Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə26/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   22   23   24   25   26   27   28   29   ...   185

 76

müəllifin öz cümləsidir.  

Lakin hiss olunur ki, müəllifi düşündürən, maraqlandıran əsas 

məsələ  təbiətin saf qoynunda gənclərin məhəbbətidir - Xalis ilə 

Zərrinin sevgisidir. Xalis tibb elmləri üzrə aspirant,  Zərrin isə tibb 

institutunun tələbəsidir. Zərrin qoçaq və igid bir qızdır, çölçülükdə, 

çətinliklərlə mübarizədə atasından geri qalan deyil. Xalis onu ilk dəfə 

oğlan paltarında, çoban geyimində görür, çətin bir havada belə  cəld 

hərəkət edən bu adamın qız uşağı olduğunu ağlına gətirmir. Bunu 

bildikdə çox təəccüb edir. Zərrinin böyütdüyü erkəc və qara qıllı 

köpək - Pələş sanki dil bilir, Zərrini hər bir təhlükədən qoruyurlar

qısqanırlar. Pələş iki dəfə Xalisi qəflətən aşırıb ayaqlarını sinəsinə 

qoyur. Bütün bunlar Zərrinlə Xalisin məhəbbətini bir qədər də  çətin 

şəraitdə davam etdirmələrinə  səbəb olur. Bulaq başında qonaqlıq 

zamanı  qəflətən qara buludun gəlməsi, dolu, yağış  Zərrinlə Xalisi 

istəklərinə qovuşdurur. 28 yaşı olduğu halda, qadından, qızdan qaçan, 

evlənmək barədə ata-anasının istəklərini cavabsız qoyan Xalis, axır ki, 

öz qismətini baba yurdunda tapır: ”Orası da indi mənə aydındır ki, 

buraya - baba yurduna məni çəkib gətirən gözəgörünməz qüvvə  də 

taleyin işidir;  əbədi xoşbəxtliyə çağırırmış”.  Əsərin mərkəzində 

gənclərin saf məhəbbətinin durduğunu göstərən bir cəhət də Ni-

zaminin romana epiqraf kimi verilmiş məşhur sözləridir:  

 

  

Mehrabı eşqdir uca göylərin,  



  

Eşqsiz, ey dünya, nədir dəyərin?! 

 

Xalis işlərini bir növ yarımçıq qoyub məhəbbətinin ardınca 



Bakıya qayıdarkən də bu sözləri kiminsə oxuduğunu eşidir və roman 

bu sözlərlə bitir.  

Beləliklə, təbiətin gözəllikləri, bu gözəlliklər aləmində həqiqi 

məhəbbət, təbabətin təbii otlar və çiçəklərlə inkişafına dair qədim 

elmin dirçəldilməsi, heyvandarlığın, təsərrüfatın qayğı ilə inkişaf 

etdirilməsi və bu sahədə xalqın gözəl  ənənələri, insan sədaqəti, ağ-

saqqal sözü, bir sıra geriliklərin tənqidi romanın müsbət axarını təmin 

edən məsələlərdir.  

V. Babanlının dili zəngindir. Fikrin sərrast və emosional 

ifadəsi nəzərə çarpan keyfiyyətlərdəndir. Müəllif gözəl təbiət 

mənzərələri yaratmaqda ustadır.  Əsərdə  təbiət detalları güclüdür. 

V.Babanlı elə incə detallar seçir ki, bunu təbiətə dərin bələd olmaqla 

qələmə almaq mümkündür. ”Sıx duman arasından ala-çula seçilən 

həmin qaraltını əvvəlcə yallı-yopallı, qurdbasar itə oxşatdı. İkinci anda 




 77

fikrini acı təəssüflə dəyişdi. Eşitmişdi ki, xəlvəti, şəppəxeyir gəliş ca-

navar adətidir.  İt bu cür səssiz-səmirsiz  böyürdən çıxmır, uzaqdan 

hürə-hürə, mərdi-mərdanə hücum çəkir.” Bu cür etnoqrafik detallar 

romanda çoxdur. Xalisin qatı duman içərisində yerə uzanıb binələri 

görə bilməsi də bu cür incə detallardandır.  Əsərdə etnoqrafik cəhət, 

xüsusən qoyunçuluqla bağlı  ənənələrin, qoyunçuluq terminologiyası-

nın, çoban-binə qaydalarının ifadəsi təbii təsir bağışlayır. Xeyri kişinin 

çoban qızı Zərrin ilə sual-cavabı təsəvvür yaratmaq üçün kifayətdir:  

”- Hə, onda de görüm... - Xeyri kişi bığının altını baş barmağı 

ilə tumarlaya-tumarlaya xeyli fikirləşdi. - Çovan qoyunu hansı nişan 

gahlarıyla tanıyır? 

- Gözü, rəngi, qulağı və quyruğu ilə! 

- Rənginə görə qoyun neçə cürədi? 

- Yeddi.  

- Hansılardı? 

- Qumral, əbrəş, bənöyüş, qara, boz, gər, çal.  

- Bə qulağına görə? 

- Qulağına görə üç növdü: kərə, kürə və qulaqlı.  

- Buynuz necə?  Qoyunun buynuzlusu olmur heç? 

- Olur. Ona gəlin qoyun deyirlər.  

- Çox yaxşı!  Qoyunun yaşa görə adlarını saya bilərsənmi? 

- Quzu, toğlu, şişək, öyəc, qaradiş, azman, dızman...  

- Quyruğuna görə növü? 

- Bozaq, dımıq, balboz, malıx, metis, merinos...  

- Mərhəba! - Xeyri kişi ürəkdən  şadlandı. O, alnını dörd-beş 

yerdən doğramış  dərin qırışları barmaqlarının ucları ilə  sığallaya-

sığallaya fikirləşdi:  

-Hə, yadıma düşdü... Sürünü yaylıma havax çıxardırlar? 

- Yazda. Ən çox da payızda. Ondan ötəri ki, payız gecələri 

çox uzun olur. Gündüz yediyi ot heyvana sabaha qədər bəs eləmir...  

- Qoyunun yeyilməyən yerlərini soruşmax istəyirdim...  

- Bu, yeddi tikədir, Xeyri baba! Yalağa düşən yer, acı bağır-

saq, kürəyin başı, qurd yeməz, öd, arpa sümük, qızıl özən.” 

Zərrin  hələ bunların hər birinin  dəqiq yerini  də söyləyir. 

Təsadüfi deyil  ki, Xeyri  kişi onun  haqqında:  ”Qız  döyül, qızıl  par-

çasıdı! Hansı oğlanın  qismətinə düşsə, çırağı haxdan yanacaq” – söz-

lərini  qürurla deyir. Və göründüyü  kimi, ixtisarla verdiyimiz  bu  dia-

loqdan aydın olur ki, müəllif  təkcə qoyun  əti  kababının  dadını  de-

yil,  qoyunçuluqla  bağlı bir  çox məsələləri dərindən bilir. Bu sözlər, 

bu dialoq bu sahənin əslində bədii tədqiqidir və bu cür təsvir bir etno-



 78

qrafik yadigar kimi də əhəmiyyətlidir.  

Bax bu cür dəqiqlik, dərinlik, zənginlik Xalisdə olmalı idi; o, 

bitkilər aləmi barədə belə dərin biliyə malik olmalı idi, bədii əsər ol-

masına baxmayaraq, oxucunu inandırmaq üçün bir sıra nümunə-

misallar verilə bilərdi.  Əslində isə romanda bu cəhət solğundur, 

zəifdir, hərdən bu barədə müxtəlif obrazların dili ilə Xalisə sual 

verildikdə, o, az qala pərt olur, onu imtahana çəkmələrindən, yox-

lamaq istədiklərindən incik-incik danışır və s. Bədii əsər yeri gəldikdə 

elmi üsluba, rəsmi sənəd üslubuna, danışıq üslubuna və publisistik 

üsluba məxsus sənəd və materialllardan istifadə etmək imkanına 

malikdir; bədii əsərin dilini elmi terminologiya ilə doldurmaq olmaz, 

lakin obrazın qabiliyyətini, istedad və bacarığını, öz işinə münasibətini 

əks etdirmək üçün bir neçə tutarlı xarakterik detaldan istifadə etmək 

olar. Əsərdə isə bu sahənin tədqiqatçısı Xalis olduğu halda, bu barədə, 

demək olar ki, məlumat vermir, Xeyri kişini, Zərrini dinləyir, 

başqalarını danışdırır. Bir yerdə yalnız kəkotu və onun bir dərman bit-

kisi kimi əhəmiyyətindən söhbət açır ki, bunu, əslində,hamı bilir. 

Yaxud Mövlam Talıboğlunun istifadə etdiyi dərman bitkilərindən 

Xeyri kişinin yadında qalanlar: ”...qantəpər, gülxətmi, dəlibənd, qırx-

buğum,  əvəlik, yarpız, cincilim, sırğagözü, dəvədabanı, oymadərən, 

çobanyasdığı, quşəppəyi, itotu”. Və bir qədər sonra ”xari-bülbül”ün 

adını  çəkir. Bunlar dağ  kəndlərinin, kənd camaatının indi də istifadə 

etdiyi otlardır. Xalis bitkiləri hər gün şələ-şələ  yığıb gətirir, hətta 

onların bir çoxunun necə bitdiyi, haralarda olduğu, yarpaqlarının quru-

luşu və s. barədə qeydlər də edir, lakin çox zaman yığdığı bitkilərin 

nələrdən ibarət olduğunu və  nəyə lazım olacağını da bilmir, ümidini 

laboratoriyaya, cihazlara  bağlayır. Ümumiyyətlə  desək, Xalis  bu 

sahədə yuxulu kimidir, bu sahənin adamı olmayan bir şəxs kimi özünü 

aparır və bir mütəxəssis kimi seçilmir. Onun bu sahədə mütəxəssis 

olduğunu təsdiq edən tutarlı detala rast gəlmirik.  Bu cəhəti romanda 

qüvvətləndirmək, Xalisin düşüncələrini vermək lazım idi. İctimai 

nöqsanların tənqidini  gücləndirmək və bir ziyalı    kimi    Xalisin  

sözlərini  eşitmək lazım idi; o, şəhərdə olsa da, kəndin dərdlərini 

bilməmiş  deyildir,  onu  bir  ziyalı kimi bu qədər məhdud təsvir 

etmək düzgün deyil. Əsər,  Xalisin məqsədinin təsvirindən  çox, 

təbiətin,  dağların,  çöllüyün, yemək-içməyin təsvirinə çevrilmişdir, bu 

prosesdən istifadə edib əsərin sosial-bədii dəyərini zənginləşdirmək 

vacib idi.  

V. Babanlının bədii dilinin leksik tərkibi zəngindir. Yazıçı 

fikirlərini obrazlı ifadə etməkdə, təbiətin, insan xarakterlərinin 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə