• Bütün türkl
ərin tərcümanı
~
137
~
q
əzeti yox, «Rossiya» qəzetidir, çünki keçmişlə yaşayır»
(«Rossiya» q
əzetinə cavab).
İ.Qaspiralı ortaq dil məsələsinə biganə yanaşanlara, ona
inanmayanlara, doğma dilə qarşı laqeyd münasibət bəsləyən yazıçılara,
mill
ət vəkillərinə də qarşı amansızdır. «Heç kim bilməsə də, sevgili
müh
ərrir dostlarım bilməmiş deyildir ki, adı olmayanın özü də olmaz»
- söyl
əyən İ.Qaspiralı slavyanlar rus, kazak, xaxol olduğu kimi, türklər
d
ə «Kazan türkləri», «Krım və Qafqaz türkləri», «Anadolu türkləri»,
«Sibir türkl
əri», «Kaşqar türkləri»…dir, elə beləcə də deyilsə, yazılsa
olmazmı? – deyə sual edir. Sonra türk dilində danışan xalqların
lüğətlərindən sitatlar gətirərək onların əslində eyni kökdən olduğunu
açıq-aydın göstərir və məqaləsini millətlərin tərəqqisinin, ad-san
çıxarmasının əsas səbəbinin ədəbiyyatın, ədəbi dilin sayəsində
mümkün olduğu fikri ilə tamamlayır (Rəfiqlərimə açıq məktub).
«Can alıb can verəcək məsələ» adlı məqalə həm məzmun,
h
əm ideya, həm də kompozisiya baxımından diqqəti çəkir. Müəllif
«Yıldız» qəzetində dərc edilmiş «Dumadakı millət vəkillərinin dili»
adlı məqalədən sitat gətirir. Kazanlı, ufalı, daşkəndli, qafqazlı, krım-
lı… - hər kəs öz şivəsinə üstünlük verir və bu dildə danışmağı təklif
edir. Rusdillil
ər kəkələyir, sosialistlər dilin, ədəbiyyatın burjua-
ziyaya aid olduğunu, onlara torpaq, aş və hürriyyət lazım olduğunu
bildirir. «T
ərcüman»ın mövqeyi, inancı dəyişməzdir: Gələcəyimizə
s
ədd çəkmiş və çəkəcək bir şey varsa, o da dilsizlikdir!
H
ər dəfə dil probleminə müxtəlif aspektlərdən, üslub-forma
baxımından da fərqli toxunan İ.Qaspiralı eyni mövzu ilə həm
oxucunun diqq
ətini çəkməyə, həm problemi gündəlikdə saxlamağa,
h
əm də onun həllinin vacibliyini bir daha vurğulamağa nail olur.
«Dilsiz adam n
ədirsə, ədəbi və ümumi dili olmayan millət də
tamamil
ə odur» - «Can, ya da dil məsələsi» (22 yanvar 1908, № 5;
• Abid Tahirli
~
138
~
25 yanvar, № 6) adlı məqaləsini bu mülahizə ilə başlayan müəllif
mill
ətin gələcəyinin təminatçısının da mal-pul yox, məhz ədəbi dilin
olduğu qənaətindədir. O, yunanları, danimarkalıları, norveçliləri
örn
ək gətirir və onların bir millət kimi mövcudluğunda ədəbi dilin
böyük rol oynadığını qeyd edir, yazır ki, bir dilsiz kişinin lu, lu, lu,
lu, lu, lu, lu, lu, bu, bu, bu, bu, bu… kimi bir-iki heyvani s
əs
çıxarmağın insanlıq olmadığı kimi, ədəbi dildən məhrum millət də
t
ərəqqi edə bilməz…
Osmanlı dilinin ötən dövrlərə nisbətən çox işlək hala
düşdüyünü, sadələşdiyini məmnunluqla vurğulayan İ.Qaspiralı
bundan sonra daha çox çalışmaq lazım olduğu fikrini gizlətmir və
«aslan» kimi mill
ətimizin başına gələn fəlakətlərdə hələ də ortaq,
ümumi, işlək bir dilin yoxluğunun da təsir etdiyini göstərir.
M
ətbuatda və ziyalılar arasında ortaq dilin formalaşması ilə
bağlı gedən mübahisələrə toxunan müəllif «hər tərəfdə zühur edən
q
əzetlərimizin hər birinin bir dil ilə meydana çıxdığını, Peterburqda
«Nur», Uralskda «Fikir», Kazanda «Müxbir», Bakıda «Həyat»ın öz
şivələri ilə nəşrə başladığını, tədriclə «türkcəyə çevrildiklərini» yazır.
T
əhsil proqramlarında da islahatlar aparılması yolu ilə ortaq dilin
formalaşmasına yardım edilməlidir. Yazı İ.Qaspiralının oxucularına
müraci
əti ilə bitir: «Dil birliyi, ədəbi dil üçün çalışaq, çalışaq,
çalışaq». «Can və həyat məsələsi» (11 dekabr 1909, № 50), «Kitab və
dil m
əsələsi» (16 aprel 1910, № 16), «Əfəndilər, dil gərək, dil» (9
dekabr 1911, № 50) kimi məqalələrində də təhsilin «ana dilində –
türk dilind
ə» aparılmasının, qəzet, jurnal və kitab nəşrlərinin də bu
doğma dildə həyata keçirilməsinin vacibliyi qeyd olunur.
X
əlil Xasməmmədov Dumanın müvafiq komissiyasının
doğma dildə təhsilə icazə ilə bağlı iclasında «tatar» yox «türk»
k
əlməsi işlədilməsi təklifini irəli sürmüş, erməni, gürcü və rusların
• Bütün türkl
ərin tərcümanı
~
139
~
da daxil olduğu komissiya üzvləri «türk» kəlməsinin «pantürkizmə
xidm
ət edəcəyindən qorxub bu təklifi rədd etmişlər. İ.Qaspiralı
«vay, politika, politika! M
əktəblərə girməsəydin nə gözəl olurdu» -
yazır və qəzəbini gizlətmir: Tatar qövmü mövcud deyil, tatar dili
yoxdur! Dilimiz
ə nə ad verilir verilsin, həqiqətdə bu dilin adı türk
dilidir!» (Can v
ə həyat məsələsi).
İ.Qaspiralının həyatı, fəaliyyəti, yaradıcılığı bütün türk-islam
dünyası ilə sıx bağlı olmuşdur, lakin və əlbəttə ki, Baxçasaray bu
sırada öndə gəlir, elə isə qətiyyətlə demək olar ki, Qaspiralının
ədəbi, mədəni, mətbu, hətta şəxsi tərcümeyi-halında Baxçasaraydan,
Krımdan sonra Bakı, Azərbaycan gəlir. Bu baxımdan Azərbaycan
m
ətbuatı ilə də bağlı İ.Qaspiralının fikirləri, qənaətləri çox yerində
v
ə təbii görünür. «Cəlal əfəndinin «Kəşkül» məcmuəsi» (8 may
1883, № 4), «Təəssüf» (5 dekabr 1891, № 42), «Tiflisdə yeni
q
əzet» (19 aprel 1903, № 15), «Lisan məsələsi» (4 noyabr 1905, №
90; 7 noyabr 1905, № 91), «Açıq məktub» (15 mart 1906, № 26),
«Dil haq
qında» (18 dekabr 1906, № 142), «Dil ətrafında» (30 iyul
1913, № 169; 31 iyul 1913, № 170), «Yenə dil ətrafında» (4
sentyabr 1913, № 194), «Məsələlər-qəzetlər» (15 oktyabr 1913, №
227), «Xoşbəxt ekizlər» (22 aprel 1914, № 88), «Molla Nəsrəddin»
(5 yanvar 1
914, № 4) kimi məqalələrində İ.Qaspiralı «Əkinçi»,
«K
əşkül», «Ziya», «Ziyayi-Qafqaziyyə», «Şərqi-Rus», «Həyat»,
«İqbal», «Molla Nəsrəddin», «Məktəb» kimi mətbu orqanlardan,
onların naşir, redaktor və əməkdaşlarından, qəzet və jurnalların
toxunduqları problemlərdən, materialların dil-üslub, sənətkarlıq
m
əsələlərindən, bu nəşrlərin Rusiya müsəlmanlarının tarixində və
taleyind
ə oynadığı mühüm roldan gen-bol bəhs etmişdir.
H
ələ yaradıcılığının ilk dövrlərində – 1880-1881-ci illərdə
q
ələmə aldığı «Baxçasaray məktubları», «Rusiya müsəlmanları»
Dostları ilə paylaş: |