Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə12/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   8   9   10   11   12   13   14   15   ...   185

 37

bu cür tələffüzü elmi cəhətdən düzgün hesab edirlər. Bu, 

C.Məmmədquluzadənin istəklərinə  də tamamilə uyğundur: ”Mən 

ölüm, ay Əhməd Fitrət, o yediyin balığın adını ata-ananız balıx qoyub, 

sən də elə balıx de, balıq demə.”  

Bu cür sözlərin imlasına gəlincə, başqa bir məsələ ortaya çıxır. 

Bir az əvvəl deyildiyi kimi, belə sözlərin sonunda ”q” yazılır və 

məktəb dərsliklərində söz sonundakı ”q”-nin iki sait arasında ”ğ”-yə 

keçməsindən danışılır. Həm ”q”, həm də  ”ğ” cingiltili sammit 

işarəsidir. Belə olduqda, bir cingiltili samitin başqa bir cingiltili samitə 

keçməsinin (q > ğ) nə mənası varmış? Başqa samitlərdə belə bir hal, 

belə bir qanunauyğunluq müşahidə olunmur.  

Dilimizdə  cingiltiləşmə  adlanan  möhkəm bir  qanun vardır  

və  bu qanuna  əsasən bəzi  çoxhecalı sözlərin  sonunda  işlənən  b, d, 



c, z  səsləri  bir  qədər karlaşmış  tələffüz  edilir,  lakin əlverişli  şəraitə 

- iki  sait arasına düşdükdə öz əslinə qayıdır, cingiltili əslini bərpa 

edir. Bu qanuna əsasən, fərz edək ki, balıq, papaq, otaq... sözlərinin 

sonundakı ”q” karlaşmış ”k” səsidir (Əhməd Fitrət məhz bu cür iddia 

edir) və bu səs qayda üzrə iki sait arasında yenə cingiltiləşə bilər. 

Cingiltiləşmə ilə əlaqədar belə bir qanunauyğunluq da var ki, hər bir 

karlaşmış səs cingiltiləşərkən başqa səsə deyil, mütləq onunla məxrəc 

etibarilə eyni olan səsə - öz cingiltili qarşılığına (məsələn: t - d-yə, ç 



c-yə  və s.) çevrilməlidir. Lakin ”balıq” sözünün sonundakı ”q” səsi 

sanki bu qanuna tabe olmur. Əgər burada həqiqətən ”q” karlaşsa idi, 

əlverişli şəraitdə yenidən ”q” səsinə çevrilməli, ”ğ”-yə keçməməli idi; 

çünki ”q” və ”ğ” tamamilə başqa məxrəcli səslərdir: ”q” dilarxası, ”ğ” 

dildibi-boğaz samitidir; birincisi kipləşən, ikincisi sürtünəndir. 

Dilarxası samitin dildibi-boğaz samitinə çevrilməsi qanunauyğun 

deyildir.  

Əgər biz də böyük ədibimiz C. Məmmədquluzadə kimi, canlı 

tələffüzü, ümumxalq ifadə  tərzini, nəhayət, orfoepik tələffüzü  əsas 

götürsək, məsələ asanlıqla həll edilmiş olar: balıq, papaq, otaq... 

sözlərini hamı  balıx, papax, otax...  şəklində  tələffüz edir və bu cür 

tələffüz orfoepik cəhətdən düzgün hesab olunur. ”X” səsinin cingiltili 

qarşılığı  ”ğ”-dir. Sürtünən səs olduğundan ”x”-nin tələffüzü zamanı 

”k”-ya nisbətən nitq aparatı asan işləyir və buna görə də ”balıq” tipli 

sözlərin sonunda bir qayda olaraq ”x” tələffüz olunur. Xalis 

Azərbaycan sözlərində söz sonunda ”x”-nin ”ğ”-yə keçməsi isə 

tamamilə  təbii və qanunauyğundur. Bütün bunlar göstərir ki, ”x” ilə 

tələffüz edilən və bu cür tələffüzü hər cəhətdən doğru sayılan bir səsin 

imlasını müəyyən  şəraitdə - ”balıq” tipli sözlərin sonunda tarixi-



 38

ənənəvi prinsipə görə ”q” ilə sabitləşdirmiş olsaq da, əsl mahiyyət 

canlı xalq dilində C.Məmmədquluzadənin müşahidə etdiyi şəkildə 

qalır və böyük ədibin həqiqəti müşahidə qabiliyyətinin son dərəcə 

güclü olduğunu bir daha sübut edir.  

 

”Şeir  bülbülləri”ndə kosmopolit  ziyalılar,  milli heysiyyətini  



itirmiş anlaşılmaz şeir  həvəskarları  satira  atəşinə  tutulmuşdur.  Mü-

əllif o ziyalıların nadanlığına gülür ki, onlar Azərbaycan  xalqının  ru-

huna yabançıdır,  ərəb, fars, osmanlı dili və  ədəbiyyatını  zorla  

Azərbaycan  mədəniyyətinə calamaq istəyirlər, o ziyalıları ifşa edir ki, 

onlar xalq üçün real əhəmiyyəti olmayan, real zəminlə bağlanmayan, 

dili qəliz ərəb, fars söz və tərkibləri  ilə  doldurulduğundan xalqın  an-

lamadığı bayağı şeir  nümunələrinin aşiqidirlər,  təbliğatçısıdırlar.  Bu 

cür tənqid kök  etibarilə  M.F.Axundovun estetik görüşləri ilə bağ-

lanır. C. Məmmədquluzadə  də öz böyük ustadı kimi, ədəbiyyatı real 

həyatla bağlamaq, onun dilini sadələşdirmək, xəlqiləşdirmək, xalqın 

həqiqi xidmət vasitəsinə çevirmək istəyirdi. Buna görə  də  əsərdə 

məzmunsuz, ideyasız, forma və dil etibarilə xalq ruhuna yabançı olan 

şairlər və onların  şeirləri məsxərəyə qoyulur. Ədibin adını  çəkmək 

istəmədiyi ”köhnə dostu” ”qüdəmayi-şüərayi-Azərbaycan Yeldainin 

divanı”nı  və ”cahiliyyə  əsrinin girənbaha  şairi” Səqərül-Qadirinin 

”Məcməün-nəbiqə”  əsərini tapıb baha qiymətə aldığı üçün olduqca 

sevinir. ”Şeir bülbülləri” də bunlardır. Nə  təhkiyəçi-ədib, nə  də  şeir 

bülbülləri aşiqinin texnikom tələbəsi olan oğlu və arvadı bu şeirlərdən 

baş açırlar. Amma ədibin köhnə dostu oxuyur və ”ağzının köpüyü 

stəkan-nəlbəkiyə  sıçraya-sıçraya” tərifləyir: ”Pəh-pəh! Nə  qədər 

məziyyət! Zalım oğlu qiyamət eləyib! 

 

  



Sima tühaf, nə yəşanir, olubdu xəlhə dilbər,  

  

Ümuri-ğərb zəraf nə kar-kur səfihan.  



 

... Demək, burada ”ğərb” kəlməsi ”ğayın”ın fəthi ilə soğan 

qabığını  məna edir, ”ğayın”ın zəmmi ilə haman gül ağacıdır ki, şair 

onun qönçələrini öz yarına ehda etmək istəyir. ” 

Bütün hekayə ev yiyəsinin oxuduğu bu cür şeirlərin 

mənasızlığının satirik ifşası üzərində qurulmuşdur. Yazıçı demək 

istəyir ki, Yeldai və  Səqərül-Qadiri kimi şairlər çoxdan ərəbləşiblər, 

onlar bizim xalqa heç nə verməyiblər və verə də bilməzlər.  

Ədib gözlənilməz qarşılaşdırma üsulundan istifadə edərək

qonşu otaqda eşidilən gözəl xalq nağılını  ”Şeir bülbülləri”nə qarşı 




 39

qoyur, bu nağılın şirin dili Yeldaini də, Səqərül-Qadirini də unutdurur 

- bu cəhət dil və məzmun məsələsidir. Evdə qəflətən işıq sönür və şeir 

dəlisinin oğlu işıqları düzəltdikdən sonra eyhamla deyir: ”Hə, dədə, nə 

olar ki, bir dəfə də bu çıraqları sənin o qəribə şairlərin yandıralar” - bu 

isə Yeldai və  Səqərül-Qadirinin cəmiyyətin indiki inkişafı üçün heç 

bir praktik qiymətə malik olmadığının sübutu üçündür. Bütün bunlar 

göstərir ki, feodal ətalətinə səbəb olan ”şeir nəşəsi” və yabançı şeir dili 

Mirzə  Cəlilin  ən çox nifrət bəslədiyi və daim satira qüvvəsi ilə yox 

etmək istədiyi mənəvi bəlalardandır.  

 

 

İndi milli ədəbi dilimizin çox mühüm cəhətlərindən biri onun 



canlı xalq dilinə son dərəcə yaxınlığıdır. Xalqımız, bu sahədəki 

xidmətlərinə görə, Mirzə Cəlili həmişə olduğu kimi, anadan olmasının 

yüz illiyi günlərində də hörmətlə yad edir.  

 

1967 

”DƏLİ  KÜR”ÜN  DİLİ 

 

”Ayrılan yollar” və ”Dəli Kür” romanları yazılanda Azərbay-



can ədəbiyyatının A. Bakıxanov və M.F.Axundovla başlayan, N.Nəri-

manov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, M.S.Ordubadi kimi 

görkəmli sənətkarlar tərəfindən varlığı ölməz əsərlərlə əsaslandırılan, 

S.Rəhimov, H.Mehdi, M.İbrahimov,  Ə.Əbülhəsən,  Ə.Vəliyev və 

başqalarından ibarət böyük bir nəslin istedad və əməyi sayəsində hər 

tərəfə qol-qanad açan, dünya mədəniyyəti xəzinəsinə daxil ola bilən 

çox zəngin nəsr ənənəsi var idi. Bu ənənə artıq bədii dilin çoxcəhətli 

və geniş imkanlara malik olan nəsr üslubunu formalaşdırmış, 

cilalamışdı.  İ.Şıxlını bir yazıçı kimi ədəbiyyat tarixinə daxil edən 

romanların meydana çıxdığı dövrdən hələ çox əvvəl bədii dil 

normalaşmış və sabitləşmiş milli dil əsasında inkişaf edirdi. XX əsrin 

birinci rübündəki kəskin və təzadlı üslub fərqləri, yad dillərin təsiri ilə 

yaranmış müxtəlif təmayüllər tamamilə aradan çıxmış, çoxdan yox 

olmuşdu. Ona görə də indiki yaşlı nəsil ilə İ.Şıxlının daxil olduğu orta 

nəsil yazıçılarının üslubunda çox qabarıq fərqlər axtarmaq lazım 

gəlmir. Lakin bu, heç də hər bir orijinal yazıçıya məxsus fərdi üslubun 

inkarı demək deyildir. Orijinal yaradıcılıq yoluna malik olan İ.Şıxlını 

nəsr ustalarımızdan fərqləndirən, ayıran fərdi cəhətlər çoxdur. Onun 

özünə məxsus ifadə tərzi, öz mövzuları və öz təsvir üsulu vardır. Diq-

qətli oxucu onun qələminin məhsulu olan romanları başqa 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə