Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə21/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   17   18   19   20   21   22   23   24   ...   185

 61

əngəllərə qarşı ictimai mübarizə  əzmini gücləndirmək ehtirası ilə 

yanaşı, ictimai bəlaların bir çoxunun ömürlülüyünü, insanın mənəvi 

tərbiyəsi - humanizm və vicdan məsələləri ilə bağlı olduğunu təsdiq 

edir, nəhəng sosial problemlərin bədii tədqiqi ilə özünün tarixi yaşar-

lıq taleyini də şərtləndirmiş olur.  

60-70-ci illərin nəsri informasiya vermə imkanları, daxili 

çeviklik və dinamizmi ilə müasir oxucunun tələb və istəklərini 

ödəmək baxımından hazırkı yüzilliyin inkişaf sürəti ilə daha çox 

ayaqlaşır. Bu cəhətdən Sabir Əhmədovun dalbadal nəşr etdirdiyi ro-

manları yada salmaq kifayətdir.  

S.Əhmədov uzun-uzadı  və  mənasız dialoqlarla mətləbi uzat-

mağı xoşlamır. Çox zaman dialoqları da şirin təhkiyə dilinə uyğunlaş-

dırır. Bu cəhət gözlənilməz replikaların aktuallaşdırma, düşündürmə 

imkanlarını daha da artırır. ”Yasamal gölündə qayıqlar üzürdü” (1979-

1980) romanı da eyni keyfiyyətlə yazılmış maraqlı bir əsərdir: ”Uşaq 

uman yerdə allah da tərsləşməz. Uşaq allahdan böyükdü. Dedi maşın 

alacam. Böyük oğlan güldü. Qız da, ana da güldülər. Balaca soruşdu: 

Nə vaxt alacaqsan? Sən onuncu sinfə çatanda. Onda sən olma-

yacaqsan, - dedi balaca oğlu”. Öz strukturu və fikir intensivliyi baxı-

mından bu nəsri 20-30-cu illərin nəsri ilə eyniləşdirmək olmaz. S.Əh-

mədovun və indiki bir çox yazıçılarımızın bədii nəsri oxucudan hazır-

lıq, yüksək səviyyə, güclü duyum tələb edir, cümlə-cümlə, sətir-sətir 

hər şeyi açıb söyləməyə, təfərrüata varmağa, ”kim dedi”, ”necə dedi” 

təfərrüatı ilə  əylənməyə ehtiyac duymur. Gərək kiçik bir işarədən 

anlaya biləsən ki, bu sözü kim deyib, hansı obraz nəzərdə tutulur, 

kimə işarə edilir. Həm də bütün bunlar sürətli oxu prosesində əsas fik-

rin daşıyıcılarına obyektiv münasibətin formalaşmasına səbəb ol-

malıdır. Uşaq haqqında söhbət getdiyi halda, birdən-birə ”dedi maşın 

alacam” fikri meydana çıxır. Bu sözləri uşaq da deyə bilərdi. Lakin 

balacanın soruşduğu ”Nə vaxt alacaqsan?” sözləri, sonrakı ifadədə bu 

vədin gələcəyə atılması, uşağın qəflətən dediyi ”Onda sən olmaya-

caqsan” sözləri dialoqların qovuşuğundan qurulmuş bu təhkiyənin 

düzgün  başa  düşülməsinə, hadisələrin intensiv qavranılmasına imkan 

verir. Təhkiyə çox zaman bu cür intensiv - incə  əlaqələndirmələrlə 

davam etdirilir.  

S.Əhmədov emosionallıqdan və sosial məzmundan məhrum 

boş söz və ifadələrlə oxucunu küyə basmaq üsuluna yabançıdır, aydın, 

sərrast söz və ifadələrlə fikrin bədii ifadəsinə nail olur, buna görə də 

replikaları adətən yığcam olur. Əsərin qəhrəmanı Hikmət yüksək 

mükafat aldıqda istedadı olanlara yol açmaq, onların da yüksəlişinə 



 62

çalışmaq barədə uzun-uzadı  məruzə qurmur, ”Biri qalxdıqdan sonra 

nərdivan qırağa atılmamalıdır” sözləri ilə  həmkarlarına qol-qanad 

verir. Yazıçı heç vaxt obyektiv həqiqəti saxtalaşdırmağa, təhrifə çal-

ışmır, onun əsərlərində  təbiət də, insanların  əhval-ruhiyyəsi, düşüncə 

və davranışları, inam və əqidəsi də təbii, real və inandırıcı təsvir edilir. 

Hikmət müəllim çox təmkinlidir, ona dünya şöhrəti qazandıran 

mükafatın sədasını  eşitdikdə ilk anlar tərəddüdlər, inamsızlıq baş 

qaldırır, güclü iradə sahibi olan bu adam sevincini boğa bilir. Layiq 

olduğunu bilə-bilə, zəhmət və istedadına belə yüksək qiymət verildiy-

ini eşitdiyi gecənin bir aləmində bu xəbərə inanmamağa, bu xəbəri 

yalana çıxarmağa, təmkinini pozmamağa çalışır, bilə-bilə ki, gecənin 

bu vaxtında heç vaxt onlara su gəlməyib, L.N.Tolstoyun bəzi 

qəhrəmanları kimi fal açır, lakin açdığı fal şad xəbərin yalan olduğunu 

sübut edə bilmir: ”Möcüzə, doğrudan da, mümkünsə, qoy onda 

gecənin bu vaxtı, bu saatda su da gəlsin. Köhnəlmiş,  şiri tökülmüş 

burmanca  əl uzatdı, açdı. Ağ metal lüləyin ağzından axır nəfəs təki 

öksüz bir hənir çıxdı və susdu. Bax belə!”  

Obrazların xarakterini səciyyələndirmək üçün də yazıçıya çox 

söz lazım olmur. Kiçik bir işarə, bir detalla obrazın  əsas cizgilərini 

oxucuya çatdıra bilir. Gecəyarısı, müəllifin özünün dediyi kimi, ”bir 

qəfəsə sığa bilməyən bu xəbəri bölüşmək, öz sevinci ilə tək əlbəyaxa 

qalmamaq üçün” Hikmət müəllim arvadını oyatmaq, ona xəbər 

vermək, onu sevindirmək istəyir, lakin yaxşı bilir ki, ”bir adamın yox, 

bəşərin ömründə baş vermiş nadir hadisəni də çatdırsan, ”Mağazada 

”bərf” satırdılar” sorağından artıq fərq qoymayacaq.” Və həqiqətən də 

Hikmət onu oyadaraq: ”Mənəm... bizim bəxt ulduzumuz doğub” de-

dikdə arvadı dəhşətli bir istehza ilə ”Yeri yat!” deyib yorğanını başına 

çəkir.  

Yazıçı insan təbiətindəki ziddiyyətləri dərindən duyur, onların 

etik-psixoloji köklərini, müasir vəziyyətini qabarıq  əks  etdirir. 

Hikmət  düz  düşünür: cəmiyyətin mühüm bəlalarından biri  insanların  

bir-birini  düzgün  qiymətləndirmək  istəməməsidir, - ”Biz  bir-bi-

rimizin  nəyə qadir  olduğumuzu anlamaq istəmirik.” S. Əhmədovun 

roman üslubunda daxili-psixoloji keçidlər, gözlənilməz fikirlərin 

assosiativ düzümü bizi son dərəcə mürəkkəb insan həyatının 

rəngarəng sirləri ilə tanış edir.  

Onun əsərlərini üzdən oxuduqda gözəgörünməz bir pərdə kimi 

dərin qatda yerləşən istehza o qədər də hiss olunmur. Əslində isə bir 

çox hallarda obrazlara yazıçı münasibətinin ilk hüceyrələrini yumor və 

ya istehza təşkil edir.  Bu istehza hadisə  və obrazlara gizli komik 



 63

münasibətdən, nikbin  əhval-ruhiyyədən doğur. ”Yasamal gölündə 

qayıqlar üzürdü” romanında məsxərə və istehza daha güclüdür. Savad-

sızlığına görə direktoru çoban və ona tabe  olub mütiliklə gün 

keçirənləri qoyun hesab edən  Səməndər münasibətini bircə kəlmə ilə 

ifadə edir, hamı da onu başa düşür: ”Gəlin görüşün! Mə-ə-ə!...”  Onun 

fikrincə,  ”Çoban olub çobanlıqda qalmaq alim olub çoban qalmaqdan 

min pay şərəflidir.”  ”Qoyunları” tanıtmaq üçün, onların gəldiyini 

bildirmək üçün bircə kəlməsi kifayət edir: ”Kadrlar şöbəsi! Mə-ə-ə!” 

Səməndər  direktorun çobanlığını üzünə  deyir.    O    elə bir mühit 

yaratmışdır ki, çobanlar çoban kimi hərəkət etdikdə, Səməndər 

deməsə də, onlar öz çobanlıqlarını hiss edirlər: ”Təkcə direktora yox,  

Hikmətə də elə gəldi ki, Səməndər sözünü deyib qurtarandan sonra bir 

ağız qoyun kimi mələdi.  Bundan sonra direktor deməyə  söz  tap-

madı.” Rəmzlərin, məcazların, istehza və  məsxərənin kəskinliyini 

duymaq üçün romanın adına və bu adın mahiyyətinə  diqqət yetirmək 

kifayətdir: Yasamal gölündə qayıqlar üzürdü. Göl var - bu, ”Qanlı 

göl”dür. Bəs qayıqlar? Müəllif bu göldə hansı qayıqlardan  söz  açır?  

Romanda bu göl epizodik şəkildə  cəmi iki-üç dəfə xatırlanır.  Həqiqi 

mənada qayıqlardan söhbət getsə idi, göldə qayıqlar təsvir olunmalı,  

həzin, lirik səhnələr yaradılmalı  və  bəlkə baş qəhrəman  özü  də bu 

qayıqlarla seyrə  çıxmalı və ya onları - seyrə çıxanları müşahidə etməli 

idi. Lakin  Sabirin fəlsəfəsi bu cür  üzdə deyil, çox dərindədir. Bu  

müqayisə və qarşılaşdırmalar o qədər aralı, ağlagəlməz və incədir ki, 

əsərlə bilavasitə tanış olmadan ”qayıq”ların  mahiyyətini  anlamaq 

olmaz.  Budur,  Sabirin  qayıqları bunlardır: ”Göl  qəbiristan yama-

cının  ayağını döyürdü. Oranın torpağını altdan-altdan  oyur,  bıçaq 

təki  kəsir,  tez-tez  uçqun baş  verir,  təzə,  köhnə  tabutlar  gölə 

tökülür,  qayıq təki  üzürdü. ”Qanlı göl” qəbiristanı  yeyirdi.  Xə-

zəlləşmiş qovaq  yarpaqlarının  acı  tamı duyulan  payız gecəsinin  ya-

rıdan ötdüyü vaxtda oralardan bir  göyşək  həniri  sezilirdi.”  ”Göyşək 

həniri sezilirdi”, ”qəbiristanı yeyirdi” kimi ifadələr bizdən asılı olma-

yan qüvvənin işini real, kədərli bir dil ilə əks etdirir. Və yenə: ”Gölün 

həniriydi, yamacın ayağını oyur, didirdi. Oradan, alçaqdan eşidilən bir 

şappıltı qopdu. Bu səslə bərabər daha nə baş verdiyi ağlına gəldi; tor-

pağın böyük bir parçası yarıldı, ayrıldı, gölə  aşdı. Arasından kolaz, 

qayıq təki uzun qutu düşüb suyun üzündə dolaylandı. Qutu da 

parçalanıb iki bölündü. İçindəki olan-olmaz dağılıb, selləyib qıraqları 

çığnayan gölün köpüyünə qarışdı...” Göl də, qayıq da budur. Amma 

romanın üzərində qayıq və qayıqda gənc sevgililər çəkilib. Bu, 

sarkazmdır, kinayənin, istehzanın  ən yüksək formasıdır.  Əsərə belə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə