Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə29/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   25   26   27   28   29   30   31   32   ...   185

 84

kimi, yaşadığı ölkəyə, belə demək olarsa, vətənə  də nifrət edir və 

özünə söz verir, əhd edir ki, Arazı o taya keçəndə ”dönüb geriyə bax-

masın” və hətta cəlladlıqda ondan geri qalmayan Bariton da onun fik-

rini, bu nifrətini anlaya bilmir: ”Geriyə baxanda nə olar ki?” 

Şükufənin də, Gülağanın da məhvinə  səbəb Çankodur, onun 

puludur. Yazıçı,  Şükufənin acı taleyini nəzərə çarpdıraraq tamahkar-

lığın dəhşətli nəticələrini göstərir; bu dünya ilə gözüaçıq vidalaşan 

Şükufə nə üçün öldürüldüyünün səbəbini belə bilmir. Gülağa 30 min 

manata qardaşının qanını batırdığı üçün qonşuların gözlərində nifrət 

oxuyur.  

”Daş evlər”in sakinlərindən biri də  şərqşünaslıq fakültəsinin 

tələbəsi Akifdir. Akif bu məhəlləyə sevgilisi Reyhanla, onun 

valideynləri ilə, tələbə yoldaşı Ziya ilə bağlanır. Reyhanın Rufa ilə 

oxşarlığı bir müddət onların münasibətlərini gərginləşdirsə  də, 

məsələlər açıldıqda münasibətlər də düzəlir. Akifin də, Reyhanın da 

valideynləri mehriban və  səmimi insanlardır. Akif istedadlı  gəncdir, 

şairdir, hiss olunur ki, həqiqi vətənpərvər bir gənc kimi böyüyür.  

Səması daralmış bu fağır, bu sakit daş evlərdə alim də var, 

zəhmət adamı da, quldur da, əyyaş da. S. Səxavət daş evlərin 

məişətinin təsviri fonunda onların mənəvi-psixoloji aləmi barədə ay-

dın təəssürat yarada bilmişdir.  

Romanda əksər obrazlar yadda qalan detallarla təsvir edilmiş-

dir. ”Qadir” deyən kimi, boynunun ardına çəkilən gözlər və mil-mil 

paltar yada düşür; Zəkiyyə xala - pilləkənin on üçüncü pilləsi. ”Afiq 

gəlirdi və pilləkənin on üçüncü daş pilləsi gedib yatağına girirdi.” Şü-

kufənin əri Salman: ”Mən - həkiməm”, ”Mən - həkiməm. ”Fərhad kişi 

- daimi peşəsi məhəllənin uşaqlarına faşistlərin  əclaflığından danış-

maqdır;  Şahinağa - daimi peşəsi pişik balalarını qucağına yığıb mə-

həlləyə gətirməkdir; Rufi hər dəfə Bəhramgurun heykəlinin qabağında 

fikirləşir: ”Görəsən, indi niyə belə kişilər yoxdur?” Əhmədin 

səciyyəvi  əlaməti dodağındadır; alt dodağı  aşağı sallanır və papiros 

çəkəndən-çəkənə üst dodağına dəyir və s.  

Müəllif ”pis iş” qəhrəmanlarını müxtəlif yollarla islah etməyə 

çalışır, onlara tale dərsi verir. Qadirin, Əhmədin,  Şükufənin, Gü-

lağanın, Rufanın, Zəminənin taleyi ”daş evlər”in digər sakinlərinə 

ciddi təsir edir. Qadir ”mil-mil paltar”dan baxa-baxa bu həyatı başa 

düşməyə başlayır; Əhmədə Qadirin məktub və şəkilləri təsir edir; kim-

səsizlikdən pis yola düşmüş Rufanı milis müstəntiqi Tariyel oxumağa 

göndərir; Gülağa da Qadir kimi ”mil-mil pijama” geyməli olur; 

Şükufə öldürülür; alverçi Zəminə öz əcəli ilə ölür. Və hər dəfə də bu 



 85

hadisələri gördükcə, eşitdikcə ”daş evlər”in sakinləri bir anlıq ”lampa 

şüşəsi kimi” silinib təmizlənir, hamı öz günahlarını yada salır, bu 

günahlardan təmizlənməyə çalışır. Zəminənin tabutu arxasınca gedən 

bu adamların ”içi görünür”, 45 yaşlarında təbii anormallığa malik olan 

Şahinağa müstəsna olmaqla, bu adamların hamısı  bəd  əməl 

sahibləridir və heç biri ”mələk deyil”. Ona görə də hər birinin ”içi peş-

mançılıqla dolu”dur. Hər kəsin öz günahı var və bu günahlar müxtəlif 

dərəcədə - bəzilərində güclü, bəzilərində bir damla olsa da, tabut arxa-

sınca gedərkən yada düşür və bu adamların gözlərini göynədir. 

Onların tabut arxasınca qısa düşüncələri: ”Şükufə fikirləşirdi ki, gərək 

Salmanı Çankoya döydürməyəydim...” ”Çanko burada olsaydı  və 

Çanko Çanko olsaydı, ömrünün axırına kimi günahlarını fikirləşərdi 

və bu ömür ona ancaq günahlarının yarısını fikirləşməyə çatardı...” 

İlqar atasını təhqir etdiyi üçün fikirləşir ki, ”qəbiristanlıqdan qayıdan 

kimi atasının boynunu qucaqlayıb üzündən, əlindən, ayağından öpəcək 

və Şükufəni evdən qovacaq. ”Salman fikirləşir: ”Mən həkiməm. Mən 

həkiməm.” ”Əhməd özünə söz verdi ki, qumarı da, içkini də tərgitsin.” 

”Zəkiyyə xala fikirləşdi ki, alverçi Zəminənin qırxı  çıxan kimi 

Əhmədi də götürüb mütləq Qadirin yanına gedəcək.” ”Qadir burada 

olsaydı fikirləşərdi ki, qəbiristanlıqdan qayıdan kimi, Salman işləyən 

zavodda işə girəcək, pul yığıb Çöhrəyə cehiz alacaq.” ”Akif bu qərara 

gəlmişdi ki, sabah universitetə gedən kimi professordan üzr istəyəcək. 

”Dünya görmüş Fərhad kişi, əgər indi o iyirmi beş yaşlı alman zabiti 

ilə rastlaşsaydı, ona deyərdi ki, gəl dava eləməyək və süngünü onun 

sinəsinə soxmazdı” və s. Lakin bu cür ”təmizlənmə” çox çəkmir, 

tezliklə hər şey unudulur. Zəminəni dəfn edib qəbiristanlıq darvazas-

ından çıxan kimi hamının fikri dəyişir: ”Salman da kişidir? Kişi 

Çanko kimi olar.” ”Salman mənə  nə atalıq eləyib ki? Fərsiz oğlu 

fərsiz.” ”Hamı içir, mən də içirəm, hamı oynayır, mən də oynayıram.” 

”Gərək, sağlıq olsun, bəlkə  Əhmədi də götürüb Qadirin yanına get-

dim...” ”Professor olanda nə olar, onun vicdanı olsaydı, mənə ”dörd” 

verməzdi.” ”Müharibənin qanunu beləydi, ya gərək sən öldürəsən, ya 

da ki səni öldürəcəklər. Mən neyləyə bilərdim ki?” və s. Yalnız baş-

ında müstəqil bir fikir olmayan Salman öz fikrini dəyişmir: ”Mən 

həkiməm. Mən həkiməm.” İnsan təbiəti daim bu cür ikiliyə malikdir. 

Hansı  tərəfin üstünlük qazanacağı isə insanın tərbiyəsi, ümumi dün-

yagörüşü ilə,  şəraitlə bağlıdır və keçmişdən bəri daim qəbiristanlığı 

babalar bir də ona görə hündür yerdə salıblar ki, insanlara görk olsun. 

Lakin daş evlərin sakinlərini tərbiyə etmək üçün, görünür, onların 

çoxunu qəbiristanlıqda saxlamaq lazım imiş.  



 86

Romanın süjetində bir ”dağınıqlıq” nəzərə çarpsa da, müəllif 

hadisələri məntiqi şəkildə əlaqələndirməyə çalışmışdır. Müxtəlif xətlər 

tədricən bir-biri ilə kəsişir və bağlanır. Hətta yuxarıdakı nümunələrdən 

göründüyü kimi, müəllif müəyyən bir dairə açarkən, ümumiləşdirmə 

apararkən  əksər obrazları bir yerə toplayır və  həmin dairəni eyni 

məntiqlə qapaya bilir.  

S. Səxavətin bu əsəri komik-psixoloji bir romandır. Komizm 

müəllifin təhkiyə dilində daha güclüdür və  əksərən gözlənilməzlik 

maneri əsasında yaradılmışdır.  

Əlaqəsiz hadisələrin gözlənilməz  əlaqələndirilməsi halları 

maraqlı tapıntı- detallarla müşaiyət olunur: ”... quş olub kəndlərinə 

uçmaq istədi və quş olmağın qeyri-mümkünlüyünü dərk edən kimi 

siqaret yandırdı.” ” Hərənin fikri bir tərəfdə idi və bu fikirlərin hamısı 

o zaman bir tərəfə yönəldi ki, külək qapını açdı. ”Hadisələrin 

gözlənilməz əlaqələndirilməsi yolu ilə komizm yaratma texnikası mü-

əllifin çox sevdiyi üsullardandır: ”Əsgərzadə istədi ki, arvadını ça-

ğırsın və birdən yadına düşdü ki, o çimir.” ”Onun yumruq boyda baş-

ına  bir baş boyda yumruq da endi  və Salman bu canavarın  əlindən 

salamat çıxmaq ümidini huşu ilə bərabər tamam itirdi ” Bəzi hallarda 

komizm hazırcavablıq maneri ilə bağlıdır: ”Onlar çıxanda qapıçı 

onlara yaxınlaşıb salonun girəcəyinə yazılmış sözləri tərsinə dedi: 

”Xoş getdiniz.” Ümumi komik fonun yaradılmasında müqayisələrin 

də rolu vardır: ”Akif sarışın, dolu oğlan idi və  tələbə yoldaşlarının 

hamısını ”beşlik taxta” hesab eləyirdi.” ”İndi Ziyanın ürəyindən, elə 

bil, daş asılmışdı və bu daş yelləndikcə Akifin başına dəyirdi”.  

Son dövrün bir sıra nəsr əsərlərində olduğu kimi, bu romanda 

da ”yazığı gəldi” ifadəsi bir üslub nümunəsi kimi özünü göstərir: ”Bu 

məhəllədə hamının  Şahinağaya  yazığı  gəlirdi.  Şahinağanın da 

pişiklərə”. ”Ziyanın Akifə yazığı gəldi”. ”Adamın bu daş evlərə yazığı 

gəlirdi”.  ”Akifin tut ağacına möhkəm yazığı gəldi” və s.  

Yazıçının lirik təsvir prosesində istifadə etdiyi məcaz və 

müqayisələrdə  də yumor çaları duyulmaqdadır: ”Uzaqdakı dağın 

döşünə sıxılmış kəndin işıqları sayrışırdı, elə bil, göyün bir parçasını 

xəncərlə kəsib dağın döşünə atmışdılar.” ”Əliş kişinin ikimərtəbəli daş 

evindən on-on beş addım aralı qaranlıq idi. Bu qaranlıq o qədər qatı 

idi ki, onu bıçaqla da kəsmək olmazdı və onun qənimi işıq idi” və s.  

 

Roman Cəyran Səxavətin orijinal fərdi üslubunun daha uğurlu 



gələcəyindən xəbər verir. 

1983 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə