Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə34/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   30   31   32   33   34   35   36   37   ...   185

 98

olur. Sözün predmetliliyi, obyektiv reallıqla əlaqəsi çox vaxt zəifləyir. 

Bəzən hətta sözlər arasında məntiqi  əlaqələr də  zəifləyir. Bunların 

hesabına sözlərin assosiativliyi inkişaf edir, assosiativ əlaqə genişlənir. 

”Şeirdə olduğu kimi, söz öz ”ayrıcalığını” itirir, mətndəki digər 

sözlərlə gah analoji cəhətə görə, gah da kontrast təşkil edərək 

yaxınlaşır və ya uzaqlaşır. Beləliklə, söz müstəqil estetik qiymətə 

malik olub, ”praktik” sözə qarşı durur. Spesifik bədii dil axtarışları, 

təbii dildən uzaqlaşma müxtəlif istiqamətlər alır və fikir mətnin ritmik 

qurulmasına, xüsusi sintaktik qurulmaya - rəngarəng inversiyalara 

əsaslanır, ornamental söz işlətmə üsullarına müraciət edilir”

1

.  



Bu keyfiyyətlər  Əkrəmin bütün nəsr  əsərlərinə aiddir. ”Ağ 

dərə” romanında isə  şairanəlik Mehdinin düşüncə  və  təfəkküründə

təbiətə, insanlara, səslərə, rənglərə münasibətində, yazıçının öz 

təhkiyə dilində, təsvir, ifadə vasitə və üsullarında özünü göstərir.  

Əkrəmin  şeriyyət yaradan qəribə dil vasitələri içərisində 

başlıca olaraq onun nəsr dilinə  məxsus olan fərdi-üslubi birləşmələr 

mühüm yer tutur: gilas iyi, ulduzların rəngi, gilas ağaclarının həzin 

ah-naləsi, o kövrəkliyin, həzinliyin iyi, Buzbulağın ayı, qorxunun iyi

saflığın, sərinliyin tamı, hərflərin rəngi, ”s” ilə ”i”-nin yasəməni rən-

gi, rənglərin nağılı, yasəməni işıq, yaşıl-yaşıl yaşayan ot, (Mehdinin) 

o yaşıl aləmi və s. Bunların çoxu metaforlaşdırma yolu ilə yaradılmış-

dır; insana, başqa canlı və cansız varlıqlara, müxtəlif əşya və predmet-

lərə aid olan xüsusiyyətlər zərif, mücərrəd anlayışlara köçürülmüş, 

nəzərdə tutulan əlamətlər görülməsi, duyulması çətin olan varlıqlarda 

axtarılmış və ya ağaclar, insanlar onlara aidiyyəti olmayan əlamətlərlə 

əlamətləndirilmişdir. Bəzən də metafora mücərrəd əlamətin mücərrəd 

varlığa aid edilməsi ilə yaradılmışdır.  

Lirik, ornamental, poetik nəsr təsvir edilənin təsvirindən çox, 

dünyanın emosional qavranılmasının adekvat təsvirinə  cəhd edir. Bu 

təsvirdə dünyanın ”obyektiv” görünüşünün bütün nisbəti pozulur, ha-

disə  və  əlamətlər assosiasiyalarla, emosiyalarla əlaqələndirilir. Adət-

olunmuş əlaqələrin dağıdılması, çox uzaq ideyaların əlaqələndirilməsi 

təsvirin əsas prinsipinə, söz sənətinin əsas metoduna çevrilir

2



Əkrəm ”dünya” sözünü müxtəlif məqamlarda təkrar-təkrar 

işlətməklə maddi və  mənəvi dünyamızla bağlı  rənglərin neçə cür 

çalarını yaradır. Onun bədii dilinin poetik imkanlarını artıran 

                                                           

1

 Âîïðîñû ÿçûêà ñîâðåìåííîé ðóññêîé ëèòåðàòóðû. Èçä. «Íàóêà», Ì., 



1971, ñ.97-98. 

2

 Éåíÿ îðàäà, ñ.98. 




 99

vasitələrdən biri də bu sözün işləndiyi birləşmələrdir: ”dünyanın 

Buzbulaq deyilən yerində”, ”dünyanın  ən sehrli üzərliyini bitirən”, 

”dünyanın ən qiymətli şəxsi əmlakı”, ”dünyanın ən dəhşətli xarabası”, 

”dünyanın  ən yaşıl otu”, ”dünya-aləm həmişə adamla dolu idi”, ”bu 

dünyanın suyu sudan dadlı idi”, ”dünyanın qarlı dağları”, ”dünyanın 

yasəməni işığı”, ”dünyanın otu, suyu, daşı, torpağı”, ”bu dünyanın 

insanı, heyvanı, quşu, ağacı”, ”dünyanın bircə qırğısı”, ”dünyanın ən 

yaxşı baltası” və s. Əkrəm hər dəfə dünyanı bu cür Buzbulağın yeri, 

göyü, ulduzu, insanı, heyvanı, ağacı, quşu, suyu, otu ilə 

əlaqələndirməklə dünyanın uzaq-uzaq guşələri ilə balaca Buzbulaq 

arasında gözəgörünməz  əlaqələr yaradır, bütövlükdə Yer kürəsinin 

səadətini balaca Buzbulağın səadəti ilə ölçməyi təlqin edir.  

Təbiət və insan, ağaclar və adamlar Əkrəmin nəsrində daim 

vəhdətdə təsvir edilir. Onun əsərlərində təbiətə sevgi insana sevgidən, 

insanın bu aləmə, bu işıqlı dünyaya, quşlara, ağaclara məhəbbətindən 

irəli gəlir. Təbiət duyğusu  Əkrəmdə çox güclüdür: ”Görünür, həyat 

deyilən şey də elə bu idi: otun necə qalxdığını, körpəcə bostan tağının 

necə boy atdığını, günəşin istiliyini, ayın sərinliyini, suyun dadını, 

yuxunun ləzzətini, hətta quşun hansı  həvəsdən oxuduğunu və 

qarışqanın hansı ehtiyacdan dən daşıdığını da hər an görəsən, duyasan, 

biləsən...” Fikirlərin munisliyi, həzinliyi ifadə  tərzinin zərifliyi ilə 

birləşir, ritm, intonasiya ilə yanaşı,  şerə  məxsus assonans və 

alliterasiyalar romanın dilini poetikləşdirir: ”bu dünyanın suyu sudan 

duru idi”, ”günəşin işığı işıqdan işıqlıydı” və s.  

Obraz nitqi ilə müəllif təhkiyəsinin birləşməsi  Əkrəmin 

yaradıcılığı üçün də səciyyəvidir. Bu prosesdə yazıçı mühakiməsi ilə 

obraz düşüncəsi ustalıqla birləşdirilir. Lakin çox nadir hallarda ifadə 

tərzi obrazın səciyyəsinə uyğun gəlmir. Təhkiyə prosesində verilən və 

Mehdinin düşüncəsinin məhsulu kimi nəzərdə tutulan ”İtin-pişiyin 

olum, ay allah, o pişik niyə elə gözəl idi?” cümləsində ”itin-pişiyin 

olum” ifadəsini rənglərin səsini, səslərin rəngini duyan bir uşağa 

yapışdırmaq olmur.  

Əkrəm hazır xalq ifadələrinə az müraciət edir. Bunlar sanki 

onun üslubunun özünəməxsusluğunu pozarmış. Ona görə də romanın 

dilində ”xiyar puluynan alınan eşşək suda boğular” tipli məsəllər çox 

azdır, romanın üslubu üçün aparıcı əlamət deyildir.  

Elçinin ”Mahmud və  Məryəm” romanında olduğu kimi, bu 

romanda da fikrin dəlillər və sübutlarla təsviri, təsdiqi mühüm yer tu-

tur.  Əsərdə ”çünki” bağlayıcılı  səbəb budaq cümlələrinin çoxluğu az 

qala müəllif üslubunu tanıdan bir əlamət kimi çıxış edir. Romanan dili 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə