imkanı verirsə, eyni şəkildə toplum 
v
ə  xalqların  cəmiyyət həyatı  da  sadəcə  bu  əsaslara  dayanmalıdır. 
M
ənsub olduğu qövmün gələcək taleyini təlaşla, qayğı ilə düşünən 
İ.Qaspiralı,  Rusiya  müsəlmanlarının  bilərəkdən, ya bilməyərəkdən 
c
əmiyyət, dövlət həyatından  tamamilə  təcrid edilməsini kəskin 
t
ənqid hədəfinə  çevirir. Müsəlmanlar ruslardan xəbərsizdir,  onları 
tanımır, dilini bilmir, şəhərini tanımır, elmini öyrənmir, mətbuatını 
izl
əmir. Belə  olan halda müsəlman  öz  qaranlıq  dünyasına  çəkilir, 
özünü q
ədərə təslim edirlər… 
Rusiya müs
əlmanlarının  elmə,  ədəbiyyata, mətbuata sahib 
olmadıqlarını  acı  təəssüf hissi ilə  yazan  İ.Qaspiralı  onların 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə