Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə27/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   23   24   25   26   27   28   29   30   ...   185

 79

emosional təsvirində çətinlik çəkmir. Şivə leksikası yazıçının daha çox 

köməyinə  gəlir. Romanın dilində bir sıra qeyri-ədəbi dil vasitələri 

nəzərə çarpır. Bunların  əksəriyyəti  şivə sözlərindən ibarətdir. Bunlar 

onu göstərir ki, ümumxalq dili çox zəngindir, biz hələ  ədəbi dilə az 

şey gətirmişik,  şivələrimizdə çox qalın xam lay yatır, bunları 

tərpətmək, hərəkətə  gətirmək lazımdır, onun sıradan çıxmasına, 

unudulmasına imkan vermək olmaz. Hətta ədəbi dildə işlənməsi lazım 

gəlməsə də, incə, spesifik məsələlərin, etnoqrafik cizgilərin təsvirində 

bunlar lazımdır; bunları  ən azı dialektoloji lüğətlərə toplamalıyıq. 

Düzdür, belə sözlərdən V.Babanlı yeri gəldikdə öz təhkiyə dilində də 

istifadə edir, müəllifin təhkiyə dili o qədər də ”təmiz” deyil, lakin bu 

cür sözlər, təbii ki, daha çox obraz dilindədir. ”Aradan bir az keçmiş, 

dolu seyrəldi. Göylərin inilti-xırıltısı uzaqlaşdı. Çən-çərmə  çəkildi. 

Tezliklə günəş  də buludlardan sıyrılıb çıxdı. Göy qurşağı üfüqdən-

üfüqə  kəmənd atdı, yeddi rəngli nəhəng bir çevrə  cızdı. Üst-üstə 

qalanmış dolu dənələri al şəfəqlərdə  şüşə muncuqlar kimi, əvvəlcə 

ulduz-ulduz parıldaşdı, sonra sürətlə  əriyib kiçildi, suya dönüb 

çəhlimlərlə şırıl-şırıl dərəyə axdı...” Yazıçının təhkiyə dilindən olan bu 

parçada ”çən-çərmə” və ”çəhlim” sözləri müstəsna olmaqla, qalan 

material ədəbi dilə  məxsusdur. Yazıçı ”çən-çərmə” sözünü işlətməyə 

bilərdi, sadəcə olaraq ”çən çəkildi” də deyə bilərdi, lakin ”çən-çərmə” 

sözündə anlayış daha genişdir, bu sözdə  çənlə birlikdə mühiti çulğa-

mış başqa  şeylər də düşünülür, nəticədə  məzmun zənginləşmiş olur; 

”çəhlim” sözü isə yol, iz mənasındadır, lakin təsvir üçün - dolunun, 

buzun  əri- yib axdığı yerləri dəqiq təsəvvür etmək üçün, həm də 

emosionallıq üçün bu söz yararlı bir leksik vahiddir. Obrazların 

dilində belə sözlər daha çoxdur. Bunların bir qismi maraqlı fellərdən 

ibarətdir: cırımlamaq (”curumlamaq” da deyilir, əti şişə taxmaq üçün 

doğramaq forması), anşırmaq (müəyyənləşdirə bilmək), mısmaq (sakit 

oturmaq; başqa şivələrdə basıb yemək mənasında), batqınlamaq (səsi 

batmaq),  şeşmərlənmək (üstünə qalxmaq), qomarğalamaq (qomar-

lamaq),  irdələmək (irisini seçmək),  qırcışmaq (itin ağız-burnunun 

aldığı    qəzəbli  şəkil),  hövüllənmək (qorxmaq),qısqanmaq (qorx-

maq),xırpıtmaq  (birdən, bir dəfəyə kəsmək), küməşdirmək (üyüşmək), 

bordamaq (kökəlmək), oyalanmaq (yanıb-yaxılmaq), tasalanmaq (na-

rahat olmaq, pis olmaq), dimriklənmək (dirçəlmək, dikəlmək, 

gözəgəlimli olmaq), üşürgələnmək  (titrəmək),  qovşurulmaq, umaxşı-

maq, evkəşmək (kallaşmaq),  tüyünmək (vurnuxmaq) və s. Romanın 

dilində  sus-pus düşmək  (sakit olmaq), sayrı düşmək (xəstələnmək), 



təhnizini götürmək (sözünə dözmək),  salıx vermək (nişan vermək), 


 80

həsbi-hal olmaq (halı dəyişmək) kimi səciyyəvi feli frazeoloji vahidlər 

də vardır. Bunlardan əlavə,  asırğal (ot adı),  arğaz (arıq, uzun), idim 

(təhər-töhür),  şeşmər  (dik),  mayıf  (şikəst),  öyüncəklik  (sevincəklik), 

ifallı (hallı, xasiyyətli),  ödək  (əvəz, ödəmək felindən),  qax-qurut 

(əriyib-arıqlamış),  sürüngəl  (yavaş yeriş),  zıvırdış (qanacaqsız), 



pələsəng (səpələnmiş),  danbat  (lovğa),  şahraz (diri?), bələn (məsafə, 

ölçü),  qüttəbər (özündən razı) və s. kimi saysız  şivə sözləri müxtəlif 

obrazların, bəzən də müəllifin öz dilində  işlənmişdir. Müəllif  əsərdə 

Xeyri kişinin dilini xüsusi tipikləşdirməyə çalışıb. Xeyri kişi sözləri 

bu cür tələffüz edir: qoruxdu, qavağına, çovan, istəkan, yoxsam, 

qırılıf, isdansın, gözdərini, azarlasax, işdəri korlamışıx, onnar, uşax-

larınnan muğayat olmax, burunnarı, dərinnən, usdasıdı, imtağana 

çəkdi, tezdikcən  və s. Görünür, müəllif bunların hamısını  şivə 

xüsusiyyəti sayır və ona görə də Xeyri kişinin nitqini bu cür transkrip-

siya etmişdir. Həm də pis cəhət budur ki, Xeyri kişi əsas obrazlardan 

biri olduğu üçün çox danışır və  həmişə  də belə - bezdirici. Əslində, 

bunlardan ilk altı sözü spesifik şivə  tələffüzünə  əsasən tipikləşdirmə 

vasitəsi kimi götürmək olardı. Qalan sözlərin  əksəriyyəti  ədəbi 

tələffüzün transkripsiyasından ibarətdir.  Əsər yenidən çap olunarkən 

bunların çoxu islah olunmalıdır.  

V.Babanlı bu romanda etnoqrafik məsələlərə geniş yer verdiyi 

kimi, obrazların nitqini fərdiləşdirmə prosesində  şivə  tələffüzünə  və 

şivə leksikasına da geniş yer vermişdir. Roman kitab halında çap olu-

narkən məzmununu dərinləşdirmək, dilini səlisləşdirmək mümkündür. 

Bir çox cəhətdən faydalı olan bu əsər qoyunçuluq təsərrüfatı ilə bağlı 

bir sıra etnoqrafik xüsusiyyətləri mühafizə edib gələcək nəslə çatdır-

maq baxımından da faydalıdır.  

 

1983  

 

 

 

 



 

 

 



 


 81

DAŞ EVLƏRİN SAKİNLƏRİ 

 

Seyran Səxavətin ”Daş evlər” romanında varlığa komik mü-



nasibət ön plandadır. Əsərin pafosu komik yolla açılmasa da, romanda 

komizmdən bədiilik prinsipi kimi geniş istifadə edilmişdir.  

Roman bir məhəllədə, köhnə daş evlərdə yaşayan adamların 

sərgüzəştlərindən bəhs edir. Böyük, qollu-qanadlı bir tut ağacının 

ətrafına toplanmış bu alçaq evləri yeni doqquzmərtəbəli evlər hər 

tərəfdən sıxışdırmış, onların səmasını daraltmış, ulduzlarını azaltmış-

dır.  

Müəllif daş evlərin həyatını, güzəranını təsvir etməklə, bir mə-



həllədə  məskən salmış müxtəlif insanların işi,  əməli, xasiyyəti, dün-

yaya, varlığa, cəmiyyətə, insanlara münasibəti, dost və ya tanış ol-

duqları insanların səciyyəsi barədə məlumat verir, ovuc içi kimi balaca 

səmanın altında zahirən sakit, fağır, dinməz görünən bu adamların 

dərdlərini, daxili təlatümlərini, psixologiyasını açıb göstərir. Bunların 

içərisində haqqı,  ədaləti, namusu, qeyrəti, insanlığı, zəhməti, yeninin 

və göhnənin yaxşı  cəhətlərini sevən, qiymətləndirən Fərhad kişi, 

Əsgərzadə, Reyhan, Akif kimiləri də var, Çanko, Bariton kimi insana 

düşmən olanlar və Şükufə, Rufa, Salman, Gülağa kimi tora düşənlər, 

zəif iradəlilər də.  

Əsərin yarım səhifəlik yığcam girişində yazıçı bir neçə kəlmə 

ilə daş evlərdə yaşayanların xarakterinin əsas cizgilərini 

ümumiləşdirməyə çalışmışdır.  

Hadisələrdən aydın olur ki, Çanko-Çankayşi (Xankişi Xank-

işiyev), Bariton (Bəbəş), Bobbi (Mürsəl), Baro (Bəsirə), Xampoş  və 

başqaları  İttifaq miqyasında xüsusi əməliyyatla məşğuldurlar və mil-

yonlar götürürlər. Yapon səfirliyi ilə əlaqə yaradıb yapon malları alıb 

satırlar, soraqları gah Moskvadan, gah Odessadan, gah Tartudan, gah 

Bakıdan gəlir, daş evlərdə yaşayanların müsibət və bəlaları aşkar və ya 

gizli şəkildə bu dəstə ilə bağlıdır. Daş evlərin sakini Salmanın qulağını 

kəsmək istəyən həmin bu Çankodur. Çanko bandanın başçısıdır. O, 

pul gücünə Şükufəni də bandanın işinə cəlb etmişdir, ona Mərdəkanda 

cənnət kimi bağ düzəltmişdir. Daş evin sakinləri hiss edirlər ki, 

Şükufənin pulu çoxdur; hamı bilir ki, Şükufə maşın almaq istəyir, 

lakin bandanın gizli işlərini, bu cür pulların mənbəyini öyrənmək 

çətindir. Milis işçiləri gizli şəkildə  Şükufənin izinə düşürlər. 

Müstəntiq  Tariel  Rufanın köməyi ilə  bəzi  şeylər öyrənir. Çanko 

şübhələnir və Şükufəni öldürtdürür. Çanko özünü də ölmüş elan edir, 

onu ”dəfn edirlər”. Milis işçiləri onun qəbrini açıb dəmir seyfdə xeyli 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə