Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə25/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   21   22   23   24   25   26   27   28   ...   185

 74

onu yalnız dağlara aparır və bununla da öz işini başa çatdırmış olur, 

daha öz əli ilə Talıb Mövlam oğlunun vaxtilə istifadə etdiyi dərman 

otlarından, bitkilərdən birini də üzüb Xalisə vermir və ya göstərmir. 

Bilmək olmur ki, Xalis bu xəstə qocanı yağışda, çovğunda, soyuqda 

bu yerlərə  nə üçün gətirmişdir; o bu yeri tuşutmaqla da işini qurtara 

bilərdi. Qoca Xeyri kişi Xalisə bu yerlərdə müvəqqəti yaşamaq imkan-

larını öyrədir, onu fermaya göndərir, oradan isti-ilıq gətirtdirir və 

onların köməyindən istifadə edirlər - bunu dərman bitkilərini və Möv-

lamoğlunu tanımayan başqa bir sağlam adam daha asan edə bilərdi və 

Xalis də itlə canavarı qarışdırıb qorxuya düşməzdi, dumanda-çiskində 

binəni qorxa-qorxa tapmaqda çətinlik çəkməzdi və onlar elə birbaşa 

yaxınlıqdakı ferma binəsinə də düşə bilərdilər. Xalis bir dəfə də olsun 

fikirləşmir ki, bu xərçəng xəstəliyini - bu mənfur və  kəmfürsət azarı 

necə yox etmək olar, hansı bitkilər bu işdə köməyə gələcəkdir, hansı 

alimin nəzəriyyəsindən faydalanmaq olar və ya bəlkə babası vaxtilə 

yaman  şişləri elə müalicə edirmiş ki, bunlar elə  əslində  xərçəngin 

müalicələri imiş və s. Xalis bir dəfə də olsun fikirləşmir ki, axı dost-

ları, qohumları, görkəmli adamları  işinin, həyatının  ən gözəl 

çağlarında bu mənfur xəstəlik yarı yolda qoyur. Xalis bu barədə heç 

nə fikirləşmir. Doğrudur, xeyli bitki toplayır, lakin hiss olunur ki, bu 

bitkilər nə müəllifi, nə də Xalisi maraqlandırır; hiss olunur ki, əslində, 

bunlar başqa bir məsələnin üstünə gəlmək üçün bəhanədir – müəllifi, 

əslində, dağlar, dağlarda fermalar, binələr, qoyunçuluqla məşğul 

olanlar, bu sahədə xalqın qədim  ənənələri və bu ənənələrin unudul-

maqda olması, təsərrüfatsızlıq maraqlandarır. Xalis ilk günlərdən yax-

ınlıqdakı binədə çoban Xıdırın tibb institutunda oxuyan qızı ilə tanış 

olub sevişir və qızın şəhərə getdiyini bildikdə işlərini yarımçıq qoyub 

təcili şəhərə qayıdır.  

Müəllif qollu-qanadlı  və  zəngin bir dil ilə dağları, dağlarda 

alaçıqları, yağışı, dumanı, çiskini, halbahal olub açılıb-tutulan göyləri 

təsvir edir, bu yerlərin təravətli mənzərəsini yaradır, oxucu özünü bu 

yerlərdə hiss edir. Lakin yazıçının qaldırdığı ictimai problemlər 

təbiətin təsviri qədər güclü deyil. Qoyunların və qoyunçuluğun 

xüsusiyyətləri, çoban sənətinin sirləri və bütün bunların tədricən 

zəifləməsi, unudulması, əksəriyyətin yerindən qalxan kimi şəhərə - ali 

məktəbə cumması, gənclərin təsərrüfatı, heyvandarlığı və onun dədə-

baba qaydalarını öyrənməməsi yazıçının təəssüflə  tənqid etdiyi 

mühüm məsələlərdir. Əsərin ən gərgin, ictimai məsələlərlə yüklü yeri 

bulaq başında olan söhbətdir. Bu söhbətdə əsas obrazların əksəriyyəti 

iştirak edir. Əsərdəki ”Zarafatla, lağ-lağı ilə başlanan söhbət heç 



 75

gözlənilmədən çox ciddi şəkil almışdı, mühüm ictimai məsələlərə 

toxunulmuşdu”- sözlərindən gözləmək olardı ki, indi həqiqətən 

cəmiyyəti düşündürən ”mühüm ictimai məsələlərə” toxunulacaqdır. 

Açıq hava, bulaq başı, kabab, bozartma və araq... Xeyri baba, çoban 

Xıdır, Xalis, sovet sədri Alpaşa və müstəntiq Mürsəlov. Uzun müddət 

kimin qonaqlıq verəcəyi barədə mübahisə gedir. Sonra Alpaşa Xeyri 

kişiyə öz xalasını necə  sırıyacağı  və  şəhər restoranlarının dadsız-

duzsuz xörəkləri barədə danışır. Xeyri kişi bu ”dadsız-duzsuz 

xörəklər”in səbəbini kənd sovetinin sədrində görür: ”Özün 

hökümətsən, amba hökümətə lazım  şeyləri hazırlayıf vaxtında 

verməyə barmaxarası baxırsan.” Əsas tənqid Xeyri kişinin dilindədir; 

o, ağsaqqal sözü deyir, tənqid edir: ”Hər şeydə yuxarıdan göstəriş göz-

lüyürsünüz. Özünüz tapşırıqsız-filansız  əlinizi ağdan-qaraya vurmaq 

istəmirsiniz. Baş tapmıram, işin məsuliyyətindən qorxursunuz, ya 

təsərrüfatın gedişindən xavarınız yoxdu?! Qulağınızı  şəkləyif oturur-

sunuz ki, görək yuxarıdan nə buyrux gəlir. Bu gün tutalım pambıx 

lazımdı, bütün işdəri unuduf pambığın dalınca qaçırsınız. Savax taxıl 

istənilir, genə bu biri işdəri başdı-başına qoyuf taxılın hayına 

qalırsınız.” Xeyri kişi Xıdırın timsalında nümunəvi çobanlardan söz 

salır, indiki gənclərin bu sənəti dərindən öyrənmək istəmədiklərini acı-

acı qeyd edir, çobanlara qayğının azlığından, heyvanlar üçün şərait 

yaradıldığı halda, ”heyvan saxlayanlara şərait yaratmağın heç yada da 

salınmadığından” danışır. Halbuki yazıçının öz təsviri Xeyri kişinin 

dediklərinin ziddinədir. Məsələn,  əsərdə biz hələlik bir alaçıqla - ço-

ban Xıdırın alaçığı ilə tanış oluruq və buradakı  şeyləri bütövlükdə 

təsəvvürə gətirdikdə, bu, alaçığa yox, zəngin və bəzəkli şəhər evlərinə 

oxşayır. Daha çobana nə lazımdır? Xeyri kişi nə üçün giley-güzar 

edir? Həm də  məlum olur ki, Xeyri kişi Xalisə bitki toplamaqda 

kömək üçün yox, elə bir ağsaqqal kimi bu sözləri demək üçün 

gəlmişdir - gətirilmişdir. Bu alaçığa ilk dəfə düşüb yorğun halda bərk 

yuxuya gedən, sonra ayılıb başı altında tük yasdıq, üstündə adyal 

görən Xalis alaçığı seyr etməyə başlayır: ”... tavana - qalın keçələr 

altından faner taxtalar döşənmişdi. Torpağa bərkidilmiş  ətəkləri 

boyunca iri kirəmidlər düzülmüşdü. Baş  tərəfdə - hərəsi bir küncdən 

iki qatlama çarpayı qoyulmuşdu. Çarpayılara yorğan-döşək yığılıb 

üstünə örtük çəkilmişdi. Ortaya böyük xalı döşənmişdi. Dörün bir 

tərəfində yaraşıqlı, dördayaqlı radioqəbuledici, o biri tərəfində 

müxtəlif cür çamadanlar, sandıqçalar yerləşmişdi. Alt yanda, qapı 

tərəfdə səyyar qaz piltəsi (pilətəsi?) dururdu. Bir sözlə, bu, alaçıqdan 

çox, qurulu, səliqə-sahmanlı evə oxşayırdı.” Bu son cümlə elə 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə