• Abid Tahirli
~
178
~
üç-
beş fransız risaləsi oxuyandan sonra hay-küylə kürsüyə
qaçmasına bənzəyir («Məzhəbi-iştirakıyyun»).
•
Bizim halımız sağ, məqbul deyil. Ən yaxşısı budur ki,
yapon ziyalılarından öyrənək. Mənim etiqadım belədir və buna görə
d
ə belə söyləməyə məcburam («Məzhəbi-iştirakıyyun»).
• Fransa il
ə Afrika müsəlmanları arasında nəhəng Ağ dəniz
var. Dig
ər islam ölkələri ilə Fransa arasında daha böyük dənizlər,
qit
ələr və başqa millətlər var. Buna görə də, fransızlar müsəlmanlara
qarşı yeritdikləri siyasətin əsaslı olub-olmadığını araşdırmağı lüzum
gördükl
əri halda, Rusiya Asiyada Altın dağlarından Avropada –
Kara d
əniz sahillərinədək həmhüdud olduqları və bir sərhəd
iç
ərisində yaşadıqları 20 milyon islam əhalisi olan müsəlman
mill
ətləri və dövlətləri ilə bağlı politikasını daha ziyadə
araşdırmağa, təftiş etməyə borcludur («Rusiyanın islam siyasəti»).
•
Rusiyanın içərisində və hüdudlarında olan müsəlmanların
yüzd
ə doxsanı türk olduğundan, müsəlman politikası demək, elə
türk politikası deməkdir («Rusiyanın islam siyasəti»).
• Rusiya il
ə İslam ölkələri Avropadan xeyir güdməməlidir.
Onların arasındakı çəkişmədən avropalılar qazanır. Rusiya ilə
müs
əlmanların arasında əsrlərlə sürən düşmənçilik onların hər
ikisini eyni v
əziyyətə salmışdır, necə deyərlər, iki çılpaq bir
h
amama yaraşır. İndiki dəmir dövründə ağac daxmalarda ömr edən,
ağac araba ilə yol gedən, ayağı yalınğaç (çılpaq), yaxud çarıqlı
g
əzən yalnız rus və müsəlmanlardı («Rusiyanın islam siyasəti»).
• Rus v
ə müsəlman millətləri arasında düşmənçilik,
dözümsüzlük, soyuqluq, qorxu v
ə əndişə yoxdur, lakin «rəsmi
Rusiya»ya g
əlincə belə deyildir («Rusiyanın islam siyasəti»).
• Bütün türkl
ərin tərcümanı
~
179
~
• Rus hökum
əti bir dəfə də olsun, Avropa aclarından islam
toplumunu müdafi
ə etməmişdir. Qədim Rumeli xristianlarını
müdafi
ə etmiş, lakin yanıb qovrulan türk milləti üçün bir söz
dem
əmişdir («Rusiyanın islam siyasəti»).
• G
ələcəkdə millətlər orduları ilə deyil, mədəniyyət və
k
əmalət ilə iş görəcəklər («Rusiyanın islam siyasəti»).
• Rus m
ətbuatı Şərqdən bixəbərləri olan Afinadan və ya
Sofiyadan yayılan yalanlara, istinadlara etimad göstərib, Osmanlılar
əleyhində ağzına gələni yazdığı və nəşr etdiyi materiallarla
Rusiyanın ictimai fikrini bulandırmaqla yanaşı, müsəlmanları da
bezdirm
əkdən başqa bir nəticə əldə etməmişdir. Rus mətbuatının bu
işlərə rus gözü ilə baxmayıb, bolqar, yaxud da yunan gözlüyü taxıb
baxması üzücüdür («Rusiyanın islam siyasəti»).
• …iyirmi-
iyirmi beş il əvvəl (məqalə 1911-ci ildə qələmə
alınmışdır – T.A.) elm və ədəbiyyata dair dilimizdə yalnız üç risalə
(kitabça – T.A.) var idi: biri Q
ərb alimi Radlofun «Bilik» (Kazan,
1872), dig
əri Qəyyum Əfəndi Nəsirovun «Kalendar» (cəmi 23 ədəd
olmaqla, h
ər il 1 təqvim-salnamə – T.A.) və üçüncüsü də Mirzə
F
ətəli Axundovun komediyalarıdır (1859-cu ildə «Təmsilat» adı ilə
Tiflisd
ə nəşr edilmişdir (T.A.) («Rusiya müsəlmanlarının
m
ədəniləşməsinin başlanğıcı»).
•
Bakı şəhərində Həsən bəy Məlikov cənabları tərəfindən
«Əkinçi» adında türkcə qəzet təsis edib az müddət davam etmiş isə
d
ə, donmuş və buzlamış fikirlərə ildırım kimi ziya vermiş idi
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»).
•
Oxumuş, ziyalı müsəlmanlar rusca, fransızca bilirlər:
doktorluq, müh
əndislik, mədənçilik, vəkillik edirlər, lakin milli
dild
ən məhrumdurlar! Ziyalı bir rus yoxdur ki, rusca yazı yazmasın,
• Abid Tahirli
~
180
~
ziyalı bir nemes, polyak, ya gürcü, erməni yoxdur ki, öz dilində yazı
yaza bilm
əsin. Bu hal yalnız bizlərə məxsusdur («Rusiya
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»).
•
İslamiyyət üçün ilk öncə iki vəzifə vardır: biri təhsil, digəri
ibad
ətdir. Bunun nəticəsi kimi müsəlman olan hər yerdə təhsil üçün
m
əktəb, ibadət üçün cami olmalıdır. Məktəb və cami yerinə görə
daşdan, ağacdan, yaxud keçədən düzəldilir. Oturaq müsəlmanların
m
əktəb və camiləri öz yaşayış yerlərində, bədəvi müsəlmanların
(köç
ərilərin) məktəb və camiləri özləri ilə birgə hərəkət, köç edər
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»).
• Bir neç
ə il müəllimlik etdim, məktəb həyatı ilə tanış
oldum. Zavallı çocuqların 5-6 il, gündə 6-7 saat ərəbcə
əzbərçilikdən, dini təhsildən başqa heç nə ilə məşğul olmadığını
görüb
əsəb və təəssüfdən yatmadığım gecələr çox olmuşdur (Rusiya
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı).
•
Beş illik təhsil dövründə şagird elm, hünər, kamal bir yana,
heç dürüst namaz qılmağa, hətta bir məktub yazmağa nail ola
bilmir. Bu d
ərdə bir dərman lazım idi. Bunun üçün 1883-cü ildə
t
əsis etdiyim «Tərcüman» qəzetində 1884-cü ildə üsuli-cədid – yeni
t
əhsil üsulu mövzusunu qaldırdım. Yeni əlifba kitabı nəşr olundu və
Baxçasarayda yeni üsullu m
əktəb fəaliyyətə başladı. Hazırda bu
üsulla i
şləyən məktəblər Şərqi Türkistana qədər yayılmış və sayı
500-
ü keçmişdir («Rusiya müsəlmanlarının mədəniləşməsinin
başlanğıcı»).
•
Bir sıra şəhərlərdə, məsələn, Baxçasaray, Şəki, Kulca,
Şamaxı, Naxçıvanda yeni üsulla işləyən məktəblərə rus dili
mü
əllimi dəvət edilir və onlar çox rahat bir şəkildə rus dilini də
Dostları ilə paylaş: |