Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

• Abid  Tahirli
 

118
 ~ 
 
s
əyyahları  cəlb etməklə  yüzlərlə  məktəbin təsisinə,  islahına  yol 
açdı». 
«H
ər yerdə, hər zaman, fəqət xüsusi ilə  islam ölkələrində 
q
ədimçilər dini bəhanə  edərək cəditçilərə  etiraz, ya da hücum 
etmişlər» - bu fikirdə olan İ.Qaspiralı islam dünyasına xas olan, onu 
bürüy
ən bu hala «baxdıqda qan ağlamamağın» mümkün olmadığını 
yazır. O qeyd edir ki, bizim Rusiya qədimçiləri o dərəcədə qəflətə 
yatmışlar,  o  dərəcədə  cahildirlər ki, əsrimizin  ən böyük 
t
ərəqqipərvər, maarifçi xadimləri haqqında danışanda «onlar Misiri, 
İstanbulu  pis  günə  qoydular»  -  deməkdən belə  çəkinmirlər. 
M
əqalənin sonunda İ.Qaspiralı cəmiyyətə üzünü tutur, onu xəbərdar 
edir: «Bel
ə  gedərsə,  daha  çox  qamçı  yeyərik, daha dərinə 
yuvarlanarıq və heyvanlıqda davam edərik». 
 
 
Rusiya müs
əlmanlarının tərəqqisinin başlanğıcı 
 
«T
ərcüman»ın  əlavəsi kimi nəşr  olunan  16  səhifəlik bu 
risal
ədə XIX əsrin sonu və XX əsrin əvvəllərini «yeni kitablar, yeni 
m
əktəblər, tələbələr, teatr, xeyriyyə cəmiyyətləri, mətbəələr» - deyə 
yazaraq  xarakteriz
ə edən İ.Qaspiralı Rusiya müsəlmanları arasında 
əvvəlki illərə  nisbətən «xeyli hərəkət  olduğunun  inkar  olunmaz» 
s
əviyyəyə  çatdığını  qeyd  edir  və  bu «xəfif hərəkətin» gələcək 
t
ərəqqinin başlanğıcına çevriləcəyini göstərir. Əgər bundan 20-25 il 
əvvəl Rusiyada müsəlmanlar yalnız dini kitablar nəşr edirdilərsə və 
vur-tut elm v
ə  ədəbiyyata  dair  3  kitab  buraxılmışdırsa  (tanınmış 
türkoloq V.Radolfun (1837-
1918) uşaqlar üçün Kazanda nəşr etdiyi 
(1872) «Bilik», Q
əyyum  əfəndi Nəsirovun (1825-1902) illik 
«Salnam
ə»si, M.F.Axundovun (1812-1878) 1859-cu ildə  Tiflisdə 


• Bütün türkl
ərin tərcümanı 

119
 ~ 
 
«T
əmsilat»  adı  ilə  buraxdığı  komediyalar),  indi  kitab  nəşri 
sah
əsindəki irəliləyiş açıq-aşkardır. 
Q
əzetlər, məktəblər, xeyriyyə  cəmiyyətləri teatr, mətbəələr 
bar
ədə də eyni fikri söyləməyin mümkünlüyünü vurğulayan müəllif 
20 il 
əvvəl «universitet təhsilli bir adamımız»ın (H.Zərdabi nəzərdə 
tutulur  –  T.A.) indi is
ə  onların  sayının  100-dən  artıq  olduğunu, 
«müasir t
əhsil  görmüş  bir  xanımımız»ın  (H.Zərdabinin  xanımı 
H
ənifə xanım nəzərdə tutulur – T.A.) indi isə belələrinin sayının 20-
y
ə çatdığını fərəhlə bildirir, Bakı, Qarabağ, Gəncə və Baxçasarayda 
teatrların,  Vladikafkazda,  Krımda,  Peterburqda,  Kazanda, 
Xankirmanda, Semipalatinksd
ə, Həştərxanda xeyriyyə  cəmiy-
y
ətlərinin, Kazan və  Tiflisdən  sonra  Bakıda, Baxçasarayda, 
Orenburqda m
ətbəələrin,  Baxçasarayda,  Şəkidə, Kulcada, 
Şamaxıda,  Naxçıvanda  yeni  tipli  məktəblərin fəaliyyətini tərəqqi 
dövrünün  başlanğıcı  kimi  dəyərləndirir. Müəllif daha sonra 
xronoloji  ardıcıllıqla  1884-1901-ci illərdə  Rusiyada  –  Bakı, 
Baxçasaray,  Kazan,  Tiflis,  Ufa,  Orenburq,  Peterburq,  Daşkənd, 
İrəvanda nəşr olunmuş dini, ədəbi, elmi kitabların, dərslik və dərs 
v
əsaitlərinin nəşr  ili,  müəllifi göstərilməklə  adlarını  yazır.  Yeri 
g
əlmişkən qeyd edək  ki,  Qaspiralının  təqdim etdiyi bu mənbə 
tarixçil
ər, jurnalistlər,  kitabşünaslar,  din  xadimləri, pedaqoqika və 
t
əhsil tarixinin tədqiqatçıları üçün maraqlı, əvəzolunmaz, məxəzdir. 
 
 
Qadınlar 
 
Qadın  azadlığı  və  hüquqları  mövzusu  İ.Qaspiralı  yaradıcı-
lığında,  həm bədii və  həm də  publisistik irsində  mühüm möv-
zulardandır. «Qadınlar» adlı əsərində müəllif (Baxçasaray, «Tərcü-


• Abid  Tahirli
 

120
 ~ 
 
man» m
ətbəəsi, 1903) qadın, onun ailədə, cəmiyyətdə tutduğu yeri
rolu islam dinind
ə  qadına  uca  münasibət, islam ölkələrində  qadın 
problemi, qadın təhsili və s. kimi bu gün də aktuallığını itirməyən 
probleml
əri araşdırır. Ən əsası isə həmin məsələlərə maarifçi, ziyalı, 
t
ərəqqipərvər, millətçi bir xadim kimi münasibət bildirilir. Yazır ki, 
yer üzünd
ə  bəşər  övladının  yarısı  qadın  olduğu  kimi,  insanların 
s
əadət və xoşbəxtliyinin də yarısı qadınlardan asılıdır. Əgər qadınlar 
m
əhv olarsa, bu o deməkdir ki, dünyanın yarısının məhv olduğunu 
da söyl
əmək olar. Əgər bir millətin qadınları cahildirsə, o toplum da 
cahil olmağa məhkumdur. İnsanı həyata gətirən, ona süd əmizən, dil 
ver
ən, tərbiyə  verən  anadır.  Qadınlar  böyükdürlər, insan 
toplumunun yarısıdırlar, həm də əsasıdırlar. 
İ.Qaspiralıya  görə  qadının  həyatda üç böyük vəzifəsi var: 
valideynlik,  analıq,  dostluq.  Kişilərin də  üç böyük vəzifəsi var: 
valideynlik,  atalıq,  dostluq.  Əgər bir qadın  lazımınca  qadınlıq, 
analıq və dostluq edə bilirsə, o xoşbəxtdir. Bunları yerinə yetirmək 
üçün is
ə xeyli təhsil almaq lazımdır. Qadınlar insan olduğu üçün və 
insan övladı tərbiyə edəcəkləri üçün heyvan kimi savadsız və elmsiz 
qalmamalıdırlar, yoxsa dünya dağılar, həyat məhv olar. 
İ.Qaspiralı dünya tarixinə qısa nəzər salır, qədim və müasir 
dövrl
ərdə elmi, hünəri, zəkası və gücü ilə ad-san qazanmış qadınları 
xatırlayır. İrihəcmli məqalənin «Şərq və qərb qadınları» hissəsində 
c
əhaliyyət dövründə  Şərqdə  qadınlara  heyvani  münasibət 
b
əslənildiyini yazan müəllif  qadınlara  əski zamanlarda eyni 
münasib
ətin Qərbdə, yəni Avropa ölkələrində  də  olduğunu  yazır. 
H
ətta Avropada bir zamanlar «qadınlar canlıdırlarmı? – kimi məsələ 
müzakir
ə  edilirmiş.  Lakin  neçə  əsrlər sonra Avropada təhsil və 
elmin say
əsində bu geri düşüncəyə son qoyuldu və qadınlar kişilərlə 
b
ərabər hüquqlara sahib oldular. Təəssüf ki, müsəlmanlar arasında 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə