Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə16/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   12   13   14   15   16   17   18   19   ...   185

 46

dünyagörüşü ilə bağlıdır, buna görə  də son dərəcə  təbii səsələnir. 

”Tanrının gözü tökülsün”, ”korun-korun yanan”, ”başı  əlhəd daşına 

dəyib geri qayıdır”, ”zayıllıq elədi”, ”xoşqeyrət olub”, ”üstünə 

şeşələnmək” kimi rəngarəng ifadələr obrazların dilini bəzəyir

rəngləyir, daha elastik şəklə salır; ”sümükləri  şırt-şırt  şırtlayır”, 

”yeriyəndə  yırın-yırın yırğalanır” kimi ifadələr təsvir obyektini göz 

önündə canlandırır və əyaniləşdirir.  

 

İ.Şıxlı öz əsərlərinin dili üzərində çox işləməyi, diqqətlə 



işləməyi sevən və yaradıcılığın bu prinsipinə praktik şəkildə  əməl 

edən yazıçılarımızdandır.  

 

1970  

 

 



 

 

 


 47

BİRLƏŞƏN ÜRƏKLƏR

*

 

 

Birinin mövzusu Torpaq, o birininki ana torpaq üzərində 



əsrlərlə qol-qanad atmış, kökləri yerin dərin qatlarına işləmiş  Dədə 

palıddır. Dədə palıd da, Torpaq da rəmzdir, elə obrazlardır ki, 

insanların inkişaf və xarakteri, mənəvi aləmi, fiziki keyfiyyətləri 

bunlara münasibətdə açılır.  İnsanları bunların vasitəsilə  ələkdən 

keçirmək olur. Torpaq da, palıd da qədimdir, minilliklər şahididir, hər 

ikisi zəhmətkeş insanın dostu, həmdəmi, munisidir. Torpaq daha 

qədimdir. Lakin Dədə palıd da daşıdığı  rəmzi mənada Torpaq qədər 

qədimdir, uludur.  

Povestlərin məzmununa qısaca nəzər salaq.  

İsi Məlikzadənin ”Dədə palıd” povesti. Bağır kişi 20 ildən 

artıqdır ki, Kürün sahil meşələrindən birində gözətçidir. Meşədəki ən 

uca,  ən qoca palıdın 30-40 addımlığında bir koma düzəldib, həmin 

komada yaşayır və  hər gün qoca palıdla görüşür, hər dəqiqə onun 

hənirini duyur. Ona elə  gəlir ki, meşədə bircə bu ağacdır, bircə bu 

ağaca qulluq edir. Günlərin birində  qəflətən ağacın başında quru bir 

budaq görüb sarsılır. Çox keçmir, meşəçilik idarəsinin müdiri İdrisov 

”xəstədir”, - deyə, Dədə palıdı elektrik mişarına verir. Hər şey Bağırın 

gözlərində öz mənasını itirir və o, kənddəki yeganə evini də Piti 

Hamaza satıb heç kimlə ünsiyyət saxlamadan meşənin dərinliyində 

tənha yaşamaq qərarına gəlir...  

Tahir Hüseynovun ”Torpaq” povesti. Nemət müəllim öz 

ailəsi ilə şəhərdə yaşayır. Tez-tez kənd, evləri, ata-anası yadına düşür. 

Valideynlərinin övladlıq borcundan lazımınca çıxa bilmədiyi üçün hər 

dəfə onları xatırladıqca kədərlənir. Bir neçə il əvvəl qoca atası  vəfat 

etmiş, anasının isə hələ qırxı çıxmamışdır. Buna baxmayaraq, ailəsi və 

qohumları onu ata yurdunu dərhal satmağa məcbur edirlər. Bu fikir 

onu daha da kədərləndirir və sarsıdır. Kəndə - bacısı oğlunun toyuna 

gedərkən bir daha evlərini və  həyətlərini nəzərdən keçirir. Hər bir 

əşyada, gördüyü hər  şeydə anasının, atasının varlığını duyur. Necə 

eləmək olar ki, atasının çırağı sönməsin?! Bu ağır və üzüntülü 

duyğular içərisində ona daha artıq təzyiq göstərirlər. Qiymətini arvadı 

danışır və evi Fərman adlı köhnə bir qohumlarına satıb  şəhərə 

qayıdırlar...  

                                                           

*

 Èñè Ìÿëèêçàäÿíèí «Äÿäÿ  ïàëûä» («Àçÿðáàéúàí» æóðí., ¹ 5, 1980) âÿ Òàùèð 



Ùöñåéíîâóí  «Òîðïàã» («Àçÿðáàéúàí» æóðí., ¹ 10, 1980) ïîâåñòëÿðè ùàããûí-

äà. 



 48

Hər iki mövzu düşündürücü olmaqla yanaşı, yazıçı ideyası, 

müəllif qənaəti bir-birinə olduqca yaxındır. Bu əsərlər sinonim sözlər 

kimidir, bir ağacın qoşa budağına bənzəyirlər, həqiqi yazıçı 

duyğusunun orijinal təzahürləridir. Hiss olunur ki, İsi və Tahir və 

ümumən bu nəslin nümayəndələri dövrün problemlərini yaxşı bilir, 

yaxşılığa çağıran insanların tələbləri onları daha çox maraqlandırır.  

Şübhəsiz, bir ağacın - Dədə palıdın məhvi bir meşənin məhvi 

deyildi. Lakin bu, üzüyün ən parlaq qaşını itirmək, bədəni başdan 

eləmək kimidir. Dədə palıdın meşədəki həqiqi və rəmzi qiyməti bala 

palıdın sözləri ilə belə ifadə olunur: ”Niyə bizi başsız qoyub 

gedirsən?.. Bilmirsənmi küləklər saçımızı yolacaq, yağışlar donumuzu 

əynimizdən çıxaracaq, tufanlar qəddimizi əyəcək?” Bağır kimilər dün-

yanın qədimliyinə, əbədiliyinə Dədə palıdın sayəsində inanırlar. Lakin 

İdrisov Dədə palıdı elə soyuqqanlılıqla öldürür ki, onun azacıq 

təəssüfü belə hiss olunmur. Əksinə, hiss olunur ki, əgər kiçik mənfəət 

yolu olsa, belə palıdların çoxunu bir göz qırpımında güdaza verər...  

Eyni zamanda, şübhəsiz, Nemətin unudulmaz dədə yurdu ona 

qalmayacaqdı. Torpaq üzərində  əsrlərlə müxtəlif nəsillər olub. Lakin 

hər bir əşyasında ata-anasının nəfəsi duyulan bu evi niyə bu qədər tez 

başqasına verməlidir? Niyə ürəyi istəmədiyi natəmiz adamlar onun ata 

yurdunda addımlamalıdır? Bu suallar Nemətlə yanaşı, oxucunu da 

narahat edir, burada İdrisov qanısoyuqluğuna bənzər bir soyuq əl hiss 

olunur.  

Bəlkə İdrisovun dediyi kimi, Dədə palıd həqiqətən xəstə idi? 

Bəlkə onun xəstəliyi başqa palıdlara da sirayət edə bilərdi? Bəlkə onu 

elektrik mişarına verməkdə İdrisov haqlı idi? 

Dədə palıd xəstə deyildi. Biz onun dərdini Bağırın gözətçi 

yoldaşı Nurcabbarın  şirin ”nağıllar”ından öyrənirik. Dədə palıdın 

şikayətləri bu nağıllarda çox təsirli ifadə olunmuşdur. Dədə palıd 

üzünü bala palıda tutaraq deyir: ”Biləcəklər ki, mən susuzluğun 

ucbatından getdim, sizə su verəcəklər.” Heç olmasa, insanlar bunu 

başa düşüb  əməl edəydilər... Ana Kürün həsrətli  şikayətləri də  Dədə 

palıdın  əsil dərdini üzə  çıxarır: ”Ayaqlarım çidarlı, qollarım bağlı. 

Dodaqlarım Dədə palıdın kökünə çatmır. Dədə palıdın yanğısını 

söndürə bilmirəm. Quruyacaq Dədə palıd, ayaq üstə can verəcək...” 

Bəlkə Nemət müəllim də ata yurdunu labüd olaraq tez satmalı 

və  rədd etməli idi? Onsuz da evin bir çox yerlərində suvaq uçub 

tökülmüş, həyət-bacaya insan əli dəymədiyindən hər tərəfi kol-kos 

basmışdı. Lakin, şübhəsiz, bunlar Nemət müəllimi çıxılmaz vəziyyət-

də qoyan səbəblər deyildi. Özünün dediyi kimi, bunları yeznəsi 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə