Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə19/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   15   16   17   18   19   20   21   22   ...   185

 55

ehtiramı, övlad arzusu, övlad həsrəti, insanlar arasında dostluq, ata 

məhəbbəti... Zəhmətkeş insanın öz işinə son nəfəsə  qədər sədaqəti, 

insanlara mayak olub yol göstərmək arzusu, dar ayaqda insana kömək, 

özgə  mənafeyini üstün tutmaq... İnsanın sarsılmaz iradəsi, insan 

dözümü, insan kədəri, ağır kədərin insan qəlbində  tədricən qay-

saqlanması, kişi mərdliyi... Həqiqi zəhmətkeşin paxılı, antipodlar və 

imzasız məktub yazanlar, əməyə nankor münasibət, xainlərin xofu, tü-

feylilərin dəhşətli iştahı, dövlət əmlakına mənfi və müsbət qütblərdən 

iki cür münasibət, tüfeyli azarkeşlər, diktator idarə müdirlərinin 

aqibəti...  

Hər mövzuda neçə-neçə mövzu şaxələnir, müəllifin xəyalı 

doğma vətənimizin kainatını dolaşır: gənclərin saf və  təmiz 

məhəbbəti, məhəbbət yanılmaları, həqiqi məhəbbətin önündə 

zorakılığın gücsüzlüyü, süni valideyn istəyinin özünü doğrultmaması, 

qu quşunun timsalında həqiqi eşqin gücü... Xalqlar dostluğu, 

müharibəyə nifrət, qəhrəmanlıqla həlak olanlara xatirə-abidələr... 

Mövzular tükənməzdir.  

Nədən yazırsa-yazsın, gənclərin tərbiyəsi, onların  əsil həyat 

adamı kimi yetişməsi onun birinci arzusudur. Buna görə  də 

hekayələrində müşahidə edilən mühüm bir cəhət gənclərin tərbiyəsi 

üçün arzu etdiklərini ön planda təsvir etməsidir. Bu cəhət özünün inam 

və  əqidəsindən irəli gəlir,  Əlisəfanın özünün yüksək mənəvi 

aləmindən xəbər verir.  

Kitabda hər hekayənin konkret mövzusu, hər mövzunun mü-

əllif üslubuna məxsus konkret həlli vardır. Duz-çörəyə nankor 

münasibət, hər cür çətinliyə sinə gərən doğma qardaşın əməyini heçə 

endirmək kimi mənfi hallar Əlisəfanı  qəlbən ağrıtmış  və narahat et-

mişdir. Fərhad (”Barışmadı”) atalıq edib böyütdüyü, oxutduğu kiçik 

qardaşı  Kərimdən xoş sözlər gözlədiyi halda, qardaşı onu qonaqlara 

”nökər”, ”sadiq bir kişi” kimi təqdim edir. Ona görə də Fərhad haqlı 

olaraq belə bir qardaşdan imtina edir, ölüm ayağında onunla barışmır.  

Əliəyriləri, rüşvətxorları, elin malını  mənimsəyən tüfeyliləri 

Əlisəfanın görməyə gözü yoxdur.  ”Çağırış”  hekayəsinin  qəhrəmanı  

Sarı Verdiyev idman işlərinə rəhbərlik edir, hər il müxtəlif bəhanələrlə 

kolxozun külli miqdarda pulunu mənimsəyir. Qəflətən milis rəisi onu 

yanına çağırtdırır. Sarı yol boyu öz işləklərini yada salır, həbs ol-

unacağını yəqin edir. Başqa iş üçün çağırıldığını bildikdə huşunu itirir 

və rəisin kabinetində yerə sərilir, ölməsə də, ölümcül olur.  

Müəllifin xalq malını  mənimsəmək istəyənlərə  qəzəbi 

güclüdür. Gənc Aydınla Heydərin atdığı tora nəhəng bir balıq düşür. 



 56

Balığı  çətinliklə sahilə  çıxarırlar. Heydər balığı  xəlvəti satıb pul 

qazanmaq istəyir, ona mane olmağa çalışan Aydının qol-qabırğasını 

əzir. Aydın yalnız kələk və aldatma yolu ilə balığı dövlətə təhvil verə 

bilir. Bu işdə ona Heydərin oğlu Cəlal da kömək edir.  

Əlisəfa təsvir obyektlərinə yaxşı bələddir: Kür çayı, onun bu-

rula-burula axan, bəzən kükrəyən suları, Xəzərin mavilikləri

ləpədöyən, balıqçı  və kolazçıların həyatı, çay və  dəniz sahillərinin 

əlvan təbiəti...  

Elə bir hekayəsi yoxdur ki, Xəzəri və  ya  Kürü  xatırlamasın. 

Müqayisələri də  bənzətmə obyektini dənizlə çaydan alır: ”Özləri də 

dənizlə çay kimi fərqli adamlar idilər”. Bu çayda, bu dənizdə insanın, 

öz xalqının diriliyini görür. Kür çayı kimi əzəmətli təbii bir nemətin 

olduğu yerdə təsərrüfatsızlıq onu narahat edir, narazı salır: ”Kür çay-

ının qırağında yurdun ola, həyətində krandan su bulaq kimi gecə-

gündüz axa, özün də gün çırtlayandan qapasan zənbili, utanmadan, 

xəcalət çəkmədən bazara göy-göyərti dalınca yollanasan. Sinsiyəsən 

tində, bir uşağın və ya dul qadının şey gətirməsini gözləyəsən. ”  

Kür çayının min nemət yetirən sahil torpaqları ”ot-ələf altında 

mürgü döyür.” Ətalət və xüsusi mülkiyyətçilik qorxusu bu yerin 

sakinlərinin gözlərini bağlayıb, xüsusi təsərrüfat adı ilə  çəpərlənmiş 

sahələrdən istifadə edilmir, adi gündəlik azuqə üçün uzaqlara ayaq dö-

yürlər: ”Almanı, armudu gəmi ilə, Qubadan dəvə ilə, heyvanı  Lən-

kərandan, üzümü Xalacdan, soğan-sarımsağı Talışdan gətiriblər. Aya-

ğımızın altında bərəkətli torpaq, böyrümüzdə Kür çayı, özümüz isə ələ 

baxan olmuşuq.” Əlisəfanın xoş təbiətindən xoş arzular doğur; bu tor-

paqları əkib-becərmək lazımdır ki, səhərlər yuxudan ayılarkən insanın 

gözü gül-çiçəyə, barlı-bərəkətli ağaclara baxsın, ürəyi fərəhlə döyün-

sün.  

Hekayələrində publisist  təsvir  üstünlük təşkil  edir. Bu  onun  



jurnalistlik  vərdişlərindən  irəli  gəlir. Bədii nəsrin klassik  ənənələrini  

də  yaxşı mənimsəmişdir.  Hekayələrində yumorlu  epizodlardan  is-

tifadə  etdiyi  kimi,  bütöv yumorlu hekayələri də vardır.  İdarə mü-

dirlərinin nalayiq ”be-be”sinə qarşı, müəllif ustalıqla hazırcavab ”de-

de”lər yaradır: ”Müdir... ara vermədən hey ”be-be”,  deyə bağırırdı. 

Katibə onun nitqini belə izah edir: - Kişi söz işlətmir, vaxta qənaət 

edir. İşarə ilə deyir ki, ... ”bas bayıra”.  

”Günlərin birində Minbudaqla üzləşdik. O, nazirlikdən qayıd-

ırdı. Təhər-töhüründən bildim ki, Minbudağın budaqlarını  qırıblar... 

Soruşdum: -Minbudaq Gülbudaqoviç, deyəsən, ”de-de”?” - dağıtdılar 

dəsgahını?” (”Minbudaq Gülbudaqoviç”) 



 57

Hekayələrdə lirizm güclüdür. Fikrin qısa, yığcam, təsirli bir 

dil ilə ifadəsinə çalışır, buna görə  də yazılarında tək-tək artıq söz və 

ifadələr özünü dərhal hiss etdirir; oxucu hiss edir ki, əksər hekayələrdə 

işlədilən ”nöşün” sözü artıqdır, tipikləşdirmə  vəzifəsini yerinə yetirə 

bilmir, yersiz işlənməklə  şivə sözünü tüfeyli sözə çevrilmə imkanı 

qarşısında qoyur. Hekayələrinin dilində ahəngdarlıq,  şeriyyət vardır. 

Bu cəhətə meyil onun əksər yazılarında duyulur. Lakin hekayələrindən 

biri, ”Kürüm mənim” hekayəsi bir poema təsiri bağışlayır. Elə bil, 

müəllifin Kür çayına məhəbbəti bu hekayədə  nəğməyə çevrilmişdir. 

Prof.T.Hacıyevin  Ə.  Əylisli nəsrində gördüyü şeriyyət bu hekayədə 

son dərəcə qabarıq müşahidə olunur; hekayəni asanlıqla ritmik misra-

lara düzmək mümkündür:  

 

Hər təzə il astananda dayananda,  



Hovruzgülü narın-seyrək ot-ələfin arasından boylananda 

Qız-gəlinlər gizli titrək niyyət ilə  

Səfər etdi sahilinə.  

Dədə-baba adətilə 

Sularında yaxalanıb pak oldular.  

O gözəllər,  

O sənəmlər 

Qucaq-qucaq gül-çiçəyi çələng hörüb 

Leysan kimi səpələdi sinən üstə -  

Baxt  sınadı bu minvalla, Kürüm, səndə.  

 

Ustalıqla işlədilmiş bədii  təkrirlər  lirizmi,  şeriyyəti  güclən-



dirir.  ”Oğul toyu” hekayəsində ”Bu gün də bir  gün oldu günlər için-

də” sözlərinin təkriri hissi-psixoloji təsiri artırır. Hekayələrin çoxu  bi-

rinci  şəxsin -”mən”in  dilindəndir.  Bəzi   hekayələr  (”Ana laylası” və 

s.) məktub  şəklində    qurulmuşdur.  Heyvanların,  quşların  təsviri  

yolu  ilə  müəllif  istəyinin rəmzi  ifadəsi  hallarına  xüsusi  fikir  ver-

ilmişdir. Bəzi hekayələrdə  obrazların nitqi Dədə Qorqud öyüdlərini 

andırır. Azərbaycanlı  gəncin öz dostu gürcü Otara yazdığı  məktubda 

deyilir:  

”Hə yaxşı ki, bu dünyada sən də yaşayırsan, Otarican. Eşq ol-

sun sənə, canım-ciyərim. Dost-yoldaş üzünə qapısı  səhər-axşam açıq 

qalan evin daim səadətlə dolu olsun. Xörəyi isti-hazır saxlayan ocağın 

gur atəşlə yansın. Üstü bol nemətli süfrənin bərəkəti aşsın-daşsın. 

”Mərcani” inəyinizin balası özü yekəlikdə boya-başa çatsın. 

Həyətinizdə tənəklərin hər qolundan bir dolu salxım asılsın. Abxaziya 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə