• Abid Tahirli
~
118
~
s
əyyahları cəlb etməklə yüzlərlə məktəbin təsisinə, islahına yol
açdı».
«H
ər yerdə, hər zaman, fəqət xüsusi ilə islam ölkələrində
q
ədimçilər dini bəhanə edərək cəditçilərə etiraz, ya da hücum
etmişlər» - bu fikirdə olan İ.Qaspiralı islam dünyasına xas olan, onu
bürüy
ən bu hala «baxdıqda qan ağlamamağın» mümkün olmadığını
yazır. O qeyd edir ki, bizim Rusiya qədimçiləri o dərəcədə qəflətə
yatmışlar, o dərəcədə cahildirlər ki, əsrimizin ən böyük
t
ərəqqipərvər, maarifçi xadimləri haqqında danışanda «onlar Misiri,
İstanbulu pis günə qoydular» - deməkdən belə çəkinmirlər.
M
əqalənin sonunda İ.Qaspiralı cəmiyyətə üzünü tutur, onu xəbərdar
edir: «Bel
ə gedərsə, daha çox qamçı yeyərik, daha dərinə
yuvarlanarıq və heyvanlıqda davam edərik».
Rusiya müs
əlmanlarının tərəqqisinin başlanğıcı
«T
ərcüman»ın əlavəsi kimi nəşr olunan 16 səhifəlik bu
risal
ədə XIX əsrin sonu və XX əsrin əvvəllərini «yeni kitablar, yeni
m
əktəblər, tələbələr, teatr, xeyriyyə cəmiyyətləri, mətbəələr» - deyə
yazaraq xarakteriz
ə edən İ.Qaspiralı Rusiya müsəlmanları arasında
əvvəlki illərə nisbətən «xeyli hərəkət olduğunun inkar olunmaz»
s
əviyyəyə çatdığını qeyd edir və bu «xəfif hərəkətin» gələcək
t
ərəqqinin başlanğıcına çevriləcəyini göstərir. Əgər bundan 20-25 il
əvvəl Rusiyada müsəlmanlar yalnız dini kitablar nəşr edirdilərsə və
vur-tut elm v
ə ədəbiyyata dair 3 kitab buraxılmışdırsa (tanınmış
türkoloq V.Radolfun (1837-
1918) uşaqlar üçün Kazanda nəşr etdiyi
(1872) «Bilik», Q
əyyum əfəndi Nəsirovun (1825-1902) illik
«Salnam
ə»si, M.F.Axundovun (1812-1878) 1859-cu ildə Tiflisdə
• Bütün türkl
ərin tərcümanı
~
119
~
«T
əmsilat» adı ilə buraxdığı komediyalar), indi kitab nəşri
sah
əsindəki irəliləyiş açıq-aşkardır.
Q
əzetlər, məktəblər, xeyriyyə cəmiyyətləri teatr, mətbəələr
bar
ədə də eyni fikri söyləməyin mümkünlüyünü vurğulayan müəllif
20 il
əvvəl «universitet təhsilli bir adamımız»ın (H.Zərdabi nəzərdə
tutulur – T.A.) indi is
ə onların sayının 100-dən artıq olduğunu,
«müasir t
əhsil görmüş bir xanımımız»ın (H.Zərdabinin xanımı
H
ənifə xanım nəzərdə tutulur – T.A.) indi isə belələrinin sayının 20-
y
ə çatdığını fərəhlə bildirir, Bakı, Qarabağ, Gəncə və Baxçasarayda
teatrların, Vladikafkazda, Krımda, Peterburqda, Kazanda,
Xankirmanda, Semipalatinksd
ə, Həştərxanda xeyriyyə cəmiy-
y
ətlərinin, Kazan və Tiflisdən sonra Bakıda, Baxçasarayda,
Orenburqda m
ətbəələrin, Baxçasarayda, Şəkidə, Kulcada,
Şamaxıda, Naxçıvanda yeni tipli məktəblərin fəaliyyətini tərəqqi
dövrünün başlanğıcı kimi dəyərləndirir. Müəllif daha sonra
xronoloji ardıcıllıqla 1884-1901-ci illərdə Rusiyada – Bakı,
Baxçasaray, Kazan, Tiflis, Ufa, Orenburq, Peterburq, Daşkənd,
İrəvanda nəşr olunmuş dini, ədəbi, elmi kitabların, dərslik və dərs
v
əsaitlərinin nəşr ili, müəllifi göstərilməklə adlarını yazır. Yeri
g
əlmişkən qeyd edək ki, Qaspiralının təqdim etdiyi bu mənbə
tarixçil
ər, jurnalistlər, kitabşünaslar, din xadimləri, pedaqoqika və
t
əhsil tarixinin tədqiqatçıları üçün maraqlı, əvəzolunmaz, məxəzdir.
Qadınlar
Qadın azadlığı və hüquqları mövzusu İ.Qaspiralı yaradıcı-
lığında, həm bədii və həm də publisistik irsində mühüm möv-
zulardandır. «Qadınlar» adlı əsərində müəllif (Baxçasaray, «Tərcü-
• Abid Tahirli
~
120
~
man» m
ətbəəsi, 1903) qadın, onun ailədə, cəmiyyətdə tutduğu yeri,
rolu islam dinind
ə qadına uca münasibət, islam ölkələrində qadın
problemi, qadın təhsili və s. kimi bu gün də aktuallığını itirməyən
probleml
əri araşdırır. Ən əsası isə həmin məsələlərə maarifçi, ziyalı,
t
ərəqqipərvər, millətçi bir xadim kimi münasibət bildirilir. Yazır ki,
yer üzünd
ə bəşər övladının yarısı qadın olduğu kimi, insanların
s
əadət və xoşbəxtliyinin də yarısı qadınlardan asılıdır. Əgər qadınlar
m
əhv olarsa, bu o deməkdir ki, dünyanın yarısının məhv olduğunu
da söyl
əmək olar. Əgər bir millətin qadınları cahildirsə, o toplum da
cahil olmağa məhkumdur. İnsanı həyata gətirən, ona süd əmizən, dil
ver
ən, tərbiyə verən anadır. Qadınlar böyükdürlər, insan
toplumunun yarısıdırlar, həm də əsasıdırlar.
İ.Qaspiralıya görə qadının həyatda üç böyük vəzifəsi var:
valideynlik, analıq, dostluq. Kişilərin də üç böyük vəzifəsi var:
valideynlik, atalıq, dostluq. Əgər bir qadın lazımınca qadınlıq,
analıq və dostluq edə bilirsə, o xoşbəxtdir. Bunları yerinə yetirmək
üçün is
ə xeyli təhsil almaq lazımdır. Qadınlar insan olduğu üçün və
insan övladı tərbiyə edəcəkləri üçün heyvan kimi savadsız və elmsiz
qalmamalıdırlar, yoxsa dünya dağılar, həyat məhv olar.
İ.Qaspiralı dünya tarixinə qısa nəzər salır, qədim və müasir
dövrl
ərdə elmi, hünəri, zəkası və gücü ilə ad-san qazanmış qadınları
xatırlayır. İrihəcmli məqalənin «Şərq və qərb qadınları» hissəsində
c
əhaliyyət dövründə Şərqdə qadınlara heyvani münasibət
b
əslənildiyini yazan müəllif qadınlara əski zamanlarda eyni
münasib
ətin Qərbdə, yəni Avropa ölkələrində də olduğunu yazır.
H
ətta Avropada bir zamanlar «qadınlar canlıdırlarmı? – kimi məsələ
müzakir
ə edilirmiş. Lakin neçə əsrlər sonra Avropada təhsil və
elmin say
əsində bu geri düşüncəyə son qoyuldu və qadınlar kişilərlə
b
ərabər hüquqlara sahib oldular. Təəssüf ki, müsəlmanlar arasında
Dostları ilə paylaş: |