• Bütün türkl
ərin tərcümanı
~
143
~
p
ərdə ilə bir-birlərindən ayrı düşmüşdür. «Tərcüman» bu qara
p
ərdəni dəlmək, kəsmək, aradan götürmək və pərən-pərən
düşmüşləri birləşdirmək üçün ortaq dil tapmaqdan başqa çarə
yoxdur! – q
ənaətindədir. (Dil haqqında).
«Dil
ətrafında» «Məsələlər-qəzetlər» adlı məqalələrində də
mövzunu davam etdir
ən müəllif şivə, yerli dil tərəfdarlarına, yerliçilik
m
ərəzinə mübtəla olanlara xitabən bildirir ki, şeyx, əmir, sülalə
partizan
ları əbədi olmadığı kimi onlar da keçilməz sədd deyildir,
dilimiz bir t
ərəfdən sadələşəcək, türkləşəcək, digər tərəfdənsə
ədəbiləşəcək, ümumiləşəcəkdir.
İ.Qaspiralı
M.F.Axundovun
əsərlərinin, «Əkinçi», «Ziyayi-Qafqaziyyə» qəzetlərinin timsalında
h
əmin dövrün dili ilə «Həyat», «İrşad» və «İqbal»ın timsalında son
dövrün dilini müqayis
ə edir və dilin inkişafını nümunə kimi göstərir.
Biz İ.Qaspiralının «Əkinçi», «Ziyayi-Qafqaziyyə», «Kəşkül»,
«Şərqi-Rus», «Həyat», «İrşad», «İqbal»ın nəşri, fəaliyyəti, cəmiyyət
h
əyatındakı rolu barədə yeri gəldikcə bəhs etdiyini qeyd etmişdik. O,
Rusiya müs
əlmanlarının məktəb, mətbu orqan, xeyriyyə cəmiyyəti,
teatr, kitab n
əşri ilə bağlı kiçik bir addımını sevgi ilə, sevinclə
qarşılamış, onu ümumi tərəqqiyə xidmət kimi dəyərləndirmişdir. Bu
baxımdan müəllifin Bakıda «Bəsirət», Daşkənddə «Türkistan»,
Hokantda «S
ədayi Fərqanə» qəzetlərinin zühur etməsini alqışlayır və
onların «mətbuat meydanına təşriflərini xoşbəxtlik» adlandırır
(Xoşbəxt ekizlər). İ.Qaspiralının diqqətini ən ziyadə cəlb edən, onu
xoşhal edən üç qəzetin dilidir. O, şübhə etmir ki, qəzetin redaktorları
oxucuların gözlərini, fikirlərini açacaq və onları gələcəyə hazırla-
yacaqlar. O, «B
əsirət»in ruhlu olacağına onun mühərrirlərinin arasında
çox qeyr
ətli, çalışqan Məmmədəmin Rəsulzadənin olmasının kifayət
ed
əcəyini bildirir. Qafqaz üçün, Türkistan üçün 3-4 qəzeti çox yox, az
hesab ed
ən İ.Qaspiralı əhalini bu qəzetləri qorumağa dəvət edir.
• Abid Tahirli
~
144
~
«Molla N
əsrəddin» adlı yazısında İ.Qaspiralı bu jurnalı
«m
ətbuatımız arasında bəlli bir mövqe» tutan və «lətifsi arxasında
acı bir həqiqət gizlənən» orqan kimi təqdim edir. Jurnalın
felyetonlarını çibanı deşib içindəki çirki, irini axıdan təbib neştərinə
b
ənzədir. Bu neştər bir az incidir, lakin yaranın böyüməsinin
qarşısını alır, dəldiyi yerdən ağunu, zəhəri təmizləyir. «Molla
N
əsrəddin»in rəsmlərini də «çox mənalı» deyə təqdir edən müəllif
onların hər birinin bir hekayə qədər məlumatlı, duyğulu,
düşündürücü olduğunu qeyd edir, qadın azadlığından bəhs edən bir
karikaturanı isə hətta «yazılırsa, yüz səhifəlik bir kitab olar» - deyə
d
əyərləndirir. Jurnalı «çox məqbul, çox mötəbər» adlandıran
İ.Qaspiralı onu oxumağı hər kəsə tövsiyə edir. Müəllif məqaləni
maraqlı sonluqla bitirir: «Hazır sırası gəlmişkən, Bakıda üç ildən
b
əri nəşr olunan «Məktəb» jurnalı ilə bağlı oxucularımızdan
soruşuruq: Əzizlərim! Siz bu jurnalı heç aldınızmı? Uşaqlarınıza
oxutdunuzmu? «Yox» - des
əniz niyəsini soruşarıq, çünki «Məktəb»
jurnalı uşaqlar üçün ən faydalı bir jurnaldır. İ.Qaspiralı ədəbi-bədii,
publisistik irsind
ə, «Tərcüman»ında Qafqaz türklərinin, Azərbayca-
nın, onun müxtəlif bölgələrinin həyatına, M.F.Axundov, H.Məli-
kov, H.M
əlikova, S.Ə.Şirvani, Cəlal, Səid və Kamal Ünsizadə qar-
daşları, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.M.Topçubaşı, M.Ə.Rəsulza-
d
ə, M.C.Məmmədquluzadə, Məhəmməd Hadi, Nəriman Nərima-
nov, Orucov qardaşları, Sultan Məcid Qənizadə, Haşım bəy Vəzi-
rov, X
əlilbəy Xasməmmədov, Hüseynqulu xan, Zeynalabdin Ta-
ğıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi
tarixi simaların fəaliyyətinə diqqəti çəkmiş, yeri gəldikcə onlardan
b
əhs etmişdir.
• Bütün türkl
ərin tərcümanı
~
145
~
İSMAYIL QASPİRALININ
BƏDİİ YARADICILIĞI
Rusiyanın ictimai, mədəni, mətbu həyatına əbədi möhür
vurmuş böyük türk mühərriri, naşiri, publisisti İsmayıl Qaspiralının
b
ədii irsi də maraq doğurur. Onun roman, povest və hekayələri
dövrün müs
əlman cəmiyyətinin, həyatının tələblərinə uyğun qələmə
alınmışdır, tərbiyəçilik, maarifçilik missiyası daşıyırdı. Bu
baxımdan İ.Qaspiralının bədii əsərlərini bir növ onun
publisistikasının ardı, yaxud janrını, formasını dəyişmiş davamı
hesab etm
ək olar. Təsadüfi deyil ki, xalq xadiminin publisistik
yaradıcılığına hakim olan problemlər, mövzular eyni ilə onun bədii
irsind
ə də əksini tapmışdır. Bununla yanaşı, İ.Qaspiralının
əsərlərindəki hadisələr, səhnələr, obrazlar real həyatdan götürülsə
d
ə, onlar yazıçı təxəyyülünün, axtarışlarının məhsulu kimi yeni,
r
əngarəng çalarlar, keyfiyyətlər əxz edir. Qısaca desək,
İ.Qaspiralının bədii əsərləri Şərq xalqlarının ehtiyacı, tələbatı nəzərə
alınmaqla, Qərb ölçüləri ilə qələmə alınmışdır.
Fir
əngistan məktubları
«Fir
əngistan məktubları» adlı əsərində Molla Abbas adlı
q
əhrəmanın Avropa ölkələrinə səyahətlərindən bəhs edilir. Heç
şübhəsiz ki, Molla Abbas müəllifin prototipidir və təsadüfi deyil ki,
Dostları ilə paylaş: |