Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə28/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   24   25   26   27   28   29   30   31   ...   185

 82

qızıl-gümüş tapırlar və Çankonun ifşa ediləcəyi an yaxınlaşır.  

Müəllif daş evlərin həyətlərini sıralayarkən birinci növbədə 

Zəkiyyə xalanın həyətini qeyd etməliydi. Çünki bu evlə, bu ailə ilə, bu 

ailənin üzvləri - Qadir, Əhməd, Afiq, Zəkiyyə xala, Bəyim, Xanım, 

Çöhrə, Səbirə ilə bağlı  əhvalatlar daha çox yadda qalır və  məzmun 

etibarilə  də bu həyətdəkilərin fəaliyyəti aparıcıdır: bu obrazların hər 

biri yadda qalan detallarla təsvir edilmişdir.  

Bu evin, bu həyətin ən təhlükəli sakini Zəkiyyənin böyük qar-

daşı Qadir olmuşdur. Qadir bir vaxtlar günlərini sərxoşluq və  əy-

yaşlıqla keçirmiş, bacısı Zəkiyyənin əlində olan pulları da qapıb içkiyə 

vermişdir. İçəndə də ”Ağa Nəzər”ə dönürmüş: ”İçəndən sonra dünya 

olur onunku, ürəyində Makedoniyalı İsgəndərə, Teymurləngə, Hitlerə 

gülür, sonra isə o, özünün ”dünyasında” xoruzlana-xoruzlana gəzir.” 

Sərxoşluğuna görə birinci arvadı onu atmışdır. İkinci arvadı ilə də yola 

getmir.  İkinci arvadını baltalayıb öldürmək istəyərkən tutulur. İndi 

haradasa uzaqda dustaqdır və hərdən məktubu gəlir. Müəllif, Qadirin 

dustaqxana həyatını onun göndərdiyi məktublara əsasən şərh edir. Bu 

məktublarda, Qadirin göndərdiyi  şəkillərdə müəllif elə detallar tapır 

ki, onlar onun bir uğursuz insan kimi bu dünyaya düşməsinə nifrət 

yaradır. Budur, Qadirin gözləri belə  təsvir edilir:  ”Qadirin bircə 

gözləri dəyişməmişdi, xırdalaşmamışdı  və  əvvəlki kimi iri idi. Lakin 

onun gözləri yerini dəyişmişdi. Cavanlıqda bu gözlər irəli çıxmışdı, 

elə bil, həyata daha yaxından baxmaq istəyirdi. İndi isə bu gözlər geri 

çəkilmişdi və dünyaya əvvəlkinə nisbətən xeyli uzaqdan baxırdı. Bu 

gözlər, elə bil, quyunun dibində işıldayan bir cüt böcək idi. Adama elə 

gəlirdi ki, əgər belə getsə, gözləri nə zamansa, onun boynunun dalın-

dan çıxa bilər...” Onu bu günə salan əməlləridir, təbiətindəki yaramaz 

cəhətlərdir. Müəllif bu yaramazlıqların ictimai tərəfini deyil, məişətlə 

bağlı  cəhətlərini izah etmişdir. Buna görə  də onun təbiətindəki 

yaramazlığın köklü səbəbləri açılmır. Qadirin öz əməllərinin qurbanı 

olması onun geyimində də öz əksini tapmışdır: əynindəki mil-mil pal-

tarı, elə bil, adicə pambıq parçadan deyil, ”dustaqxana pəncərəsindən 

tikilmişdi. O, hər gün əynindəki paltarın millərindən yapışır, bu 

millərin arxasından saatlarla həyata tamaşa edirdi. Bəzən isə bu pal-

tarın millərini  əyib oradan çıxmaq istəyirdi və buna gücü çatmırdı, 

oturub zır-zır ağlayırdı... hər ağladıqca gözləri boynunun dalına tərəf 

çəkilirdi.” Amma hiss olunur ki, o, bir qədər islah olub, insanlara 

münasibəti dəyişib: ”Qadirin bircə arzusu vardı: dustaqxanadan çıx-

maq, doğulduğu məhəlləyə qayıdıb daş evlərin sakinləri ilə bir-bir əl 

verib görüşmək, sonra isə ölmək və tabutdan başını qaldırıb onu 



 83

qəbiristanlığa aparan adamları saymaq.” Deməli, Qadir yumşalıb, o, 

”daş evdə”kilərə əl verib insan kimi görüşmək istəyir, onu insan sayıb-

saymadıqlarını bilmək istəyir. Bəs daş evlərin sakinləri Qadirin du-

staqxanadan qayıdıb gəlməsinə necə baxır? Hamı bunu istəyirmi? 

Bədii-psixoloji araşdırmalar göstərir ki, heç kəs Qadirin qayıt-

masını istəmir. ”Ürəyi Qadirin yanında” olan Zəkiyyə xala oğlunun 

toyunda başına həna qoymur ki, bunu daha ”əziz gün”də – Qadir qay-

ıdanda eləsin və elə o andaca Qadirin qayıdacağını düşünəndə ”qorxu-

dan” bədəni buza dönür, ürəyi gedir və daş pillələrdən yıxılır. Zəkiyyə 

xalanın qulaqları  ağır eşidir və ona elə  gəlir ki, ”Qadirin dustaqx-

anadan çıxması  xəbərindən başqa” heç nə onun qulağını aça bilməz. 

Lakin bunun sevincdən deyil, dəhşətdən olduğunu da oxucu anlayır. 

Qadirdən məktub gəlir, hamı yalnız kədərlənir, amma Zəkiyyə xalanın 

təzə gəlini, Afiqin arvadı Xanım ağlayır, çünki bircə o, Qadiri tanımır, 

elə belə eşidib, dustaq olduğunu bilir. Afiq xəbər verəndə ki, ”amin-

istiya” olacaq, Xanımdan başqa, hamı təşvişə düşür. Heç kəs Qadirin 

bu həyətdə görünməsini istəmir. Zəkiyyə xalanın gözlərinə yuxu get-

mir: ”Görən, Qadir də qayıdacaq?  Əgər Qadir gəlsə  və Xanımın 

üstünə bıçaq çəksə, özümü öldürərəm... ” Zəkiyyə xala özü də Qadirin 

qayıtmağını istəmir: ”Zəkiyyə xala yalnız onu istəyir ki, Qadir 

ölməsin, elə həmişə beləcə məktubu gəlsin... Zəkiyyə xala öz canından 

qorxurdu və çox şeydən qorxurdu. Qorxurdu ki, Qadir qayıtsa, 

Çöhrəni alan olmayacaq... ” Qadir haqqında düşüncələr prosesində 

Zəkiyyə xalanın həyətində yaşayanların mənəvi-psixoloji aləmi ilə də 

müəyyən qədər tanış oluruq.  

Romanda  əsas xətlərdən biri də  Şükufə - Çanko xəttidir.  Şü-

kufə gözəl-göyçək bir qadındır.  Əri və on altı yaşlı  oğlu var. Lakin 

Salman ona cəmi üç ay ərlik etmiş, sonra bandanın başçısı Çanko ”Bu 

gündən sən Şükufənin əri deyilsən. Onu incitsən, onu boşasan – özünü 

ölmüş bil”, - deyə onu döyüb qorxutmuşdur və o vaxtdan Salman Şü-

kufə ilə bir evdə yaşasa da, bu evdə kölgə kimi dolanır. Əslində, Sal-

man onu öldürmək,  ən azı qulağını  kəsmək istəyən adamın və    Şü-

kufənin yanında dustaqdır, son dərəcə aciz-avara bir adamdır.  Çanko 

bıçağı onun özünə  açdırır, sonra alır ki, onu qorxutsun.  Oğlu İlqar da 

atasına həqarətlə baxır. Bütün bu cəhətlərə görədir ki, Zəkiyyə xala 

Qadirin son şəkillərindən birinə baxıb, ”Qadir bu şəkildə Salmana ox-

şayır”, - deyə onların vəziyyətindəki yaxınlığı qeyd edir. Salman aşkar 

dustaq olmasa da, bu həyatda elə Qadir kimi dustaqdır. Bu cür 

assosasiya yazıçının uğurlu əlaqələndirmə imkanlarından xəbər verir.  

Çanko ictimai əməyə nifrət edir; zəhmətə, əməyə nifrət etdiyi 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə