84
kimi, yaşadığı ölkəyə, belə demək olarsa, vətənə də nifrət edir və
özünə söz verir, əhd edir ki, Arazı o taya keçəndə ”dönüb geriyə bax-
masın” və hətta cəlladlıqda ondan geri qalmayan Bariton da onun fik-
rini, bu nifrətini anlaya bilmir: ”Geriyə baxanda nə olar ki?”
Şükufənin də, Gülağanın da məhvinə səbəb Çankodur, onun
puludur. Yazıçı, Şükufənin acı taleyini nəzərə çarpdıraraq tamahkar-
lığın dəhşətli nəticələrini göstərir; bu dünya ilə gözüaçıq vidalaşan
Şükufə nə üçün öldürüldüyünün səbəbini belə bilmir. Gülağa 30 min
manata qardaşının qanını batırdığı üçün qonşuların gözlərində nifrət
oxuyur.
”Daş evlər”in sakinlərindən biri də şərqşünaslıq fakültəsinin
tələbəsi Akifdir. Akif bu məhəlləyə sevgilisi Reyhanla, onun
valideynləri ilə, tələbə yoldaşı Ziya ilə bağlanır. Reyhanın Rufa ilə
oxşarlığı bir müddət onların münasibətlərini gərginləşdirsə də,
məsələlər açıldıqda münasibətlər də düzəlir. Akifin də, Reyhanın da
valideynləri mehriban və səmimi insanlardır. Akif istedadlı gəncdir,
şairdir, hiss olunur ki, həqiqi vətənpərvər bir gənc kimi böyüyür.
Səması daralmış bu fağır, bu sakit daş evlərdə alim də var,
zəhmət adamı da, quldur da, əyyaş da. S. Səxavət daş evlərin
məişətinin təsviri fonunda onların mənəvi-psixoloji aləmi barədə ay-
dın təəssürat yarada bilmişdir.
Romanda əksər obrazlar yadda qalan detallarla təsvir edilmiş-
dir. ”Qadir” deyən kimi, boynunun ardına çəkilən gözlər və mil-mil
paltar yada düşür; Zəkiyyə xala - pilləkənin on üçüncü pilləsi. ”Afiq
gəlirdi və pilləkənin on üçüncü daş pilləsi gedib yatağına girirdi.” Şü-
kufənin əri Salman: ”Mən - həkiməm”, ”Mən - həkiməm. ”Fərhad kişi
- daimi peşəsi məhəllənin uşaqlarına faşistlərin əclaflığından danış-
maqdır; Şahinağa - daimi peşəsi pişik balalarını qucağına yığıb mə-
həlləyə gətirməkdir; Rufi hər dəfə Bəhramgurun heykəlinin qabağında
fikirləşir: ”Görəsən, indi niyə belə kişilər yoxdur?” Əhmədin
səciyyəvi əlaməti dodağındadır; alt dodağı aşağı sallanır və papiros
çəkəndən-çəkənə üst dodağına dəyir və s.
Müəllif ”pis iş” qəhrəmanlarını müxtəlif yollarla islah etməyə
çalışır, onlara tale dərsi verir. Qadirin, Əhmədin, Şükufənin, Gü-
lağanın, Rufanın, Zəminənin taleyi ”daş evlər”in digər sakinlərinə
ciddi təsir edir. Qadir ”mil-mil paltar”dan baxa-baxa bu həyatı başa
düşməyə başlayır; Əhmədə Qadirin məktub və şəkilləri təsir edir; kim-
səsizlikdən pis yola düşmüş Rufanı milis müstəntiqi Tariyel oxumağa
göndərir; Gülağa da Qadir kimi ”mil-mil pijama” geyməli olur;
Şükufə öldürülür; alverçi Zəminə öz əcəli ilə ölür. Və hər dəfə də bu
85
hadisələri gördükcə, eşitdikcə ”daş evlər”in sakinləri bir anlıq ”lampa
şüşəsi kimi” silinib təmizlənir, hamı öz günahlarını yada salır, bu
günahlardan təmizlənməyə çalışır. Zəminənin tabutu arxasınca gedən
bu adamların ”içi görünür”, 45 yaşlarında təbii anormallığa malik olan
Şahinağa müstəsna olmaqla, bu adamların hamısı bəd əməl
sahibləridir və heç biri ”mələk deyil”. Ona görə də hər birinin ”içi peş-
mançılıqla dolu”dur. Hər kəsin öz günahı var və bu günahlar müxtəlif
dərəcədə - bəzilərində güclü, bəzilərində bir damla olsa da, tabut arxa-
sınca gedərkən yada düşür və bu adamların gözlərini göynədir.
Onların tabut arxasınca qısa düşüncələri: ”Şükufə fikirləşirdi ki, gərək
Salmanı Çankoya döydürməyəydim...” ”Çanko burada olsaydı və
Çanko Çanko olsaydı, ömrünün axırına kimi günahlarını fikirləşərdi
və bu ömür ona ancaq günahlarının yarısını fikirləşməyə çatardı...”
İlqar atasını təhqir etdiyi üçün fikirləşir ki, ”qəbiristanlıqdan qayıdan
kimi atasının boynunu qucaqlayıb üzündən, əlindən, ayağından öpəcək
və Şükufəni evdən qovacaq. ”Salman fikirləşir: ”Mən həkiməm. Mən
həkiməm.” ”Əhməd özünə söz verdi ki, qumarı da, içkini də tərgitsin.”
”Zəkiyyə xala fikirləşdi ki, alverçi Zəminənin qırxı çıxan kimi
Əhmədi də götürüb mütləq Qadirin yanına gedəcək.” ”Qadir burada
olsaydı fikirləşərdi ki, qəbiristanlıqdan qayıdan kimi, Salman işləyən
zavodda işə girəcək, pul yığıb Çöhrəyə cehiz alacaq.” ”Akif bu qərara
gəlmişdi ki, sabah universitetə gedən kimi professordan üzr istəyəcək.
”Dünya görmüş Fərhad kişi, əgər indi o iyirmi beş yaşlı alman zabiti
ilə rastlaşsaydı, ona deyərdi ki, gəl dava eləməyək və süngünü onun
sinəsinə soxmazdı” və s. Lakin bu cür ”təmizlənmə” çox çəkmir,
tezliklə hər şey unudulur. Zəminəni dəfn edib qəbiristanlıq darvazas-
ından çıxan kimi hamının fikri dəyişir: ”Salman da kişidir? Kişi
Çanko kimi olar.” ”Salman mənə nə atalıq eləyib ki? Fərsiz oğlu
fərsiz.” ”Hamı içir, mən də içirəm, hamı oynayır, mən də oynayıram.”
”Gərək, sağlıq olsun, bəlkə Əhmədi də götürüb Qadirin yanına get-
dim...” ”Professor olanda nə olar, onun vicdanı olsaydı, mənə ”dörd”
verməzdi.” ”Müharibənin qanunu beləydi, ya gərək sən öldürəsən, ya
da ki səni öldürəcəklər. Mən neyləyə bilərdim ki?” və s. Yalnız baş-
ında müstəqil bir fikir olmayan Salman öz fikrini dəyişmir: ”Mən
həkiməm. Mən həkiməm.” İnsan təbiəti daim bu cür ikiliyə malikdir.
Hansı tərəfin üstünlük qazanacağı isə insanın tərbiyəsi, ümumi dün-
yagörüşü ilə, şəraitlə bağlıdır və keçmişdən bəri daim qəbiristanlığı
babalar bir də ona görə hündür yerdə salıblar ki, insanlara görk olsun.
Lakin daş evlərin sakinlərini tərbiyə etmək üçün, görünür, onların
çoxunu qəbiristanlıqda saxlamaq lazım imiş.
86
Romanın süjetində bir ”dağınıqlıq” nəzərə çarpsa da, müəllif
hadisələri məntiqi şəkildə əlaqələndirməyə çalışmışdır. Müxtəlif xətlər
tədricən bir-biri ilə kəsişir və bağlanır. Hətta yuxarıdakı nümunələrdən
göründüyü kimi, müəllif müəyyən bir dairə açarkən, ümumiləşdirmə
apararkən əksər obrazları bir yerə toplayır və həmin dairəni eyni
məntiqlə qapaya bilir.
S. Səxavətin bu əsəri komik-psixoloji bir romandır. Komizm
müəllifin təhkiyə dilində daha güclüdür və əksərən gözlənilməzlik
maneri əsasında yaradılmışdır.
Əlaqəsiz hadisələrin gözlənilməz əlaqələndirilməsi halları
maraqlı tapıntı- detallarla müşaiyət olunur: ”... quş olub kəndlərinə
uçmaq istədi və quş olmağın qeyri-mümkünlüyünü dərk edən kimi
siqaret yandırdı.” ” Hərənin fikri bir tərəfdə idi və bu fikirlərin hamısı
o zaman bir tərəfə yönəldi ki, külək qapını açdı. ”Hadisələrin
gözlənilməz əlaqələndirilməsi yolu ilə komizm yaratma texnikası mü-
əllifin çox sevdiyi üsullardandır: ”Əsgərzadə istədi ki, arvadını ça-
ğırsın və birdən yadına düşdü ki, o çimir.” ”Onun yumruq boyda baş-
ına bir baş boyda yumruq da endi və Salman bu canavarın əlindən
salamat çıxmaq ümidini huşu ilə bərabər tamam itirdi ” Bəzi hallarda
komizm hazırcavablıq maneri ilə bağlıdır: ”Onlar çıxanda qapıçı
onlara yaxınlaşıb salonun girəcəyinə yazılmış sözləri tərsinə dedi:
”Xoş getdiniz.” Ümumi komik fonun yaradılmasında müqayisələrin
də rolu vardır: ”Akif sarışın, dolu oğlan idi və tələbə yoldaşlarının
hamısını ”beşlik taxta” hesab eləyirdi.” ”İndi Ziyanın ürəyindən, elə
bil, daş asılmışdı və bu daş yelləndikcə Akifin başına dəyirdi”.
Son dövrün bir sıra nəsr əsərlərində olduğu kimi, bu romanda
da ”yazığı gəldi” ifadəsi bir üslub nümunəsi kimi özünü göstərir: ”Bu
məhəllədə hamının Şahinağaya yazığı gəlirdi. Şahinağanın da
pişiklərə”. ”Ziyanın Akifə yazığı gəldi”. ”Adamın bu daş evlərə yazığı
gəlirdi”. ”Akifin tut ağacına möhkəm yazığı gəldi” və s.
Yazıçının lirik təsvir prosesində istifadə etdiyi məcaz və
müqayisələrdə də yumor çaları duyulmaqdadır: ”Uzaqdakı dağın
döşünə sıxılmış kəndin işıqları sayrışırdı, elə bil, göyün bir parçasını
xəncərlə kəsib dağın döşünə atmışdılar.” ”Əliş kişinin ikimərtəbəli daş
evindən on-on beş addım aralı qaranlıq idi. Bu qaranlıq o qədər qatı
idi ki, onu bıçaqla da kəsmək olmazdı və onun qənimi işıq idi” və s.
Roman Cəyran Səxavətin orijinal fərdi üslubunun daha uğurlu
gələcəyindən xəbər verir.
1983
Dostları ilə paylaş: |