Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə24/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   20   21   22   23   24   25   26   27   ...   185

 71

ustalıqla qurmağa, qadının öz təşəbbüsü ilə bağlamağa çalışması onun 

təbiətində riyakarlıq olduğunu sübut edir. Təbrizi işğal edərkən 

Atabəylərin son hökmdarı  Müzəffərəddin Özbək Əlincə qalasına qa-

çır. Mələkə - Özbəyin arvadı  Təbrizdə qalır. Guya mələkənin xahişi 

ilə  Cəlaləddin  şəriət qaydalarını pozaraq (Özbək mələkəni 

boşamamışdı, ona görə  də  şəhər qazısı  Qəvaməddin  əl-Cidari etiraz 

edir) onunla evlənir. Tarixçilərin məlumatına görə, Özbək bunu 

eşitdikdə bu izdivacın mələkənin razılığı ilə  və ya zorla edildiyini 

soruşmuş, ona cavab vermişlər ki, mələkə öz arzusu ilə ərə getmişdir. 

Əl-Həsəvi yazır ki, bunu eşitdikdə ”Özbək başını qoydu yastığın 

üstünə; o dəqiqə istiliyi artdı və bir neçə gündən sonra öldü».

1

 1225-ci 



ildə bu hadisələrdən sonra Atabəylər hakimiyyətinə son qoyulmuş 

oldu. Bir il keçməmiş, Cəlaləddinin vəziri mələkənin Atabəy 

tərəfdarlarını üsyana hazırladığını, onlara hakimiyyət vəd etdiyini 

bildirir. Mələkə Xoy şəhərinə qaçır, Tala qalasında gizlənir. Lakin 

vəzir Şərəf əl-Mülk Xoy şəhərinə gəlib mələkənin bütün var-dövlətini 

müsadirə edir. Bu zaman mələkə kömək üçün Hilat hakimi Hacib 

Hüsaməddin  Əliyə müraciət edir. Hacib ordusu ilə Xoy şəhərini və 

mələkəyə aid olan qalaları geri alır.  

Hilat  vilayəti hələ Şəmsəddin Eldəgizin vaxtında Atabəylərin 

vassalı olmuş  və Atabəylərə  sədaqətlə xidmət etmişdir.  Hələ 

Eldəgizin  vaxtında Hacib öz ordusu ilə Atabəylər dövlətini  

basqınlardan qorumaq üçün dəfələrlə döyüşlərdə iştirak etmişdir.  Ca-

han Pəhləvanın bir qızı Hilat hakiminin arvadı olmuşdur. 1227-ci ildə 

Mərənd  və Naxçıvan sakinlərinin xahişi ilə Hacib Əli bu yerləri də 

azad  edir və  Hilata  qayıdır,  bu  zaman    mələkə  də onunla  gedir.  

Cəlaləddinin  vəziri  Şərəf  əl-Mülkün ordusu Arrana, oradan Şirvan-

şahlar üzərinə  hərəkət edir və sonra yenidən Azərbaycana qayıdaraq 

Naxçıvana yürüş etmək qərarına gəlir. Şəhər hakimi Cəlaliyyənin or-

dusu onları  də’f edir, vəzirin ordusu Şamiran qalasına çəkilir; Hacib 

Əli ona hücum edir. Şərəf əl-Mülk öz şəxsi şeylərini də qoyub qaçır. 

Hacib  Əli yenidən Naxçıvana gəlir və Naxçıvan özü onu döyüşsüz 

qəbul edir. Hacib Mərəndə, oradan Təbrizə hərəkət edir və yalnız bu 

zaman İraqdan qayıdan Cəlaləddin Hacibin ordusunu dağıdır (1228).  

Göründüyü kimi, Hacib Əli Atabəylərin dostu və  sədaqətli 

vassalı olmuşdur. Cəlaləddin isə bu dövlətin düşmənidir. Tarixi faktlar 

povestdəkini tamamilə təkzib edir. Cəlaliyyə povestdə qəddar düşmən 

hesab etdiyi adamları öz adları ilə deyil, guya tipikləşdirilmiş ”Hacib” 

                                                           

1

 Ç.Ì.Áóíÿòîâ.Ãîñóäàðñòâî Àòàáåêîâ Àçåðáàéäæàíà, ñ.127. 




 72

sözü ilə ifadə edir: ”Hacib imiş... Hacib imiş...” Lakin müəllif 

Cəlaləddindən: ”İki Cəlal. Cəlaləddin və  Cəlaliyyə, Cəlaliyyə  və 

Cəlaləddin” deyə riqqətlə danışır. Cəlaləddinin Hacibə son qələbəsi 

istisna olmaqla, povestdə  əksər tarixi şəxsiyyət, hadisə  və 

münasibətlər təhrif edilmişdir. Cahan Pəhləvanın qızı Atabəy 

tərəfdarlarını qoyub, könüllü və  məhəbbətlə  Cəlaləddin ordusunu 

qəbul etməzdi. Bu ”məhəbbət” olsa-olsa, Özbəyin qadınının aldadıl-

masına bənzər bir şey olardı.  

Əsərin dilində, müəllif təhkiyəsində  səmimiyyətdən çox, gu-

rultu var. Bu gurultu, süni pafos çox vaxt sözlərin yerli-yersiz təkrarı 

ilə yaradılır; müəllif oxucunu bir növ dilə basır, sözə basır; bu dil 

yazıçı dilindən çox, publisist dilidir, oçerk dilidir; qəhrəmanın hərəkət 

və davranışı, xeyirxah əməlləri ilə deyil, müəllif çox vaxt zəminsiz 

müqayisə və bənzətmələrlə rəğbət yaratmağa çalışır. ”Birdən mənə elə 

gəldi ki, bu mavi ənginliklərdə qanad çalan heç də qartallar deyil. Bir 

cüt igidin ruhudur. Bir cüt igidimin ruhudur. Atı tutaş, qanı tutaş, dili, 

dini tutaş bir cüt yer övladının ruhudur. Cəlaləddinlə  Cəlaliyyə! Bir 

cüt Cəlal gəlmişdi bu gözəl dünyamıza! Bu gözəl Əlincəmizə! İki qar-

daşın - Özbəklə Azərin övladları idi o bir cüt Cəlal - Cəlaləddinlə 

Cəlaliyyə, Cəlaliyyə ilə  Cəlaləddin. Onları  Əlincə  məhəbbəti 

birləşdirmişdi, Əlincə məhəbbəti!” 

 

 

”Dostluğun” Cəlaliyyə  və  Cəlaləddin simasında bu cür 



tərənnümünə görə müəllifi alqışlayanlar da ola bilər. Lakin tarixi 

şəxsiyyətlərin gördükləri xeyirxah işlərin üzərinə  qələm çəkmək, 

dostu düşmən, düşməni dost kimi təsvir etmək heç bir xeyirxah 

məqsədə qulluq edə bilməz.  

 

1983 

 

 



 

 

 




 73

XALİSİN  MÜQƏDDƏS ARZUSU  

VƏ QƏFİL SEVGİSİ 

 

Vidadi Babanlının ”Müqəddəs ocaq”



1

 romanında insanın 

yaşamaq arzuları, ağır və  dəhşətli xəstəliklərə qarşı mübarizə meyli, 

kəndin, kəndlinin təsərrüfatçılıq  ənənələrinin yaxşı  cəhətlərini 

qoruyub saxlamaq istəkləri ifadə olunmuşdur. Əsərin qəhrəmanı Xalis 

son dərəcə xeyirxah bir işlə məşğuldur - xərçəng xəstəliyi ilə mübarizə 

aparmaq üçün təbii otlardan, çiçəklərdən dərman hazırlamaq və bu 

yolla həmin xəstəliyin kökünü kəsmək istəyir. Xalisdə bu keyfiyyət 

təsadüfi deyil, irsi köklərlə bağlıdır: babası Talıb Mövlamverdi 

həkimin, dava-dərmanın olmadığı  çətin günlərdə  kəndin camaatını 

xəstəliklərdən bu qəribə otlarla xilas  etmişdir. İndi Xalis dağlara gəlib 

ki, babasının həmin o unudulmuş otlarını yenidən, həm də elmi 

şəkildə  təbabətə  gətirsin, insanları dövrün bu dəhşətli bəlasından 

birdəfəlik xilas etsin. Bu işdə  kəndin xeyirxah adamları, xüsusən 

babasının yaxın dostu qoca və  xəstə Xeyri kişi ona yaxından kömək 

edir.  


Aspirant Xalis çox vacib bir problemin həlli ilə  məşğuldur. 

Lakin əsərdə onun işi otlar və çiçəklər toplamaqdan irəli getmir. Lap 

qədimlərdən deyildiyi kimi, ”həkimin üç silahı var: söz, bitki və 

bıçaq.” Xalis bunlardan ikincisi ilə  məşğuldur, lakin hələ  işin ba-

şlanğıc mərhələsindədir: topladığı otlardan, çiçəklərdən nə alacağını, 

necə istifadə edəcəyini görmürük və bilmirik. Dərman bitkilərinə 

gəldikdə, bunlar ümumən ölkəmizdə və eyni zamanda Xalisin gəldiyi 

dağlarda çox zəngindir. Xalis bir dəfə də fikrindən keçirmir ki, Sovet 

İttifaqı  ərazilərində bitən 20 min dərman bitkisinin 4 mindən çoxu 

Azərbaycandadır; Azərbaycanda 180-dən artıq yabanı  dərman bitkisi 

bitir və bu bitkilərin altmış dördündən müasir təbabətdə, yüz 

əllisindən xalq təbabətində istifadə edilir. Biz müəllifdən belə elmi-

statistik məlumatlar istəmirik, lakin bu sahə ilə  məşğul olan aspirant 

dünyadan xəbərsiz kimidir, elə bil, bu aləmdə heç bir şey oxumayıb. 

Hiss olunur ki, bu sahədə dərin biliyi və müşahidəsi də yoxdur. Özü 

kənddən ola-ola, çovğuna, doluya, yağışa təəccüblə baxmağı bir yana, 

dağların döşündə, çəmənlərdə yerimək belə onun üçün çox çətindir və 

bu adam elm, kitabların verdiyi məlumat barədə qətiyyən fikirləşmir, 

yalnız gözünü babasının bu əziz və  xəstə dostunun - Xeyri kişinin 

köməyinə dikmişdir. Lakin burada da bir uyğunsuzluq var: Xeyri kişi 

                                                           

1

 



”Азярбайъан” журн., 1983, № 2, 3.

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə