Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə23/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   19   20   21   22   23   24   25   26   ...   185

 68

zərbəsi” də yeyib yerə sərilir. Bütün bunlarla kifayətlənməyən Hacib:    

-En yoxla, canı qalmasın, yoxsa sonra əngəli çıxar”, - deyir.  

Bu zərbələrin hamısı bir yana, qılınc ilə başı iki yerə bölünən 

bir adamın hansı başla ”mürəssə qəməyə” əl atdığını təsəvvür etmək 

çox çətindir.  

Bunlar yazıçı ”fantaziyası” ilə bağlıdır və bu cür hallar 

təsvirin süniliyini göstərən faktlardır. Lakin povestdə elə məsələlər də 

var ki, onlar tarixin təhrifindən ibarət olduğu üçün həm də zərərlidir. 

Belə  məsələlər sırasında müəllifin Xarəzmşah Cəlaləddinə  və Hilat 

hakimi Hacib  Əliyə münasibətini xüsusi qeyd etməliyik.  

Povestdə Hacib nifrətlə, Cəlaləddin məhəbbətlə  təsvir 

edilmişdir. Hacib basqınçı, soyğunçu, talançı, Naxçıvanın və 

naxçıvanlıların düşməni kimi, Cəlaləddin isə xilaskar kimi verilmişdir. 

Hacibin Naxçıvan  ətrafında yaratdığı mühasirə, Azərbaycandakı 

əməlləri nifrətlə, Cəlaləddinin Naxçıvanı və Cəlaliyyəni ”xilas etməsi” 

riqqətlə  qələmə alınmışdır. Cəlaliyyədə  Cəlaləddinə böyük rəğbət, 

məhəbbət vardır. O, qardaşı Özbəyin - son Atabəyin təkidi ilə bir vaxt 

Cəlallı  Cəmşidin ölümünün hələ ili tamam olmamış, Cəlaləddinin 

qardaşı Pirşaha ərə getməli olmuş, az sonra Pirşah da sıradan çıxdıqda, 

mələkə ölkəni qorumaq, qüdrətli bir qüvvəyə arxalanmaq üçün 

Cəlaləddindən adını onun adının üstünə qoymasını xahiş etmişdir: 

”Hökmdarım, məzur tut məni. Çarəm yoxdur. Mən sənin sarayını 

bəzəyən mələkə ola bilmərəm. Mən sənə balınc yoldaşı olmaq 

xəyalında da deyiləm. Təkcə dinimizin, şəriətimizin qanunlarını 

bilirsən. Müslimə övrət sahibsiz ölə də bilməz, namazını da qılmazlar. 

O yandan da Hacib! Hacib Əli! Məni onlar rahat buraxmayacaqlar, 

hökmdar! Mənə təkcə sənin adın lazımdı. Adın üstümdə olsun. Adını 

üstümə at! Vəssəlam!” 

Qadın zəifliyi bir yana, adamın əti tökülür. 

Kəbin kəsilir, Cəlaləddin ”adını  Cəlaliyyənin üstünə qoyur”, 

lakin gəncliyini çoxdan keçirmiş bu iki nəfəri, çox çəkmir, başqa 

şeylər də düşündürür: ”Onlar üz-üzə dayanmışdılar. Artıq gəlinlik 

yaşını çoxdan keçmiş  mələkə  Cəlaliyyə xatun. Coşqun  gənclik  

illərini  arxada  buraxsa  da, hələ qamətinə,  ərlik, kişilik qüdrətinə 

sədəmə toxunmamış  Cəlaləddin. Hər ikisinin də könlündən bu anda 

bəlkə  də bir təəssüf hissi keçirdi: ”Kaş bu görüş bir 30 il əvvəl baş 

verəydi.” ”Ərlik, kişilik qüdrətinə sədəmə toxunmamış” Cəlaləddin bu 

hadisədən iki il sonra Cəlaliyyəni Hacibin mühasirəsindən xilas edir. 

Cəlaliyyə onu çox yüksək idrak sahibi, ləyaqətli, ağıllı bir adam kimi 

qiymətləndirir: ”Ləyaqətlidi, müdrikdi, nəcibdi. Nanəcib hərəkət, iş 



 69

tutub qadın qəlbini sındırmaz. Ona namərd deyən olmayıb.” 

”Xarəzmşah Cəlaləddin Mənqburnı bu anda əsl səhralar qartalı idi. Bu 

üzdən, dolğun ehtiraslı, qalın, azca çevrik dodaqlarından ciddi duranda 

fərman, gülümsəyəndə öpüşlər yağırdı.” ”... üzü qəlbinin hiss, beyn-

inin fikir aynasıydı. Kədər də oxunurdu, sevinc də. Hifrəti də, 

məhəbbəti də oxunurdu. Bu kişi gözlərində bir qətrə hiylə yox idi, ər 

mərdliyi tökülürdü bu gözlərdən... O sərt, o hökmdar üzünə mehriban 

bir oğul ifadəsi çökürdü. Elə günəşli, elə fərəhli, elə qığılcımlı olurdu 

ki, bu oğul gözləri” və s. Yüksək pafosla, gurultu və dəbdəbə ilə təsvir 

edilən bu daxili və zahiri ”gözəlliklər” bir az əvvəl yalnız ”adını 

üstünə atması”nı istəyən Cəlaliyyəni  əsir edir, tamamilə çaşdırır: 

”Yandırıb-yaxırdı baxdıqca adamı bu gözlər”. ”Bu gözlərdən, bu şəfəq 

saçan gözlərdən, bu busə yağan dodaqlardan öpə bilsəydim. Bu güclü 

qollar arasında sümüklərim şaqqıldayanacan sıxılsaydım.” Cəlaləddin 

də eyni hissləri keçirir: ”Min gözəl içindən seçilirsən. Min məlahətli 

içində seçərəm səni. Adı mənim gözəl. Yatağına yatmadığım, nəfəsini 

duymadığım, hərarətinə isinmədiyim, halalım mənim!” Cəlaliyyə son 

məqamda da bütün yaxşı sifətləri Mənqburnıda görür: ”Məhəbbət,  

nəvaziş, mehribanlıq, minnətdarlıq bir-birinə qarışıb qəlbini çul-

ğalamışdı. Özünü bu igid, yenilməz ər qarşısında, bu tikəsiz dost qar-

şısında suçlu hesab edirdi”.(?) ”Bilmədim, qədrini bilmədim. mənə 

doğma qardaşdan, bacıdan, ərdən əzəl, hamıdan yovuq cəngavər! Xə-

calətliyəm səndən. Səni sərt qarşılamışam. Səni incitmişəm. Bəlkə də 

qəlbinə dəymişəm. Amma sən... Amma sən... Amma sən... Harayımı 

təkcə  sən eşitdin, harayıma təkcə  sən qoşdun. Qurtardın məni Hacib 

bəlasından. Əzizim, mehribanım, pənahım, halalım mənim!” 

Daha nə demək olar? Heç Şəmsəddin Eldəgiz, heç Atabəy 

Məhəmməd, heç Qızıl Arslan bu sözlərlə  təsvir edilməyib, hələ 

ədəbiyyatımızda bir vətən övladı onlara müraciətlə bu sözləri 

deməyib. Amma   Cəlaləddin belədir, söz tapılsa, bəlkə daha tutarlı 

sözlərə ”layiqdir”. Amma başa düşmək olmur ki, tarixi təhrif etməkdə 

müəllifin məqsədi nədir. Bəlkə müasirlik naminə müəllif belə yol tut-

muşdur? 


Əslində, Cəlaləddin kimdir? Deyildiyi qədər nəcib və ədalətli, 

gözəl və hiyləsiz olmuşdurmu? 

Bütün tarixi tədqiqatlar, tarixi sənədlər bunun - bu fikrin 

ziddinədir; daha doğrusu, povestdə Hacibin və  Cəlaləddinin təsviri 

tarixi faktları  təhrif istiqamətindədir. Monqolların hücumu ilə dar-

madağın edilən Xarəzmşah dövlətinin başçısı Əlaəddin Məhəmmədin 

oğlanları - Pirşah və  Cəlaləddin atasının ordusunun qalıqları ilə 



 70

müxtəlif istiqamətlərdə  hərəkət edirlər. 1224-cü ildə Pirşah, bir il 

sonra Cəlaləddin Azərbaycana hücum edir, Kirman, İraqi-Əcəm, 

Azərbaycan və Arranı istila edib beş il öz hakimiyyəti altında saxlayır.  

Cəlaləddin Təbrizdə özünü xalqa qayğıkeş kimi göstərməyə 

çalışsa da, əslində, bir iş görmür, faktik olaraq, Azərbaycanda 

Atabəylər dövlətinin axırına çıxır. Hökmranlıq etdiyi müddətdə 

Azərbaycanda Atabəylər dövlətinin bərpasına çalışan neçə-neçə 

hərəkatı amansızcasına yatırır. Gəncədə  Bəndərin başçılığı ilə ba-

şlanan üsyana amansız divan tutur, 30 nəfər üsyan başçısının boynunu 

vurdurur və Bəndərin özünü tikə-tikə doğratdırır. Cəlaləddin özünü bu 

ətrafda çox pis aparır və heç bir qonşu ilə yola getmir. İbn Vasil bu 

barədə yazır: ”... esli bı on vel porədoçnıy obraz jizni, bıl bı spravedliv 

i ne prolil bı stolğko krovi, to on sbilsə bı s monqolami, tak kak eqo 

voysko bılo preqradoy mejdu nami i monqolami. Ho on vel poroçnıy 

obraz jizni, qreşil, çinil nespravedlivosti, vrajdoval s sosedəmi, vel 

sebə predatelğski i vızıval nedovolğstvo.”

1

. Başqa bir tarixçi - İbn əl-



Əsir də onun haqqında eyni fikir söyləmişdir: ”Djalalad-Din bıl 

çelovekom durnoqo povedeniə, ploxo upravləl svoim qosudarstvom. 

He bılo ni odnoqo iz sosedskix praviteley, s kotorım bı on ne vra-

jdoval, ne posəqal bı na eqo vladeniə i ne bıl bı dlə neqo nejelatelğnım 

sosedom. Po gtomu vse oni pokinuli eqo i ne protənuli emu ruku po-

mohi.”


2

  

Bizim misilsiz qəhrəmanlarımız, gözəl dövlət başçılarımız, 



tarixi şəxsiyyətlərimiz dura-dura, tarixi mənbələrin bu cür qiymətlən-

dirdiyi  bir istilaçını  göylərə qaldırmaq cəhdi, hansı niyyətlə  olur-ol-

sun, poeziya tələblərinə  ziddir. Belə yaramaz olduğu,  heç  bir  qonşu  

ilə yola getmədiyi  və ölkə daxilində ədalətsizliyi ucundan Cəlaləddin 

1231-ci ildə monqolların hücumuna davam gətirmir, heç kəsdən 

kömək görmür və asanlıqla məhv olur

*

. Cəlaləddin heç vaxt iki xalqın 



qəhrəmanı  səviyyəsinə yüksələ bilməmişdir və onu zorla belə bir 

mövqeyə qaldırmaq mənasızdır. İndi tarixi hamı oxuyur, lakin doğru 

bədii əsər hafizələrdə daha dərin iz buraxır.  

Cəlaləddin təkcə dövləti idarə  işlərində qüsurlu deyildi, hiss 

olunur ki, o, əxlaqca da naqis bir şəxsiyyət olmuşdur.  İstila etdiyi 

vilayətlərin hakimlərinin arvadını özünə siğə etməsi, həm də bunu 

                                                           

1

 Áàõ: Ç.Ì.Áóíÿòîâ.Ãîñóäàðñòâî Àòàáåêîâ Àçåðáàéäæàíà (1136-1225). 



Èçä., Ýëì,Áàêó, 1978, ñ.136. 

2

 Éåíÿ îðàäà.. 



*

 Òöðêèéÿ ÿðàçèñèíäÿêè êÿíäëÿðäÿí áèðèíäÿ äþéÿ-äþéÿ þëäöðìöøëÿð. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə