58
gülünün ətri Kaxetiyanı bürüsün. Öz Tamaranla oğul-qız toyunda
süzən görüm sizi. Ata-anan yurdunuzda nəvə-nəticə gəzdirsin...”
Burada xeyirxah arzuların ümumi xoş ahəngi ilə yanaşı, söz
sırasının, qoşa sözlərin (canım-ciyərim, dost-yoldaş, səhər-axşam, isti-
hazır, aşsın-daşsın, boya-başa, oğul-qız, ata-ana, nəvə-nəticə) də
”Dədə Qorqud” anımlarında rolu çoxdur. Hər günün, hər anın yaradıcı
əməklə, xoş təəssüratla beyinlərdə və qəlblərdə məskunlaşması
Əlisəfanın ən xoş niyyətlərindəndir. Doğru düşünür: ən dəhşətli şey
unudulmaqdır, izsiz yox olmaqdır. Bu, təkcə insanın özünə, onun
bütöv ömrünə deyil, həyatının hər anına, hər gününə aiddir: ”Xatirəsi
yaşamayan günlər ömürdən deyil.”
Atalar sözləri və məsəllər yazıçı fikrinin bədii təsdiqi, obraz
nitqinin səciyyələndirilməsi üçün tutarlı vasitələrdir: ”Açılacaqdı ar-
vadının gül ağzı. Bundan sonra, Canalı, ərşin gətir - bezini apar, tərəzi
gətir - qozunu”. Bir çox frazeoloji vahidlər və obrazlı müqayisələr
emosional münasibəti yumor çaları ilə gücləndirir: ”Sözün gerisi bərk
oldu. Canalını elə bil qaynar qazana basdılar.” ”Kişi elə pörtmüşdü,
deyirdin indicə hamamdan çıxıb”. ”Cumdu yeməyə. Leş üstə atılan ac
qurd kimi. Diri-diri udurdu. Elə bil, çuvala saman təpirdi.” ”Kabinetin
döşəməsini sökdürdü, parket düzdürdü. Üstündən lak çəkdirdi. Elədi
buz üstə baletin meydançası kimi” və s.”Kədər sarvanlıq edirdi” kimi
ifadələr onun əsərlərinə xalq dilindən gəlir.
Hekayələrdə emosional-lirik müqayisələrin obrazlılıq vasitəsi
kimi rolu daha böyükdür: ”... mənə elə gəldi ki, gözəlsən - mələk kimi.
İncəsən - nəğmə kimi. Safsan - bulaq kimi. Ətirlisən - gül kimi. Mehr-
lisən - insan kimi.” Belə hallarda ”safsan” tipli tək-tək sözlər
ahəngdarlığı, ritmi, şeriyyəti pozsa da, təsirlilik kifayət qədərdir.
Hekayələrdə balıqçılıqla əlaqədar terminlər və bəzi terminoloji
sözlər, şivə sözləri, arxaizmlər əksərən yerinə düşür. Müəllif
dilində ”sözün güdəsi” kimi areal modal sözlər azdır. Təzadlar və qar-
şılaşdırmalar bədiilik vasitələri sırasında xüsusi yer tutur.
Ədib bəzən leksik parodiyalardan istifadə edir. Dəqiqədə bir
”Mən humanistəm” deyən, əslində, insanların qatili olan və guya ürəyi
yumşaqlıqdan iki toyuğu kəsə bilməyən Canalı Canalıyeviçi ob-
razlardan biri ”Sən humanist” yox, ”heyvanistsən” deyə söyür.
Əlisəfa poetik parselyasiyalardan çox istifadə edir: ”Əlim yan-
dı. Odun hərarətindən. Gözlərim yaşardı. Canımdakı ağrıdan... Döz-
düm. İçimdəki ağrıları boğa-boğa.” Bunlar da lirik təəssüratı
gücləndirir, lakin bəzən artıq görünür, yüngül təsir bağışlayır. Bəzən
sadə cümlədə söz sırası, hətta mürəkkəb cümlədə tərkib hissələrin yeri
59
də emosionallıq və lirizm xatirinə dəyişdirilmişdir: ”İnanmaq, hamı
ürəkdən inanmaq istəyirdi bu təsəlli verən sözlərə. Əgər igidləri
aparan o qatar olmasaydı.”
Yaxud: ”Səksəkəli hisslər təzədən qəlbimə dolsun. Ağrı versə
də. Ümidlərim bir də baş qaldırsın.
Qorxulu olsa da... ” və s.
Hekayələrini oxuduqca ana torpaq, onun gözəl təbiəti, bu tor-
pağın timsalında Yer kürrəsinin əzəməti bir daha insanı valeh edir.
Arzu və xəyalları şairin poetik deyimini yada salır:
Qəhrəman deyilmi bu yer kürəsi,
Qanında dəryalar, çaylar çağlayır!
Min ildir, bəlkə də milyard ildi o,
Bəşəriyyət boyda külfət saxlayır! (X.R.Ulutürk)
Yaxşılığa, zəhmətə, xeyirxah əməllərə çağırış onun
hekayələrinin əsas motivləridir. Əlisəfa zəhmət adamıdır, vətənin vur-
ğunudur. İstedad və əməyi birləşdirməyi bacarır. Bunu onun məqalə
və oçerkləri ilə yanaşı, şeir qanadlı hekayələri də təsdiq edir.
1981
60
ROMAN-SARKAZM
Son illərin nəsri keyfiyyət, bədii forma və sənətkarlıq axtarış-
ları baxımından tədqiqat üçün zəngin material verir. Çoxu ənənəvi
nəsr üslubunda olsa da, bu əsərlərdə fərdi-üslubi yenilik meyilləri
güclüdür. Dünya romanında olduğu kimi, ilkin müşahidələr göstərir
ki, yeni Azərbaycan nəsrində də vahid forma, vahid ”üslub” yoxdur və
əslində, bu, mümkün də deyil. Hər bir həcmli nəsr əsərində - o nəsrdə
ki, o, ədəbi hadisə sayılır - ənənəvi olmayan bir quruluş-forma, süjet
yeniliyi ilə qarşılaşırıq. Bu, yaradıcılığın ümumi prinsipindən irəli
gəlir: yazıçının fərdi özünəməxsusluğu onun sənətkar taleyinin əsası,
ilkin şərtidir. Bədii əsərdə keçmişin və indinin, indinin və gələcəyin
dialektik vəhdəti müasir dünyamızda yazıçının mövqeyini müəyyən
edən əsas cəhətdir.
Ədəbiyyatımızda 60-70-ci illərin nəsri ”yeni nəsr” adlandırılır.
Onun əsas əlamətləri ”geniş miqyaslı, çoxplanlı təsvirləri qəbul
etməməsində, həyatı, insan varlığını məhdud bir ölçü daxilində təsvir
etmək meylində ”görülür: ”Bu nəsr hər şeyi bir rəngdə - çəhrayı və ya
qara rəngdə görmək istəmir, insanları müsbət və ya mənfi, təqlidə və
ya inkara layiq deyə iki qismə bölmür”, ”ucdantutma hər şeyi izah
etməyə deyil, bu dünyanı dərk edib anlamağa can atır”, ”mənfi
qəhrəmanda da insanı görə bilir”, ”igidlik, namus, ləyaqət, vicdan
kimi yüksək keyfiyyətlərin müstəsnalığını deyil, ümumiliyini
təsdiqləmək” yolu ilə irəliləyir və s.
1
Problemin
zəruriliyi, cəmiyyəti daha çox düşündürən
məsələlərə canatma meyli, həm də bunun yüksək poetik tələblər
səviyyəsində, orijinal milli qəlibdə, yüksək bədii-estetik keyfiyyətdə
ifadəsi cəhdi nəsrimizin hazırkı uğurlarını şərtləndirən əsas
amillərdəndir. Nəsr ustaları mövzu və forma axtarışları yolunda
dəfələrlə götür-qoy etməklə, fikrin emosional-estetik ifadəsinə, üslub
və forma yeniliyinə, kəmiyyət və keyfiyyət əlaqələrinin vəhdəti
prinsipinə ciddi fikir verirlər. Son illərin bədii salnaməsinə daxil olan
bir sıra roman və povestlər cəmiyyətin sosial-mədəni uğurlarını,
irəliləyişə, yüksəlişə mane olan fərdi və ictimai əngəlləri, keçmişin
faciəli səhnələrini əks etdirmə gücü, fikir yeniliyi, yazıçı cəsarəti ilə
insanın inkişaf və mübarizəsinə, əxlaqi-mənəvi keyfiyyətlərinin
zənginləşməsinə təsir edir, hafizələrdə dərin izlər buraxır. Bu əsərlərin
bir çoxu köklü əngəlləri mühakimə meydanına çəkməklə, həmin
1
Àíàð. Íÿñðèí ôÿçàñû. «Àçÿðáàéúàí» æóðí.,1984, ¹7,8.