Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə10/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   6   7   8   9   10   11   12   13   ...   185

 31

əzabı qorxusundan tamamilə məhrumdurlar. Belələrinin xalqdan çox-

çox uzaq olduğunu göstərən dramaturq pyesdə xalq dilini bütün 

təbiiliyi, sadəliyi,  şirinliyi və  zənginliyi ilə qoruyub saxlayan sadə 

zəhmət adamlarının obrazlarını yaratmışdır.  

Çobanların dili qardaşların və onların həmkarlarının dili ilə 

qarşılaşdırılmış, canlı xalq dilinin ifadəliliyi, sadəliyi onların ağır və 

qarışıq dilinə qarşı qoyulmuşdur. C.Məmmədquluzadənin öz ifadəsi 

ilə desək, bu ”qatış-bulaş dil”ə çobanlar meyil etmir, onu başa düşmür 

və başa düşmək istəmirlər. Qurbanın Aslan bəyə dediyi: ”Bir də səni 

and verirəm allaha, biznən elə danış ki, başa düşək” sözləri pyesə 

təsadüfən daxil edilməmişdir. Ana da, Gülbahar da yalnız çobanların 

dilini başa düşür və onların danışığından ləzzət alırlar. Bərk xəstə olan 

ananın vəziyyətini yüngülləşdirmək üçün Gülbahar çobanların danış-

masını xahiş edir. O, çobanların dilinə anaya şəfaverici bir məlhəm 

kimi baxır. Bu o deməkdir ki, ananın xəstəliyinin dərmanı bulaq suyu 

kimi təmiz, saf, duru və şəffaf, asan və aydın xalq dilidir, çünki onun 

xəstəliyinin səbəbi də dildir — oğlanlarının mübtəla olduğu, hər 

dəqiqə işlətdiyi və ananın başa düşmədiyi qarışıq dil! 

Bəzən qeyd edirlər ki, çobanların təsviri ilə dramaturq pa-

triarxal keçmişi, çoban məişətini yaşadığı dövrdən üstün tutmuşdur.  

Bu  fikir  tamamilə yanlışdır. Çoban  surətlərini ədib xüsusi məqsədlə 

yaratmış  və  şüurlu olaraq bu cür işləmişdir. Məlumdur ki, pyesdəki 

hadisələrin cərəyan etdiyi dövrdə sadə xalq dilində yazmaq böyük 

cürət və uzaqgörənlik tələb edirdi. Çünki bir sıra qəzet və jurnalların 

əsas  şüarı belə idi: ”Dünyada heç bir zaman heç bir millətin 

ədəbiyyatı, lisani-ədəbisi çoban, əkinçi lisanı olmamışdır.”

1

 C. 



Məmmədquluzadə də məhz bu cür ideya ilə mübarizə üçün çobanların 

surətini yaratmışdır. Çobanlar xalqın, zəhmətkeş insanların 

nümayəndəsi, çoban dili isə həqiqi xalq dili kimi verilmişdir.  

Çobanların pyesdəki mövqeyi ədibin nikbinliyi ilə əlaqədardır. 

Bununla  ədib demək istəyir ki, müxtəlif qrup və  təbəqələr ana dilini 

zibilləməyə  və korlamağa çalışsalar da, geniş kütlə öz dilini qoruyur 

və yaşadır. Çobanların mahnısındakı ”Dərs almayıb, haqdı ki, heç 

birimiz”, ”Qardaşlıqda vəfalıdır çobanlar”, ”Niyyəti çünki alidir ço-

banlar” misraları onların burjua, mülkədar və ruhani nümayəndələrinə 

tamamilə  əks mövqedə durduqlarını göstərmək üçündür: zəhmətkeş 

xalqın nümayəndələri (və beləliklə  əsl xalq) müxtəlif  şəhərlərdə ali 

təhsil ala bilməsələr də, ”qardaşlıqda vəfalıdır”, dilə, milli 

                                                           

1

  «Ôöéóçàò»,1907, ¹ 21. 




 32

mədəniyyətə, milli bütövlüyə münasibətdə ”niyyətləri alidir” və 

kütlənin bu cür nümayəndələri bir-birini yaxşı başa düşür.  

Əsər son dərəcə tendensiyalıdır. Pyesin pafosu komik yolla 

açılır və dramaturqun birlik, mədəniyyət və dil məsələlərinə bu qədər 

aydın nəzərlə baxması onun böyüklüyünü bir daha təsdiq edir.  

Milli qurtuluş  və ana dili mövzusu C.Məmmədquluzadənin 

”Dəli yığıncağı” (1927) pyesində də kəskin satirik planda işlənmişdir. 

Pyesdəki hadisələr Cənubi Azərbaycanda cərəyan edir. Ana dilinə 

münasibətdə  tənqid və ifşa hədəfi  şəhər hakimi həzrət  Əşrəf, onun 

dəliləri sağaltmaq üçün gətirdiyi həkim Lalbyuz və  şəhərin mötəbər 

hacılarıdır. Həzrət Əşrəf yerli xalqın - azərbaycanlıların dilində bircə 

”pul” sözünü bilir. Onun pyesdə ilk və son sözü də ”pul”dur. Həzrət 

Əşrəfin bu dildən və bu dildə danışanlardan zəhləsi gedir. Ümumən 

həzrət Əşrəflə bağlı epizodlar sarkazmlarla doludur.  

”H a c ı  N a y i b. (Üzü camaata) Hacılar, burada bir vacib  

məsələ  var ki, ondan ötəri  də həzrət  Əşrəf  sizi buraya  dəvət  edib,  

amma and verirəm  sizi uzun qollu həzrət Abbasa, burada, əgər müm-

künsə, türkcə danışmayaq, çünki həzrət  Əşrəfin mənə qeyzi tutur.  

H a c ı  C ə f ə r   K  o m p a n i (Hacı Nayibə). Hacı ağa, and 

verirəm səni pənctəni-ali-əbayə, bu dəfəliyə bizi əfv buyurunuz və 

mətləbi bizim dildə bəyan ediniz ki, başa düşək; çünki necə də ki, sizə 

məlumdur, həzrət  Əşrəf fərmayiş etdikləri dilə biz heç birimiz aşina 

deyilik (Qorxusundan bir qədər yavaş deyir). Doğrusu, hacı  ağa, 

peyğəmbərə and olsun, həzrət  Əşrəfin xidmətində bundan sonra heç 

danışmayaq, heç danışmayaq (sağ əlini basır ağzına).  

H a c ı  M ə h ə m m ə d ə l i.  Heç danışmayaq, heç danışma-

yaq (Bu da əlini ağzına basır).  

H a c ı   X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq 

(Bu da əlini ağzına basır).” 

Həzrət  Əşrəfin simasında Mirzə  Cəlil xalqın dilinə  və 

mədəniyyətinə  həqarətlə baxan, ”pul, pul” deyə  mənliyinin yalnız 

sərvətlə bağlı olduğunu göstərən hakimlərin tipik sarkastik obrazını 

yaratmışdır. Varlı və ”mötəbər” hacılar - tacirlər tülkü kimi qorxaq və 

yaltaq adamlardır. Həzrət Əşrəfin onlara həqarətlə baxdığını görsələr, 

bilsələr də, səslərini çıxarmaq iqtidarında deyillər,  əksinə,  əllərini 

ağızlarına basaraq danışmayacaqlarını  əhd edirlər. Dəliləri sağaltmaq 

üçün çağırılmış həkim Lalbyuz da yerli camaatın dilini bilmir. Bəs o, 

ruhi xəstəliyə tutulmuş adamlara - dəlilərə necə kömək edəcək? 

Onların  şikayətlərini necə dinləyəcək? - bu kimi suallar hacıları az 

maraqlandırır, onlar dili bilib-bilməməkdə bir şey görmürlər. Hacıların 



 33

bu işə münasibəti mürgüləyən adamın münasibəti mənziləsindədir. 

Əsərdə hacıların laqeydliyi, riyakarlığı, maymaqlığı komik yolla 

böyük faciəvilik ifadə edir. Hacı Məhəmmədəli kimi tək-tək adamların 

şübhə və təəccübü belə bir qaranlıq mühitdə heç bir iş görə bilmir:  

”H a c ı  M ə h ə m m ə d ə l i.  …həkim bax buna deyərlər ey! 

Amma heyf ki, deyəsən, bizim dili yaxşı bilmir.  

H a c ı   C ə f ə r.  Yəni, hacı ağa, nə eybi var ki, bilmir? 

H a c ı   X u d a v e r d i. Yəni, hacı ağa, bizim dildə nə mətləb 

var ki, onu bilsin, ya bilməsin? Biləndə nə olacaq, bilməyəndə nə ola-

caq? 

H a c ı  M ə h ə m m ə d ə l i (hacılara). Hacı ağa, and olsun 



allaha, mən ona təəccüb eləyirəm ki, bu zalım oğlu bizim dili bilməyə-

bilməyə, dəlilərə necə müalicə edəcək?.. Burada dəlinin əhvalını yox-

lamaq məsələsi var...  

H a c ı  N a y i b. Yəni hacı Məhəmmədəli ağa, dili bilməkdə,  

ya bilməməkdə  bir  mətləb yoxdur. Odur, həzrət Əşrəf də bizim dili 

bilmir; indi görək bunun bilməməyinin kimə nə zərəri var?. .  

H a c ı  M ə h ə m m ə d ə l i. Xeyr, məni əfv buyurasınız, hacı 

ağa! Həzrət  Əşrəfin işi bir özgədir: o, hakimdi, onun vəzifəsi ancaq 

əmr etməkdi, çığırıb-bağırmaqdı ki, burada bir özgə dili bilmək  əsla 

lazım deyil; amma həkim bir az bilsə, nə eybi var?. .” 

Göründüyü kimi, hər bir replika repartyorun təfəkkürünü, 

məsləkini, hər şey bir yana, milli dilə dəhşətli laqeydliyini güzgü kimi 

göstərir. ”Yəni bizim dili bilsə nə olacaq, bilməsə nə olacaq” sözləri, 

doğrudan, ticarət işçisinin dilə  də ticarət  əşyası kimi baxdığını, be-

lələrinin öz ticarətlərindən başqa heç nə düşünmədiklərini sübut edir. 

Dəhşətli burasıdır ki, belələri həm də millətin müqəddəratını  həll 

edənlərdir, hakimlərə daha yaxın olanlardır. Lalbyuz cibində lüğət 

gəzdirir. Lüğətdən öyrəndiyi tək-tək sözləri təhrif olunmuş  şəkildə 

tələffüz edir. Hiss olunur ki, bu dil, bu ruh onun təbiətinə tamamilə 

yaddır. Çox çətinliklə qurduğu ”Sənin ad nə?” cümləsini dəlilər lağa 

qoyur, onu öz yanında yamsılamağa başlayırlar. Pyesin sonunda Lal-

byuz daha gülünc vəziyyətə düşür, dəlilərlə  ağıllıları ayıra bilmir. 

Dəlilərdən Cinni Mustafanın yumruğunu göstərərək dediyi: ”Hə, belə 

məəttəl qalarsan!.. Sən həpənd də bizim dilimizi bilməyə-bilməyə 

dəliliyə müalicə eləmək xəyalına düşübsən” sözləri Lalbyuza verilən 

qiyməti bir növ yekunlaşdırır. Həzrət Əşrəfin və Lalbyuzun simasında 

xalqın dərdinə  əlac eləmək iqtidarına malik olmayan, xalqdan çox 

uzaq olan hakim və  həkimlər ifşa edilmişdir. Hakimin ”çığırıb-ba-

ğırmaqdan” və pul yığmaqdan başqa heç bir işi olmadığı kimi, Lal-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə