Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə22/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   18   19   20   21   22   23   24   25   ...   185

 64

yüksək bir məharətlə ad verilib. Bu, həyatın o biri üzüdür. Bütün 

bunları insan görür, dərk edir, lakin dərs ala bilmir. Gəncliyində 

Hikməti dəlicəsinə sevən, lakin onun ”kəndçiliyini” bəyənməyən Bil-

lur tədricən ondan soyuyur, istehzaya keçir: ”Kənddə  qırmızıyanaq 

qızlar var, Manqa başçısı!” və varlı, vəzifəli birisinin evinə köçür, 

”şlyapalı ledi” kimi yaşayır, qızlarını ”kiçik ledi”, ”bir cüt qrafinya” 

kimi böyüdür, lakin bir neçə il keçməmiş, ürəyindəki dəhşətli boşluğu 

görüb, var-dövlət, cah-cəlal, brilyantlar içərisində son dərəcə yoxsul 

bir həyat keçirdiyini anlayır, ömrünü puç etdiyini dərk edir. Hikmət 

onunla görüşərkən başa düşür ki, ”bütün o dəbdəbə, təntənə, hərdən 

qəşşə  çəkmək, dilavərlik onun bağrından qopub gələn ahın” o biri 

üzüdür. Romanda bir dəfə də olsun bilavasitə işarə edilməsə də, hiss 

olunur ki, mədəaltı  vəzdəki  şiş bu gözəl ”ledi”ni vaxtından  əvvəl 

Yasamal gölündəki qayıqlara tərəf aparır.  

Sən eyş-işrət içərisində dolanasan, balaca qızlarının barma-

ğındakı üzüyün qiymətinə  ”əlli gəlini bəzəmək” mümkün ola, sənin 

qarşındakı adam - bir vaxt bəyənmədiyin, öz sevimli övladına bir 

velosiped ala bilməyən şəxs insanları və dünyanı yaşatmaq üçün dün-

yanın möcüzəsini yarada, - həyatın təəssüf dolu ziddiyyətləridir.  

S.Əhmədovun bu cür ümumiləşdirmə qabiliyyəti başqa ro-

manlarında da özünü göstərir. Yazıçının belə geniş qarşılaşdırma və 

müqayisələri ilə yanaşı, konkret müqayisələri də  təbii və  sərrastdır; 

həm komik, həm də ciddi müqayisələrində obrazlı təfəkkür çox uğur-

ludur: ”Şubanı dağının  ətəyindən yenə qatar keçirdi, uğultu dərəyə 

düşürdü, elə bil, çay daşmışdı.” Yaxud, rəğbət bəsləmədiyi direktorun 

başının təsviri: ”O idi, direktor, Səlim Xəliloviç, başı açıqdı, yumur-

tanın içinə oxşayırdı: saralan daz, dövrəsi ağ.” ” ... onun laboratoriyası 

Ema, direktoru Rozadı, filtri Zəminədi, sintezi də  təzəcə  gətirdiyi 

Zərifə.” Oxucu artıq sözə ehtiyac duymadan direktorun ”şəxsi” 

keyfiyyətləri ilə ətraflı tanış olur.  

 

 



Sabir Əhmədov həyatın hər üzünü, həm keçmişini, həm indis-

ini, həm də gələcəyini, həm səbəbi, həm də nəticəni özünəməxsus bir 

üslubda ümumiləşdirməyi bacaran usta yazıçıdır. Onun əsərlərindən 

oxucular müasirlərimizin mənəvi-psixoloji aləmi barədə ensiklopedik 

məlumat ala bilərlər.  

1984 

 

 



 65

 



 66

TARİXİ  POVESTDƏ  TARİXİN 

TƏHRİFİ 

 

”Cəlaliyyə”



1

 tarixi mövzuda yazılmış bir povestdir. Əsər 

Atabəy Məhəmməd Cahan Pəhləvanın Zahidə xatundan olan qızı Nax-

çıvan hakimi Cəlaliyyənin həyatından və mübarizəsindən bəhs edir.  

Azərbaycanın qadın qəhrəmanlarını, görkəmli dövlət və 

mədəniyyət xadimlərini üzə  çıxarmaq, onları xalqa daha yaxşı tanıt-

maq və sevdirmək sahəsində yazıçı Ə.Cəfərzadənin xidmətləri böyük-

dür. Yazıçının belə tarixi qadın qəhrəmanlarından biri də Cəlaliyyədir.  

Müəllif Cəlaliyyəni hərtərəfli təsvir etməyə çalışmışdır: o, 

atası Cahan Pəhləvanın və əmisi Qızıl Arslanın sevimlisidir; Naxçıva-

nın gözəlliklərini,  Əlincənin  əzəmətini,  şeri-sənəti sevən qızdır; Ni-

zaminin ”Xəmsə”sini ətrafındakı qızlara oxumaqdan doymur; Nizami 

ilə görüşünü, bu görüşün həyəcanlı anlarını unuda bilmir.  

Cəlaliyyə eyni zamanda dövlət xadimidir, bir vaxt ona iqta 

verilmiş Naxçıvanın  ədalətlə idarəsinə çalışır. Hakim olduğu  ərazidə 

vaxtaşırı insanların arzu və  şikayətlərini dinləyir. Müəllifin fikrincə, 

sevgisində də möhkəmdir, ilk əri pəhləvan oğlu Cəlallı Cəmşidi unuda 

bilmir, onun yadigarı  Cəlalı böyüdüb əsl vəliəhd kimi yetişdirmək 

istəyir. Sarayındakı bütün xidmətçilər qadınlardan ibarətdir. O, öz 

ətrafına Canfəda xanım, Mahim ana, Zeynəb, Olcay kimi saf, mehri-

ban, zərif qadınları, qızları toplamışdır. Saraydakı bütün işləri qadınlar 

idarə edir.  

Lakin bir gün Naxçıvan hakiminin şeirlə, sənətlə, nəğmə ilə 

keçən gözəl və rahat günlərini atasının məmluku Aydoğmuş pozur. 

Aydoğmuşun ona - mələkəyə məhəbbəti və Hilat hakimi Hacib Əlinin 

Naxçıvana basqını onların sakit həyatına son qoyur.  

Cəlaliyyəni sevən, onunla evlənməklə Naxçıvana sahib olmaq 

istəyən sərkərdə Aydoğmuş qızın onun arzularını qəbul etməyəcəyini 

gördükdə Haciblə birləşir, vəliəhdi oğurlayır və  mələkənin özünü də 

oğurlamağa çalışır. Vəliəhd məhv olur. Hacib Aydoğmuşun iştirakı və 

köməyi ilə Naxçıvanı mühasirəyə alır. Lakin bu zaman Xarəzmşah 

Cəlaləddin Manqburnı köməyə  gəlir, Hacibin adamları Aydoğmuşu 

məhv edərək geri çəkilir. Cəlaliyyə böyük məmnuniyyətlə Cəlaləddin 

ilə evlənir.  

Qeyd etməliyik ki, Atabəylər dövrü Azərbaycan xalqının 

vəziyyəti maraq doğurur, bu dövrün tarixi-bədii tədqiqi 

                                                           

1

ß.Úÿôÿðçàäÿ. Úÿëàëèééÿ, Áàêû, 1983. 




 67

yazıçılarımızın qarşısında böyük vəzifələr qoyur. Azərbaycan feodal 

dövlətinin yaranmasında, inkişafında, xalqın dirçəlişində  Şəmsəddin 

Eldəgizin və onun övladlarının böyük rolu olmuşdur. Tarixi 

vərəqlədikdə aydın olur ki, bu dövrün hər bir kiçik səhifəsi qüdrətli 

sənət  əsərləri üçün zəngin material verir. Ən mühüm məsələ tarixi 

tarixə uyğun şəkildə, həqiqətləri təhrif etmədən təsvir etmək, bu böyük 

dövr haqqında düzgün təsəvvür yaratmaqdır. Tarixi hadisələri obyek-

tiv əks etdirmək, xalqı onun keçmişi ilə düzgün tanış etmək yazıçının 

əsas vəzifəsidir. Süni, saxta, uydurma, qeyri-tarixi hadisələrin qələmə 

alınması oxucunu çaşdırır, keçmişə münasibəti korlayır, tarixi du-

yumla yaranmış  təsəvvürləri heç edir. Ədəbiyyat da tarix kimi tarixi 

düzgün  əks etdirməlidir. Bədii  ədəbiyyat tarixdən çox oxunur, buna 

görə də onun düzgün və obyektiv mövqeyi daha vacibdir. Bu tələblərə 

cavab verməyən  əsərlər sadəcə olaraq mövzunu korlamaqla qalmır, 

dövrə yanlış münasibət yaratmaqla zərərli bir şey kimi ortaya çıxır.  

Bu cür prinsipləri nəzərə aldıqda, Ə.Cəfərzadənin ”Cəlaliyyə” 

povesti rəğbət doğurmur.  Əsərdə süni və qeyri-məntiqi nöqtələr 

çoxdur. Bunlardan əlavə, tarixin təhrifi daha zərərli görünür.  

Şeir, sənət aşiqi olan Cəlaliyyə Nizami ilə görüşür, lakin bu 

görüşdən yadda qalacaq bir detala təsadüf edilmir. Oxucu bu görüşdən 

çox  şey gözləyir, lakin görüşün mənasızlığına təəssüf edir. Nizami 

əsərlərinin oxunuşundan, Nizaminin qadına ”mənfi” 

münasibətlərindən ibarət bölmələr oxucuya heç nə öyrətmir. Bunlar və 

bir çox səhifələrdəki folklor materialları povesti qəzet məqaləsinə ox-

şadır. Cəlaliyyənin  şəxsi təşəbbüsləri, ağıl və iradəsi, cəsarəti görün-

mür. Düzdür, Aydoğmuş kölədir və sonralar həqiqətən Atabəyin 

kölələrindən bəziləri xain çıxmışlar, lakin Cəlaliyyəni sonsuz bir 

məhəbbətlə sevən bir adamın birdən-birə  Cəlaliyyəyə qarşı amansız 

bir cəllada çevrilməsi oxucunu inandırmır. Hətta Hacib Əli onun 

hərəkətlərinə nifrət edir.  

Povestdə bəzi  döyüş  səhnələri də  çox  qəribədir. Naxçıvan 

yaxınlığında döyüşdə vaxtilə Aydoğmuşu dəlicəsinə sevən Olcay  im-

kan tapıb Aydoğmuşu  ”ölümcül  yaralayır”.  Lakin bu cür ağır  zərbə  

(”qəflətən  qılıncını  Aydoğmuşun  sağ  çiyninə endirir”) elə bir zərbə 

sayılmır, ”Aydoğmuş kimi sərkərdə  və sağlam kişi üçün qız sığalı” 

hesab edilir. Bunun ardınca onun müttəfiqi Hacibin yavəri Həsən 

”arxadan dəşmənini satqının enli kürəklərinin tam ortasına saplayır.” 

Elə bu anda Hacibin öz qılıncı da parlayır və ”düz Aydoğmuşun 

qaşları arasından başını bölür”. Belə bir halda Aydoğmuş ”mürəssə 

qəməyə  əl atır” və elə bu vaxt boynunun ardından ”üçüncü qılınc 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə