Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə11/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   7   8   9   10   11   12   13   14   ...   185

 34

byuz da xalqa qarşı buz kimi soyuqdur, xalqın dilini bilmir, laldır. 

Şübhəsiz, ədib ”Lalbyuz” adını da ona bu mənada vermişdir.  

 

* * * 



”Danabaş  kəndinin məktəbi” pyesində maarif və  məktəb  

məsələlərindən, həmin məsələlərə yuxarıların və  aşağıların 

münasibətindən bəhs olunduğu kimi, burada da konflikt ana dili 

mövzusu  ilə    bağlıdır. Danabaş    kəndinə  gəlmiş çar məmurları  

kənddə  məktəb  açmaq istədikdlərini başa salmağa çalışırlar. İlk dəfə 

sözə qazı başlayır: ”Əlhəmdi lillahil-əhədil-vahidil-mütəqəddəsi min 

külli  ziddin və niddin..” Axıra  qədər  nitqini  bu şəkildə davam et-

dirir.  Onun  danışığından heç bir  şey başa düşməyən kəndlilər  tez-

tez ”amin” deyirlər.  Sonra  naçalnik  danışır. Camaat  onun da 

sözlərindən heç nə başa düşmür. Kəndlilər dilmancın və Molla Möv-

lamverdinin nitqindən də bir şey anlamırlar. Bunların ardınca 

inspektor danışır. Söz yox, kəndlilər onun dediklərini də lal-dinməz 

dinləyirlər. İnspektorun nə danışdığını başa düşməsələr də, əsl mərəkə 

onun nitqi ilə  əlaqədar başlayır.  İnspektor deyəndə ki, kənd uşaqları 

bu məktəbdə təhsil almaqla hər bir inzibatçının, hər bir soldatın dilini 

başa düşəcəklər, camaat ”soldat” sözünü eşidən kimi vahiməyə düşür. 

Hamı belə düşünür ki, kənd uşaqlarını soldat aparmaq üçün siyahıya 

almağa gəliblər. Ona görə  də  kəndlilər öz uşaqlarını camaatın 

arasından çıxarıb gizləməyə, çar məmurlarını aldatmağa, rüşvət yolu 

ilə  uşaqların canını siyahıdan qurtarmağa çalışırlar. Hamı  təşviş  və 

həyəcan içindədir, qadınların  şaxseyi, uşaqların gərmə qalağında 

gizlədilməsi də bu sözdən sonra, bu sözün törətdiyi vahimə ilə baş 

verir.  

Hadisələrin bu cür qurulması yenə də ədibin yaradıcılığından 

qırmızı bir xətt kimi keçən ana dili mövzusu ilə bağlıdır. Yazıçı, üst 

qatda komizm, alt qatda faciə, demək istəyir ki, təşəbbüs qiymətlidir, 

lakin hərə bir qarışıq jarqonda danışdığı üçün kəndliləri başa sala 

bilmirlər.  

Pyesdəki müəllim Həsənov ”Anamın kitabı”  əsərindəki Rüs-

təm bəyə oxşasa da, daha kəskin satirik tipdir. O öz dilində 



predpisaniya, smatritel, zvukovoy metod, obrazovannı, tablitsa 

umnajeniya, qorodskoy şkola, zvukovoy sposob, pazdravit, predmetni 

urok, klas (otağı),  malades, bezabed, dejurni, razboynik, storoj, 

uçeniye svet, ne uçeniye tma... kimi söz və ifadələr işlədir, kəndlilərlə 

dil tapa bilməməsinin səbəbini belə izah edir: ”Kərbəlayı, doğrusu 

budur ki, mən səni başa sala bilmənəm. Səbəb bu ki, sən mən 



 35

oxuduğum dili və elmləri bilmirsən; sən seminariya qurtarmamısan”. 

Dil  məsələsi, ümumxalq  dilinə münasibət  C.Məmmədqulu-

zadəni ömür boyu düşündürmüşdür.  İlk böyük əsəri  ”Danabaş 

kəndinin  əhvalatları”nda ”ərəb dərsində özünü çox güclü”  bilən 

molla  ilə    lağlağı    Sadığın  qarşılaşdığı  səhnə  ədibin bədii 

yaradıcılıqda dil mövzusunu işləməsinin, həm də demək olar ki, 

həmişə bu mövzunu satirik planda işləməklə ana dilinin isti axarının 

qarşısını  kəsmək istəyənləri satiranın haça dili ilə  zəhərləməsinin 

ekspozisiyası sayıla bilər. ”Ayama” sözünü ”avam sözü” adlandıran  

mollanın simasında ana dilini bəyənməyən, ərəb dilinə bələd olmadığı 

və bu dildə  ən zəruri məfhumların adlarını belə bilmədiyi  halda, bu 

dildə camaatın gözünə kül üfürməyə çalışan, bu dilin  ”böyüklüyünü” 

təbliğ edən ruhanilərin gülünc vəziyyətə salınması ibrətamiz olub,  

ədibin sonrakı  nəsr  əsərlərində  də davam etdirilmişdir. Yazıçı sovet 

dövründə yazdığı bir sıra nəsr  əsərlərində dilin və dilçiliyin mühüm 

məsələlərinə toxunmuş, ”Sirkə” və  ”Şeir bülbülləri” hekayələrini isə 

bütövlükdə ana dilinin bəzi aktual məsələlərinə həsr etmişdir.  

 

* * * 


XX əsrin əvvəllərində, hətta Sovet hakimiyyətinin ilk illərində 

də  bəziləri Azərbaycan dilində xüsusən söz sonunda ”x” səsinin 

varlığını inkar edirdilər. Bu səsin  əleyhdarları onun milli ədəbi 

dilimizə yabançı olduğunu, tərkibində ”x” işlənən bir çox xalis 

Azərbaycan sözlərində ”x” deyil, ”q” olduğunu iddia edirdilər. 

C.Məmmədquluzadə 1925-ci ildə ayrıca kitab halında nəşr etdirdiyi 

”Sirkə” hekayəsini belələrinə cavab məqsədilə yazmışdır.  

Hekayədə dörd ədib təsvir olunur. Ədiblərdən biri - Əhməd 

Fitrət təzə kütüm balığı aldığını xatırladıb, o biri ədibləri evinə qonaq 

dəvət edir. Bişirilmiş  təzə balıq süfrəyə qoyulduqda ədiblər arasında 

”balıq” sözünün tələffüzü ilə  əlaqədar mübahisə başlayır. Hamı bu 

sözün ”balıx”  şəklində  tələffüzünü düzgün sayır, lakin Əhməd Fitrət 

bu fikrə qəti etiraz edir, ədibləri ”ata-baba tələffüzünə” uymaqda, ”di-

lin qanununu bilməməkdə” təqsirləndirir: ”Mərhum atamız, doğrudur, 

balıx deyibdir, amma biz gərək balıq deyək, nəinki balıx”.  Onun 

fikrincə, ümumxalq tələffüzü ilə  ədəbi tələffüz ciddi şəkildə 

fərqlənməli imiş: ”... nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq, 

elə başımızı  aşağı salıb Kəblə  Məhəmməd Cəfər və Fatma xalalar 

kimi deyirik, elə ata-babalarımız və cici-bacılarımız deyən kimi, biz 

də  gərək balığa balıx deyək?”  Əhməd Fitrət bu məsələdə heç kəslə 

razılaşmır, ”Asimbəyin dil barəsində tətəbüatını” şərh etməyə başlayır. 



 36

C.Məmmədquluzadə hekayənin həmin hissəsində ”burada ana dilinin 

nə dəxli var?” deyən Əhməd Fitrətin sözünü yarımçıq kəsir və ”balıx-

balıx” deyən ev yiyəsi qoca arvadın - ananın sözlərini verir. Yazıçı bu 

gözlənilməzliyi qəsdən qurur və demək istəyir ki, dilə zorla qanunlar 

calamağa çalışan asimbəyləri bir kənara atmaq, ananı, bu dili 

yaşadanları dinləmək lazımdır.  

Ədib sonralar türkoloji qurultayla əlaqədar bu məsələyə yenə 

toxunmuşdur.

1

 



O vaxtdan keçən müddət  ərzində orfoqrafiya qaydalarına 

dəfələrlə baxılmış, orfoqrafiya və orfoepiya normaları 

dəqiqləşdirilməklə yanaşı, onların yaxınlaşmasına, fərqlərinin 

azaldılmasına xeyli səy edilmişdir.  

Orfoqrafiyanın xəlqiliyi və demokratikliyi fonetik prinsiplə 

daha çox bağlıdır. İndiki orfoqrafiyamızda isə fonetik prinsip aparıcı 

rola malikdir. ”X” səsinin, ümumxalq dilində olduğu kimi, sözün 

tərkibində  hər üç vəziyyətdə - əvvəldə, ortada, təkhecalı  və  bəzi 

çoxhecalı sözlərin sonunda qanuni şəkildə  işlədilməsi və bu halın 

orfoqrafik cəhətdən təsbit edilməsi geniş xalq kütləsinin tələffüz 

tərzini rəhbər tutanların, o cümlədən görkəmli  ədibimizin böyük 

qələbəsidir.  

Lakin burada izah olunmalı bir məsələ var: hörmətli 

ədibimizin misal gətirdiyi ”balıx” sözü və bu qəbildən olan ”otax”, 

”papax”, ”yatax” tipli sözlər orfoqrafiya qaydalarına görə yenə balıq, 

otaq, papaq, yataq  şəklində yazılır. Orfoqrafiyamızın bu cəhətini 

nəzərə alaraq, oxucu güman edə bilər ki, Əhməd Fitrət ”balıq” 

deyəndə haqlı imiş. Halbuki ədib bu sahədə  Əhməd Fitrətə hüsn-

rəğbət bəsləməmiş, onu ədəbi dili süni surətdə xalq dilindən təcrid 

etməyə çalışanların nümayəndəsi kimi, satirik planda vermiş, tənqid 

etmişdir.  

Bu başdan qeyd etməliyik ki, C.Məmmədquluzadənin bu 

sahədə duyğusu xəlqiliklə yanaşı, elmi-filoloji cəhətdən də tamamilə 

məntiqidir və dilçilikdə öz hökmünü saxlamaqdadır.  

Hekayədə yazıdan deyil, tələffüzdən söhbət gedir. ”Q” 

yazılmasına baxmayaraq, hamı balıq, papaq, yataq, otaq tipli sözlərin 

sonunda ”x” tələffüz edir və orfoepiya qaydalarından danışan 

görkəmli mütəxəssislər - Ə.Dəmirçizadə,  Ə.Əfəndizadə  və başqaları 

                                                           

1

 Áó áàðÿäÿ ÿòðàôëû ìÿëóìàò ö÷öí  «Ú.Ìÿììÿäãóëóçàäÿíèí äðàì âÿ íÿñð 



ÿñÿðëÿðèíäÿ äèë ìÿñÿëÿñè» (Â.È.Ëåíèí àäûíà ÀÏÈ-íèí «Åëìè ÿñÿðëÿðè», 1967, ¹ 

2, ÕI ñåðèéà, ñ.118-131) àäëû ìÿãàëÿìèçÿ áàõìàã îëàð. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə