Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə18/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   14   15   16   17   18   19   20   21   ...   185

 52

ailə buna nail olur.  

Şəfiqə ilə Nazlı bir qütbdə birləşdiyi kimi, Piti Namazla Meh-

man da bu qütbün ətrafında fırlanır, ona qol-qanad verir.  

Namazı tanıdıq. Bəs Mehman kimdir? 

Düzdür, ”Mehman yaxşı oğlandır”, lakin Nemətin nəzərində o 

hələ ”kəsilməmiş qarpız”dır. Mehmanın ”cavanlıqda çox oyunlardan 

çıxmış, fürsətinə düşəni fövtə verməmiş” atası Səmədi həmişə sıxıntı 

ilə xatırlayan Nemət, irsiyyəti nəzərə alsaq, ata yurdunda belə bir 

adamın övladının yaşamasına razı olmur.  

Nemət  niyə ata yurdunu satmaq istəmir? Bağır niyə öz 

yurdunu satıb kooperativ ev tikdirmək istəyən qızına kömək etmək 

istəmir? 

Biri keçmişi düşünür, o biri gələcəyi.  

Nemətin atası Hüseyn kişi kolxozun ilk üzvlərindən olmuş, bu 

”bir dilim torpağı”, həyət-bacanı düzəldincə böyük çətinliklərlə 

üzləşmişdir. Kolxozun briqadiri Qara Mehdi Hüseyn kişiyə gün-dirrik 

verməmiş, aşnası  dələmə Fatmanın  əri bic Vəlinin işini də  həmişə 

onun belinə yükləmiş, iki adamın işini gördürüb bir adamın  əmək 

haqqını vermişdir. Kolxoz təsərrüfatında,  əmək prosesində  iş 

qabiliyyətini itirdikdə Qara Mehdi, Yanıq Abdulla kimi adamlar - 

müharibəyə getməyən, xüsusi ”bronu” olan bu cür harınlar, Veysəl 

kimi çuğullar onu göz açmağa qoymamış, onun bu kiçik torpağını 

sudan, mal-qarasını örüşdən məhrum etməyə çalışmışlar. İndi Hüseyn 

kişinin oğlu Nemət bu evi, bu yurdu bu tezlikdə satmalıdır, həm də 

istəmədiyi adamlara, bu yurda layiq olmayanlara. Nemət atasının 

əzablarını xatırladıqca qovrulur, için-için yanıb-yaxılsa da, bir çarə 

tapa bilmir.  

Bağır kişi  də bir insan  kimi ömür sürmüşdür,  əsl vətəndaş, 

namuslu insan kimi  yaşamışdır.  Bir  insan  kimi də öz ömrünü başa 

vurmalı və son mənzilə öz ev-eşiyindən yola salınmalıdır. Bəs bu evi 

də Piti Namaza satdıqdan sonra Bağırın sonu necə olmalıdır? Bağırı 

düşündürən də ən çox budur: ”Bəs mən harada öləcəm, bala?” 

Lakin hər ikisi - Bağır da, Nmət də ev-eşiyi satmalı olurlar. 

Piti Namaz Bağırı hər cəhətdən öldürür. Tək Bağırı yox, Dədə palıdı 

da Piti Namaz öldürür.  

Piti Namaz olmasa idi, Dədə palıd ölməzdi,  İdrisov Dədə 

palıdı bu tezlikdə doğratmazdı. Bunu çox ”ötəri”, ”kiçik”, lakin çox 

aydın və uğurla tapılmış bir detaldan görürük: Piti Namaz pomidor-xi-

yarı qan-tər içərisində öz furqonuna yükləyə-yükləyə  Dədə palıda 

ötəri bir nəzər salır, onun yarpaqları saralmış kiçik budağına işarə 



 53

edərək deyir: ”- Quruyur ha. Nə kömürü çıxar bunun! Düz bir il bəs 

eləyər mənə.” Bağırın ürəyini qoparıb ayaqlarının altına salan bu 

sözlər tezliklə  həqiqətə çevrilir. Piti Namazı pomidor-xiyarla təmin 

edən İdrisov onun bu arzusunu da yerinə yetirir, Dədə palıdı kömürə 

döndərmək üçün heç bir vicdan əzabı  çəkmir. Qanun qorxusu 

bilməyən bu adamın vicdan səsini də eşitmirik. Bundan sonra hər şey 

Bağırın gözlərində heçə enir. Bağır özü də bir heçə çevrilir, daha onun 

üçün Piti Namazın və ya başqasının fərqi qalmır. Yalnız bundan sonra 

Nurcabbar qalın ”nağıl” dəftərlərini gülümsəyə-gülümsəyə od vurub 

yandırır. Bu gülümsəmə, belə bir məqamda bu cür gülüş dəhşətli gü-

lüşdür. İnsan son dərəcə qəzəbli olduqda, qovrulduqda belə gülə bilər. 

Bağır və Nurcabbar faktik olaraq diriliyin mənasızlığı  qənaətinə  gə-

lirlər...  

Nemət müəllim də belə  çıxılmaz vəziyyətdə qalır və 

istəmədiyini etməli olur. Həm də hiss olunur ki, vicdanının səsi, ağır 

vicdan əzabı onun daimi yol yoldaşı olacaqdır...  

”Dədə palıd” və ”Torpaq” satirik əsərlər olmasa da, kəskin və 

qəzəbli satira gücünə malik əsərlərdir.  

 

 



Şübhəsiz, insanın işıqlı arzuları qalib gələcəkdir. Lakin bunun 

üçün işıqlı duyğularla daha artıq tərbiyə olunmaq lazımdır. Povestlər 

insanı insan xisləti üçün yaramayan duyğulardan əl çəkməyə səsləyir. 

Mənfiliklərin ifşası ilə hər iki povestdə parlaq ideal, Sokrat duyğuları 

təqdir edilir.  

 

1981 

 

 

 



 

 

 

 


 54

ŞEİR QANADLI  HEKAYƏLƏR 

 

Doğma Azərbaycan torpağının  şah damarı sayılan Kür 

çayının, sahil torpaqlarını ana məhəbbəti ilə yalayan mavi Xəzərin 

vurğunudur. Elə bir sözü-söhbəti yoxdur ki, Kürdən və  Xəzərdən 

danışmasın, Suqovuşanın gözəl mənzərəsini ürək dolusu xatırlamasın:  

”Çayın tən ortasındayam... Göygöz Xəzəri də, Kürün bu 

maviliyə ox kimi necə sancıldığını da aydınca görürdüm. başımın üs-

tündə  əlçatmaz, ünyetməz  ənginlikdə yol yorğunu olmuş lopa-lopa 

buludlar axırdı... Mən bu tükənməzliyin bir parçasına dönmüşdüm. 

Əbədiyyətə qovuşmuşdum. Keçmişlə, indi ilə, gələcəklə birgə 

axırdım.” ”Dünyaya dənizin gözü ilə baxırdım. Dağdan söz düşəndə 

gözqamaşdıran, ürək uçunduran dalğaların beli dikəlirdi gözümün 

qabağında. Bulaq adı çəkiləndə ləpələrin xışıltısı qulağımda səslənirdi. 

Günəş də, ay da dənizdən doğurdu bizim yerdə.” 

Kür çayının Qarayazıdan Xəzərə  qədərki 900 kilometrlik 

yolunu qarış-qarış gəzmiş, onun böyük iqtisadi-mədəni misilsizliyini, 

milyon illər  əvvəlki ulu babalarımıza xidmətini, hazırki  əvəzsiz təbii 

imkanlarını tarixi və müasir faktların dili ilə qeyd etmişdir. Elə bil, 

ürəyinin bir parçası mavi Xəzərin cənub-qərb sahillərində - ana Kürün 

bir ox kimi doğma Xəzərə sancıldığı sahədədir. Xəzərlə Kürün 

timsalında zəngin Azərbaycan təbiətinin vurğunudur bu adam.  

Onu siz tanıyırsınız. Mərkəzi qəzet və jurnallarda imzasına 

tez-tez rast gəlirsiniz: Əlisəfa Məmmədov! 

O, əsasən jurnalistdir. Uğurlu məqalə və oçerkləri ilə hələ 50-

ci illərdən öz imzasını tanıtmışdır.  Əmək bahadırlarından, vətənin 

təbii sərvətlərindən və gözəl təbiətindən bəhs edən saysız yazıları otuz 

ilə yaxındır ki, gənclərin tərbiyəsinə xidmət edir. 

Bu illər  ərzində  Əlisəfanın yaradıcılığında sənədli oçerklər 

tədricən sənədli hekayələrə çevrilmiş, bu sahədəki qələm təcrübələri 

onu kiçik hekayələr yazmağa sövq etmişdir.  

İndi kiçik hekayələr az yazılır, lakin çox oxunur. Buna görə də 

Əlisəfanın meyli, istəyi bu sahəyədir. Bir neçə  səhifəlik, yığcam və 

bitkin lirik hekayələr onun bədii nəsrində    əsas  yeri  tutur. Bu  ya-

xınlarda  ”Gənclik”  nəşriyyatının buraxdığı ”Ürəyim səni istəyir” ki-

tabı onun üçüncü belə hekayələr kitabıdır.  

Kitaba otuzdan artıq hekayə daxil edilmişdir. Hekayələrin 

mövzu dairəsi çox genişdir. Bu hekayələrdə nədən danışılmır: kəndin 

gözəl təbiətinə  məhəbbət, ana Kürün əzəməti, qəzəb atına minmiş 

Kürün və fırtınalı Xəzərin təsviri... Kiçiklərin böyüklərə məhəbbət və 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə