87
YAZIÇI DİLİ VƏ ƏDƏBİ DİL
(B. Bayramovun ”Tək palıdın kölgəsi” romanı üzrə)
Bədii ədəbiyyatın dili uzun müddət ədəbi dil ilə
eyniləşdirilmiş, yazıçı üslubuna məxsus fərdi xüsusiyyətlər ədəbi dil
norması kimi izah edilmişdir. Dil tarixinə dair dərslik, dərs vəsaiti və
monoqrafiyalarda bu cəhət indi də güclü mühafizə olunmaqdadır.
Vaxt olub ki, bədii əsərin dili sırf estetik kateqoriya, fərdi söz sənəti
kimi öyrənilib, bədii dil məsələləri ədəbi dil problemlərindən təcrid
edilib. Şübhəsiz, hər iki halda bədii əsərin dilinin spesifik hadisə -
ədəbi dilin spesifik üslub forması olduğu unudulur. Bədii dil dövrün,
epoxanın ədəbi dilinin tam və geniş ifadəsinə xidmət etmək imkanları
ilə yanaşı, yazıçının çox sevdiyi, çox işlətdiyi, yalnız onun öz yaradı-
cılığı üçün tipik olan fərdi-üslubi vasitələrin də daşıyıcısıdır. Buna
görə də yazıçı dili ədəbi dilin normalarına əsaslanmaqla, həm də ciddi
spesifik keyfiyyətlərə malik olur. Baxmayaraq ki fərdi üslubun daşıy-
ıcıları obraz nitqində daha çox cəmləşir, lakin dilin qeyri-ədəbi
ifadəlilik vasitələrindən, fərdi çalardan məhrum olan ”təmiz” yazıçı
təhkiyəsi qeyri-mümkündür. Həqiqi sənət əsəri, ilk növbədə, ifadəlilik
vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir və belə əsərlərdə yazıçı
qələmi dilin bütün leksik və frazeoloji qatlarına nüfuz edir. Buna görə
də həqiqi istedad ümumxalq dilinin zənginliklərini üzə çıxarmaq
qüdrətinə malik olur, ədəbi dil hüdudları ilə məhdudlaşmayaraq,
ümumxalq dili okeanına baş vurur. Şübhəsiz, belə bir yaradıcılıq
prosesində bədii əsər sənətkarın fərdi yaradıcılıq axtarışlarının
nəticələrini də əhatə edir.
Həm tarixi, həm də müasir mövzularda, həm keçmişdə, həm
də bu günlərdə yazılmış dram, nəsr və poeziya nümunələrinin dili bu
fikrin təsdiqi üçün zəngin material verir. Biz konkret bir əsərin - xalq
yazıçısı B.Bayramovun ”Tək palıdın kölgəsi”
1
romanının dil
faktlarına nəzər yetirməklə kifayətlənəcəyik.
Romanda təsvir edilən hadisələr Sovet hakimiyyətinin ilk illəri
ilə hazırkı dövrü birləşdirir. Şəhər həyatı, sadə adamların, tibb
işçilərinin, vəzifəli şəxslərin fəaliyyəti, bu fəaliyyətin ümumi görü-
nüşü və nəticələri bizi 60 illik bir dövrün bir sıra hadisələri ilə tanış
edir.
Əsərdəki hadisələr Bacıxanım xətti və Kifayət - İnayət xətləri
üzrə qurulmuşdur. Birinci xəttin təhkiyəçi obrazı ”Üçkünc” bağın
1
Á.Áàéðàìîâ. Øÿùÿðäÿí ýÿëÿí ãûç, Áàêû, «Éàçû÷û», 1984.
88
xidmətçisi Bacıxanım, ikinci xəttin təhkiyəçi obrazı müəllifdir. Birinci
xətt 20-ci illərin sonlarında baş verən hadisələri, ikinci xətt hazırkı
dövrlə bağlı məsələləri əhatə edir. Birincisinin Məmmədbəy, Mayax-
anım, Zülalov, Əlniyaz, Bacıxanım kimi, ikincisinin Kifayət, İnayət,
Lələ, Mahnur kimi obrazları vardır. Əslində, bu iki dövrü birləşdirən
Bacıxanım və Lələ (Lətif Zülalov) obrazlarıdır. Bir-birini dərin
məhəbbətlə sevən İnayət və Kifayətlə, həkim Məmmədbəylə, onun
arvadı Mayaxanımın istək və arzuları, sosial-ictimai və fərdi-psixoloji
münasibətləri, xalqa xidməti, insanpərvərliyi ilə, Zülalov kimi ”bazbu-
rutlu”, ”pensneli”, ”peyğəmbər cildinə girmiş”, ”faytonlu” bir iblisin,
bir canavarın bu ailəyə müdaxiləsi ilə bizi tanış edən də Bacıxanımdır.
Təbii ki, Bacıxanımın və digər obrazların nitqi ilə müəllif
təhkiyəsi fərqlidir. Doğrudur, Bacıxanım bir təhkiyəçi kimi ardıcıl
deyildir, müəyyən hissədən sonra onun təhkiyəsini də müəllif
təhkiyəsi əvəz edir, lakin əksər hadisələri yazıçı onun dilindən ver-
mişdir. Bacıxanımın nitqini müəllif obrazı səviyyəsində düşünmək
olmaz. Çünki Bacıxanım özü də bir obrazdır və əsərdə müəllif obrazı
səviyyəsinə qaldırılmamışdır. Müəllif haqlı olaraq buna cəhd etmir.
Bacıxanım Məmmədbəyin, Mayaxanımın yanında tibbi xidmətlə bağlı
bir çox sirləri öyrənmiş olsa da, şəhərdə məşhur mama-həkim kimi
tanınsa da, özünü Əlniyazın yadigarı tək palıdın yerləşdiyi Üçkünc
bağa həsr etmişdir və uzun müddətdir, bu bağın xidmətçisi vəzifəsində
işləyir. Beləliklə, onun nitqi də realist yazıçı qələmi ilə yalnız bağ
xidmətçisinin nitqi səviyyəsində tipikləşdirilə bilərdi və B.Bayramov
bu cəhəti diqqətlə nəzərə almışdır. Elə buna görə də əsərdə qeyri-ədəbi
nitq vasitələrinin - şivə çalarlı, loru, vulqar söz və ifadələrin ək-
səriyyəti onun təhkiyə dilindədir. Lap ilk cümlələrində bu cəhət aydın
nəzərə çarpır: ”Boyuna-buxununa, geyiminə-geciminə baxırsan,
deyirsən bəs un vursan yapışmaz, di gəl ki, almanı at kimi gəmirməyi
özünə qalsın, cecəyini qolazlayır hara gəldi... Amma sallana-sallana
havalanmağa gələndə gözlərinə bir tullantı dəydimi, der-der
deyinirlər...” Göründüyü kimi, atmaq, tullamaq mənasında şivə çalarlı
”qolazlamaq” sözü, kinayə və etiraz çalarlı ”özünə qalsın”, ”der-der
deyinmək” ifadələri ilə yanaşı, Bacıxanımın müqayisələri də vulqar və
qeyri-ədəbi xarakterdədir: ”boyuna-buxununa un vursan yapışmaz”,
”almanı at kimi gəmirməyi”. B.Bayramov sözün məcazilik im-
kanlarından, ümumxalq dili ifadələrinin semantik tutumundan yaradı-
cılıqla, ustalıqla istifadə edən bir sənətkar kimi, buradakı ”havalan-
maq” sözünü də Bacıxanımın nitqində lazımi istiqamətdə mənalandıra
bilmişdir: xalq dilində ”dəli olmaq”, ”başına hava gəlmək” mənasında
89
işlədilən bu söz verdiyimiz parçada Bacıxanımın sənətinə uyğun
səciyyələndirilmiş - ”hava almağa, istirahətə gələndə” mənasında
işlədilmiş, lakin kinayə çalarını da mühafizə etmişdir. Romanın dilinə
qeyri-ədəbi normaları əks etdirən söz və ifadələr, müqayisə və
məcazlar bu yolla daxil olur, obraz nitqi bu şəkildə tipikləşdirilir. Bu
cəhətdən müəllif təhkiyəsi təmiz və ədəbi normalara daha uyğundur:
”Günəş göyün ortasına millənəndə, sanki üfüqlər öz köynəyinin yax-
asını başdan-başa açdı. Yer üzünə xəfə, bürkü çökdürən buludların əli,
ətəyi bir-birindən üzüldü. Mehin yolundan qalın-qalın pərdələr çəkildi,
nəfəslər genişlənməyə, pörtmüş sifətlər alınıb-açılmağa üz qoydu... Bu
mehdən, palıdın yarpaqlarını qımıldadan küləkdən, elə bil, İnayətin
səmtinə heç nə əsmirdi...”
Buradakı ”alınıb-açılmağa”, ”qımıldadan” sözləri canlı dan-
ışıq dili vasitələridir və ədəbi norma sayılmır. Lakin hadisə və
obrazları xarakterizə etmək, bədii dili rəngləmək, zənginləşdirmək
məqsədi ilə yazıçı bu cür vasitələrdən istifadə etmək imkanına malik-
dir, çünki yazıçı təhkiyəsi də bədii dildir və ədəbi normalarla tam
eyniləşdirilmir.
Danışıq dili sözlərindən yazıda düzgün istifadə etmədikdə
sünilik dərhal hiss olunur. Ona görə də yazıçı, adətən, canlı danışıq
dili sözlərini, şivə leksikasını, arxaizmləri, alınmaları, terminoloji söz
və birləşmələri diqqətlə araşdırmalı olur və daha çox obraz nitqində
işlədir. B. Bayramovun nəsrində də belədir: ”Tək palıdın kölgəsi” ro-
manının dilində ümumxalq dilinə məxsus çox rəngarəng söz və ifa-
dələrə rast gəlirik. Lakin yazıçı xalq dilindən götürdüyü söz və
ifadələri olduğu kimi işlətməmiş, dilin potensial imkanları hesabına
onları semantik cəhətdən gücləndirməyə çalışmışdır. Məsələn, xalq
dilindən gələn ”pulunu balta kəsmir” ifadə-mübaliğəsini müəllif obraz
nitqində ”Mənim kürəkənimin pulunu ovxarlı qəssab baltası da kəsə
bilməz” şəklində kəskinləşdirmişdir ki, burada müəllif əlavəsinin -
”ovxarlı qəssab baltası”nın mühüm rolu vardır. Metaforaların canlı
dilə əsaslanan güclü formaları xalq ifadə tərzini saxlamaqla, olduqca
xoş təsir bağışlayır. Kifayəti kəndə aparan sürücünün çayın kənarında
çılpaq İnayətə dediyi ”Əynini gey, yekə kişisən” sözləri oxucuya
ləzzət verir, keçmişin ədəb-ərkan ənənələrini yada salır.
B.Bayramov obrazları xarakterizə etmək üçün müqayisələrin
gücündən daha çox istifadə edir. ”Cavanlıq sənə çox yaraşır, Bacı,
xənçələ gümüş yaraşan kimi” sözləri Lələnin - Zülalovun keçmişini,
Bacıxanımın həyatını necə zəhərlədiyini yada salır; Kifayət Üçkünc
bağı ”Bermud üçbucağı” adlandırır, ona görə ki məhəbbətin gizli duy-
Dostları ilə paylaş: |