• Abid Tahirli
~
164
~
Böyük xalq xadimi v
ə yazıçısı İ.Qaspiralının qəhrəmanı
Danyal öz h
əmcinslərindən ağlı, düşüncəsi və qayğıları ilə fərqlənir.
Onu b
əşər oğlunun «beşiyi, din və mədəniyyətlərin ocağı» qoca
Şərqin mövcud xəstə durumu çox narahat edir, vəziyyətdən çıxış
üçün çar
ə axtarır. Onu nə xristian qızının sevgisi, nə atası Əli bəyin
mülkl
əri çəkir. O, ona eşq elan edən xanıma deyir: - Mən sizə bir
d
əfə demişdim ki, özüm üçün ömür etməyəcəyəm, millətim üçün
yaşayacağam. …indi millətim bir haldadır ki, bütün fikir, ağıl,
m
əhəbbət, himmət ona sərf edilməlidir. Vücudum millətə fəda».
Mahir söz ustası İ.Qaspiralı həm öz, həm də qəhrəmanının
dilind
ən millətin cəhalət bataqlığında boğularaq can verdiyini bəyan
edir, eyni zamanda bu m
ənzərəni ayrı-ayrı misallar təqdim etməklə
göz önünd
ə canlandırır. Moskvada 1880-ci ildə Rusiya Etnoqrafiya
C
əmiyyətinin təşkil etdiyi sərgi bu baxımdan ibrətamizdir.
Rusiyanın hər yerindən, hətta xarici ölkələrdən sərgidə çox sayda
eksponat nümayiş etdirilir. Türklər də istisna deyil: özbək, qırğız,
başqırt, tatar, yakut, Azərbaycan, kumık, çərkəz. Zahirən türklərin
şöbəsi «parlaq və ilginc» görünsə də, rənbərəng libaslar, kilimlər,
xalçalar, min bir naxışlı keçələr, növbənöv kımız qabları, bər-
b
əzəkli silahlar, xəncərlər, paltarlar, rəngli işləmə qaloşlar… ilk
baxışda diqqəti çəksə də, «başqa millətlərin şöbələri ilə müqayisə
edildikd
ə» çox kasad və kasıb görünür. «Məsələn, Polşa və Litva
şöbələrində göstərilən bir maşın bizim yüz ustanın əl işindən daha
ziyad
ə iş gördüyü və fayda verdiyi dərhal bilinir. Sərgi «cümlə
mill
ətlərdən geridə qaldığımızı» nümayiş etdirdi. Hələ bu
harasıdır?! Müəllif dərin təəssüf hissi ilə bildirir ki, burada eyni türk
qövmünd
ən olanlar bir-biri ilə görüşmür, fikir mübadiləsi aparmır,
sanki bir-birl
ərini görmür, tanımırlar: «Sərgi münasibəti ilə 40 ildə
bir yer
ə təsadüfən yığışmış din və dil qardaşları, bu fürsətdən
• Bütün türkl
ərin tərcümanı
~
165
~
istifad
ə edib danışmaq, anlaşmaq, birləşmək fikrindən çox uzaq
idil
ər». Bu da dərdin hamısı deyil. Sərgidən sonra iştirakçıların
gec
ə, otel həyatı başlayır: onlar içki məclislərində, qumarxanalarda
rus fahişələrinə sanki pul xərcləmək yarışına girirlər. Lakin yaxşı ki,
onların sırasında Yaqub bəy adlı səxavətli və ağıllıları da var.
Yaqub b
əyin təşkil etdiyi məclisə Danyal bəyin də gəlişi gözlənilir.
Daha sonra mü
əllif Danyal bəyin tərcümeyi-halından, təlim-
t
ərbiyəsindən, dünyagörüşündən, millətə xidmət etmək planlarından
geniş, təfsilatı ilə bəhs edir. Danyal bəy qəti əmindir ki, millət qəflət
yuxusundan ayılırsa, ayağa qalxaraq, digər millətlər kimi irəli
ged
əcəkdir.
T
əəssüf ki, müəllif əsəri tamamlamır və Yaqub bəyin
m
əclisi, Danyal bəyin orada iştirakı və məclisin taleyi oxucuya
mü
əmmalı qalır. Bununla belə yarımçıq əsərin özü oxucuda bir
inam, ümid yaradır ki, Danyal bəy kimi qətiyyətli, istəkli, enerjili,
ağıllı qəhrəman öz qövmünün tərəqqisinə töhfə verəcəkdir.
İvan və Süleyman
Qüdr
ətli sənətkar İsmayıl Qaspiralının süjet etibarı ilə sadə,
m
əzmunca maraqlı, təsirli və ibrətamiz hekayələrindən biri də
«T
ərcüman qəzetinin 1897-ci il 20 aprel, 31 avqust tarixli
nömr
ələrində imzasız dərc edilmiş «İvan və Süleyman» əsəridir.
Süleymanla İvan yaşıddır. Səkkiz yaşında Süleyman
m
ədrəsəyə, İvan rus məktəbinə verilir. İlk 4 illik təhsil müddətində
«İvan yazıb-oxumağı, hesabı öyrəndi, İncili anlamaya müqtədir
oldu, m
əktub yazmağı, dəftər tutmağı bildi. Süleyman isə bir il ərəb
əlifbasını, sonrakı 3 il Quranı xətm etməyi öyrəndi».
• Abid Tahirli
~
166
~
Anası Həlimə Süleymana, İvanın anası Mariya da öz oğluna
ba
xıb qürurlanırdılar. Fransız tacir müsyö Bardo Misirdə ticarətlə
m
əşğul olurdu, tez-tez də bu şəhərə mal gətirir, mal aparırdı.
Növb
əti səfərlərin birində müsyö Bardoya İvanla Süleymanı təqdim
edirl
ər. Müsyo Bardo onlara Misirdə işləməyi təklif edir.
Mariya «Burda olan c
ənabi-haqq Misirdə də var» - deyə
İvanı müsyö ilə qərib ölkəyə yola salır. Həlimə isə «Qisməti verən
c
ənabi-haqq verəcəksə, burda da verər» - deyərək Süleymanın
Misir
ə getməsinə razılıq vermir. İki il sonra İvan anasına Misirdən
pul gönd
ərməyə, o isə həmin pullarla mal-qara almağa, təsərrüfatını
genişləndirməyə, bəxtiyarlıq içində yaşamağa başlayır.
Süleyman is
ə qəhvəçi kimi bir qarın çörək uğrunda çalışır.
Oğlunu evləndirmək arzusunda olan Həlimə xəstələnib, vəfat edir.
İvan Misirdə ticarətlə məşğul olur, eyni zamanda ingilis, ərəb,
fransız dillərini də mükəmməl öyrənir. Süleyman isə İvana baxıb
düşünürdü ki, mən də Misirə getsəydim, bir ağ gün görərdim. İvan
da h
ərdən öz şəhərlərinə gələrdi. Səfərlərinin birində Süleymana
onunla getm
əyi təklif edir. Süleyman artıq evlənmişdi. Xanımı ilə
m
əsləhətləşdi. Xanımı qəti etiraz etdi, beləliklə, Süleymanın
ümidl
əri daşa dəydi. Qəhvəçi kimi saç-saqqal ağartdı, saqqalının
ağlığına hörmət edib, ona «Qəhvəçi Süleyman ağa» deyirdilər. İvan
is
ə artıq şan-şöhrət, var-dövlət sahibi kimi nüfuz qazanmışdı.
Maarifp
ərvər yazıçı İ.Qaspiralı bu hekayəsində də öz
idellarına, prinsiplərinə sadiqdir: məktəb xilas edəcəkdir. Məktəb,
yoxsa c
əhalət məhv edəcəkdir. Hekayədə təsvir olunan Süleymanla
İvanın məktəbəqədər həyatı, düşüncəsi, qayğıları eynidir. Məktəb
h
əyatı, mühiti qısa müddət ərzində onların dünyagörüşündə,
t
ərbiyəsində, ətraflarındakı insanlara münasibətində ciddi
d
əyişikliklərə səbəb olur. Bu proses məktəbdən sonrakı həyatlarında
Dostları ilə paylaş: |