• Abid Tahirli
~
184
~
daha çox qamçı yeyəcək, daha çox geri gedəcək və heyvanlıqda
davam ed
əcəyik («Qədimçilik – cəditçilik»).
•
Əgər qadınların fəna olduqlarına hökm edilirsə, dünyanın
yarısının fəna olduğuna hökm edilmiş olur. Əgər qadınların yaxşı
olduğuna hökm edilirsə, dünyanın yarısının yaxşılığına hökm olur.
Gerç
əkdən də bir şəhərin, vilayətin, yaxud bir millətin qadınları
cahildirs
ə, deməli, o toplumun cahil olması labüddür («Qadınlar»).
•
Bütün insanlar qadınların qucağında ərsəyə gətirdiyi,
onların köksündə ruzilərini tapdığı, elm və kamala onların dilindən,
ədəb və namusu onların hal və hərəkətlərindən aldığı hər kəsin gözü
önünd
ədir («Qadınlar»).
• H
ər bir qadın insanlığa çox böyük xidmət edən insandır
(«Qadınlar»).
• Mill
ətin qadınları sağlam vücudlu, namuslu, çalışqan,
savadlıdırsa, bütün millət də sağlam bədənli, namuslu, qeyrətli və
elmli olur. Bunun
əksi – qadınları zəif, binamus, biqeyrət və cahil
olan mill
ətin bütün üzvləri də bu nöqsanlara düçar olacaqdır
(«Qadınlar»).
• Dünya bir binaya b
ənzədilərsə, qadınlar o binanın
t
əməlidir.
•
Çalışmağı bilməyən, yaxud istəməyən ər kişilikdən çıxdığı
kimi, ev
ə baxmağı bilməyən qadın da qadınlıqdan çıxar
(«Qadınlar»).
• H
əyat yoldaşı ilə gözəl yaşamaq istəyən qadın məhəbbət,
s
əbir və nəzakət yolundan ayrılmamalıdır, söz dinləməli, daim
t
əmizliyə səy göstərməli, ərinin gətirdiyinə qane və razı olmalı, onu
utandırmamalı və ondan bacardığından artığını tələb etməməlidir.
İsrafçılığa yol verməməli, yeməyi süfrəyə vaxtında verməli, ərinin
• Bütün türkl
ərin tərcümanı
~
185
~
qohumlarına hörmət etməli, ərindən istədiklərini uyğun zamanda və
n
əzakətlə xahiş etməlidir («Qadınlar»).
•
Qadın cahil və elmsizdirsə, dişi heyvan kimi onun üçün də
h
əyat və ömür puç keçəcəkdir («Qadınlar»).
•
Avropada Şərq qadınlarının ifrat dərəcədə örtülü, hüquq və
azadlıqdan, elm və tərbiyədən məhrum qaldıqlarını islamla
əlaqələndirirlər. Utancvericidir ki, müsəlmanlar arasında da bu halı
şəriətin gərəyi zənn edənlər çoxdur. Bununla avropalılar böyük səhv
edirl
ər, müsəlmanlar günaha batırlar («Qadınlar»).
• Kim söyl
əyə bilər ki, analara elm, savad və hünər lazım
deyil? («Qadınlar»).
•
Əgər bir məsələ ədalətlə müzakirə edilib ədalətlə həll
olunmasa, işin nəticəsi ağır olacaq, insanlıq və islam önündə məsul
v
ə günahlı qalacağıq. Sonra peşman olsaq da, bu fayda
verm
əyəcəkdir («Qadınlar»).
• M
ədəni hökumət ədalətsizliyə yol verməz. İstər
c
əhalətdən, istər pis adətlərdən, istərsə də dar düşüncədən təvəllüd
ed
ən nöqsanların qarşısını almaq hökumətin vəzifəsidir («Zülm
haradan g
əlir»).
• Din v
ə millət qayğısı ziyalı və alimləri, bir an da olsun,
t
ərk etməməlidir («Zülm haradan gəlir»).
•
Zalım kim olursa-olsun, məzlum kim olursa-olsun, hər
birimizin
ədalətə və insafa xidmətçi olması və onların keşiyində
durması fərzdir («Zülm haradan gəlir»).
•
Şanı uca Quranın bir kəlmə ilə təfsiri «ədalətdir» («Zülm
haradan g
əlir»).
• Abid Tahirli
~
186
~
•
Ədalətsiz, insafsız bir müsəlmanın ağzına yüyən, başına
noxta salıb, ədalətə bağlamaq şəriətə zidd deyil, əksinə, ona
uyğundur («Zülm haradan gəlir»).
• Din -
ədalətdir. Ədalət xaricində hərəkət edənlərə,
zalımlara meydan və müsaidə verilməməlidir («Zülm haradan
g
əlir»).
•
Şərt ilə nikah bir çox qadınları insafsızların zülmündən
mühafiz
ə edəcəkdir, şərt ilə nikah caizdir. Ədalətli və salih adam
üçün şərt ilə nikahda bir ağırlıq yoxdur: şərtlər ilə nikah yalnız
zalımın zülmünə qarşı ehtiyatlı bir səddir («Zülm haradan gəlir»).
• Rusiyada olan bütün müs
əlmanları birləşdirmək və
mill
ətin düşüncə və ehtiyacına uyğun iş görmək üçün Rusiya
müs
əlmanlarının qurultayını keçirmək haqqında qərarımızı yerlərə
çatdırmaq kimi şərəfli vəzifəni biz icra etdik. Əli Mərdan bəy
Topçubaşov (1865 – Tiflis – 1934 – Paris, Azərbaycan xalqının
yetişdirdiyi böyük siyasi xadimlərdən biri, hüquqşünas, qəzetçi,
dövl
ət xadimi – T.A.) və Əbussuud Mirzə Əhmədov (Ufalı, tatar
xalq xadimi –
T.A.) işin icrasında bizə böyük yardımlar etdilər
(«Zamanımızın məsələləri»).
•
Rusiyanın hər tərəfindən Makaryaya (Nijni-Novqorod –
T.A.) t
əşrif buyurmuş 300 təmsilçi Ufa çayı açıklarında gəmi içində
Rusiya müs
əlmanlarının birinci qurultayında iştirak etmək şərəfinə
nail oldu. Yeni tariximizin birinci s
əhifəsi olan bu qurultay elektrik
c
ərəyanı kimi millətin bütün vücudunu başdan ayağa qədər
silk
ələdi, hərəkətə gətirdi və bir neçə ayda millətin düşüncəsində
beş-on ildə yaranacaq oyanışa bərabər tərəqqi yaratdı
(«Zamanımızın məsələləri»).
• Bütün türkl
ərin tərcümanı
~
187
~
•
Makaryadakı I qurultayda yeddi-səkkiz ziyalı müsəlman
olduğu halda Peterburqdakı ikinci qurultayda onların sayı artıq 30-
40 idi v
ə onların hamısı millət yolunda çalışmağa başladı
(«Zamanımızın məsələləri»).
• Müs
əlmanların birinci qurultayında hansı qərarlar verildi?
Əvvələn, millətin birləşməsinə, birlikdə iş görülməsinə, saniyən,
mill
ətin maddi, mənəvi tərəqqisinə və salisən, ümumi Vətən
işlərində rusların mütərəqqi ziyalıları və partiyaları ilə əməkdaşlıq
edilm
əsinə («Zamanımızın məsələləri»).
• …sair mill
ətlər milli ideologiyası olan partiyalar
yaradanda biz q
əflət yuxusunda idik. Nə üçün sayı yarımız, hətta
dördd
ə birimiz qədər olmayan millətlər təşkilatlanıb, nizamlı,
m
əsləkli bir ideologiyaya sahib olduğu halda, bizlər ya bir millətə
quyruq, ya bir firq
əyə yamaq olmalıyıq? Cahillik, qafilik, amma bu
t
əbii hal deyil. Elə isə, islahı mümkündür («Zamanımızın
m
əsələləri»).
•
İnsanların görüş və düşüncələri fərqli ola bilər. Lakin bu
hal milliyy
ət, xalq düşüncəsinə əngəl olmamalıdır. Bir ananın üç
övladının üç fərqli fikri, düşüncəsi ola bilər. Amma anaya
münasib
ətdə fərqli fikir olmamalıdır («Zamanımızın məsələləri»).
• Bir mill
ətə ilk öncə lazım olan üç şeydir: milli düşüncə,
milli dil, milli t
əhsil («Zamanımızın məsələləri»).
• Milli birliyin t
əşəkkülü nə düşünüldüyü qədər ağır, nə də
düşünüldüyü qədər yüngüldür. Buna nail olmaq üçün xaricdəki və
daxild
əki bir xeyli maneə dəf edilməlidir. Birlik əmələ gətirmək
üçün sad
ə xalq həmişə hazırdır. Yol göstərilərsə, irəliləyiş
olacaqdır. Lakin yolbaşçılarımız yardım, yardım etməlidirlər
(«Zamanımızın məsələləri»).
Dostları ilə paylaş: |