• Bütün türkl
ərin tərcümanı
~
115
~
düşdüyünə, zəiflədiyinə işarə vuraraq yazır: «İndiki dəmir dövründə
ağac komalarda ömür sürən, ağac araba ilə yol gedən, ayağı çılpaq,
yaxud çarıqla gəzən yalnız ruslar ilə müsəlmanlardır». Rusiyanın
xarici v
ə daxili siyasətinin belə acınacaqlı mənzərə yaratdığını qeyd
ed
ən müəllif göstərir ki, sadə rus xalqı ilə müsəlmanlar arasında
düşmənçilik, dözümsüzlük, soyuqluq, nigarançılıq yoxdur, lakin
«r
əsmi Rusiya»ya gəlincə, bu belə deyildir. Rəsmi Rusiya
müs
əlmanları heç vaxt müdafiə etməmiş, daim günahkar olsa belə,
xristianlığın mənafeyini qorumuşdur. İ.Qaspiralı qərəzli rus
m
ətbuatını, rus rəsmilərini qınayır və dövlətin müsəlman siyasətinin
d
əyişdirilməsinin tarixi zərurət olduğunu vurğulayır.
Rusiyada m
ətbuat və islam nəşrləri
Yaşadığı dövrdə mətbuatın tərəqqiyə təkanverici qüvvə
olduğunu anlayan İ.Qaspiralı Rusiya müsəlmanlarının nəşrinə nail
olmaq üçün f
ədakarlıqla çalışmışdır. Onun «Rusiyada mətbuat və
islam n
əşrləri» adlı yazısını da («Tərcüman», 1884-cü il, 8 yanvar,
№ 1) bu qayğının bariz nümunəsi hesab etmək olar. Bu analitik
m
əqalə, həm də mətbuat tarixini araşdırmaq baxımından dəyərli və
diqq
ətçəkəndir. Müəllif XIX əsrin II yarısında Rusiyadakı
müs
əlman nəşrləri haqqında müəyyən təəssürat yaratmaq üçün
konkret faktlara müraci
ət edir: «Rusiyada türk dilində dörd qəzet
n
əşr olunmaqdadır. Tiflisdə «Ziya», «Kəşkül» Azərbaycan
şivəsində və Daşkənddə «Türkistan qəzeti» (1870-ci ildən rus
dilind
ə çıxan «Türkestanskie vedomosti» rəsmi qəzetinin özbəkcə
variantı) sart şivəsində nəşr olunur. «Tərcüman» isə Baxçasarayda
rusca v
ə Krım türkcəsində çıxmaqdadır. Bu qəzetlərin dördü də
• Abid Tahirli
~
116
~
kiçik formatlıdır». Sonra müəllif qəzetin naşirləri, redaktorları
bar
ədə məlumat verir, qeyd edir ki, «Ziya» qəzeti Səid Ünsizadə,
«K
əşkül» Cəlal Ünsizadə, «Türkistan qəzeti» Nikolay Petroviç
Ostroumov t
ərəfindən buraxılır. Ərəb hərfləri ilə basmaxanaların
(n
əşriyyatların) sayı 8-dir: Peterburqda Akademiya basmaxanası,
Kazanda Universitet basmaxanası və daha iki qeyri-rəsmi
basmaxana, Daşkənddə Vilayət basmaxanası, Tiflisdə Ünsizadə
basmaxanası və digəri də Baxçasarayda «Tərcüman»ın basmaxanası
f
əaliyyət göstərir. «İslamların baş kitab bazarı»nın Kazan olduğunu
vurğulayan İ.Qaspiralı burada nəşr edilən kitabların bütün Rusiyaya
yayıldığını göstərir, eyni zamanda xarici ölkələrdə ərəb əlifbası ilə
buraxılan kitabların Rusiyaya demək olar ki, gəlmədiyini təəssüflə
yazır. Maraqlı və diqqətçəkəndir ki, müəllif 1883-cü ildə Kazan,
Peterburq, Tiflis, Baxçasarayda n
əşr olunan bütün kitabların cəmisi
haqqında, onların adı və tirajı barədə, nəşr olunduğu şəhər barədə
m
əlumat verir. Nəşrlərdən 2-si Peterburqda, 5-i Tiflisdə, 1-i
Baxçasarayda, qalanları Kazanda buraxılmışdır. Az qismi əlifba,
lüğət, hekayədən, əksəri isə dini kitabdan ibarət olan həmin
n
əşrlərin ən azı 100 nüsxə, ən çoxu 60.000 nüsxə cəmi 703.000
tirajla çap edilmişdir. İ.Qaspiralı sonuncu rəqəmin ilk baxışda çox
göründüyünü, lakin dig
ər xalqların nəşrləri ilə müqayisəolunmaz
d
ərəcədə az olduğunu yazır, qeyd edir ki, kitab nəşri yəhudi və
erm
ənilərdə bizdən 3 qat çoxdur, ermənilər isə bizdən 5 dəfə çox
q
əzet buraxır.
Elm
ə, sənətə dair kitabların olmadığını ciddi qüsur hesab
ed
ən Qaspiralı «çox oxumaq, çox yazmaq və nəşr etmək
m
əcburiyyətindəyik» - deyə həyəcan təbili çalır, sonda da
x
əbərdarlıq edir: tərəqqi dövründən geri qalmamaq istəyiriksə,
d
ərdimizə çarə tapmalıyıq, artıq vaxtdır, sonra gec olacaq!
• Bütün türkl
ərin tərcümanı
~
117
~
Köhn
əçilik – yeniçilik
«Sosial h
əyatımızı bu gün ən çox zəhərləyən və millətimizin
əksər işlərinə, xoş gələcəyinə sədd çəkən, ayaq çalan «köhnəçiliklə
yeniçilik t
ərəfdarlarının arasındakı mübarizənin ifrat dərəcədə
olmasıdır» - bu cümlə ilə başlayan məqalədə («Tərcüman», № 19, 5
may 1909) İ.Qaspiralı bu axınların müsəlman həyatında təzahürünü
t
əbii hesab etsə də, onların çəkişməsinin həddən artıq kəskin
olduğunu təqdir etmir. İki min il əvvəl 40 allaha iman edən qədim
yunanlar buna şübhə edən və yaradanın bir olduğunu iddia edən
Sokratı qətlə yetirdi. Odur ki, köhnəlik çox əski zamanlardan da
«rahatlığı pozdu», «adətləri pozdu», «məzhəbi pozdu», «dini
pozdu» kimi adlar altında yeniliyə qarşı mübarizə aparmışdır. Buna
aid q
ədim və orta dövr Avropa tarixindən maraqlı misallar çəkən
İ.Qaspiralı bu mübarizənin bütün dövrlərdə keçmişdə, indi də
olduğunu, gələcəkdə də olacağını qeyd edir, lakin bizim cəditçilərlə
q
ədimçilər arasında mübarizənin çox şiddətli şəkil aldığını
vurğulayır. Rezin qaloşu, dəmir yol vaqonunu, açıq faytonu,
botinkanı şeytan əməli, şarlatanlıq kimi anlayıb rədd edənlərə üzünü
tutan mü
əllif «belə mərəzə, belə vərəmə dözmək olarmı? – deyə
f
əryad qoparır. Belə bir zamanda «Tərcüman»ın çıxması və onun da
m
əktəblərdə islahat aparmaq, yeni təhsil sisteminə – üsuli cədidə
keçm
ək ideyasını irəli sürməsi «ictimai fikri dəniz kimi
dalğalandırdı, qabartdı, lərzəyə gətirdi. «Tərcüman» kimdir ki,
m
əktəb bəyənmir?» Bütün müqavimətlərə, çətinliklərə baxmayaraq,
«T
ərcüman» millətin düşüncəsini hərəkətə gətirib yeni üsulu, ta
Kaşqara qədər, Rusiyanın və Asiyanın hər tərəfində müəllimləri,
Dostları ilə paylaş: |