Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə17/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   13   14   15   16   17   18   19   20   ...   185

 49

briqadir Pirəli asanlıqla həll edə bilərdi. Həyət-bacaya hərdən  əl 

gəzdirməklə onu qaydaya salmaq çətin deyildi. Bu evin çırağını 

Nemətin və Pirəlinin ürək qızdırdığı adamlardan biri yandıra bilərdi.  

Nə üçün ana Kürün dodaqları Dədə palıdın köklərinə çatmır? 

Doğrudur, Kürün keçmiş hay-harayı, ”özbaşınalıqları” qalmayıb. İndi 

o, bəndləri yarıb sahilləri basa bilmir. Kür suları nizamla paylanır və 

bu sularda Dədə palıdın da payı var; lakin İdrisov meşədəki böyük 

talada dirrik düzəltdirdikdən sonra Dədə palıdın payı özünə çatmır. 

Məlum olur ki, Dədə palıdı öldürən sərvət ehtirası, pula hərislikdir. 

Burada Piti Namaz obrazı  təsadüfən meydana çıxmır. Piti Namazla 

İdrisovun arasında gizli müqavilə var və o bu dirriyin pomidor-xiya-

rını öz furqonu ilə öz kababxanasına daşıyır; bu hesabdan gələn gəlir 

İdrisovun cibinə dolur. Dirriyi əkib-becərən, müftə yerə qabıqdan 

çıxan Bağır bu şeylərin mahiyyətini başa düşməsə də, bunları sadəcə 

olaraq İdrisovun ”təsərrüfatçılığı” kimi qiymətləndirsə də, Nurcabbar 

bu dirriyin və Piti Namazın bu dirriyə möhkəm ayaq açmasının 

nəticələrini aydın görür, Dədə palıdı öldürən səbəbləri incəliklərinə 

qədər dərk edir: ”Sən burada dirrik əkməsəydin, Namaz qoduq bu 

meşəyə dadanmazdı. Namazın ayağı dəyən yer qurumalıdı, küllü-küf 

olmalıdı...” Burada məsələ geniş qoyulur - Piti Namazların ticarəti 

olan yerdə Dədə palıdlar yaşaya bilməz! 

İdrisov yalnız bu dirrikdən gələn gəlirlə kifayətlənmir və belə 

nəfsin sahibi bununla kifayətlənə bilməzdi.  İdrisov meşənin məsul 

cavabdehi yox, indiki halda ağasıdır, sahibidir: ”...meşənin pisinə də, 

yaxşısına da cavabdeh İdrisovdur. İdrisov istəsə burada bostan əkdirər, 

istəsə  ağac kəsdirər, istəsə Kürün ağzını bura döndərər, istəsə Bağırı 

da, Nurcabbarı da bir günün içində işdən çıxardar.   Yəni Nur cabbar 

bilmir bunu? Lap yaxşı bilir. Bilir ki, bu meşədə səhərdən axşamadək 

gövşək vuran on səkkiz qoyunun dördü Bağırındı, on dördü İdrisovun. 

Üç inəyin biri Bağırındı, ikisi İdrisovun. Bu meşədə bir camış var, o 

da  İdrisovundu, Bağırın camışı  yoxdu.  On iki bal yeşiyinin ikisi 

Bağırındı, onu İdrisovun. Dirrik də onundu, a kişilər.” Bağır belə 

düşünür, belə deyir və gördüklərini, başa düşdüklərini deyir. Buradakı 

”istəsə Kürün ağzını bura döndərər” sözlərində  dərin məna 

gizlənmişdir. Demək,  İdrisov Kürdən də istədiyi kimi istifadə etmək 

iqtidarına malikdir və deməli, istəsə, dirriklə yanaşı, Dədə palıdı da su 

ilə  təmin edə bilər. Lakin bu onu əsla maraqlandırmır, qətiyyən dü-

şündürmür. Bu öz mənafeyinin qulu olan ”məsul”  şəxsin ictimai 

mənafeyə dəhşətli laqeydliyidir. Dədə palıdın ölümündən bir tükü də 

tərpənməyən  İdrisov meşədə saxladığı heyvanların üstündə zağ-zağ 



 50

əsir, doğmaqda olan düyəni Bağıra dəfələrlə tapşırır: ”Gözdə-qulaqda 

ol ha, birinci doğuşudu, tələf olar.” 

Deməli, Dədə palıdı öldürən  şəxsi mənafe, təmahkarlıq və 

dövlət işinə İdrisov kimilərin tükürpədən münasibətidir.  

Bəs Nemət müəllimi, hələ anasının qırxı  çıxmamış, evlərini, 

ata yurdunu satmağa məcbur edən nədir? - o evi ki, həyətə girən kimi, 

ona elə  gəlir ki, indicə göy qapı açılacaq, anası sinəsinə döyə-döyə 

özünü oğlunun üstünə atacaq; o həyəti ki, atası  dərhal kərkisini yerə 

qoyub qalxacaq, üst-başını  çırpa-çırpa talvarın altından oğluna 

yaxınlaşacaq...  

O, doğrudur ki, torpağın üstündə insan gəzməlidir; o, 

doğrudur ki, torpağa insan təri qarışmalıdır. Lakin bir müddət səbr 

etmək olmazdımı? Bu torpağı yaxşı əllərə tapşırmaq olmazdımı? 

Bu ev, bu torpaq Nemətin ailəsini - arvadını və uşaqlarını niyə 

bu qədər narahat edir? Onlar niyə səbirsizlik edirlər? 

Kənddən birbaş  şəhərə - Nemətgilə  gəlib evin ”yarıpulunu” 

gətirmiş Mehmanın - Nemətə ”əmi” deyən bu şəxsin təklifi arvad-uşa-

ğı  qızışdırır. Burada da, göründüyü üzrə, maddi cəhət həlledicidir. 

Nemət müəllimdir və ailəsini öz qazancı ilə saxlayır, təmiz dolandırır. 

Lakin onun arvadı  Şəfiqənin arzuları var: o da bəzi qonşuları kimi 

yaxşı geyinmək, uşaqlarını geyindirib-kecindirmək, onlar üçün cehiz 

hazırlamaq, maşında gəzmək, daha firavan yaşamaq arzusundadır. 

Şəfiqəni bu cür şeylər maraqlandırır və o, Nemətin öz ata-anası, doğ-

ma yurdları barədə  kədərli duyğularını  qətiyyət anlamır və anlamaq 

istəmir. Şəfiqə fürsəti əldən vermədən, müştəri var ikən bu işi sürətlə 

həll etməyi lazım bilir; bəzən  ərini o dərəcə  təhrik edir ki, Nemət - 

həmişə öz həyat yoldaşına ehtiramla yanaşan Nemət labüd olaraq ”yad 

qızıdır” deyə düşünür. Əgər bu təhrik, ailə danlaqları olmasa idi, bəlkə 

Nemət müəllim heç o evi satmazdı, pulsuz-pənəsiz,  kasıb  Əkbərin  

uşaqlarına bağışlardı. Bu, birinci və az əhəmiyyəti olmayan amildir. 

İkinci amil, əslində, birinci üçün əsas olmuş və onu qüvvətləndirmiş, 

qızışdırmışdır. Kənddə Nemətin bacısının əri Pirəlini dinc qoymurlar, 

hələ qoca arvad rəhmətə getməmiş, yüz yerdən bu evin sevdası 

başlanır. Kimlər bu yurda sahib olmaq istəyirlər? Pirəli bir-bir sayır: 

Səmədin oğlu Mehman, topal Cəfərqulu, Kərimoğlulardan bığlı 

Məmməd, kosa Qələndər, Allahverdi kişi, bankasatan Zeynal və s. 

Lakin Nemət əlacsız qalıb evi satmalı olsa da, bunların heç birinə bu 

yurdu vermək istəmir, razı olmur ki, oğurluqla dolanan topal 

Cəfərqulu, heç kəsin yaxşı gününü görmək istəməyən bığlı Məmməd, 

imzasız məktubları ilə yaxşı adamların ürəyini partladıb öldürən və 



 51

bundan bir qazanc mənbəyi kimi istifadə edən kosa Qələndər, sələmçi 

Allahverdi kişi, bankasatan Zeynal onun ata yurduna ayaq bassınlar. 

O, bu yurdu qardaş kimi sevdiyi qonşusu  Əkbərə vermək istəyir. 

Lakin arvadının dediyi qiyməti  Əkbər ödəyə bilmir. Torpağın  əsl 

sahibi onu ala bilmir. Müqəddəs saydığı ata yurduna əyri yollarla 

sərvət qazananlar, natəmiz adamlar  sahib olurlar. Bəlkə  də salam 

vermədiyi bu adamlara ata yurdunu niyə verməlidir? 

Artıq bildiyimiz kimi, Nemətin valideynləri yoxdur, ona görə 

də bu evin satılması barədə söz-söhbət, vaxtından çox tez olsa da, bir 

qədər təbiidir. Lakin ”Dədə palıd”da Piti Namaz hələ Bağırın axırını 

gözləmədən onun evini, həyətini ələ keçirmək istəyir.  

Piti Namaz elə bir şəxsdir ki, puldan ötrü ”anasının əmcəyini 

kəsər”. Özünün dediyi kimi, ”vojunu buraxsan, samalyot alar.” 

Təzə meşənin girəcəyində kababxana tikdirəndən sonra 

əvvəlki kasıb Namazdan əsər-əlamət qalmır. Kababxananın ağ tüstüsü 

kabab iyini uzaqlara aparır, ”camaatı boğazlayıb” kababxanaya dartır. 

Tədricən bu tüstü geniş eyvanlı, üstü şiferli, ikimərtəbəli ev olur, daş 

qaraj olur, təptəzə maşın olur. Bu tüstü Piti Namazı qucağına alıb 

qaldırır göyün yeddinci qatına.  

Bağırın səliqəli evi, həyəti ilə Piti Namazın evini kiçik bir barı 

ayırır. Bağırı qorxudan budur ki, bir gün Namaz öz enli sinəsi ilə bu 

barını uçurub, onun yurdunu öz yurduna qatar. Ona görə  də evi ona 

satmaq barədə Piti Namazın təklifini eşitdikdə iflic vurmuş kimi olur.  

Bağırın  ailəsində də Nemətin ailəsindəki  amillər  güclüdür.  

Bağırın yeganə qızı Nazlı Bakıda ərdədir.  Əri  Müzəffər və qızı Tün-

zalə  ilə  kiçik bir otaqda kirayədə yaşayırlar. Elə bir otaqda  ki,  

meşədə,  dəhşətli  ağcaqanadların  qulaqbatırıcı    səsi və    dəhşətli  

neştəri altında şirin-şirin yatan Bağır  bu otaqda bir  gecə yata  bilmir. 

Piti Namaz  kəndə  gəlmiş Nazlının bu vəziyyətini bildiyi üçün onu 

şirnikdirir, bu evi ikiqat qiymətə almağa hazır olduğunu bildirir.  

Nazlı da evi satmaq təklifini müdafiə edir. Həm də bu iş baş 

tutmasa, bu evi satıb bir qədər pul əldə edərək kooperativə yazıla 

bilməsə, ailələrinin dağılacağını, Müzəffərdən ayrılacağını, 

Tünzalənin yetim qalacağını söylədikdə, doğma övladın necə amansız 

olduğunu düşünən Bağıra elə  gəlir ki, qarşısındakı öz qızı deyil, Piti 

Namazdır, cildini dəyişib durub onun gözlərinin qabağında.  

Göründüyü kimi, dərdlər eynidir. Nemətin ailəsi yaşayış 

imkanlarını Nemətin sahibsiz ata yurdu hesabına genişləndirmək 

istədiyi kimi, Piti Namazın pullarına ağzı sulanan Nazlı da öz atasını 

diri-diri çölə atmaq, yurdunu haram pullara dəyişmək istəyir və hər iki 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə