Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə13/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   9   10   11   12   13   14   15   16   ...   185

 40

yazıçılarımızın  əsərlərindən asanlıqla fərqləndirə bilər.  İ.Şıxlı yaxşı 

bildiyi, dərindən bələd olduğu, diqqətlə  tədqiq edib öyrəndiyi 

hadisələri qələmə alır, ona görə  də romanlarında obrazların xarakter 

və  təfəkkür tərzinə uyğun qurulmuş dil çox təbiidir. Yazıçının təsvir 

dilində ağır, pilləli, uzun və yorucu cümlələrə, demək olar ki, təsadüf 

edilmir. ”Dəli Kür”ün yığcam və ifadəli cümlələr  əsasında qurulmuş 

dili oxucunu da öz ardınca çəkib aparır, hadisələrin bir-birini tez-tez 

əvəz etməsinə, xarakterlərin daha sürətlə açılmasına səbəb olur.  

İ.Şıxlının təsvir dilindəki  canlılıq, ifadəlilik müasir oxucunun  

zövqünə uyğundur, təminedicidir, təsvir prosesində istifadə etdiyi  

müqayisələr münasib  və müvəffəqiyyətlidir: ”Göy  inildəyib  

şaqqıldadı. Selləmə yağış başladı. Suyun üzü atılıb-düşdü. Elə bil, 

Kürü daşa basdılar.” (48)

*

 Bu cür təsvir tarixi keçmişimizin müəyyən 



mərhələsinə həyat verən ”Dəli Kür”ün özünə də həyat verir, onu oxu-

cuya daha çox sevdirir. Yalnız təbiətin təsviri deyil, ayrı-ayrı 

obrazların daxili aləmi və psixologiyası, düşüncə  və  hərəkətləri də 

romanda canlı  və  təbiidir, obrazlı  və emosionaldır: ”Başı az qala 

tavana dəyən, pəhləvan cüssəli Cahandar ağanın qara sifəti tunc kimi 

bozardı, iri, həbəşi dodaqları titrədi, qıllı, çatma qaşlarının arası 

düyünləndi...” (12) 

Ədəbiyyatımızda tamamilə yeni və orijinal bir surət olan, heç 

bir obraza bənzəməyən, sinfi təbiəti bir kənara qoyulmaqla, igidliyinə 

və çevikliyinə görə bir növ Koroğlunu xatırladan Cahandar ağa öz 

danışığı, səsi, sözünün kəsəri və tonu ilə  də  fərqlənir. Onun ”yoğun, 

zəhmli səsi”, ”gur və heybətli səsi” qarşıdakıların canına qorxu salır. 

Bu əsərdə yalnız Cahandar ağa deyil, ”deyib-gülməkdən xoşu gələn”, 

”oynamaqdan doymayan, şaqqıldayıb gülməkdən usanmayan”, 

danışdıqca ”qəşş edib, uğunub gedən”, ”şaqqıldayan”, yeri gəldikdə 

”qəzəb dolu cingiltili səsi eşidilən” Şahnigar xanımın, ”zarafatlaşmağı 

sevən”, ”söz altında qalmayan” gəmiçi Qocanın, guya gözünə 

mələklər görünürmüş kimi hərdən ”hey-hey”, ”hey-hey”, ”allah-al-

lah”, - deyə heybətli səslə qışqıran, ”camaatı öyrədib, yuvası dağılmış 

arı kimi qəzəbləndirən”, ”danışdıqca gözlərini qıyıb, hiyləgərcəsinə 

baxan” Molla Sadığın, Şahnigar xanım tərəfindən ”bütüncə dədəsidir” 

sözləri ilə çox dəqiq xarakterizə edilən  Şamxalın və başqa surətlərin 

dili də  fərdi cizgiləri ilə seçilir, obrazların fərdi təfəkkürü spesifik 

şəkildə reallaşdırılır. Zərnigar xanımın təbiəti, dili Şahnigar xanımın 

təfəkkürü və dili ilə bir növ əkslik təşkil edir. Əşrəfin seminariyada 

                                                           

*

 Ðÿãÿìëÿð «Äÿëè Êöð»öí (Áàêû, 1968) ñÿùèôÿëÿðèäèð. 




 41

oxuduğu dövrdəki mülayim və təmkinli danışığı uşaqlıq illərində mül-

kədar qürurundan doğan ötkəm və hikkəli danışığından fərqlənir. Bu, 

ayrı-ayrı obrazların təfəkkürünün inkişafı  və  dəyişməsi ilə  əlaqədar 

onların dilinin də dinamik şəkildə izləndiyini göstərir. Seminariya 

müəllimlərinin dili də onların ictimai-siyasi görüşləri,  şəxsi  əqidələri 

ilə əlaqədar üslub rənginin müxtəlifliyinə görə seçilir və s.  

Romanın dili söz və ifadə yaradıcılığı ilə  də  fərdiləşmişdir. 

Leksika  ədəbi dilin leksikasıdır. Lakin romanda ilk baxışda təəccüb 

doğuran məhdud dairədə işlənmə xüsusiyyətinə malik sözlər də vardır. 

Belə sözlərin  əsasını  şivə sözləri təşkil edir. Bu sözlərin bir qismi 

əksər dialekt və  şivələrimizə, çox hissəsi Qərb dialekt və  şivələri 

qrupuna aiddir. Şübhəsiz, bu hal romanda təsvir edilən hadisələrin baş 

verdiyi, cərəyan etdiyi ərazi ilə  əlaqədardır. Romanda məhdud  ərazi 

ünsiyyətinə xidmət edən sözlərin işlənməsi mühüm səbəblərlə bağlı 

olub, təsadüfi xarakter daşımır. Bunların bir çoxunu yazıçı bilərəkdən 

əsərə daxil etmişdir.  

Məhdud ərazidə yaşayanların məişətində elə əşya və hadisələr 

olur ki, ümumxalq məişətinə keçmədiyindən, ümumxalq məişətində 

istifadə edilmədiyindən ümumxalq dilində onların adlarının qarşılığı, 

sinonimləri də olmur. Həmin məhdud ərazidən bəhs edən elmi və ya 

bədii əsərdə bu cür əşya və hadisələrin təsvirinə də yer vermək lazım 

gəlir. Buna görə  də dilçilikdə etnoqrafik dialektizm adlandırılan bir 

sıra şivə sözlərinin bədii dildə işlənməsi təbii sayılır və məqbul hesab 

edilir.  Şübhəsiz, belə sözlərin bədii  əsərdə  işlənməsi bir zərurət olsa 

da,  ədəbi  əsərin dilini bu cür sözlərlə doldurmaq, ağırlaşdırmaq da 

olmaz. ”Dəli Kür”ün dilində bu qəbildən olan cəmi bir neçə söz 

işlənmişdir: suvadağ, su yolumu, xır və s. ”Suvadağ” (çay kənarında 

əhalinin içmək üçün su götürdüyü yer) və ”su yolumu” (suvadağa 

enən cığır) sözləri işləklik etibarilə daha çox məhduddur; ”xır” sözü 

isə bir çox şivələrdə, həm də müxtəlif mənalarda işlənir. Zəngilan, 

Tovuz, Qazax şivələrində, romanda olduğu kimi, bu sözə ”çınqıl, 

əzilmiş xırda daş parçaları, qumlu torpaq”

1

 mənalarında indi də təsa-



düf edilir.  

Romanda işlənmiş  şivə  sözələrinin və ya  şivə  çalarlı  sözlə-

rin  əksəriyyəti ədəbi  dil  sözlərinin  parlaq  sinonimləridir. Məhəlli  

kolorit  yaratmaqdan  əlavə, bədii dildə  şivə  sözlərinin  ifadəliliyi,  

fikir  tutumu, ədəbi  dil sözlərindən  fərqli  üslubi  rəngi,  məna  incə-

                                                           

1

 Àçÿðáàéúàí äèëèíèí äèàëåêòîëîæè ëöüÿòè. Àçÿðáàé\úàí ÑÑÐ ÅÀ-íûí Íÿøðèééà-



òû, Áàêû, 1964, ñ.413. 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə