79
emosional təsvirində çətinlik çəkmir. Şivə leksikası yazıçının daha çox
köməyinə gəlir. Romanın dilində bir sıra qeyri-ədəbi dil vasitələri
nəzərə çarpır. Bunların əksəriyyəti şivə sözlərindən ibarətdir. Bunlar
onu göstərir ki, ümumxalq dili çox zəngindir, biz hələ ədəbi dilə az
şey gətirmişik, şivələrimizdə çox qalın xam lay yatır, bunları
tərpətmək, hərəkətə gətirmək lazımdır, onun sıradan çıxmasına,
unudulmasına imkan vermək olmaz. Hətta ədəbi dildə işlənməsi lazım
gəlməsə də, incə, spesifik məsələlərin, etnoqrafik cizgilərin təsvirində
bunlar lazımdır; bunları ən azı dialektoloji lüğətlərə toplamalıyıq.
Düzdür, belə sözlərdən V.Babanlı yeri gəldikdə öz təhkiyə dilində də
istifadə edir, müəllifin təhkiyə dili o qədər də ”təmiz” deyil, lakin bu
cür sözlər, təbii ki, daha çox obraz dilindədir. ”Aradan bir az keçmiş,
dolu seyrəldi. Göylərin inilti-xırıltısı uzaqlaşdı. Çən-çərmə çəkildi.
Tezliklə günəş də buludlardan sıyrılıb çıxdı. Göy qurşağı üfüqdən-
üfüqə kəmənd atdı, yeddi rəngli nəhəng bir çevrə cızdı. Üst-üstə
qalanmış dolu dənələri al şəfəqlərdə şüşə muncuqlar kimi, əvvəlcə
ulduz-ulduz parıldaşdı, sonra sürətlə əriyib kiçildi, suya dönüb
çəhlimlərlə şırıl-şırıl dərəyə axdı...” Yazıçının təhkiyə dilindən olan bu
parçada ”çən-çərmə” və ”çəhlim” sözləri müstəsna olmaqla, qalan
material ədəbi dilə məxsusdur. Yazıçı ”çən-çərmə” sözünü işlətməyə
bilərdi, sadəcə olaraq ”çən çəkildi” də deyə bilərdi, lakin ”çən-çərmə”
sözündə anlayış daha genişdir, bu sözdə çənlə birlikdə mühiti çulğa-
mış başqa şeylər də düşünülür, nəticədə məzmun zənginləşmiş olur;
”çəhlim” sözü isə yol, iz mənasındadır, lakin təsvir üçün - dolunun,
buzun əri- yib axdığı yerləri dəqiq təsəvvür etmək üçün, həm də
emosionallıq üçün bu söz yararlı bir leksik vahiddir. Obrazların
dilində belə sözlər daha çoxdur. Bunların bir qismi maraqlı fellərdən
ibarətdir: cırımlamaq (”curumlamaq” da deyilir, əti şişə taxmaq üçün
doğramaq forması), anşırmaq (müəyyənləşdirə bilmək), mısmaq (sakit
oturmaq; başqa şivələrdə basıb yemək mənasında), batqınlamaq (səsi
batmaq), şeşmərlənmək (üstünə qalxmaq), qomarğalamaq (qomar-
lamaq), irdələmək (irisini seçmək), qırcışmaq (itin ağız-burnunun
aldığı qəzəbli şəkil), hövüllənmək (qorxmaq),qısqanmaq (qorx-
maq),xırpıtmaq (birdən, bir dəfəyə kəsmək), küməşdirmək (üyüşmək),
bordamaq (kökəlmək), oyalanmaq (yanıb-yaxılmaq), tasalanmaq (na-
rahat olmaq, pis olmaq), dimriklənmək (dirçəlmək, dikəlmək,
gözəgəlimli olmaq), üşürgələnmək (titrəmək), qovşurulmaq, umaxşı-
maq, evkəşmək (kallaşmaq), tüyünmək (vurnuxmaq) və s. Romanın
dilində sus-pus düşmək (sakit olmaq), sayrı düşmək (xəstələnmək),
təhnizini götürmək (sözünə dözmək), salıx vermək (nişan vermək),
80
həsbi-hal olmaq (halı dəyişmək) kimi səciyyəvi feli frazeoloji vahidlər
də vardır. Bunlardan əlavə, asırğal (ot adı), arğaz (arıq, uzun), idim
(təhər-töhür), şeşmər (dik), mayıf (şikəst), öyüncəklik (sevincəklik),
ifallı (hallı, xasiyyətli), ödək (əvəz, ödəmək felindən), qax-qurut
(əriyib-arıqlamış), sürüngəl (yavaş yeriş), zıvırdış (qanacaqsız),
pələsəng (səpələnmiş), danbat (lovğa), şahraz (diri?), bələn (məsafə,
ölçü), qüttəbər (özündən razı) və s. kimi saysız şivə sözləri müxtəlif
obrazların, bəzən də müəllifin öz dilində işlənmişdir. Müəllif əsərdə
Xeyri kişinin dilini xüsusi tipikləşdirməyə çalışıb. Xeyri kişi sözləri
bu cür tələffüz edir: qoruxdu, qavağına, çovan, istəkan, yoxsam,
qırılıf, isdansın, gözdərini, azarlasax, işdəri korlamışıx, onnar, uşax-
larınnan muğayat olmax, burunnarı, dərinnən, usdasıdı, imtağana
çəkdi, tezdikcən və s. Görünür, müəllif bunların hamısını şivə
xüsusiyyəti sayır və ona görə də Xeyri kişinin nitqini bu cür transkrip-
siya etmişdir. Həm də pis cəhət budur ki, Xeyri kişi əsas obrazlardan
biri olduğu üçün çox danışır və həmişə də belə - bezdirici. Əslində,
bunlardan ilk altı sözü spesifik şivə tələffüzünə əsasən tipikləşdirmə
vasitəsi kimi götürmək olardı. Qalan sözlərin əksəriyyəti ədəbi
tələffüzün transkripsiyasından ibarətdir. Əsər yenidən çap olunarkən
bunların çoxu islah olunmalıdır.
V.Babanlı bu romanda etnoqrafik məsələlərə geniş yer verdiyi
kimi, obrazların nitqini fərdiləşdirmə prosesində şivə tələffüzünə və
şivə leksikasına da geniş yer vermişdir. Roman kitab halında çap olu-
narkən məzmununu dərinləşdirmək, dilini səlisləşdirmək mümkündür.
Bir çox cəhətdən faydalı olan bu əsər qoyunçuluq təsərrüfatı ilə bağlı
bir sıra etnoqrafik xüsusiyyətləri mühafizə edib gələcək nəslə çatdır-
maq baxımından da faydalıdır.
1983
81
DAŞ EVLƏRİN SAKİNLƏRİ
Seyran Səxavətin ”Daş evlər” romanında varlığa komik mü-
nasibət ön plandadır. Əsərin pafosu komik yolla açılmasa da, romanda
komizmdən bədiilik prinsipi kimi geniş istifadə edilmişdir.
Roman bir məhəllədə, köhnə daş evlərdə yaşayan adamların
sərgüzəştlərindən bəhs edir. Böyük, qollu-qanadlı bir tut ağacının
ətrafına toplanmış bu alçaq evləri yeni doqquzmərtəbəli evlər hər
tərəfdən sıxışdırmış, onların səmasını daraltmış, ulduzlarını azaltmış-
dır.
Müəllif daş evlərin həyatını, güzəranını təsvir etməklə, bir mə-
həllədə məskən salmış müxtəlif insanların işi, əməli, xasiyyəti, dün-
yaya, varlığa, cəmiyyətə, insanlara münasibəti, dost və ya tanış ol-
duqları insanların səciyyəsi barədə məlumat verir, ovuc içi kimi balaca
səmanın altında zahirən sakit, fağır, dinməz görünən bu adamların
dərdlərini, daxili təlatümlərini, psixologiyasını açıb göstərir. Bunların
içərisində haqqı, ədaləti, namusu, qeyrəti, insanlığı, zəhməti, yeninin
və göhnənin yaxşı cəhətlərini sevən, qiymətləndirən Fərhad kişi,
Əsgərzadə, Reyhan, Akif kimiləri də var, Çanko, Bariton kimi insana
düşmən olanlar və Şükufə, Rufa, Salman, Gülağa kimi tora düşənlər,
zəif iradəlilər də.
Əsərin yarım səhifəlik yığcam girişində yazıçı bir neçə kəlmə
ilə daş evlərdə yaşayanların xarakterinin əsas cizgilərini
ümumiləşdirməyə çalışmışdır.
Hadisələrdən aydın olur ki, Çanko-Çankayşi (Xankişi Xank-
işiyev), Bariton (Bəbəş), Bobbi (Mürsəl), Baro (Bəsirə), Xampoş və
başqaları İttifaq miqyasında xüsusi əməliyyatla məşğuldurlar və mil-
yonlar götürürlər. Yapon səfirliyi ilə əlaqə yaradıb yapon malları alıb
satırlar, soraqları gah Moskvadan, gah Odessadan, gah Tartudan, gah
Bakıdan gəlir, daş evlərdə yaşayanların müsibət və bəlaları aşkar və ya
gizli şəkildə bu dəstə ilə bağlıdır. Daş evlərin sakini Salmanın qulağını
kəsmək istəyən həmin bu Çankodur. Çanko bandanın başçısıdır. O,
pul gücünə Şükufəni də bandanın işinə cəlb etmişdir, ona Mərdəkanda
cənnət kimi bağ düzəltmişdir. Daş evin sakinləri hiss edirlər ki,
Şükufənin pulu çoxdur; hamı bilir ki, Şükufə maşın almaq istəyir,
lakin bandanın gizli işlərini, bu cür pulların mənbəyini öyrənmək
çətindir. Milis işçiləri gizli şəkildə Şükufənin izinə düşürlər.
Müstəntiq Tariel Rufanın köməyi ilə bəzi şeylər öyrənir. Çanko
şübhələnir və Şükufəni öldürtdürür. Çanko özünü də ölmüş elan edir,
onu ”dəfn edirlər”. Milis işçiləri onun qəbrini açıb dəmir seyfdə xeyli
Dostları ilə paylaş: |