Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə38/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   34   35   36   37   38   39   40   41   ...   185

 111

çalışmışdır.  

Babək vətənin müstəqilliyi uğrunda  ərəblərlə 20 ildən artıq 

qanlı müharibələr apardı.  İnsanın mənəvi kamilliyi uğrunda 

mübarizədə  Nəsiminin dərisi soyuldu. ”Nahamvar” Azərbaycan  şeir 

dilini şam kimi əriyərək Füzuli zirvəyə qaldırdı...  

Şah  İsmayılda bunların hamısı vardı. O, insanın mənəvi 

kamilliyi, vahid ölkə - vahid hakimiyyət işini, Azərbaycan dilinin 

hüdudsuz imkanlarını üzə  çıxarmaq, ona rəvac vermək ideyasını 

vəhdətdə götürürdü. Səfəvilərin kamil ”batin” əqidəsi, ideya və inamı 

vahid Azərbaycan idi - Azərbaycan torpaqlarını, Azərbaycan 

mədəniyyətini birləşdirmək, vahid şəklə salmaq, bütöv görmək arzusu 

idi. Birləşməli olan Azərbaycan torpaqlarını ayıran sərhədlər Arazın 

üzərindəki Xudafərinin sağ  və sol sahillərində  nəfəs-nəfəsə dayan-

mışdı. Bu sərhədləri yox etmək, körpünü vətən övladlarının üzünə 

açmaq, onu işlək yola çevirmək tarixin qarşıya qoyduğu  ən mühüm 

vəzifə idi və İsmayıl bunu çox yaxşı başa düşürdü. Elə buna görə də 

”Xudafərin körpüsü”ndə Xudafərin həm müstəqim, həm də  məcazi 

mənada - Səfəvilərin ”batin” əqidəsinin məna özəyini təşkil edən bir 

vasitə kimi verilmişdir.  

Əsər boyu Səfəvilərin ”batin” əqidəsi, bu əqidə  uğrunda 

mübarizənin gedişi ilə tanış oluruq. Səfəvilərin tarixi məqsədini, hə- 

yata keçirmək istədikləri ideyanı müəllif qırx ilə qədər hakimiyyətdə 

olmuş  Şirvanşah Fərrux Yasarla gənc  İsmayılın eyni məsələ barədə 

fikirlərini qarşılaşdırmaqla daha obrazlı ifadə etmişdir. Fərrux Yasar 

Gödək  Əhmədin öldürülməsindən istifadə edərək Azərbaycan tor-

paqlarını parçalamaq, dağıtmaq, Şirvan torpaqlarını Qarabağ hesabına 

genişləndirmək istəyir: ”Mənə Qarabağ lazımdı, cəhənnəm olsun 

Qaradağ, cəhənnəm olsun Təbriz, cəhənnəm olsun Ərdəbil, Əhər, Mi-

şkin, Marağa, Xoy, Mərənd.” Bunlar ”qoca siyasətçi”nin daxili 

düşüncələridir. Vətənə xain olan əksər feodal hakimlər əsrlər boyu bu 

cür düşünmüşlər. Bir ölkəni, bir məmləkəti, bir xalqı birləşdirmək 

yox, parçalamaq, qarət etmək, qardaş qırğınları hesabına öz sərvətini 

artırmaq, torpaqlarını genişləndirmək!. .  

On üç yaşlı  İsmayılın niyyəti tamamilə başqadır.  İlk yürüş 

zamanı körpünün tağlarını sayaraq, Xudafərin üzərində müqəddəs 

düşüncələrə dalır: ”Bu tağlar mənim yaşım qədərdi. Görünür, bu, 

yaxşı  əlamətdi.  İlk dəfədir ki, Xudafərindən keçirəm. Bu yol həmişə 

açıq olsun. Qaradağ Qarabağa, Qarabağ  Şirvana qarışsın. Mən bütün 

qapıları açmağı özümə  məqsəd seçmişəmsə, Xudafərin körpüsü də 

açıq olar inşallah.” Fərrux Yasarın fikirlərinin  əksinə olaraq, 



 112

Xudafərini uçurub-dağıtmaq yox, işlək yola çevirmək, Təbrizdən 

Dərbəndə qədərki Azərbaycan torpaqlarını birləşdirmək İsmayılın əsas 

arzusudur. O, bu arzunu həyata keçirmək üçün qızılbaş bayrağı altında 

on beş il gecə-gündüz qılınc çalır, Şirvanı, Dərbəndi, Bakını, Qarabağı 

Azərbaycanın cənub vilayətləri ilə birləşdirərək qüdrətli bir dövlət 

yaradır.  

Şirvandan başlamaq,  Şirvanı Azərbaycanın cənub vilayətləri 

ilə birləşdirmək Səfəvilərin daim ümdə  məqsədi olmuşdur.  İsmayılın 

babası Cüneyd də, atası Şeyx Heydər də öz canlarını bu yolda qurban 

vermişlər. Azərbaycanın birliyini Şirvansız təsəvvür etmək qeyri-

mümkün olduğu üçün İsmayılın da ilk yürüşü bu torpaqlara olur. 

Qüdrətli və  tədbirli gənc sərkərdə bilirdi ki, Şirvanşahlar dövlətini 

təslim etdikdən sonra digər  əraziləri birləşdirmək nisbətən asan ola-

caqdır.  

İsmayıl tarixin qarşıya qoyduğu vəzifəni - ulu babalarının mü-

qəddəs arzusunu həyata keçirmək üçün fanatik müridlərin köməyinə 

arxalanmalı olur. Dinin, fanatizmin ağılları əsir etdiyi bir dövrdə yal-

nız güclü bir inanc əsasında qüvvə toplamaq mümkün idi. Bu inanc 

hələ ata-babalarının vaxtından beyinlərdə yer eləmiş  qızılbaş-şiə 

təriqəti oldu. İsmayıl şəraiti, insanların düşüncəsini, əqidə məsələlərini 

real qiymətləndirərək,  şiəlikdə Azərbaycanın müstəqilliyini görürdü: 

”Sünni olmağa mən heç vaxt razılaşa bilmərəm. Günbatanda Bəyazid 

bizi öz içində  əridər.” Elə buna görə  də hakimiyyəti  ələ alan kimi, 

”evin içi”ndən başlayır, ilk növbədə  Təbriz camaatını  şiəliyə  dəvət 

edir. Sonralar ölkəyə  bədbəxtliklər gətirmiş sünni-şiə  məsələlərindən 

İsmayıl ciddi addım zamanı ordusunu, tərəfdarlarını çoxaltmaq üçün 

istifadə edir, mövcud şəraitdə belə bir vasitəyə arxalanmadan iş 

görməyin mümkün olmadığını yaxşı dərk edir.  

İsmayılın qələbəsində  şeyx nəslinin - ulu babalarının nüfuzu 

az iş görməmişdir. Müridlərin düşüncə  və inamını  nəzərə aldığı 

üçündür ki, onları  Şirvan üzərinə yeridərkən özünün əsl böyük 

niyyətini deyil, Şirvan hakimlərinin  şeyx nəslinə düşmən 

münasibətini, təriqət uğrunda mübarizəni ön plana çəkir: ”Mən babam 

Şeyx Səfiyəddinin batin əqidəsini açsam, bu özünü ölümə verənlər 

məni daşqalaq eləyər, hamısı üz döndərər. Baxmayaraq o əqidə daha 

gözəl, insanlar üçün daha vacibdi. Bu qədər tayfaların fikrini bir 

eləmək naminə  gərək onları bir təriqətdə birləşdirək.”  İsmayıl düz 

fikirləşir: tarixin irəli sürdüyü vəzifəni yerinə yetirmək üçün o, 

müəyyən bir inanca arxalanmalı idi, əks təqdirdə, müridlərin hər biri 

tarixin gedişini onun qədər dərk etməli idi ki, bu da mümkün deyildi.  



 113

Elə bu əqidə ilə də İsmayılın məsləkdaşları güclü və sarsılmaz 

bir ordu yarada bilirlər. Bu ordunu təşkil edən müridlər İsmayılın yol-

unda duran güclü maneələrə qarşı on iki qırmızı dilim papaq ba-

şlarında, bir əllərində sufi-qızılbaş bayrağı, bir əllərində sivri qılınc 

ölüm-dirim mübarizəsinə atılırlar.  

İsmayıl tarixdə olduğu kimi, romanda da ağıllı və istedadlıdır. 

Yaşının az olmasına baxmayaraq, o, müdrik qoca müridləri mat qoya-

caq bir zəka sahibidir. Düzdür, Hüseyn bəy Lələ, Dədə bəy, Qara Piri 

bəy, Bayram bəy, İlyas bəy, Əbdi bəy, Xadim bəy, Nəcməddin Gilani, 

Zəkəriyyə Keçəçi kimi dostlar, sərkərdələr, vəzirlər ona məsləhətlər 

verir, onu istiqamətləndirməyə çalışırlar, lakin o yalnız məsləhətlərin 

əsiri deyildir: onun öz mühakiməsi, hadisələrdən nəticə çıxarmaq, həm 

də düzgün nəticə  çıxarmaq qabiliyyəti vardır. O böyük yolun ba-

şlanğıcında - ilk yürüşlərindən birində  Şirvanı  təslim edib, Gülüstan 

qalasını xeyli müddət ala bilmədikdə, bu onun tarixi Sözüdür ki, ro-

mana da daxil edilmişdir: ”İndi mən sizdən soruşuram: bizə hara 

lazımdı? Gülüstan, ya Azərbaycan?” Bu sözlər Hüseyn bəy Lələnin 

də, qoşun başçılarının da ağlını işıqlandırır. Müridləri hərəkətə gətirən 

də onun bu qabiliyyəti, qorxmazlığı, igidliyi, uzaqgörənliyidir. Oxucu 

görür ki, qılınc çalıb ad çıxaran sərkərdələr Kür çayını keçməyə cürət 

etmədikdə, birinci o özü atını çaya salıb o taya keçir və ordunu 

cəsarətləndirib ardınca aparır.  

F.Kərimzadə  Şah  İsmayılın fəaliyyətinin hər anını 

mənalandırmağa çalışmışdır. İsmayıl şahlıq taxtına çıxsa da, qızıl tax-

tın üstündə çox oturmur. Bu cəhəti yazıçı yaxşı  işləmiş  və  İsmayılın 

düşüncələrinin məntiqini ustalıqla  əsaslandırmışdır.  Şirvanşah Fərrux 

Yasarı  məğlub edib qayıtdıqdan sonra İsmayıl hər tərəfdə güclü 

düşmənlər görür. Günbatanda Sultan Bəyazid kimi qüdrətli hökmdar, 

Diyarbəkrdə Əlvənd Mirzə məqam gözləyir; Şirazı, İsfahanı, Bağdadı 

Murad Mirzə  əldə  saxlayır. Heç Şirvanda da işlər tam qaydasında 

deyil. Ətraf dövlətlərin hakimləri siyasət xatirinə onunla hesablaşmalı 

olsalar da, onu ”uşaq”, ”dərviş” adlandırır, hələ möhkəmlənməmiş 

qızılbaş hakimiyyətini beşikdə ikən məhv etmək üçün tədbirlər hazır-

layırlar. Hələlik təkcə Azərbaycan

*

 Səfəvilərin hökmranlığı altındadır. 



Şah İsmayıl yaxşı başa düşür ki, azərbaycanlıların yayıldığı, yaşadığı 

əraziləri birləşdirməsə, ölkə bir olmasa, onun qüdrətindən, gücündən 

danışmağa dəyməz. Bu tarixi vəzifəni yaxşı dərk etdiyi üçün İsmayıl 

                                                           

*

 «Àçÿðáàéúàí» äåäèêäÿ òàðèõÿí Úÿíóáè Àçÿðáàéúàí ÿðàçèëÿðè íÿçÿðäÿ òóòó-



ëóð. 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə