Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə33/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   29   30   31   32   33   34   35   36   ...   185

 95

rənglər, gördüyü yuxular onun arzu və istəklərini, insana, cəmiyyətə, 

təbiətə məhəbbət və münasibətini əfsunlu bir dil ilə açıb göstərir.  

Lakin romanda ”bu dünya”ya yalnız uşaq gözü ilə baxılmır. 

Orta nəslin Ramazan, Hilal, Pakizə kimi nümayəndələri bu həyatı 

daha gözəl görmək istəyir. Buzbulaq torpağını - ana vətənin bu kiçik 

parçasını və bu parçanın timsalında bütün vətəni insan zəhmətilə daha 

işıqlı bir dünyaya çevirmək istəyirlər.  

Uzun ayrılıqdan sonra müvəqqəti kəndə  gələn Ramazan bu 

yerlərdə  uşaq vaxtı gördüklərini görə bilmir, qəlbində narazılıq və 

narahat çırpıntılar baş qaldırır. Bəlkə Ramazan uşaqlıq illərinin 

Buzbulaq dünyasını olduğu kimi görə bilmədiyi üçün narahat olur? 

Bəlkə o, bu müddət ərzində baş vermiş dəyişiklikləri qəbul edə bilmir?  

Ramazanın qəlbi xoş duyğularla döyünür; o, kəndi, onun mey-

və bağlarını, bostanlarını, taxıl zəmilərini gəzmək, söyüdlərin köl-

gəsində dincəlmək, sinə dolusu nəfəs almaq istəyir. Lakin 

arzuladıqlarını  kənddə görə bilmir. Məlum olur ki, bu torpaqlar 

insanların istəyincə becərilmir, torpaqların sevdiyi bitkilər  əkilmir. 

Hələ  ağaclar... Ramazanın bir-bir xatırladığı  ağaclardan bir nişanə 

qalmayıb: ”...hər ağac yoxa çıxdıqca, bir ağac kölgəsi də otu, çəməni 

ilə birgə yer üzündən həmişəlik yoxa çıxmışdı. Və  hər ağac kölgəsi 

yoxa çıxdıqca, bir dəstə quşun səsi o bağlardan həmişəlik kəsilmişdi.” 

Romanda lirik və həzin bir intonasiya ilə kəndlə bağlı bir sıra 

ciddi problemlərə toxunulmuşdur. Ramazanı daha çox kədərləndirən 

Buzbulaq torpaqlarını bu torpaqların sevmədiyi, iki-üç ildən bir şaxta 

vurub saraldan, yenidən  əkilməli olan və beləliklə  də bir çoxlarının 

havayı gəlir mənbəyinə çevrilən üzümlüklərdir. Torpağı öyrənmədən, 

onun nəyi sevdiyini, nəyi yetirdiyini nəzərə almadan birdən-birə onun 

taxıl zəmilərini, səsli-küylü, nəğməli ağaclarını  məhv edib, yerində 

”çaxır üzümü bağları” salmaq kəndi və onun gələcəyini düşünən 

adamları narazı salır: ”... hər birinin böyrünə az qala bir ton ağırlı-

ğında beton dirək basdırılmış (zəhərindən, dava-dərmanından allahın 

qarğası da bezar gəzən) xaçpərəst qəbiristanlığına oxşayan o çaxır 

üzümü bağlarından da Buzbulağa heç vaxt bağ olmayacaqdı. 

Buzbulağın müəllimi də, çobanı da bunu gözəl bilirdi.” 

Kəndlinin işə,  əməyə münasibəti,  əmək tərbiyəsi mühüm 

məsələdir. Ramazan görür və acı təəssüflə hiss edir ki, bu kənddə ucda 

yeyib, ortada gəzən, işləməyə-işləməyə böyük sərvət toplayan Valid 

kimilər, ”ömründə bir ağac böyütməyən” adamlar vardır: ”Bir var ki, 

göz açıb ağac  əkildiyini görəsən, bir də var - göz açıb, ağacın 

kəsildiyini görəsən. Ömründə bir ağac böyütməyənin kənd üçün övlad 



 96

böyütməyi də mümkün deyildi.” ”Kəndlinin hələ torpaqdan əli 

üzülməyən son nəslinin nümayəndələrini təbiətin ”Qırmızı kitab”ına 

salmaq lazımdır” deyən Ramazanın fikirləri ilə razılaşmamaq olmur. 

Kəndlinin təsərrüfatsızlığı, torpağa maraq və  məhəbbətinin azalması 

onu narahat edir.  

Ramazanı  təəccübləndirən, narazı salan başqa bir məsələ  də 

planların kağız üzərində icrasıdır. Təsərrüfat başçıları ”aldım - satdım” 

oyunu oynayırlar və arada heç bir şey yoxdur: ”Guya mən əkmişəm, 

satmışam, sən də alıb yemisən. Sübut elə ki, yeməmisən. ”Yazıçı 

əliəyriliyi, rüşvətxorluğu, dolayı yollarla sərvət toplama hallarını yaşlı 

Şahsuvar kişinin dili ilə, həm də real və köklü mülahizələrlə ifşa edir: 

”İndi o vaxtkından varlıdı camaat, pulludu... Ancaq dolanışıq, 

bacoğlu, pulnan, paltarnan deyil. O vaxtın dolanışığı bu mənada 

yaxşıydı ki, hər kəs öz çörəyini yeyirdi. Özü də  iştahnan, ləzzətnən. 

Buna görə  də insanlarda insanlıq vardı.”  Şahsuvar ”o vaxtlar” 

deyərkən Ramazanın kənddə olduğu 25-30 il əvvəli -40-50-ci illəri 

nəzərdə tutur.  

Romanın bölmələrindən biri ”Yağış” adlanır və bu fəsil - həm 

həqiqi, həm də  məcazi mənada - belə bir fəlsəfi qənaət yaradır ki, 

təbiət qüvvələri ilə, imkan və şəraitlə hesablaşmaq, çətin ayaqda xalqı, 

onun güzəranını  nəzərdə tutmaq lazımdır. Kolxoz sədri  Şahsuvar da 

belə edir. Ara verməyən yağışlarda məhsulun - taxılın, noxudun, otun 

batdığını görüb, yeganə düzgün yolu camaatı  həvəsləndirməkdə, hər 

kəsi öz mənafeyi və beləliklə, ictimai mənafe naminə taxılı, noxudu, 

təsərrüfat məhsullarını toplamaqda görür; başqa cür heç nə  ələ 

gəlməzdi, hər şey batardı; buna görə də hamını bir yerə yığıb, ”hər kəs 

özünə biçəcək” deyə camaatı sahələrə yönəldir. Həm də sədr bilir ki

bunu qanunla yox, vicdanla edir: ”Və lap axırda sədr birdən tutulub, 

doluxsunub, az qala ağlaya-ağlaya  əlavə elədi: - Əgər göydə allah 

varsa, görür ki, mən xalq düşməni deyiləm. ”Az vaxt ərzində camaat 

taxılı, noxudu, yoncanı, otu biçib evinə daşıyır, məhsulu batmağa 

qoymurlar: ”... yayın ortasında evlərdə sobalar qurdular, o taxılı 

buzbulaqlılar nəfəsləri ilə isidib, canlarının hərarəti ilə qurutdular, - 

döyüb, sovurub, şədərədən, xəlbirdən keçirib, çuvallara, kisələrə 

yığdılar, - özü də sevinə-sevinə, deyib gülə-gülə, gecə-gündüz sədrin 

atasına rəhmət oxuya-oxuya. ”Lakin budur, avqustun ortalarında - 

yağışlar kəsən kimi dalbadal komissiyalar gəlir, üç günlük 

məhkəmədən sonra kolxoz sədri Şahsuvara altı il iş kəsilir, hesabdar, 

anbardar və bağ briqadiri də həbs edilir.  

Eyni analoji hadisəyə Vaqif Nəsibin ”Omaroğlunun 



 97

qayıtması” hekayəsində  də rast gəlirik: xalq üçün yanan, xalqı 

düşünən Omaroğlunu, camaatı yaxşı dolandırmaq üçün əkin sahələrini 

genişləndirdiyinə görə, rayon prokuroru Ağamalıyevin göstərişi ilə 

”maşına basıb”, evini, əmlakını müsadirə edirlər.  

Tənqidçi V.Yusifli bu barədə yazır: ”Heç şübhəsiz, Omaroğlu 

bu cəzaya layiq deyildi. Bir kəndin yaşaması naminə o belə  hərəkət 

etməyə məcbur idi. Lakin məhkəmədə - Müsəllim kişi başda olmaqla 

hamı onun üzünə durur. Halbuki el təəssübünü çəkən bir adama məhz 

el ağsaqqalları dayaq olmalıydılar”

1

. Bu sözləri eynilə  Şahsuvar 



haqqında da söyləmək olar. Buzbulaq camaatı onu müdafiə etmək 

əvəzinə, dolayır,  ələ salır, sədrin: ”Məni tutdursaz, elə siz 

tutduracaqsız” sözlərinə: ”Hi-hi... biz niyə, sədr? Səni tutan tutacaq” 

cavabını verirlər, ona ayama qoyurlar.  

Ramazan da bu yağışların qurbanıdır. Ramazanın ailə 

narazılıqları, Səidənin, Cəvahirin kədərli həyatı da bu yağışlarla 

bağlıdır. Bu yağışlar olmasa idi, Ramazan tutulmaq təhlükəsindən 

qurtarmaq üçün sevgilisi Cəvahiri qoyub şəhərə getməzdi, xaraktercə 

tamam başqa adam olan yəhudi qızı Rozaya rast gəlməzdi, yaşı qırxı 

keçəndən sonra uşaqları olmazdı, Ramazan on iki-on üç il əvvəl kəndə 

gedib bacısı  Səidəni uşağa qulluqçu aparmazdı, nəticədə indi 30 

yaşlarında olan Səidə ərsiz qalmazdı. Səidə ilə əlaqədar epizodlar son 

dərəcə hüznlü və kədərlidir.  

İndi Ramazan Səidəni kəndə gətirib ki, ərə versin. Lakin tale 

amansızdır: Səidənin uğuruna çıxan adam əyyaş  və  fırıldaqçı, öz 

arvadının qatilidir; balaca Mehdinin işıqlı ürəyi də, atası Həbibin dü-

şüncəli beyni də bilir ki, Vahid bu ailəyə münasib adam deyil.  

Ə.Əylislinin Kramersdən verdiyi ”...mən - elə mənəm, amma 

dünya daha genişdir” sözlərini çox şeyə aid etmək olar. Sənətkar dilin 

imkanlarından bacardıqca istifadəyə çalışır, lakin dil elə dildir, 

tükənməzdir. Hər bir görkəmli yazıçı onun yeni keyfiyyətlərini üzə 

çıxara bilir. Əkrəmdə poetik, ornamental nəsrdən,  şairanəlikdən çox 

danışılıb. Ornamental və ya poetik nəsrin fərqləndirici  əlaməti onun 

şeirə yaxınlığıdır. Ornamental nəsrin dili ”ifadə etməyin neytral 

vasitəsi və ya sistemi” olmayıb, ”qarşılıqlı  əlaqənin bədii, mənalı 

elementidir”

2

. Ornamental nəsrin  şerə yaxınlığı sözün ümumi 



səciyyəsi ilə yaradılır ki, bu halda söz ”nəsrlik” keyfiyyətini, 

hərəkətsizliyini, bölünməzliyini,  əşyaya bilavasitə aidiyyətini itirmiş 

                                                           

1

 «Àçÿðáàéúàí» æóðí., 1984, ¹ 6, ñ.177. 



2

 Â.Ì.Æèðìóíñêèé. Âîïðîñû òåîðèè ëèòåðàòóðû. Ë., 1928, ñ.173. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə