• Bütün türkl
ərin tərcümanı
~
127
~
Ümumi yığıncaq
İ.Qaspiralını Rusiya türkləri, müsəlmanları, onların
probleml
əri nə qədər düşündürür, necə narahat edirdisə,
ümumiyy
ətlə dünyadakı islam əhlinin mövcud durumu, taleyi də o
q
ədər məşğul edir və əndişələndirirdi. Təsadüfi deyil ki, o istər
Avropaya, ist
ər Şərq ölkələrinə, istərsə də Afrikaya səyahətlərində
müs
əlmanların həyat, təfəkkür tərzi, elm, təhsil, tərəqqi yolundakı
f
əaliyyətləri ilə ciddi maraqlanır, onları araşdırır, dindaşlarının
c
əhalətdən xilası üçün var qüvvəsi ilə çalışırdı. Onun ideyası,
t
əşəbbüsü, təşkilatçılığı, iştirakı ilə Misirdə – Qahirənin
«Kontinental» otelind
ə Dünya müsəlmanlarının ilk qurultayının
keçirilm
əsi ideyası dediklərimizə parlaq nümunədir. «Ümumi
yığıncaq» adlı məqalədə («Tərcüman», № 56, 7 sentyabr 1907)
İ.Qaspiralı harada, hansı bir idarə altında yaşamalarından asılı
olmayaraq, qonşuları və digər millətlərlə müqayisədə geridə
qaldıqlarını təəssüflə bildirir və yazır ki, 1905-ci ildə Rusiya
müs
əlmanlarının ilk qurultayı keçirildi. Bu toplantı müsəlmanların
h
ərəkətə gəlməsinə, şüurlarında ciddi dəyişikliklərin yaranmasına
böyük t
əsiri oldu. Artıq belə bir toplantının dünya miqyasında
keçirilm
əsinə ehtiyac yaranmışdır. Din və ədəbiyyat xadimlərinin,
müh
ərrirlərin iştirak edəcəyi bu konqresdə dünya müsəlmanlarının
probleml
əri müzakirə edilməli, sosial, mədəni tərəqqiyə yol açan
t
ədbirlər müəyyənləşdirilməlidir. İ.Qaspiralıya görə belə bir tədbir
«b
əlkə yatmış olan böyük islam bədəninin ayılmasını mümkün»
ed
əcəkdir. İslam xalqlarının böyük təəssübkeşi olan İ.Qaspiralı belə
bir konqresin mü
əyyən səbəblər ucbatından İstanbulda yox,
Qahir
ədə keçirilməsini məqsədəmüvafiq hesab edir və bu hər kəsi,
• Abid Tahirli
~
128
~
xüsusi il
ə mətbu orqan nümayəndələrini tədbirin proqramının
hazırlanmasında iştiraka çağırırdı.
Dünya müs
əlmanlarının konqresi
Elm, t
əhsil, mədəniyyət sahələrindəki inkişafdan və
ümumiyy
ətlə, dövrün tələblərindən, tərəqqidən çox geridə qalan
islam xalqları nümayəndələrinin toplanaraq bu bəlalardan xilas
olmağın, problemlərin birgə həllinin zəruriliyini İ.Qaspiralı
m
əqalələrində dəfələrlə göstərmiş, istəyinə qismən çatmış, Rusiya
müs
əlmanlarının qurultaylarının keçirilməsinə nail olmuşdur. Onun
dünya müs
əlmanlarının da konqresini keçirmək ideyası çətinliklə də
olsa, reallaşmışdır. Qurultaya hazırlıq, onun iştirakçıları, gündəliyi
v
ə gedişi, dünya müsəlmanlarının həyatında bu tədbirin əhəmiyyəti
bar
ədə İ.Qaspiralı «Dünya müsəlmanları konqresi» adlı əsərlərində
(«Sıratı müstəqim» jurnalı, İstanbul, № 42, 1907 və Baxçasaray,
«T
ərcüman» qəzetinin mətbəəsi, 1909) ətraflı bəhs etmişdir.
İslamın oyanışı dövründə Misir, Hindistan, Osmanlı, İran
kimi dövl
ətlərdə çox böyük elm xadimlərinin, filosof və şairlərin
yetişdiyini qeyd edən müəllif yenidən müsəlman həyatında bir
h
ərəkət, canlanma olduğunu məmnunluqla qeyd edir. Müəllif
q
ənaətlərində yanılmır, elə dünya müsəlmanlarının Qahirədə bir
araya g
əlməsini belə işartıya işarə hesab etmək olar.
1907-
ci il noyabrın 1-də Qahirəyə müxtəlif ölkələrindən
g
ələn 500-dən çox nümayəndənin iştirakı ilə qurultay öz işinə
başladı. Tədbir dünya ictimaiyyətinin, islam dostlarının olduğu
kimi, islam düşmənlərinin də qəzetlərin maraq dairəsində idi.
Qurultay iştirakçıları tərəfindən alqışlarla qarşılanan İ.Qaspiralı
dünya, o cüml
ədən Rusiya müsəlmanları qarşısında duran
• Bütün türkl
ərin tərcümanı
~
129
~
t
əxirəsalınmaz, həlli zəruri sayılan problemlərdən ətraflı bəhs etdi,
t
əhsil, elm, mədəniyyət sahələrində dövrün tələbləri ilə
ayaqlaşmanın vacib olduğunu vurğuladı. Bu sahədə müəyyən
ir
əliləyişlərin əldə edildiyini deyən natiq islam millətlərinin
h
əyatına araşdırıcı bir nəzərlə baxılsa, orada yüksəlişdən daha çox
geril
əmənin diqqətçəkici olduğunu təəssüflə söyləyir: «Mədrəsə və
m
əktəblər xarab və faydasız haldadır. Sənaye yox həddindədir,
ticar
ət sönməkdədir, dünya ticarətində hissəmiz çox azdır, bank-
maliyy
ə işlərində, dəniz ticarətində payımız yoxdur. 300 milyonluq
bir ümm
ətin 30 gəmili bir dəniz şirkəti, beş milyonluq sərmayəsi
olan bir bankı yoxdur!» İ.Qaspiralı ata-babadan qalma bərəkətli
torpaqların verdiyi nemətləri belə dünya bazarına çıxara
bilm
ədiyimizi, onları da əcnəbi gəmiçilərə verdiyimizi, hünər,
m
ərifət, elm, tərəqqi yolu ilə hasil etdiyimiz məhsulun da çox az
olduğunu təəssüflə dilə gətirir. İ.Qaspiralı müsəlman cəmiyyətinin
acı, ağır mənzərəsini o qədər aydın, açıq, eyni zamanda kəskin,
alovlu, t
əsirli nitqlə təsvir edir ki, dedikləri dinləyənlərin qəlbinə,
beynin
ə nüfuz edir, onları düşündürür, qayğılandırır, hərəkətə
g
ətirir, səfərbər edir: «Həzarat! Bir qövm, yaxud bir millət siyasi
hakimiyy
ətini, müstəqilliyini itirsə, bu böyük fəlakətdir, böyük
ziyandır, lakin iqtisadi, ticari fəaliyyətini itirsə, bir yox, on dəfə
ziyandır, məhv olmanın başlanğıcıdır». İ.Qaspiralı elm, mədəniyyət,
t
əhsil yolu ilə tərəqqi edən digər xalqlardan nümunə götürməyə
çürük, köhn
əlmiş adət, ənənələrdən, avamlıqdan, xurafatdan xilas
olmağa dəvət edir.
Dünya müs
əlmanlarının konqresində «Rusiya müsəlman-
lar
ının indiki durumu, onlar arasındakı əqli hərəkətlər», «Zəhmət
haqsız ilk təhsilin vacibliyi, qaydaları, həyata keçirilməsi», «Bütün
müs
əlmanların oyadılması üçün Müsəlman konqresinin vacibliyi və
Dostları ilə paylaş: |