Азярбайъанын илк


YAZIÇI DİLİ VƏ  ƏDƏBİ DİL



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə30/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   26   27   28   29   30   31   32   33   ...   185

 87

YAZIÇI DİLİ VƏ  ƏDƏBİ DİL 

(B. Bayramovun ”Tək palıdın kölgəsi” romanı üzrə) 

 

Bədii  ədəbiyyatın dili uzun müddət  ədəbi dil ilə 



eyniləşdirilmiş, yazıçı üslubuna məxsus fərdi xüsusiyyətlər  ədəbi dil 

norması kimi izah edilmişdir. Dil tarixinə dair dərslik, dərs vəsaiti və 

monoqrafiyalarda bu cəhət indi də güclü mühafizə olunmaqdadır. 

Vaxt olub ki, bədii əsərin dili sırf estetik kateqoriya, fərdi söz sənəti 

kimi öyrənilib, bədii dil məsələləri  ədəbi dil problemlərindən təcrid 

edilib.  Şübhəsiz, hər iki halda bədii  əsərin dilinin spesifik hadisə - 

ədəbi dilin spesifik üslub forması olduğu unudulur. Bədii dil dövrün, 

epoxanın ədəbi dilinin tam və geniş ifadəsinə xidmət etmək imkanları 

ilə yanaşı, yazıçının çox sevdiyi, çox işlətdiyi, yalnız onun öz yaradı-

cılığı üçün tipik olan fərdi-üslubi vasitələrin də daşıyıcısıdır. Buna 

görə də yazıçı dili ədəbi dilin normalarına əsaslanmaqla, həm də ciddi 

spesifik keyfiyyətlərə malik olur. Baxmayaraq ki fərdi üslubun daşıy-

ıcıları obraz nitqində daha çox cəmləşir, lakin dilin qeyri-ədəbi 

ifadəlilik vasitələrindən, fərdi çalardan məhrum olan ”təmiz” yazıçı 

təhkiyəsi qeyri-mümkündür. Həqiqi sənət əsəri, ilk növbədə, ifadəlilik 

vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir və belə  əsərlərdə yazıçı 

qələmi dilin bütün leksik və frazeoloji qatlarına nüfuz edir. Buna görə 

də  həqiqi istedad ümumxalq dilinin zənginliklərini üzə  çıxarmaq 

qüdrətinə malik olur, ədəbi dil hüdudları ilə  məhdudlaşmayaraq, 

ümumxalq dili okeanına baş vurur. Şübhəsiz, belə bir yaradıcılıq 

prosesində  bədii  əsər sənətkarın fərdi yaradıcılıq axtarışlarının 

nəticələrini də əhatə edir.  

Həm tarixi, həm də müasir mövzularda, həm keçmişdə, həm 

də bu günlərdə yazılmış dram, nəsr və poeziya nümunələrinin dili bu 

fikrin təsdiqi üçün zəngin material verir. Biz konkret bir əsərin - xalq 

yazıçısı B.Bayramovun ”Tək palıdın kölgəsi”

1

 romanının dil 



faktlarına nəzər yetirməklə kifayətlənəcəyik.  

Romanda təsvir edilən hadisələr Sovet hakimiyyətinin ilk illəri 

ilə hazırkı dövrü birləşdirir.  Şəhər həyatı, sadə adamların, tibb 

işçilərinin, vəzifəli  şəxslərin fəaliyyəti, bu fəaliyyətin ümumi görü-

nüşü və  nəticələri bizi 60 illik bir dövrün bir sıra hadisələri ilə tanış 

edir.  


Əsərdəki hadisələr Bacıxanım xətti və Kifayət - İnayət xətləri 

üzrə qurulmuşdur. Birinci xəttin təhkiyəçi obrazı ”Üçkünc” bağın 

                                                           

1

 Á.Áàéðàìîâ. Øÿùÿðäÿí ýÿëÿí ãûç, Áàêû, «Éàçû÷û», 1984. 




 88

xidmətçisi Bacıxanım, ikinci xəttin təhkiyəçi obrazı müəllifdir. Birinci 

xətt 20-ci illərin sonlarında baş verən hadisələri, ikinci xətt hazırkı 

dövrlə bağlı məsələləri əhatə edir. Birincisinin Məmmədbəy, Mayax-

anım, Zülalov, Əlniyaz, Bacıxanım kimi, ikincisinin Kifayət,  İnayət, 

Lələ, Mahnur kimi obrazları vardır. Əslində, bu iki dövrü birləşdirən 

Bacıxanım və  Lələ (Lətif Zülalov) obrazlarıdır. Bir-birini dərin 

məhəbbətlə sevən  İnayət və Kifayətlə, həkim Məmmədbəylə, onun 

arvadı Mayaxanımın istək və arzuları, sosial-ictimai və fərdi-psixoloji 

münasibətləri, xalqa xidməti, insanpərvərliyi ilə, Zülalov kimi ”bazbu-

rutlu”, ”pensneli”, ”peyğəmbər cildinə girmiş”, ”faytonlu” bir iblisin, 

bir canavarın bu ailəyə müdaxiləsi ilə bizi tanış edən də Bacıxanımdır.  

Təbii ki, Bacıxanımın və digər obrazların nitqi ilə müəllif 

təhkiyəsi fərqlidir. Doğrudur, Bacıxanım bir təhkiyəçi kimi ardıcıl 

deyildir, müəyyən hissədən sonra onun təhkiyəsini də müəllif 

təhkiyəsi  əvəz edir, lakin əksər hadisələri yazıçı onun dilindən ver-

mişdir. Bacıxanımın nitqini müəllif obrazı  səviyyəsində düşünmək 

olmaz. Çünki Bacıxanım özü də bir obrazdır və əsərdə müəllif obrazı 

səviyyəsinə qaldırılmamışdır. Müəllif haqlı olaraq buna cəhd etmir. 

Bacıxanım Məmmədbəyin, Mayaxanımın yanında tibbi xidmətlə bağlı 

bir çox sirləri öyrənmiş olsa da, şəhərdə  məşhur mama-həkim kimi 

tanınsa da, özünü Əlniyazın yadigarı  tək palıdın yerləşdiyi Üçkünc 

bağa həsr etmişdir və uzun müddətdir, bu bağın xidmətçisi vəzifəsində 

işləyir. Beləliklə, onun nitqi də realist yazıçı  qələmi ilə yalnız bağ 

xidmətçisinin nitqi səviyyəsində tipikləşdirilə bilərdi və B.Bayramov 

bu cəhəti diqqətlə nəzərə almışdır. Elə buna görə də əsərdə qeyri-ədəbi 

nitq vasitələrinin - şivə çalarlı, loru, vulqar söz və ifadələrin  ək-

səriyyəti onun təhkiyə dilindədir. Lap ilk cümlələrində bu cəhət aydın 

nəzərə çarpır: ”Boyuna-buxununa, geyiminə-geciminə baxırsan, 

deyirsən bəs un vursan yapışmaz, di gəl ki, almanı at kimi gəmirməyi 

özünə qalsın, cecəyini qolazlayır hara gəldi... Amma sallana-sallana 

havalanmağa gələndə gözlərinə bir tullantı  dəydimi, der-der 

deyinirlər...” Göründüyü kimi, atmaq, tullamaq mənasında şivə çalarlı 

”qolazlamaq” sözü, kinayə  və etiraz çalarlı ”özünə qalsın”, ”der-der 

deyinmək” ifadələri ilə yanaşı, Bacıxanımın müqayisələri də vulqar və 

qeyri-ədəbi xarakterdədir: ”boyuna-buxununa un vursan yapışmaz”, 

”almanı  at  kimi  gəmirməyi”. B.Bayramov sözün məcazilik im-

kanlarından, ümumxalq dili ifadələrinin semantik tutumundan yaradı-

cılıqla, ustalıqla istifadə edən bir sənətkar kimi, buradakı ”havalan-

maq” sözünü də Bacıxanımın nitqində lazımi istiqamətdə mənalandıra 

bilmişdir: xalq dilində ”dəli olmaq”, ”başına hava gəlmək” mənasında 



 89

işlədilən bu söz verdiyimiz parçada Bacıxanımın sənətinə uyğun 

səciyyələndirilmiş - ”hava almağa, istirahətə  gələndə” mənasında 

işlədilmiş, lakin kinayə çalarını da mühafizə etmişdir. Romanın dilinə 

qeyri-ədəbi normaları  əks etdirən söz və ifadələr, müqayisə  və 

məcazlar bu yolla daxil olur, obraz nitqi bu şəkildə tipikləşdirilir. Bu 

cəhətdən müəllif təhkiyəsi təmiz və  ədəbi normalara daha uyğundur: 

”Günəş göyün ortasına millənəndə, sanki üfüqlər öz köynəyinin yax-

asını başdan-başa açdı. Yer üzünə xəfə, bürkü çökdürən buludların əli, 

ətəyi bir-birindən üzüldü. Mehin yolundan qalın-qalın pərdələr çəkildi

nəfəslər genişlənməyə, pörtmüş sifətlər alınıb-açılmağa üz qoydu... Bu 

mehdən, palıdın yarpaqlarını  qımıldadan küləkdən, elə bil, İnayətin 

səmtinə heç nə əsmirdi...” 

Buradakı ”alınıb-açılmağa”, ”qımıldadan” sözləri canlı dan-

ışıq dili vasitələridir və  ədəbi norma sayılmır. Lakin hadisə  və 

obrazları xarakterizə etmək, bədii dili rəngləmək, zənginləşdirmək 

məqsədi ilə yazıçı bu cür vasitələrdən istifadə etmək imkanına malik-

dir, çünki yazıçı  təhkiyəsi də  bədii dildir və  ədəbi normalarla tam 

eyniləşdirilmir.  

Danışıq dili sözlərindən yazıda düzgün istifadə etmədikdə 

sünilik dərhal hiss olunur. Ona görə  də yazıçı, adətən, canlı danışıq 

dili sözlərini, şivə leksikasını, arxaizmləri, alınmaları, terminoloji söz 

və birləşmələri diqqətlə araşdırmalı olur və daha çox obraz nitqində 

işlədir. B. Bayramovun nəsrində də belədir: ”Tək palıdın kölgəsi” ro-

manının dilində ümumxalq dilinə  məxsus çox rəngarəng söz və ifa-

dələrə rast gəlirik. Lakin yazıçı xalq dilindən götürdüyü söz və 

ifadələri olduğu kimi işlətməmiş, dilin potensial imkanları hesabına 

onları semantik cəhətdən gücləndirməyə çalışmışdır. Məsələn, xalq 

dilindən gələn ”pulunu balta kəsmir” ifadə-mübaliğəsini müəllif obraz 

nitqində ”Mənim kürəkənimin pulunu ovxarlı  qəssab baltası da kəsə 

bilməz”  şəklində  kəskinləşdirmişdir ki, burada müəllif  əlavəsinin - 

”ovxarlı  qəssab baltası”nın mühüm rolu vardır. Metaforaların canlı 

dilə  əsaslanan güclü formaları xalq ifadə tərzini saxlamaqla, olduqca 

xoş təsir bağışlayır. Kifayəti kəndə aparan sürücünün çayın kənarında 

çılpaq  İnayətə dediyi ”Əynini gey, yekə kişisən” sözləri oxucuya 

ləzzət verir, keçmişin ədəb-ərkan ənənələrini yada salır.  

B.Bayramov obrazları xarakterizə etmək üçün müqayisələrin 

gücündən daha çox istifadə edir. ”Cavanlıq sənə çox yaraşır, Bacı, 

xənçələ gümüş yaraşan kimi” sözləri Lələnin - Zülalovun keçmişini, 

Bacıxanımın həyatını necə  zəhərlədiyini yada salır; Kifayət Üçkünc 

bağı ”Bermud üçbucağı” adlandırır, ona görə ki məhəbbətin gizli duy-



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə