Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

• Abid  Tahirli
 

124
 ~ 
 
 
Zamanımızın məsələləri 
 
Yalnız  Rusiya  yox,  bütün  dünya  müsəlmanlarının  ümumi 
probleml
ərini  araşdırmaq,  üzə  çıxarmaq,  onların  həlli  yollarını 

əyyənləşdirmək 
İ.Qaspiralını 
hələ 
g
ənc 
yaşlarından 
düşündürmüş  və  bu istiqamətdə  müəyyən  addımlar  atmışdır 
«T
ərcüman»ın  1906-cı  il  may  nömrələrində  (№  50,  51,  52) 
«Zamanımızın  məsələləri»  adlı  məqaləsində  o,  bu  işi  «canımıza 
minn
ət, bütün ömrümüzə  bədəl və  bərəkət» kimi qəbul etdiyini 
yazır  və  Makaryada  keçirilmiş  (Nijni-Novqorod) ümumrusiya 
müs
əlmanlarının ilk məclisinin tarixi əhəmiyyətindən bəhs edir. O, 
bu t
ədbiri Rusiya müsəlmanlarının  yeni  tarixinin  baş  səhifəsi 
adlandırır  və  qeyd edir ki, bu qurultay elektrikgücü kimi millətin 
bütün  vücudunu  başdan-ayağa  gətirib hərəkətləndirib onun 
düşüncələrində  bir neçə  ay  ərzində  beş-on illik dövrə  bərabər 
t
ərəqqi  əmələ  gətirdi. Bu tədbirin keçirilməsinə  hazırlıq  xəbəri və 
onun t
əbliği  «Tərcüman» vasitəsi ilə  həyata    keçirilmişdi.  Bu  işi 
İ.Qaspiralı millətə «fəxri xidmət adlandırır» və ona bu işdə yardımçı 
olan  Əli  Mərdan bəy  Topçubaşovun  (1865-1893) və  Əbussuud 
Mirz
ə Əhmədovun adını qədirbilənliklə çəkir. 
T
ədbirin keçirilməsi üçün rəsmi icazə ala bilməyən qurultay 
iştirakçıları böyük paroxod icarəyə götürür və «Ufa suyu üzərində» 
300 n
əfərin iştirakı ilə Rusiya müsəlmanlarının birinci qurultayı öz 
işinə  başlayır.  İ.Qaspiralının  fikrincə, bu qurultay müsəlmanları 
ayıltdı, millətin birləşməsinə və birgə iş görülməsinə səfərbər etdi, 
mill
ətin maddi və  mənəvi tərəqqisi  yollarını  müəyyənləşdirdi  və 
onlar öz f
əaliyyətlərində rusların tərəqqipərvər xadimləri, partiyaları 
il
ə əməkdaşlığın faydalı olacağı qənaətinə gəldilər. 


• Bütün türkl
ərin tərcümanı 

125
 ~ 
 
Rusiya müs
əlmanlarının  II  qurultayı  irəliyə  doğru  daha  bir 
addım  atdı:  milli  partiya  qurulması  məsələsi gündəliyə  gətirildi. 
«Bu mill
ətə ən əvvəl lazım olan üç şeydir: milli düşüncə, milli dil, 
milli t
əhsil. Bunlar bizdə  yoxdur, lakin gərək  olduğu  hər kəsə 
aydındır. Bu hissin, bu duyğunun səmərəsidir ki, millət məclislərə 
can  atır,  toplanır»  -  yazan  İ.Qaspiralı  növbəti  III  qurultayın 
günd
əliyini də bəyan edir. Dumadakı vəkillərə birliyimizlə mənəvi 
güc verm
ək,  milli  partiyamızın  proqramını,  nizamnaməsini və 
idar
əsini vücuda gətirməkdən növbəti seçkilərdə daha fəal olmaq, az 
müs
əlman olan vilayətlərdən də  deputat seçilməsinə, elmin və 
düny
əvi təhsilin  geniş  yayılmasına  çalışmaqdan  və  islam  əhlinin 
düçar  olduğu  geriliyin  çarəsini və  dərmanını  tapmaqdan,  köhnə 
ad
ət-ənənələri islah etmək və  indiki tələblərə  uyğunlaşdırmaqdan 
ibar
ətdir. 
 
Müs
əlmanların üçüncü qurultayı 
 
Birinci  Rus  inqilabından  sonra  çar  hökumətinin müəyyən 
islahatlarından  və  imtiyazlarından  millətin nəfinə  bacardıqca  daha 
çox  yararlanmaq  üçün  İ.Qaspiralının    xüsusi  fədakarlıq  etdiyi, 
əvvəllər üstüörtülü və ehtiyatla irəli sürdüyü fikirləri açıq və geniş 
b
əyan etməsi Rusiya müsəlmanlarının  qurultayları  ilə  bağlı 
yazılarında daha qabarıq görünür. Bu baxımdan 1906-cı il avqustun 
28-d
ən 31-dək Nijni-Novqorodda  keçirilmiş  III  qurultaya  həsr 
olunmuş  irihəcmli məqalə  də  («Tərcüman»,  28  avqust,  №  96,  30 
avqust,  №  97,  1  sentyabr,  №  98)  xarakterikdir,  diqqəti çəkir. 

əllif göstərir ki, əslində  müsəlmanların  qurultayını  keçirmək 
ideyası 15 il əvvəl ortaya çıxmışdı, lakin bir sıra bəzilərinin hədsiz 
ehtiyatlığı, qorxaqlığı, eyni zamanda hökumətin mövcud qanunları 


• Abid  Tahirli
 

126
 ~ 
 
h
əmin dövrdə  bu  fikrin  reallaşdırılmasına  mane  olmuşdur. 
İ.Qaspiralı  sonra  I  və  II  qurultayın  keçirilməsi,  iştirakçıları  və 
günd
əliyi, eləcə də əks-sədası və ictimai fikrə təsiri barədə söz açır, 
III qurultayın qəbul etdiyi qərarların xüsusi ilə əhəmiyyətli olanları 
sadalayır  ki,  bunların  da  içərisində  təhsil  islahatları  aparmaq 
(t
ədrisin ilk pilləsindən sonra ortaq türk dilində aparılması, müvafiq 
d
ərs vəsaitlərinin türk dilində  nəşri  və  s.), müsəlmanların  siyasi 
partiyasını  təsis etmək, Peterburqda rusca müsəlman qəzeti 
buraxmaq, islam 
əhli  arasına  hökumət tərəfindən missionerlərin 
gönd
ərilməsinə  son qoymaq və  s. kimi çox ciddi problemlərin 
h
əllini nəzərdə tutan qərarlar da vardı. 
İ.Qaspiralı  adı  çəkilən məqalənin  sonrakı  hissəsində 
qurultaya hazırlıq və onun gedişi dövründə «Tan», «Vaxt», eləcə də 
«Novoye vremya», «Vulqar» q
əzetlərinin tədbirlə bağlı dərc etdiyi 
m
əqalələri təhlil edir, dəyərləndirir, münasibətini bildirir. O, xüsusi 
il
ə  «pisi  yaxşı,  yaxşını  pis»  kimi  təqdim edən «Novoye vremya» 
q
əzetinin mövqeyini kəskin tənqid atəşinə  tutur və  «biz 
müs
əlmanlar ministrə deyil, hətta kiçik bir rəsisə də ədəblə müraciət 
ed
ərik,  lakin  ayaqlarına  yıxılmarıq.  Qarşısında  diz  çökdüyümüz 
Allahın ayaqları yoxdur» - yazaraq qurultayın keçirilməsinə hazırlıq 
dövründ
əki problemlər və  məclis  zamanı  baş  verən intriqalar, 
onların  həlli üçün göstərilən səylər, fədakarlıqlar  barədə  oxucuda 
geniş  təsəvvür  yaradır  və  sonra gur səslə  bildirir: «Tərcüman» 24 
ild
ən bəri  meydandadır,  nədir, necədir  –  bu hər kəsə  məlumdur. 
İlminskilərin nəzarətindən, missionerlərin 
iftirasından, 
Pobedonostsev (çarın yaxın adamı – T.A.) cənablarının iqtidarından 
v
ə  əzəmətindən  qorxmayıb,  addım-addım,  iynə  ilə  daş  deşər kimi 
xidm
ət göstərmişdir,  qorxduğu  isə  iki  şey  vardı:  biri  başı  şapkalı 
molladır, digəri çalmalı mirzədir! 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə