Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə20/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   16   17   18   19   20   21   22   23   ...   185

 58

gülünün  ətri Kaxetiyanı bürüsün. Öz Tamaranla oğul-qız toyunda 

süzən görüm sizi. Ata-anan yurdunuzda nəvə-nəticə gəzdirsin...” 

Burada xeyirxah arzuların ümumi xoş ahəngi ilə yanaşı, söz 

sırasının, qoşa sözlərin (canım-ciyərim, dost-yoldaş, səhər-axşam, isti-

hazır, aşsın-daşsın, boya-başa, oğul-qız, ata-ana, nəvə-nəticə)  də 

”Dədə Qorqud” anımlarında rolu çoxdur. Hər günün, hər anın yaradıcı 

əməklə, xoş  təəssüratla beyinlərdə  və  qəlblərdə  məskunlaşması 

Əlisəfanın  ən xoş niyyətlərindəndir. Doğru düşünür:  ən dəhşətli  şey 

unudulmaqdır, izsiz yox olmaqdır. Bu, təkcə insanın özünə, onun 

bütöv ömrünə deyil, həyatının hər anına, hər gününə aiddir: ”Xatirəsi 

yaşamayan günlər ömürdən deyil.” 

Atalar sözləri və  məsəllər yazıçı fikrinin bədii təsdiqi, obraz 

nitqinin səciyyələndirilməsi üçün tutarlı vasitələrdir: ”Açılacaqdı ar-

vadının gül ağzı. Bundan sonra, Canalı, ərşin gətir - bezini apar, tərəzi 

gətir - qozunu”. Bir çox frazeoloji vahidlər və obrazlı müqayisələr 

emosional münasibəti yumor çaları ilə gücləndirir: ”Sözün gerisi bərk 

oldu. Canalını elə bil qaynar qazana basdılar.” ”Kişi elə pörtmüşdü, 

deyirdin indicə hamamdan çıxıb”. ”Cumdu yeməyə. Leş üstə atılan ac 

qurd kimi. Diri-diri udurdu. Elə bil, çuvala saman təpirdi.” ”Kabinetin 

döşəməsini sökdürdü, parket düzdürdü. Üstündən lak çəkdirdi. Elədi 

buz üstə baletin meydançası kimi” və s.”Kədər sarvanlıq edirdi” kimi 

ifadələr onun əsərlərinə xalq dilindən gəlir.  

Hekayələrdə emosional-lirik müqayisələrin obrazlılıq vasitəsi 

kimi rolu daha böyükdür: ”... mənə elə gəldi ki, gözəlsən - mələk kimi. 

İncəsən - nəğmə kimi. Safsan - bulaq kimi. Ətirlisən - gül kimi. Mehr-

lisən - insan kimi.” Belə hallarda ”safsan” tipli tək-tək sözlər 

ahəngdarlığı, ritmi, şeriyyəti pozsa da, təsirlilik kifayət qədərdir. 

Hekayələrdə balıqçılıqla  əlaqədar terminlər və    bəzi  terminoloji  

sözlər,  şivə sözləri, arxaizmlər  əksərən  yerinə    düşür.  Müəllif  

dilində ”sözün güdəsi” kimi areal modal sözlər azdır. Təzadlar və qar-

şılaşdırmalar bədiilik vasitələri sırasında xüsusi yer tutur.  

Ədib bəzən leksik parodiyalardan istifadə edir. Dəqiqədə bir 

”Mən humanistəm” deyən, əslində, insanların qatili olan və guya ürəyi 

yumşaqlıqdan iki toyuğu kəsə bilməyən Canalı Canalıyeviçi ob-

razlardan biri ”Sən humanist” yox, ”heyvanistsən” deyə söyür.  

Əlisəfa poetik parselyasiyalardan çox istifadə edir: ”Əlim yan-

dı. Odun hərarətindən. Gözlərim yaşardı. Canımdakı ağrıdan... Döz-

düm.  İçimdəki ağrıları boğa-boğa.” Bunlar da lirik təəssüratı 

gücləndirir, lakin bəzən artıq görünür, yüngül təsir bağışlayır. Bəzən 

sadə cümlədə söz sırası, hətta mürəkkəb cümlədə tərkib hissələrin yeri 




 59

də emosionallıq və lirizm xatirinə  dəyişdirilmişdir: ”İnanmaq, hamı 

ürəkdən inanmaq istəyirdi bu təsəlli verən sözlərə.  Əgər igidləri 

aparan o qatar olmasaydı.”  

Yaxud: ”Səksəkəli hisslər təzədən qəlbimə dolsun. Ağrı versə 



. Ümidlərim bir də baş qaldırsın. Qorxulu olsa da... ” və s.  

Hekayələrini oxuduqca ana torpaq, onun gözəl təbiəti, bu tor-

pağın timsalında Yer kürrəsinin  əzəməti bir daha insanı valeh edir. 

Arzu və xəyalları şairin poetik deyimini yada salır:  

 

Qəhrəman deyilmi bu yer kürəsi,  



Qanında dəryalar, çaylar çağlayır! 

Min ildir, bəlkə də milyard ildi o,  

Bəşəriyyət boyda külfət saxlayır! (X.R.Ulutürk

 

Yaxşılığa, zəhmətə, xeyirxah əməllərə çağırış onun 



hekayələrinin əsas motivləridir. Əlisəfa zəhmət adamıdır, vətənin vur-

ğunudur.  İstedad və  əməyi birləşdirməyi bacarır. Bunu onun məqalə 

və oçerkləri ilə yanaşı, şeir qanadlı hekayələri də təsdiq edir.  

 

1981 

 

 



 60

ROMAN-SARKAZM 

 

Son illərin nəsri keyfiyyət, bədii forma və sənətkarlıq axtarış-



ları baxımından tədqiqat üçün zəngin material verir. Çoxu ənənəvi 

nəsr üslubunda olsa da, bu əsərlərdə  fərdi-üslubi yenilik meyilləri 

güclüdür. Dünya romanında olduğu kimi, ilkin müşahidələr göstərir 

ki, yeni Azərbaycan nəsrində də vahid forma, vahid ”üslub” yoxdur və 

əslində, bu, mümkün də deyil. Hər bir həcmli nəsr əsərində - o nəsrdə 

ki, o, ədəbi hadisə sayılır - ənənəvi olmayan bir quruluş-forma, süjet 

yeniliyi ilə qarşılaşırıq. Bu, yaradıcılığın ümumi prinsipindən irəli 

gəlir: yazıçının fərdi özünəməxsusluğu onun sənətkar taleyinin əsası, 

ilkin  şərtidir. Bədii  əsərdə keçmişin və indinin, indinin və  gələcəyin 

dialektik vəhdəti müasir dünyamızda yazıçının mövqeyini müəyyən 

edən əsas cəhətdir.  

Ədəbiyyatımızda 60-70-ci illərin nəsri ”yeni nəsr” adlandırılır. 

Onun  əsas  əlamətləri ”geniş miqyaslı, çoxplanlı  təsvirləri qəbul 

etməməsində, həyatı, insan varlığını məhdud bir ölçü daxilində təsvir 

etmək meylində ”görülür: ”Bu nəsr hər şeyi bir rəngdə - çəhrayı və ya 

qara rəngdə görmək istəmir, insanları müsbət və ya mənfi, təqlidə və 

ya inkara layiq deyə iki qismə bölmür”, ”ucdantutma hər  şeyi izah 

etməyə deyil, bu dünyanı  dərk edib anlamağa can atır”, ”mənfi 

qəhrəmanda da insanı görə bilir”, ”igidlik, namus, ləyaqət, vicdan 

kimi yüksək keyfiyyətlərin müstəsnalığını deyil, ümumiliyini 

təsdiqləmək” yolu ilə irəliləyir və s.

1

  



Problemin zəruriliyi, cəmiyyəti daha çox düşündürən 

məsələlərə canatma meyli, həm də bunun yüksək poetik tələblər 

səviyyəsində, orijinal milli qəlibdə, yüksək bədii-estetik keyfiyyətdə 

ifadəsi cəhdi nəsrimizin hazırkı  uğurlarını  şərtləndirən  əsas 

amillərdəndir. Nəsr ustaları mövzu və forma axtarışları yolunda 

dəfələrlə götür-qoy etməklə, fikrin emosional-estetik ifadəsinə, üslub 

və forma yeniliyinə, kəmiyyət və keyfiyyət  əlaqələrinin vəhdəti 

prinsipinə ciddi fikir verirlər. Son illərin bədii salnaməsinə daxil olan 

bir sıra roman  və  povestlər cəmiyyətin sosial-mədəni uğurlarını, 

irəliləyişə, yüksəlişə mane olan fərdi və ictimai əngəlləri, keçmişin 

faciəli səhnələrini  əks etdirmə gücü, fikir yeniliyi, yazıçı  cəsarəti ilə 

insanın inkişaf və mübarizəsinə,  əxlaqi-mənəvi keyfiyyətlərinin 

zənginləşməsinə təsir edir, hafizələrdə dərin izlər buraxır. Bu əsərlərin 

bir çoxu köklü əngəlləri mühakimə meydanına çəkməklə, həmin 

                                                           

1

 Àíàð. Íÿñðèí ôÿçàñû. «Àçÿðáàéúàí» æóðí.,1984, ¹7,8. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə