Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

• Abid  Tahirli
 

152
 ~ 
 
elmin, hün
ərin  insaf  olduğunu  söyləyir. Darrürrahat müsəlmanları 
sözd
ə, dildə yox, həqiqətən də hüquqlarına və özlərinə sahibdirlər. 
Burada  qadın-kişi  bərabərliyi var və  onların  münasibəti akt və 
şərtlərə  bağlıdır.  Qadını  mal  kimi  alıb  satmazlar,  yaxud  hüquqsuz 
əsir kimi  ərə  verməzlər. Ailə  cəbr, zor və  insafsızlıqdan  uzaqdır, 
m
əhəbbət, ünsiyyət və qanun üzərində bina olunmuşdur. Nikahdan 
əvvəl qadın və ər yaşları, keçici, irsi, fiziki xəstə olmadıqları barədə 
arayış  təqdim etməlidirlər.  Qoca  kişiyə  cavan  qızın  ərə  verilməsi 
qadağandır. 

əllif  Əndəlüsün tərəqqisindən sonra onun süquta 
uğraması  səbəblərindən də  söz  açır:  Düşüncələr, adət-ənənələr
m
ənəvi  duyğular  yavaş-yavaş  dəyişməyə  başladı,  azğınlıq, 
t
ənbəllik, qayğısızlıq, kin-küdurət, təfriqə ilan ağusu kimi dövlət və 
mill
ətin bədənini zəhərlədi, onu çürütməyə  başladı.  Xəstə  ağacda 
sağ meyvə olmaz. Paragöz, həris valilər, ağlı nöqsanlı və qeyrətsiz 
hökmdarlar zühur etdi, fitn
əbazlar alimlərə, dadlı yalan söyləyənlər 
sadiq b
əndələrə, nəfsinə  düşkünlər və  şəxsi mənfəət xəstələri 
toplumun  yararlılarına,  riyabazlıq,  göstəriş  namazları  faydalı 
əməllərə, millətpərvərliyə  qalib gəldi. Müsəlmanlar  arasında  baş 
ver
ən bu anlaşılmazlıq və nifaqdan yararlanan düşmənlər Əndülüs 
islam dövl
ətini süquta məhkum etdilər. Müəllif İspaniya hökmdarı 
Ferdinadla 
ərəb xilafəti arasında Əndəlüs uğrunda gedən döyüşləri 
t
əfərrüatı ilə işıqlandırır. 
Darrürrahat is
ə  keçilməz, məğlubedilməz  şəhər-qala kimi 
qalır-yaşayır. 
Molla  Abbasın  niyyətləri,  arzuları  çoxdur.  Həcc ziyarətinə 
getm
əyi,  doğma  Vətəni  Türkistana  qayıdıb  Avropada,  xüsusi  ilə 
Darrürrahatda gördükl
ərini 
reallaşdırmağı, 
həmvətənlərini 
c
əhalətdən  qurtulmaqda  yardımçı  olmağı,  elmə, təhsilə, tərəqqiyə 


• Bütün türkl
ərin tərcümanı 

153
 ~ 
 
xidm
ət etməyi planlaşdırır. Odur ki, Darrürrahatdan geri qayıtmaq 
ist
əyir. Lakin bura gəlmək nə  qədər çətindirsə,  buradan  çıxmaq 
ondan min qat artıq müşküldür və Molla Abbas bunun üçün yollar 
axtarır,  köhnə  tanışları  Fəridə  Banu,  Şeyx  Cəlalla məsləhətləşir, 
m
əhkəməyə,  şəhər rəhbərliyinə  müraciət edir. Bütün bu hiss-
h
əyəcanlar  Molla  Abbası  dərin  yuxudan  ayıldır  və  özünü 
x
əstəxanada, çarpayıda uzanmış vəziyyətdə, başının üstündə fransız 
h
əkim  qadını  görür.  Xanım  ona  artıq  40  gün  xəstə  olduğunu 
ç
ətinliklə də olsa anladır. Molla Abbas gördüklərinin röya olduğuna 
inanmaq ist
əmir. Təkidlə  Darrürrahatın  mövcudluğunu  bildirir, 
ətrafındakıları  buna  inandırmağa  çalışır,  hətta ora aparan yolu 
tanıdığını da deyir. Lakin Darrürrahata aparan nə tunel, nə lağım, nə 
n
ərdivan, nə də gizli yol vardı. 
Molla Abbasın söylədikləri yuxuda ikən xəyalına gətirdikləri 
id
i.  Əlbəttə, böyük qələm, kəlam  sahibi  İ.Qaspiralı  Darrürrahat 
ölk
əsi timsalında müsəlman cəmiyyəti üçün arzuladıqlarını qələmə 
almışdır.  O,  öz  dil  və  dindaşlarının  məhz belə  cəmiyyətə  layiq 
olduqlarını, təəssüf ki, cəhalət içərisində çapaladıqlarını göz yaşları, 
k
ədər və  hüznlə  qələmə  almışdır.  Ustadın  üslubu  orijinal  olduğu 
q
ədər də  maraqlıdır,  təsirlidir,  düşündürücüdür.  Əlbəttə, bizim 
klassik 
ədəbiyyatda  ədalətli cəmiyyət  ideyası  hələ  N.Gəncəvi 
irsind
ən məlumdur. Lakin İ.Qaspiralıda bu model daha kamil, daha 
real t
əsir bağışlayır, eyni zamanda İ.Qaspiralı bu cəmiyyəti qurmaq, 
onun b
ərqərar olmasına nail olmaq yollarını da göstərməyə təşəbbüs 
edir. Bu yol m
əktəbdən, təhsildən, elmdən keçir. 
 
 
 
 


• Abid  Tahirli
 

154
 ~ 
 
 
Sudan m
əktubları 
 
«Darrürrahat müs
əlmanları»nda  Molla  Abbas  Həcc 
ziyar
ətinə  getmək niyyətində  olduğunu  bildirir  və  əsərin sonunda 
göst
ərir  ki,  keçmiş  sevgilisi  Marqaritanın  fikirləri  onun  planlarını 
d
əyişir.  Məlum  olur  ki,  Sudanlılar  ingilis  işğalına  qarşı  üsyana 
başlayıblar  və  bu hərəkata  Şeyx  Mehdi  Məhəmməd  Əhməd 
r
əhbərlik  edir.  Fransa  Afrikada  fransızların  mənafelərinə  toxunan 
ingilisl
ərə  qarşı  mübarizədə  Şeyx  Əhmədə  yardım  edir.  Marqarita 
Molla  Abbası  da  sudanlılara  kömək etməyə  ruhlandırır,  beləliklə, 
Molla Abbas Parisd
ən  Sudana  yola  düşür.  «Sudan  məktubları»nın 
əvvəlində  də  Molla Abbas Marqarita ilə  görüşündən  ətraflı  bəhs 
edir. Afrikada ingilis v
ə  fransızların,  eləcə  də  Osmanlının  siyasəti 
il
ə  bağlı  fikirlərini  bölüşür.  Daha  sonra  Molla  Abbas  üç  fransızla 
birlikd
ə Sudan səfərinə hazırlıqdan söz açır. Nəhayət, Molla Abbas 
«Dağıstanlı şeyx», fransızlar da ona qoşulan müridlər kimi Afrikaya 
yola düşürlər. 
Molla  Abbas  ilk  dayanacaqları  olan  Əlcəzair, onun tarixi, 
xüsusi il
ə  Fransa  işğalına  qarşı  mübarizəsi  haqqında  məlumatlar 
verir, bazarda, m
əclislərdəki  görüşləri  haqqında  yazır.  Görüşlərin 
birind
ə məlum olur ki, Sudana bir neçə yol aparır və bunlardan ən 
t
əhlükəsizi «Divanələr ölkəsi»ndən  sonra  başlanan  «Qadınlar 
dövl
əti»ndən keçəndir. Məclisdəkilərdən biri – zənci Abdulla Dari 
b
ələdçilik xidmətini təklif edir. Molla Abbasgil razı olur. 
Burada qeyd etm
ək yerinə düşür ki, İ.Qaspiralı bununla da 
«Sudan m
əktubları»na  nöqtə  qoyur.  Əslində,  Sudana  çatmamış 
«Sudan m
əktubları» bitir. Bir çox müəlliflərin fikrincə, İ.Qaspiralı 
bu 
əsəri  Şeyx  Əhmədin (1843-1895)  ingilis  işğalından  qurtulmaq 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə