Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə15/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   11   12   13   14   15   16   17   18   ...   185

 44

Romanın dilindəki məhəlli sözlərin bir qrupu yazıçının yeni 

söz yaratma meylindən irəli gəlir. Məsələn, ”qurulamaq” felinə bir 

neçə cümlədə hamının başa düşdüyü mənada rast gəlirik: ”O, gözünü 



quruladı” (94);”Şapkasını çıxarıb içini dəsmalla  quruladı”(160) və s. 

Bu sözə ədəbi dildəki həmin mənadan əlavə, romanda quruya, sahilə 

çıxmaq, suyun axarından kənarda qalmaq mənalarında da təsadüf 

edirik: ”Axı o üzmək bilmirdi. Axmış olsa, bir yerdə qurulamazdımı?” 

(52); ”Allahyar iri bir naqqanın  quruladığını görüb sakitləşdi”, ”Üç 

gündən sonra Kürün lap aşağısında, binələrin bərabərində bir qadın 

meyidinin  qurulaması  xəbəri kəndə yayıldı” (52) və s. Sözün bu 

mənası yenidir və  ədəbi dildə sabitləşə bilər. Aydın görünür ki, sözə 

qənaət hissi müəllifin yeni söz yaratma meylinə müsbət mənada təsir 

göstərmişdir. İ.Şıxlı imkan daxilində mürəkkəb söz əvəzinə, düzəltmə 

sözlərdən istifadəyə çalışmış, buna görə  də münasib məqamlarda, 

ədəbi dildə  işlənməyən yeni düzəltmə sözlərdən istifadə etmişdir: 

”xəyala getmək”, ”xəyal eləmək”  əvəzinə ”xəyallanmaq”, ”ehtiyat 

eləmək” əvəzinə ”ehtiyatlanmaq”, ”ar eləmək” əvəzinə ”arlanmaq” və 

s. belə sözlərdəndir. Bunlardan əlavə, ”domuşmaq” felindən  əmələ 

gəlmiş ”domuşuqlu” sözü (”Kişi... arxasını talvarın dirəyinə söykəyib 

domuşuqlu oturdu”, 287), ”sallamaq” felindən əmələ gəlmiş ”sallağı” 

sözü (bir az yana əyilmiş  vəziyyətdə oturmaq: ”Hündür bir yerdə 



sallağı oturub papiros eşdi”, 326) işin icra tərzini, vəziyyətini, 

”qızarmaq” felindən əmələ gəlmiş ”qızartdaq” sözü isə (”Elə bil, hər 

şey alışmışdı, hətta Kürün suları da qızartdaq idi”, 227) şər qarışanda 

tonqal və fişənglərin yaratdığı  mənzərəni təsəvvürdə daha qabarıq 

canlandıra bilir.  

Romanda ”süyüşmək” (171), ”suyulmaq” (10), ”üyüşmək” 

(128) və s. sözlərdən ibarət bir neçə fonetik dialektizm də vardır ki, 

bunlardan birinci və sonuncusu müəllifin öz dilində, ikincisi surət 

dilində işlənmişdir. ”Üyüşmək” sözü artıq ədəbi dilə dair lüğətlərə də 

daxil edilir; ”suyulmaq” sözünə obraz dilində təsadüf edilməsi bu sözə 

o qədər də etiraz doğurmur, lakin ”süyüşmək” sözünü müəllif həmin 

sözün ədəbi dil qarşılıqları ilə  əvəz edə bilərdi. Bunlardan başqa, bir 

neçə cümlədə ”yaxmaq”, bir cümlədə  ”şaxımaq” sözünə rast gəlirik: 

”Gün yaxmışdı” (72); ”Artıq gün  yaxmışdı” (127); ”Gün  şaxımışdı” 

(123) və s. ”Yaxmaq” sözü tarixən ”yandırmaq” mənasına malik 

olmuş, bu məna ”yaxıb-yandırmaq” birləşməsində özünü saxlamışdır. 

Lakin ”yaxmaq” sözü indi ədəbi dildə  təklikdə  həmin mənanı ifadə 

edə bilmir, romanın dilində günün əyildiyini, batmağa doğru getdiyini 

bildirən bir söz kimi işlədilmişdir. ”Şaxımaq” sözü bədii dildə daha 



 45

çox ”ildırım” sözü ilə  əlaqələnərək işlənir: ”Ağ ildırım olub 

 

şaqıyaydım” (”Kitabi-Dədə Qorqud”), ”Peydərpey ildırım  şaxıyır” 



(Ə.Haqverdiyev). Müəllif də bu sözün vasitəsi ilə çox isti olduğunu, 

günün adamı ildırım kimi vurduğunu demək istəyir, lakin sözün 

”şaxımışdı”  şəklində  nəqli keçmişin hekayəsində  işlənməsi ani 

prosesin keçib-getdiyi mənasını da ifadə edir. Bu sözü indiki zamanın 

hekayəsində  işlətmək (”Gün şaxıyırdı”) sözün semantik incəliyinə 

daha uyğun olardı.  

Təbiidir ki, hər bir tarixi romanın dilində olduğu kimi, bu 

romanda da bir sıra arxaik sözlər vardır: uruşlu, soğulmaq, dinşəmək; 



dazımaq, peşqurt, cılğı  və s. ”Uruşlu” sözü sıxmaq, biçmək 

mənalarında qazax dilində qeyd olunmuş ”uruş” sözü ilə  əlaqədar 

olub

1

, donun, paltarın bədənə münasib biçilib-tikildiyini göstərən bir 



sözdür: ”Güləsər onun ... topuğuna enən  uruşlu  qırmızı ipək donuna 

diqqətlə baxdı” (58); ”Onun zər baftalı uruşlu, atlas donunun qırışları 

dalğalandı” (87). ”Soğulmaq” daha çox su ilə  əlaqədar olub, suyun 

azalması, çəkilməsi, yoxalması  mənalarında  şivələrimizdə indi də 

işlənməkdədir

2

. Romanda isə gözün didələrinin tədricən zəifləməsi, 



itməsi, yox olması mənasındadır: ”Didələr öləziməkdə olan qara çıraq 

kimi titrəyib soğulurdu” (104). ”Dinşəmək” feli ”dinləmək”  feli ilə si-

nonim olsa da, bu sözdə obyektin dinşəmə prosesindən xəbərsizliyi 

çaları da vardır; ”dazımaq” sözü ”təzmək” (qaçmaq, tez getmək) feli 

ilə əlaqədardır; ”cılğı” (içərisinə pendir, ağartı və s. yığmaq üçün qo-

yun dərisindən hazırlanmış dəri qab), ”peşqurt” (ilk məhsuldan təcili 

üyüdülən azacıq taxıl) sözləri isə əksər şivələrimizdə işlənməkdədir.  

Təsvir edilən dövr, şərait,  hadisələrin cərəyan etdiyi ərazidə 

yaşayanların məişəti və dili, yazıçının fərdi üslubu və s. ilə bağlı 

işlənmiş bu sözlər ümumilikdə yazıçının öz fərdi üslubunu da 

səciyyələndirir. Tarixi keçmişimizin müəyyən səhifəsinin təsvirində 

bu sözlərin də rolu vardır.  

İ.Şıxlı bu romanda canlı, diri, Nizaminin dili ilə desək, ”nəfəs 

alan” ifadələr də  işlətmişdir. Romanı bir dəfə oxuyanlar Cahandar 

ağanın Molla Sadığa dediyi ”dınqıra süzən qurumsaq” ifadəsini heç 

vaxt unutmazlar. Zərnigar xanımın ”Allah atan Cahandar ağanın 

əlifini yanıltsın, ay bala!” - cümləsindəki ”əlifi yanılmaq” (əlif kimi 

düz qəddi  əyilmək, beli bükülmək) ifadəsi dövrlə, obrazın 

                                                           

1

 Â.Â.Ðàäëîâ. Îïûò… I, 2, ñ.1657. 



2

 Àçÿðáàéúàí äèëèíèí ãÿðá ãðóïó äèàëåêò âÿ øèâÿëÿðè, ñ.286. 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə